Məhkəmə qərarları › İş №2-2(102)-43/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-43/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-43/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının Açar sözlər: müqavilədən irləi gələn borcun tutulması xx.xx.2020-ci il QƏRARİ İŞ № 2-2(102)-43/20 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı müqavilədən irləi gələn borcun tutulması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Mədətli; iş No 2-2(81)-97/2019) iddia tələbinin qismən təmin edilməsi; cavabdeh MMC-dən əsas borc üzrə 33.106,22 manat pul vəsaitinin tutularaq iddiaçı MMC-yə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva, iş № 2-2(103)522/2019) cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh MMC kass asiya şikayət vermişdir. İŞİN HALLARİ İddiaçı «xxxx” MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən əsas borc üzrə 33.106,22 manat, əldən çıxmış fayda kimi 8.312 manat, hüquqi yardım xərcləri üzrə 3.000 manat və dövlət rüsumu üçün 30 manat, ümumilikdə 44.448,22 manatın iddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında arasında bağlanmış T025LOG-BSM saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə görə, Sifarişçi – cavabdeh MMC İcraçıya – iddiaçı MMC-yə məxsus nəqliyyat vasitələri ilə Sifarişçiyə məxsus yükü Sifarişçinin təyin etdiyi bir məntəqədən digər məntəqəyə İcraçı tərəfindən təşkil edilməsini və İcraçı, müəyyən edilmiş dövlət standartları da daxil olmaqla k eyfiyyət standartına uyğun olan Xidməti Sifarişçiyə təchiz etməyi, Sifarişçi isə təchiz edilmiş Xidmətin Müqavilində nəzərdə tutulmuş şərtlər əsasındahaqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini bütün müqavilə müddəti ərzində layiqincə yerinə yetirmişdir. Lakin buna baxmayaraq cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri ciddi şəkildə pozur. Belə ki, Müqavilənin 2.5 və 2.6-cı bəndlərinə əsasən, Sifarişçi, Müqavilə üzrə ödənişlərini imzalanmış üzləşmə aktları ilə birlikdə düzgün hazırlanmış hesabın Sifarişçinin mühasibatlığına təqdim olunmasından sonra 5 (beş) iş günü ərzində aparır və ödəniş İcraçıya köçürmə yolu ilə həyata keçirilir. Lakin cavabdeh MMC bu öhdəliyini yerinə yetirməmiş və 2016-cı ilin iyun və iyul aylarında borc məbləğ 33.106,22 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAY ƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsinə, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. Belə ki, iş üzrə tərəflər arasında müqavilənin olmasına və xidmətin göstərilməsinə baxmayaraq cavabdehin iddiaçı MMC-yə heç bir borcu qalmamışdır. Çünki iddiaçı MMC-nin iddia etdiyi xx.xx.2016, xx.xx.2016, və xx xxxxxx 2016-cı il tarixlərdə cavabdeh MMC tərəfindən iddiaçı MMC-yə heç bir sifa riş verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Yəni, bu mübahisə üzrə iddiaçı iddiasının əsaslılığına dair 2 məqamı sübut etməklə yüklənmişdir: 1) xx.xx.2016-cı il taixdə, xx.xx.2016-cı il tarixdə və xx xxxxxx 2016-cı il tarixlərdə cavabdeh olaraq bizim onlara hər hansı sifariş verməyimiz halını; 2) cavabdeh MMC-nin verdiyi sifariş əsasında iddiaçı MMC-nin Sifarişçiyə xidmət göstərməsi halını. Göründüyü kimi tərəflər arasında öhdəliklərin yaranması üçün, yəni yuxarıda qeyd edilən 2 məqamla bağlı sübutetmə yükünün iddiaçı tərəfindən sübut edilməsi üçün tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli №TO25 AZ LOG-BSM saylı müqavilənin 2.4 və 2.5-ci maddəsind ə nəzərdə tutulan qaydada sənədlər mövcud olmalıdır: 1) cavabdeh MMC-nin sifarişi (yazılı olaraq); 2) xx.xx.2016-cı il tarixli xidmət üçün - üzləşmə aktı, bu xidmət üçün həmin ayın 15-nə qədər və ya 30/31 tarixlərində və ya növbəti ayın 15-nə qədər hesa-faktura; 3) xx.xx.2016-cı il tarixli xidmət üçün - üzləşmə aktı, bu xidmət üçün həmin ayın 30/31 tarixlərində və ya növbəti ayın 15-nə qədər hesa-faktura; 40xx xxxxxx 2016-cı il tarixli üzləşmə aktı, bu xidmət üçün - həmin ayın 15-nə qədər və ya 30/31 tarixlərinə hesa-faktura. İddia edilən tarixlərə cavabdeh MMC-nin iddiaçı MMC-yə hər hansı bir sifarişi olmamış, buna dair hər hansı üzləşmə aktı yoxdur. Çünki əsl həqiqətdə belə hal baş vermiş olsyadi, müqavilə tələbinə əsasən üzləşmə aktı olmalı idi. İkinci bir məsələ borcla bağlı iş mate riallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli pretenziya məktubundan görünür ki, guya iddiaçı MMC cavabdeh MMC-yə belə bir pretenziya göndərmişdir. Müqavilənin tələbinə görə görülmüş xidmətə görə ayda iki dəfə hesa-faktura göndərməli olduğu halda necə olur ki, iddia etdiyi xidmətlərdən 2 il müddət keçdikdən sonra pretenziya göndərir? Bundan əlavə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 24502 saylı ekspert rəyində qeyd edilmişdir ki, məhkəmə iş materiallarında olan xx.xx.2016-cı il tarixli TO25 AZ LOG-BSM saylı müqavilə üzrə verilmiş qaimələr qanunuvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir Kassasiya şikayətinə dair yazılı etirazın dəlilləri İddiaçı MMC kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, məhkəmə kollegiyası ndan kassasiya şikayəti əsassız olduğundan, onun təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili F.Əyyubzadə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh MMC-in nümayəndələri gəlmədiklə rindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, tərəflər arasında arasında bağlanmış T025LOG-BSM saylı, xx.xx.2016-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi - cavabdeh MMC İcraçıya – iddiaçı MMC-yə məxsus nəqliyyat vasitələri ilə Sifarişçiyə məxsus yükü Sifarişçinin təyin etdiyi bir məntəqədən digər məntəqəyə İcraçı tərəfindən təşkil edilməsini; 1.2-ci bəndinə müvafiq olraq Xidmətin təsviri (yükün götürülmə və boşaldılma məntəqələri nəqliyyat vasitəsinin xüsusiyyətləri, yükləmə, daşıma, boşaltma və digər şərtlər) Sifarişçi tərəfindən göndərilən və əvvəlcədən tərəflər arasında razılaşdırılmış qiymət müqaviləyə əlavədə göstərilmişdir və xidmət bu əlavəyə müvafiq olaraq yerinə yetirilməlidir; 1.4-cü bəndinə görə İcraçı, müəyyən edilmiş dövlət standartları da daxil olmaqla keyfiyyət standartına uyğun olan Xidməti Sifarişçiyə təchiz etməyi, Sifarişçi isə təchiz edilmiş Xidmətin Müqavilində nəzərdə tutulmuş şərtlər əsasında haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq xidmətlərin göstərilməsi üçün Sifarişç i İcraçıya ən azı 24 saat əvvəlcədən sifariş göndərməlidir; 2.4-cü bəndinə əsasən, göstərilmiş xidmətə görə İcraçı Sifarişçiyə ayda 2 dəfə 15 və 30/31-i tarixlərində hesabfaktura göndərir; 2.5 bəndinə müvafiq olaraq Sifarişçi Müqavilə üzrə ödənişlərini imzalanmış üzləşmə aktları ilə bilrikdə düzgün hazırlanmış hesabın Sifarişçinin mühasibatlığına təqdim olunmasından sonra 5 iş günü ərzində aparır; 2.6-cı bəndinə əsasən ödəniş İcraçıya köçürmə yolu ilə həyata keçirilir. Həmçinin iş üzrə tərəflər T025LOG-BSM saylı, xx.xx.2016-cı il tarixli müqavilənin tərkib hissəsi hesab edilən 2 ədəd Əlavə imzalanmışlar. 