Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-43/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçının cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 oktyabr tarixli, 2-2(105)-96/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2015-ci il 5 avqust tarixli satış kontraktından görünür ki, Anonim Şirketi ilə ASC arasında toyuq hinləri üçün quşçuluq avadanlıqlarının alğı-satqısı barədə razılığa gəlinmişdir. 2. 2015-ci il 12 avqust tarixli hesab fakturadan görünür ki, 10 dəstdən və 679 bağlamadan ibarət, ümumi çəkisi 30.560 kiloqram olan 130.167,86 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. 3. 2015-ci il 31 avqust tarixli hesab fakturadan görünür ki, 8 dəstdən və 773 bağlamadan ibarət, ümumi çəkisi 31.440 kiloqram olan 139.832,24 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. 4. 2015-ci il 29 sentyabr tarixli hesab fakturadan görünür ki, 10 dəstdən və 747 bağlamadan ibar ət, ümumi çəkisi 31.660 kiloqram olan 135.000 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
5. ASC tərəfindən sifariş olunan avadanlıqların adbaad siyahısı və həmin malların dəyəri: 1) 139.832,24 avro məbləğində mallar üzrə - 2015-ci il 4 avqust tarixli DS/00003665 saylı təklifdə; 2) 135.000 avro məbləğində mallar üzrə - 2015-ci il 5 avqust tarixli DS/00003667 saylı təklifdə; 3) 130.167,86 avro məbləğində mallar üzrə - 2015-ci il 12 avqust tarixli DS/00003644 saylı təklifdə öz əksini tapmışdır. Həmin sənədlər ASC-nin qanuni təmsilçisi X2 imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Təklifə əsasən, ASC-yə ödəniş üçün 360 gün vaxt verilmişdir.
6. Aşağı dakı beynəlxalq yükdaşıma sənədlərinin təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq hesab-fakturalar üzrə müvafiq həcmdə malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir: - 2049 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335657 nömrəli hesab-faktura üzrə 7.060 kq-lıq mallar (bağlamaların sayı – 112); - 2050 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335657 nömrəli hesab-faktura üzrə 14.480 kq-lıq mallar (bağlamaların sayı – 284); - 2051 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335657 nömrəli hesab-faktura üzrə 9.020 kq-lıq mallar (bağlamaların sayı – 283); - 2054 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335670 nömrəli hesab-faktura üzrə 4.940 kq-lıq mallar (bağlamaların sayı – 124); - 2055 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335670 nömrəli hesab-faktura üzrə 13.200 kq-lıq mallar (bağlamaların sayı – 128); - 2056 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335670 nömrəli hesab-faktura üzrə 2.480 kq-lıq mallar (bağlamaların sayı – 147); - 2057 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335670 nömrəli hesab-faktura üzrə 10.820 kq-lıq mallar (bağlamaların sayı – 374); - 2091 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335701 nömrəli hesab-faktura üzrə 7.440,60 kq-lıq mallar (bağlamaların sayı – 116); - 2092 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335701 nömrəli hesab-faktura üzrə 15.334,405 kq-lıq mallar (bağlamaların sayı – 352); - 2093 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335701 nömrəli hesab-faktura üzrə 6.139,962 kq-lıq mallar (bağlamaların sayı – 201); - 2094 nömrəli beynəlxalq yükdaşıma sənədinə görə Bİ 335701 nömrəli hesab-faktura üzrə 2.740,2 kq-lıq mallar (bağlamaların sayı – 78).
7. ASC-nin möhürü ilə təsdiq edilmiş: 1) 2015-ci il 11 sentyabr tarixli məktubdan görünür ki, 2015-ci il 12 avqust tarixli Bİ 335657 nömrəli hesab-faktura üzrə 130.167,86 avro; 2) 2015-ci il 2 oktyabr tarixli məktubdan görünür ki, 2015-ci il 31 avqust tarixli Bİ 335670 nömrəli hesab-faktura üzrə 139.832,24 avro; 3) 2015-ci il 26 oktyabr tarixli sənəddə 2015-ci il 29 sentyabr tarixli Bİ 335701 nömrəli hesab-faktura üzrə 135.000 avro dəyərində olan mallar "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənədlərdə həmçinin qeyd edilmişdir ki, de bitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. 8. 2015-ci il 11 sentyabr tarixli tapşırıq məktublarından görünür ki, 2015-ci il 12 avqust tarixli hesab-faktura üzrə yaranmış 130.167,86 avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən Anonim Şirketi tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. 9. 2015-ci il 2 oktyabr tarixli tapşırıq məktublarından görünür ki, 2015-ci il 31 avqust tarixli hesab-faktura üzrə yaranmış 139.832,24 avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən Anonim Şirketi tərəfind ən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. 10. 2015-ci il 27 oktyabr tarixli tapşırıq məktublarından görünür ki, 2015-ci il 29 sentyabr tarixli hesab-faktura üzrə yaranmış 135.000 avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 11. “İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 18 noyabr tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 405.000 avro məbləğində borcun, 400 ma nat mediasiya prosesi ilə bağlı xərcin və 80 manat tərcümə və notariat xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Tavsan Dış Ticaret Anonim Şirketi” ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” cavabdehə daşıyıcı “Çavdaroğlu 61 Nakliyat Turizm ve X10. Ltd. Şirketi” vasitəsi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodu 84362900 olan toyuq hinləri üçün quşçuluq avadanlıqları göndərmişdir. Cavabdehə avadanlıqların çatdırılması yük daşıma sənədləri ilə təsdiq olunur (bax yuxarıda § 6) (cəmi: 31.660 kq, 747 bağlama). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ştampında yükü n yoxlama baxış sistemində yoxlanıldığı və Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərildiyi qeyd edilmişdir.
13. Cavabdehin möhürü ilə təsdiq edilən 2015-ci il 11 sentyabr tarixli sənəddə Bİ 335657 nömrəli, 2015-ci il 12 avqust tarixli hesab-faktura üzrə 130.167,86 avro, 2015-ci il 2 oktyabr tarixli sənəddə Bİ 335670 nömrəli, 2015-ci il 31 avqust hesab-faktura üzrə 139.832,24 avro və 2015-ci il 26 oktyabr tarixli sənəddə Bİ 335701 nömrəli, 2015-ci il 29 sentyabr tarixli hesab-faktura üzrə 135.000 avro dəyərində olan malların cavabdeh tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul olunduğu etiraf edilmişdir. Həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar iddiaçıya (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər iddia çının hesabına ödəniləcək. 14. 2015-ci il 12 avqust tarixli hesab-faktura üzrə yaranmış 130.167,86 avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ 2015-ci il 11 sentyabr tarixində, 2015-ci il 31 avqust tarixli hesab-faktura üzrə yaranmış 139.832,24 avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ 2015-ci il 2 oktyabr tarixində, 2015-ci il 29 sentyabr tarixli hesab-faktura üzrə yaranmış 135.000 avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ 2015-ci il 27 oktyabr tarixində “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə iddiaçıya güzəşt edilmişdir.
15. Cavabdeh tərəfindən sifariş olunan avadanlıqların siyahısı və həmin malların dəyəri sənədlərdə öz əksin i tapmışdır: 1) 139.832,24 avro məbləğində mallar üzrə - 2015-ci il 4 avqust tarixli DS/00003665 saylı Təklif; 2) 130.167,86 avro məbləğində mallar üzrə - 2015-ci il 8 avqust tarixli DS/00003667 saylı Təklif; 3) 135.000 avro məbləğində mallar üzrə - 2015-ci il 12 avqust tarixli DS/00003644 saylı Təklif. Qeyd olunan sənədlər cavabdehin qanuni təmsilçisi X2 imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.
16. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Təklifə əsasən cavabdehə ödəniş üçün 360 gün vaxt verilmiş, sənədə əsasən malların sığortası və quraşdırılması, alıcının ölkəsində ortaya çıxan və çıxacaq hər cür gömrük, vergi, daxili daşıma, sənədləşmə və sair xərclər qiymət təklifinə daxil deyil. Sifariş olunan malların dəyəri və həcmi, həmçinin hesabfakturalarda qeyd edilmişdir. 2015-ci il 29 sentyabr tarixli hesab-fakturaya əsasən 10 dəstdən və 747 bağlamadan, ümumi çəkisi 31.660 kiloqramdan ibarət olan 135.000 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində, 2015-ci il 12 avqust tarixli hesab-fakturaya əsasən 10 dəstdən və 679 bağlamadan, ümumi çəkisi 30.560 kiloqramdan ibarət olan 130.167,86 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində, 2015-ci il 31 avqust tarixli hesabfakturaya əsasən 8 dəstdən və 773 bağlamadan, ümumi çəkisi 31.440 kiloqramdan ibarət olan 139.832,24 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi qeyd olunmuşdur.
17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülk i Məcəlləsinin (bundan sonra – “MM”) 4.6, 149.2.4-1, 150.1.6, 150.2, 152.1.6, 439.1, 443-cü, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-1-ci, “Öhdəlik Məcəlləsi” Türkiyə Respublikasının 83, 146, 147-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, 36.2-ci maddələrinə istinad etmişdir.
18. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, iddiaçının cavabdehə qarşı olan pul tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında Azərbaycan Respublikası Siyəzən şəhərində 2015-ci il 5 avqust tarixində toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktı bağlanmış və bağlanan satış kontraktına əsas 2015-ci il 3 sentyabr tarixinə qə dər keçərli olan 2015-ci il 5 avqust tarixli satış-ekipman təklif listəsi olmuşdur. İddiaçının iddia ərizəsində qeyd olunanların əksi olaraq tərəflər arasında hər hansı şifahi razılıqlar və ya şifahi razılaşmalar olmamışdır.
19. İddiaçının hüquqi şəxsi olan “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə cavabdeh arasında bağlanan 2015-ci il 5 avqust tarixli satış kontraktının şərtlərinə əsasən ödənişin 360 gün ərzində Eximbanka – iddiaçıya ödənilməsinin, cavabdehə aid olması razılaşdırılmışdır. “Tavsan Dış Ticaret Anonim Şirkəti”nin borcunun Eximbanka – iddiaçıya ödənilməsi barədə aralarında temliknamə sənədi imzalanmışdır. Tələbin güzəşti olaraq borc tələbinin Eximbank – iddiaçı tərəfindən tələb olunması və ya ödənilməsi barədə razılığa gəlinmişdir.
20. İddiaçının hüquqi şəxsi ilə cavabdeh arası nda bağlanan 2015-ci il 5 avqust tarixli satış kontraktı Azərbaycan Respublikasında imzalandığından, müqavilədə kontrakta hansı ölkənin tətbiq edilən hüququnun tətbiqi və mübahisələrin həlli ilə bağlı məhkəmə aidiyyətinin hansı ölkədə olması qeyd olunmamışdır. Tərəflər arasında müqavilə cavabdehin inzibati binasında bağlanmış və işə baxılma Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.
21. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli e-2-2(119)-45/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən ödənilmiş 615 manat məbləğində dövlət rüsumun cavabdehdən tutulması qət edilmişdir (hakim – X.Tağıyev).
22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Satıcı “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı cavabdeh arasında 2015-ci il 5 avqust tarixində bağlanmış toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktınə əsasən cavabdehə ümumilikdə 405.000 avro dəyərində avadanlıqlar göndərilmiş, lakin cavabdeh tərəfindən satıcıya heç bir ödəniş olunmamışdır. “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən yükdaşımaları ilə bağlı meydana gəlmiş sığorta zəmanəti ilə əlaqədar “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə 2015-ci il 12 avqust, 2015-ci il 31 avqust və 2015-ci il 29 sentyabr tarixli Hesab fakturalar üzrə yaranmış borc vəsaiti, habelə məhkəmədə iddia qaldırmaq da daxil olmaqla bütün hüquqlar iddiaçıya tapşırılmışdır (güzəşt edilmişdir). Cavabdeh “Tavs an Dış Ticaret Anonim Şirkəti”nə ünvanladığı məktublarında həmin kontrakt əsasında göndərilmiş cəmi 405.000 avro məbləğində avadanlıqları aldığını təsdiq etmiş və qaimələr üzrə yaranan borc məbləğlərinin iddiaçıya ödəniləcəyini bildirmiş, lakin edilən müraciətlərə baxmayaraq, yenə də cavabdeh tərəfindən borcla bağlı ödənişlər həyata keçirilməmişdir.
23. Məhkəmədə cavabdeh aralarında bağlanılmış müqaviləyə uyğun olaraq “Tavsan Dış Ticaret Anonim Şirkəti” tərəfindən göndərilmiş 405.000 avro dəyərində avadanlıqları aldığını inkar etməmiş, lakin MM-də müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin bitməsinə istinad etməklə məhkəməyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
24. Satış kontraktında tərəflər a rasında mübahisə yaranacağı təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq olunacağı göstərilməmişdir.
25. Məhkəmədə cavabdeh tərəf hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq edilməli olduğunu bildirdiyinə görə, tərəflərin təşəbbüsü ilə məhkəməyə mütəxəssislər dəvət olunmuş və dinlənilmişlər. X1 bildirmişdir ki, hazırkı mübahisənin həlli ilə bağlı ““Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Digər mütəxəssis X4 isə bildirmişdir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununda (istinad olunan 19 və 25-ci maddələrdə) qeyd olunan məsələlər nəzərdə tutulub. Lakin beynəlxalq təcrübədə bu məsələ ilə bağlı müəyyən istisnalar var. O, bir sıra beynəlxalq konvensiyalara istinad etsə də, qeyd etmişdir ki, bir sıra hallarda Azərbaycan Respublikası və bəzi hallarda Türkiyə Respublikası həmin konvensiyalara qoşulmamışdır.
26. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, belə hesab etmişdir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq hazırkı müqaviləyə Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Türk Borclar Məcəlləsinin (bundan sonra – “TBM”) 146-cı maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər alacaq (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir.
27. Satış kontrakt 2015-ci il 5 avqust tarixdə bağlandığı və müqavilə münasibətləri həmin tarixdə yarandığı üçün və hazırda TBM-in 146-cı maddəsində nəzərdə tutulan on illik iddia müddəti bitmədiyi üçün cavabdeh tərəfin təqdim etdiyi üç illik iddia müddətinin keçməsi barədə ərizə əsassız olmuşdur.
28. Tərəflər arasında 2015-ci il 5 avqust tarixində satış kontraktının bağlanması, həmin kontrakt əsasında “Tavsan Dış Ticaret Anonim Şirkəti”nin cavabdehə ümumilikdə 405.000 avro dəyərində avadanlıqlar göndərməsi, cavabdehin həmin avadanlıqları yaxşı vəziyyətdə qəbul etməsi, lakin bunların müqabilində cavabdeh tərəfindən satıcıya heç bir ödəniş olunmaması iş materialları ilə tamamilə sübuta yetrilmişdir. “Tavsan Dış Ticaret Anonim Şirkəti” göstərilən məbləğdə pulu tələb etmək hüququnu qanuni əsaslarla iddiaçıya güzəştə getdiyi üçün Türkiyə Respublikası qanunvericiliyinin qeyd olunan mülki hüquq normalarına uy ğun olaraq iddiaçı 405.000 avro məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
29. Həmçinin cavabdehdən 615 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunun məbləği 1.015 manat olmuşdur. İddiaçı ilkin mediasiya sessiyası zamanı 400 manat mediasiya xərci ödəmiş, dövlət rüsumunun məbləği çəkilmiş mediasiya xərcindən artıq olduğuna görə, iddiaçı tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Belə ki, hazırkı iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməli olduğu məbləğ 615 manat müəyyən olunmuş, iddiaçı 615 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 669 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Cavabdehdən iddiaçı tərəfindən çəkilmiş mediasiya xərcin dən əlavə 615 manat məbləğində dövlət rüsumunun əvəzi də tutulmalıdır.
30. Məhkəmə öz mövqeyini MM-in 439.1, 439.2-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, 9.4-cü, TBM-in 117, 146, 183, 207-ci, MPM-in 14.2, 77, 81, 89.1, 89.2, 89.3, 119.1, 217.4, 443-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Cavabdeh 2022-ci il 19 iyul tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia müddətinin keçməsi əsası ilə təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 oktyabr tarixli 2-2(105)-96/2022 saylı qətnaməsi ilə a pellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və F.Məmmədov).
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 22-29) ilə razılaşmış, gəldiyi nəticəni “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci, TBM-in 117, 146, 183, 207, MPM-in 384.0.1, 443-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 1 noyabr tarixdə tərəflərə göndərilmiş və tərəflərin vəkillərinə məxsus elektron kabinetdə yerləşdirilmişdir.
35. Cavabdeh 2022-ci il 2 dekabr tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin tam ləğv edilməsi və iddia müddətinin keçməsi əsası ilə təm in edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 373.2-ci maddəsi üzrə - Tərəflər arasında müqavilə 2015-ci ilin 5 avqust tarixində imzalanmışdır. Qeyd olunan maddəyə əsasən, müqavilə tələbi üzrə iddia müddəti 3 ildir. Belə ki, həmin normativ hüquqa əsasən iddiaçı iddia müddətini ötürmüş və hazırkı tələblə bağlı qaldırılan iddia əsassız olmuşdur. 37. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsi üzrə - 2015-ci il 5 avqust tarixli satış kontraktı Azərbaycan Respublikası ərazisində bağlandığından, həmin kontrakta hansı ölkənin hüququnun tətbiq edilməsi və mübahisələrin həlli ilə bağlı məhkəmə aidiyyətinin hansı ölkədə olması kontrakta qeyd olunmamışdır. Belə ki, tərəflər arasında bağlanan kontrakt Azərbaycan Respublikası Siyəzən rayonu, "xxxx" ASC-nin inzibati binasında bağlandığından, qeyd olunan qanuna əsasən Azərbaycan Respublikası MM-nin normaları tətbiq olunmalıdır. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksi olaraq, tərəflər arasında hər hansı bir şifahi razılıqlar və ya şifahi razılaşmalar olmamışdır.
38. MPM-in 64-cü maddəsi üzrə - Hazırkı işlə bağlı məhkəmə prosesində mütəxəssis kimi iştirak edən Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru X4 tərəfindən verilmiş rəyə əsasən tərəflərin tərəfdar çıxdığı beynəlxalq müqavilələr (konvensiyalar) arasında ziddiyyətlərin olmasını və tərəflər arasında olan ha zırkı mübahisəyə Azərbaycan Respublikasının qanunlarının tətbiq olunmasını əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası verilmiş mütəxəssis rəyinə və ifadəsinə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləş dirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmaya n müqavilələr də bağlaya bilərlər....” “Maddə
439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.” 44. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə
19. İddia müddəti 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. 19.2. Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur.” “Maddə
25. Tərəflərin razılığını n olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;...” 45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 2001-ci il 4 dekabr tarixli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri … 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasi ya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. … 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.”
46. Türkiyə Respublikası aşağıdakılar nəzərdə tutulur: Türk Borclar Məcəlləsinin müvafiq müddəalarında “Maddə
117. Vaxtı keçmiş bir borcu olan şəxs, kreditorun xəbə rdarlığından sonra öhdəliyini yerinə yetirməmiş hesab edilir. Borcun yerinə yetirilmə tarixində bir tərəf, birlikdə müəyyənləşdirilmiş və ya müqavilədə nəzərdə tutulan bir hüquqa əsaslanaraq müvafiq bir bildiriş göndərərək müəyyən etmişsə və bu tarixin üzərindən zaman keçmişsə, qanunsuz fəaliyyətin həyata keçirildiyi, haqsız zənginləşmə halında isə həmin zənginləşmənin meydana gəldiyi tarixdə borclu öhdəliyini yerinə yetirməmiş sayılır. Lakin haqsız zənginləşmənin yaxşı niyyətlə baş verdiyi hallarda öhdəliyini yerinə yetirməmə halı üçün bildiriş edilməlidir.” “Maddə
146. Müddətin üstündən on il keçməsi Qanunla nəzərdə tutulmuş başqa bir hal olmazsa, hər alacaq (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir.” “Maddə
183. Könüllü ötürmə. Qanun, müqavilə və ya işin xüsusiyyəti buna mane olmadıqda, kreditor (borc sahibi) borclunun razılığını almadan alacaq borcu üçüncü bir şəxsə ötürə bilər.Borclu, ötürülməsi qadağan edilməyən yazılı bir borc tanımasına əsaslanaraq, alacaq borcunu təhvil almış üçüncü şəxsə qarşı alacaq borcunun ötürülməsinin mümkün olmaması üzərində razılaşma olduğunu iddia edə bilməz.” “Maddə
207. Tərif və müddəalar Alğı-satqı müqaviləsi, satıcının satılıq malın mülkiyyəti və əmlakının alıcıya verilməsi, alıcının isə bunun müqabilində bir qiymət ödəmək borcunu öhdəsinə götürdüyü bir müqavilədir. Müqavilədə başqa cür razılaşdırılmadıqda və ya bunun əksinə heç bir qayda olmadıqda, satıcı və alıcı eyni anda öz borclarını yerinə yetirməyə məcburdurlar. Vəziyyətə və şərtlərə uyğun olaraq təyin oluna bilən qiymət razılaşdırılmış qiymət sayılır.”
47. Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli halla r barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı bi rinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;... 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda;... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;...”
48. Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 116-VQ saylı Qanunla qoşulduğu “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında” Vyana Konvensiyasında aşağıdakılar nəzərdə tutulur: “Maddə 4 Bu Konvensiya yalnız alğı-satqı müqaviləsinin bağlanılmasını və alıcı və satıcının belə müqavilədən yaranan hüquq və öhdəliklərini tənzimləyir. Xüsusilə, bu Konvensiyada digər qayda birbaşa olaraq nəzərdə tut ulmadıqda, o, aşağıdakılara tətbiq edilmir: (a) müqavilənin və ya onun müddəalarından hər hansı birinin və ya hər hansı adətin etibarlılığına; (b) satılan mallar üzərində mülkiyyət hüququna müqavilənin göstərə biləcəyi təsirlərə.” “Maddə 7... (2) Bu Konvensiyanın tənzimetmə predmetinə aid olan, lakin onda birbaşa olaraq həllini tapmayan məsələlər onun əsaslandığı ümumi prinsiplərə, belə ümumi prinsiplər olmadığı təqdirdə isə, beynəlxalq xüsusi hüququn normalarına əsasən tətbiq edilməli olan hüquqa uyğun olaraq həll olunmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 36-38) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022 -ci il 24 oktyabr tarixli 2-2(105)96/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Kassatorun öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi mütəxəssis rəyində (İ cild, i/v 64-75) müəllif “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında” Vyana Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndinə istinad edərək mahiyyət etibarilə belə qənaətə gəlmişdir ki, həmin Konvensiyada nəzərdə tutulmayan iddia müddəti ilə bağlı bu sferada mövcud olan ümumi prinsiplər tətbiq edilməlidir. Beynəlxalq kommersiya müqavilələrinin Prinsiplərinə (UNİDRUA Prinsiplərinə) görə isə, ümumi iddia müddəti 3 il təşkil edir və hazırkı işin hallarına görə həmin müddət ötürülmüşdür.
51. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdeh tərəfin həmin mövqeyi ilə razıla şmır.
52. Mütəxəssis rəyində istinad olunan “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında” Vyana Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndinə (bax yuxarıda § 48) əsasən, bu Konvensiyanın tənzimetmə predmetinə aid olan, lakin onda birbaşa olaraq həllini tapmayan məsələlər onun əsaslandığı ümumi prinsiplərə, belə ümumi prinsiplər olmadığı təqdirdə isə, beynəlxalq xüsusi hüququn normalarına əsasən tətbiq edilməli olan hüquqa uyğun olaraq həll olunmalıdır.
53. Göründüyü kimi, istinad olunan Vyana Konvensiyası çərçivəsində ümumi prinsiplərin o məsələlərə tətbiqi mümkündür ki, həmin məsələlər bu Konvensiyanın tənzimetmə predmetinə aid olsun, lakin Konvensiyada birbaşa olaraq həllini tapmasın.
54. Bu o anlama gəlir ki, ümumiyyətlə Vyana Konvensiyas ının tənzimetmə predmetinə aid olmayan məsələlərə ümumi prinsiplərin tətbiqi həmin Konvensiya çərçivəsində qeyrimümkündür.
55. Odur ki, hazırkı mübahisə baxımından sözügedən məsələnin düzgün həlli üçün ilk növbədə Vyana Konvensiyasının tənzimetmə predmetini dəqiq müəyyən etmək lazımdır.
56. Həmin Konvensiyanın 4-cü maddəsindən (bax yuxarıda § 48) aydın olur ki, bu Konvensiya yalnız: 1) alğı-satqı müqaviləsinin bağlanılmasını; 2) alıcı və satıcının belə müqavilədən yaranan hüquq və öhdəliklərini tənzimləyir.
57. Elə cavabdeh tərəfin təqdim etdiyi mütəxəssis rəyinin özündə də qeyd olunmuşdur ki, Türkiyə Respublikasının və Azərbaycan Respublikasının üzv olmadıqları “Malların beynəlxalq alqı-satqısında iddia müddəti haqqında” 1974-cü il Nyu-York Konvensiyası mövcuddur.
58. Qeyd olunanlara əsas ən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfin istinad etdiyi Vyana Konvensiyası yalnız alğı-satqı müqaviləsinin bağlanılmasını, alıcı və satıcının belə müqavilədən yaranan hüquq və öhdəlikləri tənzimlədiyindən, iddia müddəti ilə bağlı məsələlər həmin Konvensiyanın tənzimləmə predmetinə daxil deyildir. Odur ki, Vyana Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndinə istinad edərək onun tənzimləmə predmetinə daxil olmayan iddia müddətinə ümumi prinsipləri, yəni Beynəlxalq kommersiya müqavilələrinin Prinsiplərini (UNİDRUA Prinsiplərini) tətbiq etmək üçün hüquqi əsaslar mövcud deyildir.
59. Eyni zamanda, Vyana Konvensiyasından kənarda Azərbaycan Respublikasının üzv olduğu digər beynəlxalq müqavilələrdən və milli qanunvericilikdən ümumi prinsiplərin ölkəmiz üçün imperativliyi də mü əyyən olunmur.
60. O da qeyd olunmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisə predmeti olan satış kontraktı 2015-ci il 5 avqust tarixində bağlanmışdır. Halbuki Azərbaycan Respublikası “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğısatqısına dair müqavilələr haqqında” Vyana Konvensiyasına 2016-cı il 1 fevral tarixində, yəni hazırda mübahisə predmeti olan kontrakt imzalandıqdan sonra qoşulmuşdur.
61. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək hazırkı mübahisəyə Türkiyə Respublikasının hüququnu tətbiq edərkən nəticə etibarilə qanuni və əsaslı qənaətə gəlmişdir.
62. Belə ki, hazırkı halda öhdəlik münasibətləri xarici hüquqi şəxslə, yəni Türkiyə Respublikasının hüquqi şəxsi ilə Azərbaycan Respublikasının hüquqi şəxsi arasında yarandığından, onların arasındakı alqı-satqı müqaviləsinin hansı ölkənin ərazisində bağlanmasından (imzalanmasından) asılı olmayaraq, həmin müqavilə xarici elementli mülki hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. 63. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.1 və 1.2-ci maddələrinə (bax yuxarıda § 44) görə isə, bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsa sında müəyyən edilir.
64. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquqa dair satıcı və alıcının müqavilə ilə rəsmiləşdirdikləri yazılı razılıq, şərt, eyni zamanda müvafiq dövlətlərarası beynəlxalq müqavilə də mövcud deyildir.
65. Belə olan halda, tərəflər arasındakı xarici elementli öhdəlik hüquqi münasibətlərinə tətbiq olunmalı hüquq yalnız “Beynəlxalq xüsusi hüquq haqqında” Qanun əsasında müəyyən edilməlidir.
66. Qanunun 25.1 və 25.1.1-ci maddələrinin (bax yuxarıda § 44) tələblərinə görə, alqısatqı müqaviləsinə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilməlidir ki, hazırkı halda bu ölkə məhz Türkiyə Respublikasıdır.
67. Yuxarıda istinad edilən Qanunun 19.1 və 19.2-ci maddələrinə (bax yuxarıda § 44) görə, müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. Müvafiq münasibətin iştirakçılarından heç olmasa biri Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsidirsə, onda iddia müddətinin aid edilmədiyi tələblər Azərbaycan Respublikasının hüququ ilə müəyyən olunur.
68. Cavabdeh tərəfin təqdim etdiyi mütəxəssis rəyində müəllif həmin Qanunun 5.1-ci maddəsinə (“Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir.”) istinad edərək belə qənaətə gəlir ki, iddia müddətinə dair normalar MM-in 373.2-ci maddəsinə əsasən, imperativ normalar olduğundan, iddia müd dəti ilə əlaqədar istənilən halda Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir; iddia müddəti qarışıq, yəni həm maddi, həm də prosessual hüquqi təbiətə malik olması səbəbindən “Beynəlxalq xüsusi hüquq haqqında” Qanun iddia müddətini birbaşa öhdəlik statusuna daxil etməmiş, bununla bağlı ayrıca müddəa (19-cu maddə) müəyyən etmişdir.
69. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdeh tərəfin gətirdiyi həmin dəlillərlə də razılaşmır.
70. Cavabdeh tərəfin istinad etdiyi MM-in 373.2-ci maddəsinə (bax yuxarıda § 43) əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
71. MM-in 6.2 və 390.1-ci maddələrinə (bax yuxarıda § 43) görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçü n iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, MMdə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
72. Göründüyü kimi, MM ilə mülki hüquq subyektlərinə iradə sərbəstliyinin, müqavilə azadlığının verilməsi qanunun tələblərinə zidd olan müqavilə bağlanması ilə nəticələnə bilməz.
73. Bu o anlama gəlir ki, tərəflər öz aralarında bağladıqları müqavilə ilə qanunun yalnız imperativ normalarına uyğun gəlməyən, bu normaların məzmununu dəyişdirən və ya onlara zidd olan, fərqli şərtlər, davranış qaydaları müəyyən edə bilməzlər. Hə min məhdudiyyət qanunun digər normalarına, yəni dispozitiv normalarına aid deyildir.
74. MM-in 374.1-ci maddəsinə (bax yuxarıda § 43) görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
75. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MM-in 374.1ci maddəsi mülki hüquq subyektlərinə öz aralarında bağladıqları müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə əlaqədar MM-də nəzərdə tutulanlardan fərqli qaydaları müəyyənləşdirmək səlahiyyəti verdiyindən, MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddətləri imperativ norma kimi qiymətləndirilə bilməz.
76. Odur ki, apellyasiya instansiyası məhkəməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 5.1-ci maddəsini hazırkı müb ahisəyə tətbiq etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
77. Bundan başqa, iddia müddətinin bəzi ölkələrdə maddi hüquqi, bəzi ölkələrdə prosessual hüquqi, digərlərində isə qarışıq xarakter daşıması iddia müddətinə tətbiq edilməli hüququn müəyyən olunması üçün “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 19.1-ci maddəsinin tətbiq edilməməsi üçün hüquqi əsas ola bilməz.
78. Qanunun 19.2-ci maddəsi isə hazırkı işin hallarına görə ümumiyyətlə tətbiq edilə bilməz.
79. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iddia müddətini Türkiyə Respublikasının qanunu əsasında müəyyən edərkən heç bir hüquq pozuntusuna yol verməmişdir.
80. Ümumiyyətlə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Türkiyə Respublikasının hüququnun poz ulmasına dair də heç bir dəlilə istinad edilməmişdir.
81. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 oktyabr tarixli 2-2(105)-96/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.