Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-430/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisə, haqsız rəqabət üsul və vasitələrindən istifadə nəticəsində dəymiş zərərin ödənilməsi, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Ca vabdeh2 qarşı işgüzar nüfuzun müdafiəsi barədə ilk, Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə qarşı haqsız rəqabət hərəkətləri nəticəsində kompensasiya ödənilməsi, işgüzar nüfuzun müdafiəsi barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(103)-163/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC və Cavabdeh1 MMC eyni sektorda fəaliyyət göstərən şirkətlər olmaqla, kosmetik avadanlıqların (o cümlədən lazer aparatlarının) alı-satqısı ilə məşğuldurlar. 2. “Wertex” və “Cuatro” əmtəə nişanlarının sahibi İddiaçı MMC-dir və əmtəə nişanları 35-ci sinif-kosmetoloji avadanlıqların satışı üçün qeydiyyata alınmışdır (müvafiq olaraq 2022 1 537 və 2022 1271 nömrəli nömrəli əmtəə nişanı şəhadətnamələri).
3. Digər Cavabdeh2 işlətdiyi "xxxx" estetik salonunda istifadə etmək üçün Cavabdeh1 MMC-dən lazer aparatı əldə etmişdir. İddiaçı MMC salona gələrək, həmin lazer aparatını baha qiymətə əldə etdiyini və onlarda həmin aparatın kifayət qədər ucuz qiymətə satıldığını bildirmişdir. Məsələ ilə bağlı "xxxx" estetik salonunda hər iki MMC-nin rəhbərləri və əməkdaşlarının, Cavabdeh2 və həyat yoldaşı X1 iştirakı ilə görüş keçirilərək, Cavabdeh1 MMC-nin satdığı lazer aparatı və İddiaçı MMC-nin satış üçün təklif etdiyi lazer aparatı müqayisə edilmişdir. Tərəflərin razılığı ilə həmin görüşün videoyazısı aparılmışdır. 4. 15 mart 2023-cü il tarixində Cavabdeh2 "xxxx" estetik salonunun sosial şəbəkəsində video-çarx yerləşdirilmişdir. Həmin vide oçarxda aşağıdakılar qeyd edilmişdir: “Başıma gələn bir hadisəni sizlərlə bölüşmək istəyirəm. Təxminən bundan 4-5 ay öncə Azestetik qrupundan lazer cihazı əldə etdim və işimə başlamışdım ki, bir qrup şəxs içəri daxil olaraq bu cihazın məhz onlara aid olduğunu və mənə 15 min baha satıldığını iddia etdilər. İnanmağa başladım, rolları elə gözəl oynadılar ki, həqiqətən də bunların danışığlarını biraz həqiqət gördüm ki, yəni bəzi şeylər vurğulayırdılar öz aləmlərində və mənim də bunu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, investorum həyat yoldaşımdır və bu məsələ ilə bağlı mənim həyatımda böyük problemlər yarandı. Məsələni aydınlaşdırmaq üçün Azestetik qrupuna müraciət etdik və belə qərara gəldik ki, bizim obyektdə görüş təyin olunsun və bu görüş baş tutdu (1). Bu görüşdən məlum oldu ki, iki cihazlar xarici görünüşünə görə bir-birinə çox oxşar idi, lakin texniki cəhətdən çox fərqli idi. Bunu da bildirmək istəyirəm ki, Azestetikdən aldığım cihaz iki dəfə digər cihazın vatt gücünə görə daha güclü idi. Fabrikdən Azestetik üçün xüsusi istehsal olunub (2). Yalan danışanlar isə öz cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilmədilər, biabır oldular, mən onların yerinə utandım (3). Mən bilirəm bu oxşar hadisələr çoxunuzun başına gəlir, istəyirəm ki, sizi də xəbərdar edim ki, bu yalançılara inanmayın (4)”.
5. Qeyd edilən mətndəki 1, 2, 3, 4 rəqəmləri hissələrində görüşdən görüntülər əks olunmuş, habelə 3 rəqəmi hissəsində “Mənşəyi bilinmir” yazısı, 4 rəqəmi hissəsində isə “Azestetik istehsalçı ilə birbaşa əlaqə qurmaq istəmədi” yazıları qeyd edilmişdir.
6. İddiaçı M MC-nin şikayəti əsasında toplanmış material üzrə 2023-cü il 2 mart tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, X2 "xxxx" MMC-dən bir ədəd “Wertex" əmtəə nişanı olan “F2000” model diod lazer aparatı almış və həmin cihazın üzərində İddiaçı MMC-nin əmtəə nişanı olmuşdur.
7. İddiaçı MMC-yə məxsus “Cuatro” və “Wertex” əmtəə nişanlarından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi və bununla əlaqədar görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi haqqında Cavabdeh1 MMC-yə göstəriş verilməsi qərara alınmışdır (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2023-cü il 18 aprel tarixli Qərarı) İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 10 aprel tarixində Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların cavabdehlərin rəsmi “instagram” (butik_diaa), “whatsapp” və digər bütün sosial şəbəkə hesablarından dərhal silinməsi, iddiaçı barəsində yayılmış işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan, yalan məlumatların yazılı və şifahi formada iddiaçıdan üzr istənilməklə cavabdehlərə məxsus rəsmi “instagram”, “whatsapp” və digər bütün sosial şəbəkə hesablarında video formatda təkzib edilməsi, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 manat kompensasiya və 240 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 50,240 manat pulun cavabdehlərdən (hər biri ½ hissədə) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra “Cavabdeh2”) 2023-cü il 15 mart tarixində “Dia butik” salonunun sosial şəbəkə hesabında video yerləşdirmiş, həmin videoda 2023-cü il 18 fevral tarixində iddiaçının və digər Cavabdeh1 MMC-nin nümayəndələri ilə keçirilmiş görüşdən bəhs etmiş, iddiaçıya və cavabdeh “X4" MMC-yə məxsus cihazların xarici görünüş baxımdan oxşarlığı, lakin texniki baxımdan “X4" MMC-yə məxsus cihazın daha üstün və orijinal olduğunu vurğulamaqla həmin MMC-nin cihazlarının ikiqat gücə malik olduğunu bildirmiş, eyni zamanda video görüntüdə Cavabdeh2 ba şlıqda “iddiaçı öz cihazının mənşəyini göstərə bilmədi” qeyd etməklə “mən onların yerinə biabır oldum”, “yalançılara inanmayın!” ifadələrini işlətmişdir. Cavabdeh1 MMC həmin videogörüntünü, “instagram”, “whatsapp” kimi sosial şəbəkə hesablarında paylaşaraq Cavabdeh1 MMC şirkətinə güvənin, orijinal və zəmanətli, müasir kosmetik avadanlıqları bizdən əldə edin” ifadələri yerləşdirmişdir. Cavabdeh2 tərəfindən yayılmış videogörüntülər iddiaçının işgüzar nüfuzunun ləkələmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 iddiaçının qanuni sahibi olduğu “Wertex” əmtəə nişanından heç bir razılıq olmadan istifadəyə davam etmişdir.
10. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun işlədiyi salona bir qrup şəxslə qanunsuz daxil olmuş, iş lədiyi yerin və əməkdaşların videogörüntüləri qanunsuz olaraq çəkilərək sosial şəbəkədə paylaşılmış, nəticədə onun həm işgüzar imicində, həm də şəxsi ailə həyatında bununla bağlı böyük problemlər yaranmışdır. İddiaçı tərəfindən ona lazer aparatının qanunsuz və 15.000 manat bahasına satıldığı bildirilmişdir. Seriya nömrəsinə baxış keçirilərkən ona satılan cihazla iddiaçının baha satıldığını iddia etdiyi lazer cihazının eyni keyfiyyətə malik olmadığı aydın olmuşdur. İddiaçı iş yerinə qanunsuz daxil olmaqla Cavabdeh1 MMC tərəfindən aldadıldığını israr etmiş, Cavabdeh2 isə buna cavab olaraq aldığı lazer aparatının keyfiyyətindən razı olduğunu bildirmişdir. İddiaçı tərəfindən həm Cavabdeh1 MMC, həm də onun müştərisi olan müəssisələrin nüfuzdan salınması üçün səy göstərilmişdir. Cavabdeh1 MMC il ə aralarında olan lazer cihazının alqı-satqı müqaviləsində isə iddiaçıya məxsus olan əmtəə nişanının adı qeyd olunmamışdır. Bundan əlavə, onda olan məlumata görə Cavabdeh1 MMC tərəfindən mübahisəli əmtəə nişanının qeydiyyatının ləğv edilməsinə dair Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan apellyasiya şurasına rəsmi müraciət olunmuşdur.
11. Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən yol verilmiş haqsız rəqabət hərəkətlərinin qanun pozuntusu olaraq tanınması, iddiaçıdan həmin hərəkətlər nəticəsində əldən çıxmış faydaya görə 130.000 manat, cavabdehin işgüzar nüfuzuna dəymiş zərərə görə 30.000 manat kompensasiyanın tutularaq ödənilməsi və iddiaçının üzərinə cavabdehə qarşı haqsız rəqabət hərəkətlərinə yol verməyəcəyinə dair öhdəlik qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia tələbi üzrə məhkəmələrin gəldiyi nəticə hazırki kassasiya baxışının predmetini təşkil etmədiyi üçün qarşılıqlı iddianın əsasları ətraflı qeyd olunmur.
13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli 2-2(113)- 3675/2023 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir (hakim Z.Pirverdiyev).
14. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı, Cavabdeh2 sosial şəbəkədə işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını və bunu qəsdən etməsini göstərsə də, Cavabdeh2 tərəfindən onun işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılmasını və bunun qəsdən həyata keçirilməsini təsdiq edən hər hansı sübutu məhkəməy ə təqdim etməmiş, tələbinin əsaslandığı bu halları sübut edə bilməmişdir. Cavabdeh2 istehlakçı olmaqla, ona təklif edilmiş iki avadanlıq arasında müqayisəli təhlil aparmış, apardığı araşdırmanın nəticəsinə dair istehlakçı kimi öz fikir və mülahizələrini bildirmiş, bu halda isə heç də iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar yayması məqsədlərini həyata keçirməmiş, onun belə bir qəsdi olmamışdır. Bu hala görə isə Cavabdeh2 mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi onun öz fikrini ifadə etmək azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarmaqla yolverilməzdir.
15. İstehlakçının malın kəmiyyət və keyfiyyət göstəriciləri barədə öz fikir və mülahizələrini bildirməsinə görə hər hansı formada, o cümlədən monetar formada hüquqi məsuliyyətə cəlb olunm ası Azərbaycan Respublikası Konstitusiyasının 47 və Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş fikir və söz azadlığına qeyri-adekvat bir müdaxilə üçün zəmin yaradır. Cavabdeh2 video görüntüdə ifadə etdiyi fikrindən daşınmağa məcbur edilməsi söz və fikri ifadə etmək azadlığına qeyri-adekvat və əsassız bir müdaxilə olmaqla demokratik cəmiyyətdə zəruri deyil.
16. Cavabdeh1 MMC isə həmin videogörüntünü istehlakçı olan Cavabdeh2 istinadən yaymışdır ki, bu halda Cavabdeh1 MMC məsuliyyət daşıya bilməz. Eyni zamanda, iddiaçı cavabdehlər tərəfindən yayılmış video görüntülərdə bildirilmiş məlumatların yalan, həqiqətə uyğun və doğru olmaması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, ilk iddia tələbi təmin oluna bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Re spublikasının Konstitusiyasının 46 və 47-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 23.1, 23.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli 7 nömrəli Qərarının 3, 4-cü bəndlərinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 77.1-ci madd əsi 76, 77.1, 80 və 106.1 maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və ilk iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
19. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(103)-163/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).
21. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən olunanlara görə, Cavabdeh2 "xxxx" estetik salonunda işləyir və o, həmin salonda istifadə etmək üçün Cavabdeh1 MMC-dən lazer aparatı əldə etmişdir. İddiaçının əməkdaşı qeyd edilən salona gələrək, həmin lazer aparatını baha qiymətə əldə etdiyini və onlarda həmin aparatın kifayət qədər ucuz qiymətə satıldığını bildirmişdir. Cavabdeh2 həyat yoldaşı X2 (bundan sonra-“X.Nəzərov”) ilə birgə bu məsələ ilə bağlı həm iddiaçıda, həm də Cavabdeh1 MMC-də görüş keçirmişlər və nəticədə "xxxx" estetik salonunda ümumi görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdur. Həmin görüşdə hər iki MMC-nin rəhbərləri və əməkdaşları, Cavabdeh2 və həyat yoldaşı X.Nəzərov iştirak etmiş, habel ə Cavabdeh1 MMC-nin Cavabdeh2 satdığı lazer aparatı və iddiaçının satış üçün təklif etdiyi lazer aparatı müqayisə edilmişdir. Tərəflərin razılığı ilə həmin görüşün videoyazısı aparılmışdır.
22. Məhkəmə iclasında tərəflərin iştirakı ilə ümumi görüşün video-yazısına baxış keçirilərək həqiqətən də görüşdə müqayisə üçün təqdim olunmuş lazer aparatlarının başlıqlarının Vatt gücünə görə fərqli olduqları müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi lazer aparatında 600 Vatt, Cavabdeh1 MMC-nin satdığı lazer aparatında isə 1.200 Vatt olmuşdur.
23. Bundan başqa, Cavabdeh1 MMC-nin satdığı lazer aparatının üzərində onun seriya nömrəsi əks edilmiş və görüşdə həmin MMC-nin nümayəndəsi dəfələrlə aparatın istehsalçısı olan zavodun nümayəndəsinin telefon əlaqəsində olduğunu və həmin seriya nömrəsi ilə aparatın orijinal olduğunun yoxlanılmasının mümkün olduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi lazer aparatında isə seriya nömrəsi nümayiş etdirilməmiş (gizli saxlanılmış) və seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır. Bu məsələ ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, “həmin görüşdən əvvəl Cavabdeh2 və onun həyat yoldaşı X.Nəzərova aparatın seriya nömrəsi və onun zavod istehsalı olması ilə bağlı sənədləri nümayiş etdirmiş, bunu ümumi görüşdə də bildirmiş və X.Nəzərov bu faktı təsdiq etmişdir.” Video-yazıdan da görüşdə iddiaçının nümayəndəsinin bu faktı bildirdiyi və X.Nəzərovun da bunu təsdiq etdiyi müəyyən olunmuşdur.
24. Apellyasiya baxışında şahid qismində dindirilmiş X.Nəzərov ifadəsində bildirmişdir ki, “ümumi gör üşdən əvvəl iddiaçıda olmuş və ona satış üçün təqdim olunmuş aparatın seriya nömrəsi və hansısa sənədlər nümayiş etdirilmişdir. Lakin onların həqiqi olub-olmaması ona məlum deyil, ümumi görüşdə isə hər hansı sənəd təqdim edilməmişdir.” Görüş başa çatdıqdan sonra isə iddiaçının nümayəndəsi Nümayəndə1 “mən bu dueli uduzdum” ifadəsini işlətmişdir.
25. İddiaçının nümayəndəsi Nümayəndə1 bununla bağlı məhkəmə iclasında həqiqətən həmin ifadəni işlətdiyini, lakin bu sözləri mövqeyinin yanlış olmasına görə deyil, görüşün sonunda Cavabdeh2 Cavabdeh1 MMC ilə əlbir olduğunu və bu səbəbdən kifayət qədər məlumat verməsinə baxmayaraq görüş iştirakçılarını inandıra bilmədiyini anladığına görə dediyini bildirmişdir.
26. Qeyd olunan halları məcmu halında qiymətləndirən məhkəmə Cavabdeh2 tərəfindən yayılmış məlumatların doğru olmaması nəticəsinə gəlmək üçün əsasların mövcud olmaması qənaətinə gəlmişdir. Çünki, onun yaydığı məlumatlar tərəflərin birgə keçirdiyi görüş barəsində olmuş, həmin görüşdə isə iddiaçının təqdim etdiyi lazer aparatının başlığının 600 Vatt, Cavabdeh1 MMC-nin satdığı lazer aparatının başlığının isə 1.200 Vatt olması müəyyən edilmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi lazer aparatında seriya nömrəsi nümayiş etdirilmədiyinə (gizli saxlanıldığına) görə seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır. Görüş başa çatdıqdan sonra iddiaçının nümayəndəsi Nümayəndə1 işlətdiyi ifadə isə Cavabdeh2 görüşdən əvvəl ona verilən - eyni avadanlığı xeyli ucuz qiymətə əldə edə biləcəyi ilə bağlı məlumatın həqiqətə uyğun olmaması nəticəsinə gəlməyə əsas vermi şdir. Eyni zamanda, Cavabdeh2 Cavabdeh1 MMC ilə əlbir olması hər hansı sübutla təsdiq olunmamışdır.
27. Beləliklə, kollegiya Cavabdeh2 tərəfindən yayılmış məlumatların (aldığı cihazın iki dəfə digər cihazın vatt gücünə görə daha güclü olması və cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilmədilər) həqiqətə uyğun olmaması nəticəsinə gəlmək üçün əsaslar mövcud olmadığına görə həmin məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 23.1, 23.4, 23.6, 1096 və 1097.1-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixl i 7 nömrəli qərarının 3-cü bəndinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
29. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MM-nin 23-cü maddəsi üzrə-apellyasiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, 2023-cü il 15 mart tarixində Cavabdeh2 "xxxx" estetik salonunun sosial şəbəkəsində yerləşdirmiş video-çarxda iddiaçı barəsində qeyd etmişdir ki, “Az Cosmetics öz cihazının mənşəyini göstərə bilmədi. Mən onların yerinə utandım. Yalançılara inanmayın.” Göründüyü kimi, iddiaçının yalançı olması vurğulanmaqla birbaşa onun işgüzar nüfuzuna zərər yetirilsə də, bu hal nəzərə alınmamışdır. Belə ki, məlum görüşdə Cavabdeh2 ona iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən malın orijinallığını təsdiq edən sənədi göstərdiyini bildirmişdir. Bu faktı həmin görüşdə iştirak etmiş, həm də apellyasiya məhkəməsində şahid qismində ifadə vermiş X.Nəzərov da təsdiq etmişdir.
31. Sosial şəbəkələrdə yayılmış video çarxlarda işgüzar nüfuzun zədələnməsi ilə bağlı bütün şərtlər öz əksini tapmışdır. Belə ki, Cavabdeh2 məhkəmə iclas zalında verdiyi izahat zamanı işgüzar nüfuza xələl gətirən videonu çəkməzdən əvvəl iddiaçı tərəfindən malın orijinallığını təsdiq edən sertifikatın ona göstərildiyini (iş materiallarına əlavə edilmişdir), cihazın seriya nömrəsi üzrə yoxlanıldığını etiraf etmişdir. Buna baxmayaraq, Cavabdeh2 malın orijinal olmasından məlumatlı olduğu halda, iddiaçının işgüzar nüfuzuna xələl gətirən, onu yalançı adlandıran, malın orijinal olmadığını qeyd etdiyi videonu çəkərək sosial şəbəkədə yayımlamışdır. Həmin videonun yayımlanmasından sonra "xxxx" MMC həmin videonu mövcud bütün sosial şəbəkə hesablarında paylaşmaqla izləyicilər arasında yayımlanaraq daha geniş kütləyə çatdırılmasını təşkil etmişdir. Həm Cavabdeh2, həm də "xxxx" MMC-nin izləyiciləri iddiaçının potensial müştəriləri olduğundan, sözügedən həqiqətə uyğun olmayan məlumatların əks olunduğu video çarxın cavabdehlər tərəfindən yayımlanması birbaşa olaraq iddiaçının işgüzar nüfuzuna xələl gətirmişdir.
32. MPM-nin 50.3 və 77.1-ci maddələri üzrə - iddiaçı tərəfindən iki cavabdehə qarşı iddia irəli sürülmüş, lakin məhkəmə qətnamədə yalnız Cavabdeh2 münasibətdə əsaslandı rma aparmış, "xxxx" MMC-yə münasibətdə heç bir məsələyə toxunmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi sübutetmə yükünü də düzgün məyyən etməmişdir. Belə ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşsə də, məhkəmə sübutetmə yükünü cavabdehlərin üzərinə qoymamış, iddiaçının işgüzar nüfuzunu ləkələmək məqsədilə videoçarxda səsləndirilən ifadələrin (iddiaçının lazer aparatının mənşəyi və original olmaması, onun lazer başlığının "xxxx" MMC-nin lazer aparatı başlığından aşağı gücdə olması) həqiqətə uyğun olması cavabdehlər tərəfindən sübut edilməmişdir.
33. MPM-nin 82.3 və 88-ci maddələri üzrə-prosessual qanunvericiliyin preyudisiallıqla bağlı tələbləri də pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim ol unmuş 2023-cü il 2 mart tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara istinad olunsa da, apellyasiya məhkəməsi həmin qərarda qeyd olunan və təsdiq edilən faktlara ümumiyyətlə nəzər yetirməmişdir. Sözügedən qərarda X.Nəzərovun "xxxx" MMC-dən bir ədəd “Wertex” əmtəə nişanı olan “F2000” modelli diod lazer aparatını alması və həmin cihazın üzərində "xxxx" MMC-nin əmtəə nişanının olması faktı müəyyən edilmişdir.
34. MPM-nin 97.1 və 217.1-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlar tam tədqiq olunmamış, xüsusi bilik tələb edən məsələlər araşdırılmamışdır. Belə ki, qətnamədə məhkəmə iclasında tərəflərin iştirakı ilə ümumi görüşün video yazısına baxışın keçirilməsi və iddiaçının təqdim etdiyi lazer aparatı başlığının 600 Vatt, "xxxx" MMC-nin satdığı lazer aparatı başlığı nın isə 1.200 Vatt olması qeyd edilmişdir. Halbuki, lazer aparatı başlıqlarının güclərinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə - ilk iddianın rədd edildiyi hissədə yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüza r nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.... 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.... 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” 39. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun zamana görə qüvvədə olmuş müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
1. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri;...” “Maddə
3. Haqsız rəqabətin formaları Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərr üfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması.” “Maddə
11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nət icəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər;...”
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli 7 nömrəli qərarında aşağıdakılar nəzərdə tutulur: “3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır....”
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməs i Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». «Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu ….. 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur». “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. İşdən görünür ki, iddiaçı cavabdehlərin paylaşdığı video-çarxd akı ifadələrin (“iddiaçı öz cihazının mənşəyini göstərə bilmədi”, “mən onların yerinə biabır oldum”, “yalançılara inanmayın!”) birbaşa işgüzar nüfuzə xələl gətirən ictimai çağırışlar olmasına, həmin ifadələrin işgüzar nüfuzunu ləkələməsinə istinadla, paylaşımların silinməsi, video formatda təkzib verilməsi və buna görə kompensasiya ödənilməsi barədə hazırkı iddianı qaldırmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 tərəfindən yayılmış məlumatların (aldığı cihazın iki dəfə digər cihazın vatt gücünə görə daha güclü olması və cihazının harda istehsal olunduğu haqda heç bir məlumat verə bilməməsi) doğru olmaması nəticəsinə gəlmək üçün əsasların mövcud olmadığından həmin məlumatların iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə-ilk iddianın rədd olunması hissəsində gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
45. İlk növbədə qeyd edilməlidir ki, məhkəmələr işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: 1) məlumatın təşkilatların işgüzar nüfuzunu ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması (bax yuxarıda § 38, 40).
46. Apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunanlardan belə aydın olur ki, məhkəmə bu qərarın 45-ci bəndinə göstərilən halların (1ci və 3-cü) müəyyən edilməsi istiqamətində xüsusi əsaslandırma aparmamış, həmin məlumatların «doğru olmaması nəticəsinə gəlmək üçün əsaslar olmadığından» iddianı rədd etmişdir.
47. Göründüyü kimi, məhkəmə iddianı rədd edərkən məlumatın doğru olması barədə birmənalı nəticəyə gəlməmiş, doğru olmaması nəticəsinə gəlmək üçün əsaslar olmadığını qeyd etmişdir. Halbuki, MM-nin 23-cü maddəsinin (mətni üçün bax bu qərarın 39-cu bəndi) dispoziya şərtləri baxımından yayılan məlumatların doğruluğu sübut olunmalıdır.
48. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır və bu halı, yəni yayılan məlumatın doğruluğunu sübut etmək vəzifəsi məlumatı yayan tərəfin, hazırkı halda cavabdehlərin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (bax y uxarıda § 41).
49. Apellyasiya məhkəməsi isə yalnız cavabdehlər tərəfindən paylaşılmış videoçarxa və cavabdeh tərəfin mövqeyinə istinadla qeyd etmişdir ki, videogörüntüdən cavabdeh MMC-nin təqdim etdiyi lazer aparatının başlığının (1200 Vatt) iddiaçının təqdim etdiyi cihazdan (600 Vatt) vatt gücünə görə iki dəfə daha güclü olması müəyyən edilmiş, iddiaçının təqdim etdiyi lazer aparatında seriya nömrəsi nümayiş etdirilmədiyinə (gizli saxlanıldığına) görə isə seriya nömrəsi ilə aparatın orijinal olmasının yoxlanılması mümkün olmamışdır.
50. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq hesab edir ki, bir aparatın gücünün digərindən çox olması və ya seriya nömrəsinin nümayiş etdirilməməsi, «“Az Cosmetics öz cihazının mənşəyini göstərə bilmədi. Mən onların yerinə utandım. Yalançılara inanmay ın.” məzmununda, iddiaçının sahibkarlıq fəaliyyətini düzgün həyata keçirməsini ciddi şəkildə şübhə altına alan məlumatların cavabdehlər tərəfindən yayılmasına əsas verməməklə, məhkəmə tərəfindən yayılan məlumatların doğru olması qənaətinə gəlmək üçün də kifayətedici deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, obytektiv araşdırma aparılmamış, mübahisənin həlli üçün əhəmiyyətli olan hallara qiymət verilməmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmamış, bununla da MPM-nin 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur.
51. MPM-nin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflər in tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
53. Qeyd olunmalıdır ki, apellyasiya instansiy ası məhkəməsi iddia tələbinə qiymət verərkən nəzərə almamışdır ki, cavabdehlər tərəfindən yayılmış video-çarxda tərəflər arasında aparatlara baxış keçirilməsi ilə bağlı görüşün bütün videoyazısı deyil, yalnız müəyyən hissələr paylaşılmış və paylaşılan hissələrdə əsasən cavabdeh MMC-nin nümayəndəsinin çıxışı və sualları əks edilmiş, iddiaçı MMC-nin nümayəndəsinin məsələ ilə bağlı mövqeyi, ünvanlanmış suallara cavabları göstərilməmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən MPM-in 14.1 və 167-ci maddələrinə uyğun olaraq tərəflərə həmin görüşün video-yazısının təqdim edilməsi təklif olunmamış, bu hal ümumiyyətlə nəzərə alınmadan birtərəfli hazırlanmış material əsasında iddiaçının öz cihazının mənşəyini sübut edə bilməməsi barədə fikrin doğru olması qənaətinə gəlinmişdir.
54. Digər tərəfdən, apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, “həmin görüşdən əvvəl Cavabdeh2 və onun həyat yoldaşı X.Nəzərova aparatın seriya nömrəsi və onun zavod istehsalı olması ilə bağlı sənədləri nümayiş etdirmiş, bunu ümumi görüşdə də bildirmiş və X.Nəzərov bu faktı təsdiq etmişdir.” Video-yazıdan da görüşdə iddiaçının nümayəndəsinin bu faktı bildirdiyi və X.Nəzərovun da bunu təsdiq etdiyi müəyyən olunmuşdur.Həmçinin iddiaçı tərəfindən iş materiallarına mübahisəli avadanlığın əmtəə nişanın ona məxsus olması barədə sübutlar əlavə edilmişdir.
55. Göründüyü kimi, iddiaçı ona məxsus avadanlığın mənşəyi ilə bağlı sübutları təqdim etmiş, bütün tərəflərin iştirakı ilə keçirilən görüşdə həmin sübutları əvvəlcədən Cavabdeh2 həyat yoldaşına nümayi ş etdiyini bildirmiş, sonuncu da bu faktı təsdiq etmişdir. Apellyasiya məhkəməsi isə özünün də müəyyən etdiyi bu halları hansı səbəbdən nəzərə almaması ilə bağlı tutarlı əsaslandırma aparmamışdır.
56. Qeyd olunanlar belə qənaət formalaşdırır ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməməklə, “öz cihazının mənşəyini göstərə bilmədi”, “mən onların yerinə utandım”, “yalançılara inanmayın!” şəklində sosial şəbəkədə yayılmış, bir hüquqi şəxsin işgüzar nüfuzu haqqında mənfi rəy formalaşdıran, müştəri potensialına ciddi təsir edən məsələyə səhti yanaşmış, bununla da MM-nin 23-cü maddəsinin tələblərinə zidd nəticəyə gəlmişdir.
57. Bundan əlavə qeyd edilməlidir ki, iş üzrə iddiaçının ilk iddiasında hər iki cavabdehə-Cavabdeh1 MMC və Cavabdeh2 qarşı tələb irəli sürülməsinə baxmayaraq, apell yasiya instansiyası məhkəməsinin qətnaməsində Cavabdeh1 MMC-yə münasibətdə hər hansı bir hüquqi qiymətləndirmə aparılmadan, həmin cavabdehə münasibətdə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən qətnaməni ilk iddia tələbinə münasibətdə dəyişdirmədən saxlamaqla MPM-nin 392.2-ci maddəsinin tələblərini (mətni üçün bax bu qərarın 41-ci bəndi) də pozmuşdur. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.
58. «Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına ala n, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).
59. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edildiyi hissədə maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
60. MPM-in 416-419-cu maddə lərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(103)-163/2024 saylı qətnaməsi qismən- ilk iddianın rədd edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.