1 saylı Əlavəyə əsasən, yükün dolma məntəqəsi Siyəzən rayonu, yükün boşalma məntəqəsi Zığ qəsəbəsi, texnikanın növü özüboşaldan (damper) olmaqla 1 səfərin qiyməti 207,00 manat müəyyən ed ilmişdir. 2 saylı Əlavəyə müvafiq olaraq yükün dolma məntəqəsi Quba rayonu, yükün boşalma məntəqəsi Zığ qəsəbəsi, texnikanın növü özüboşaldan (damper) olmaqla 1 ton çınqılın daşınma qiyməti 5,50 manat müəyyən edilmişdir. İşin materiallarına əlavə edilmək üçün iddiaçı MMC tərəfindən təqdim edilmiş 208 saylı xx.xx.2016-cı il tarixli hesa-fakturaya əsasən 1.681,91 ton çınqılın daşıma haqqı 9.250,51 manat; 228 saylı xx.xx.2016-cı il tarixli hesab-fakturaya müvafiq olaraq 1.988,08 ton çınqılın daşıma haqqı 10.934,44 manat; 235 saylı, xx.xx.2016-cı il tarixli hesabfakturaya görə, 2.349,32 ton çınqılın daşıma haqqı 12.921,21 manat təşkil etmişdir. Malın dəyərinin ödənilməsi üçün “xxxx” ASC-də açılmış hesablaşma hesabı təklif olunmuşdur. İşin materiallarında olan Azərbaycan Avtomobil Yolları Agent liyinin 3/14-837 nömrəli xx xxxxxx 2018-ci il tarixli məktubuna əsasən, 2016-cı il tarixdə Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri “xxxx” ASC tərəfindən aparılmışdır. İşin materiallarında olan, məhkəmə sorğusuna “xxxx” ASC tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, həmin ASC-yə məxsus bütün maliyyə-mühasibatlıq və digər sənədlərin Audit yoxlaması ilə əlaqədar Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinə təqdim edildiyi, “xxxx” ASC ilə "xxxx” MMC arasında bağlanan 003/03/16 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən alınmış materialların dəyərini “xxxx”xxxx” Müəssisəsinin xx xxx 2018-ci il tarixli məktubuna görə, vətəndaş M.Məmmədov 2016-cı ilin iyun ayında çınqıl materialının alınması ilə bağlı ‘xxxx.” müəssisəsi nə müraciət etmişdir. Onun sifarişi əsasında 2016-cı ilin iyun, iyul ayları ərzində 5.981 ton çınqıl materialı sifarişçinin göndərmiş olduğu ** SV ***, ** JC ***, ** JG ***, ** JM ***, ** JM ***, ** JG ***, 99 71573, ** JG ***, ** JX ***, ** JL ***, ** JK ***, ** JG ***, ** JK ***, ** EC ***, ** JV ***, ** EC ***, ** JG ***, ** JH ***, ** JX ***, ** JH ***, ** SE ***, ** JG ***, ** CK ***, ** JM ***, ** JK ***, ** HL *** dövlət qeydiyyat nişanlı yük maşınları vasitəsi ilə M.Məmmədova göndərilmişdir. İşin materiallarında olan, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən, yuxarıda qeyd olunan yük maşınları «xxxx” MMC-yə məxsusdur. Həmçinin, “xxxx” ASC-nin xx xxxxx 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, “xxxx” ASC tərəfindən 2016-cı ildə Bakının «Zığ İdairəsi – Hövsan -Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması» layihəsinin icrası zamanı xx xxxx 2016-cı il tarixdən etibarən, müvafiq 003/03/16 saylı xx.xx.2016 il müqaviləyə əsasən «xxxx» MMCdən alınmış malların tarixi, çəkisi və bu malları daşıyan maşınların nömrələri hazırkı məktuba əlavə edilmiş siyahıda göstərilən qaimə-fakturalarda və tərəzi-çəki sənədlərində öz əksini tapmışdır. «xxxx» MMC tərəfindən göndərilmiş qırmadaşın dəyəri həmin dövrdə tam olaraq ASC tərəfindən ödənilmişdir və hal-hazırda ASC-nin Cavabdeh nə heç bir borcu yoxdur. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış T025LOG-BSM saylı, xx.xx.2016-cı il tarixli müqavilə üzrə ve rilmiş qaimələr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsə də, işin digər halları ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı MMC İcraçı qismində müqavilədə nəzərdə tutulan yükün daşımasını həyata keçirmişdir. Belə ki, sözügedən müqaviləyə əsasən Sifarişçiyə məxsus yükü Sifarişçinin təyin etdiyi bir məntəqədən digər məntəqəyə İcraçı tərəfindən təşkil edilməsini və İcraçı isə müəyyən edilmiş dövlət standartları da daxil olmaqla keyfiyyət standartlarına uyğun olan Xidməti Sifarişçiyə təchiz etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirmişdir. Lakin cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 2016-cı ilin iyun və iyul aylarında borc məbləğ 33 106,22 manat təşkil etmişdir. Cavabdeh MMC qeyd edilən dövr üz rə qaimələrin və hesab-fakturalarının iddiaçı MMC-nin tələbinin əsası kimi çıxış edə bilmədiyini öz dəlillərinin əsası kimi qeyd etsə də, tərəflər arasında münasibətlər müqavilədə xidmətlərin göstərilməsi üçün sifariş məktubunun göndərilməsi şərti qeyd olunsa da, əvvəlki daşımalarda belə bir sifarişin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bu hal onu sübut edir ki, tərəflər arasında olan işgüzar münasibətlər qeyd edilən formada həyata keçirilmiş və hər iki tərəfdən qəbul edilərək davam etdirilmişdir. Bu mənada hazırkı mübahisənin tərəflər arasında bağlanmış daşıma xidməti müqaviləsindən irəli gəldiyi aşkardır. Eyni zamanda iş üzrə müəyyən edilir ki, yuxarıda qeyd olunan qeydiyyat nişanlı yük maşınları vasitəsi ilə “xxxx” MMCnin direktoru vəzifəsində işləyən X5 sifarişi əsasında “xxxx” Mü əssisəsindən çınqıl materialları alınaraq “xxxx” ASC-yə çatdırılmışdır. Göründüyü kimi, “xxxx” MMC ilə "xxxx” MMC arasında T025AZLOG-BSM saylı, xx.xx.2016-cı il tarixli müqavilədə qeyd olunan öhdəliklər iddiaçı “xxxx” MMC tərəfindən yerinə yetirilmiş, lakin cavabdeh "xxxx” MMC tərəfindən 33.106,22 manat məbləğində pul ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən (iddiaçı) iddiasının əsasını təşkil edən halları, yəni ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs (cavabdeh) isə iddiaya qarşı etirazını əsaslandıran faktları-hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir Bununla yanaşı qeyd edilməlidir ki, sübutetmə yükünün iddia tələbini irəli sürən tərəfə aid edilməsi heç də bütün hallarda iddiaçının həddindən artıq sübutetmə yükü altında qalmasına əsas vermir. İş üzrə müəyyən edilir ki, iddiaçı MMC daşıma ilə bağlı müvafiq sübutlarla çıxış etdiyi halda, cavabdeh MMC isə iddianı qəbul etməyərək, iddiacı MMC ilə arala rında müqavilənin olmasına və xidmətin göstərilməsinə baxmayaraq iddiacı MMC-ya hec bir borcunun olmaması, iddia edilən yəni, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə iddiacıya müqavilə şərtlərinə uyğun olaraq daşınma ilə bağlı sifariş verilməməsi ilə əsaslandırsa da, iddiaçı MMC-nin üzərinə götürdüyü öhdəliyə tam əməl etməsini təsdiq edən iş materiallarında olan dəlilləri təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçı MMC-nin iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfinən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə ed ir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə si) başa düşülür Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olma yan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar