Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-431/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" ASC) cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC) qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi Cavid Ağayevin, onun vəkili Məhəmməd Quliyevin və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 i yun tarixli 2-2(103)-405/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə (bundan sonra - ASC) "xxxx" MMC (bundan sonra - MMC) arasında bağlanmış 2019-cu il 24 yanvar tarixli, 01-ÖT/19 öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli fərmanına əsasən "xxxx" QSC BOKT problemli aktivlərin (borcların) əvəzinə “X1” MMC-dən 2018-ci il 25 may tarixli aktla təhvil alınmış 271 baş Holstin-friz cinsli damazlıq heyvanların qalıq dəyəri MMC tərəfindən ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra borclunun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən həmin müqavilənin 1.1-ci və 1.4-cü bəndlərinə əsasən 271 baş Holstin-friz cinsli damazlıq heyvanları üzrə 25 may 2018-ci il tarixə olan qalıq borcun 62.393,91 manat məbləğində hissəsini 2019-cu ilin yanvar ayının sonunadək və damazlıq heyvanların qalıq dəyərindən 195.211,59 manat məbləğində ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
3. Maliyyə arayışına əsasən 2019-cu il 24 yanvar tarixli 01-ÖT/19 nömrəli müqavilə üzrə müqavilə məbləği: 257.606,27 manat, lizinq alanın maliyyə borcu cəmi: 157.882,81 manat (o cümlədən, gecikdirilmiş borc: 137.477,91 manat, hesablanmış cərimə: 20.404,90 manat) təşkil edir. 4. "xxxx" QSC BOKT-dan "xxxx" ASC-nin balansına verilən dövlət əmlakının təhviltəslimi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən “X1 ” MMC-nin aktivlərinin dəyərinin, xammal və hazır məhsul qalığının, debitor-kreditor borclarının 2018-ci il 25 may tarixə olan vəziyyətinin yoxlanılmasına dair aktdan görünür ki, ASC ilə “X1” MMC arasında bağlanmış müqavilələr üzrə lizinq obyekti olan 271 baş heyvan təhvil alınmışdır.
5. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə əsasən, müqavilə bağlandıqdan sonra 2020-ci il 15 sentyabr tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 235.082,45 manat təşkil etmişdir.
6. ASC tərəfindən ASC/P-64 saylı 2019-cu il 2 oktyabr tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə mübahisəli müqavilə üzrə borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməs ində icraat
7. İddiaçı ASC cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 137.477,91 manat məbləğində əsas borc, 20.404,90 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 157.912,81 manat pul vəsaitinin MMCdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq ASC ilə “X1” MMC arasında bağlanmış müqavilələr əsasında 271 baş Holştin-friz cinsli heyvan və onların 2018- ci il 25 may tarixinə qalan lizinq qrafiki üzrə öhdəlikləri 2019-cu il 24 yanvar tarixli 01-ÖT/19 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilə ilə cavabdehə verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə müqavilə üzrə əsas borc 137.477,91 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 20.404,90 manat məbləğində olmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 noyabr tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Ə.Ələkbərov).
10. Həmin qərardaddan iddiaçı ASC şikayət verərək, onun ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 noyabr tarixli qərardadı ləğv edilmiş, iddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
12. D aha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 235.082,45 manat məbləğində əsas borcun, 20.404,90 manat məbləğində cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 255.517,35 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 sentyabr tarixli, 2-2(113)1149/2020 saylı qətnaməsi ilə iddia qismən – cavabdeh MMC-dən 235.082,45 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ASC-yə ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim L.Əliyeva).
14. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh MMC tərəflər arasında bağlanmış müqaviləyə əsasən öz üzərinə götürdüy ü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı ASC-yə 235.082,45 manat əsas borcu yaranmışdır. Lakin, öhdəliklərin ötürülməsi barədə həmin müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimənn hesablanması barədə şərt yer almamışdır. Bu səbəbdən, iddia tələbi dəbbə pulunun ödənilməsi hissəsində əsaslı olmamışdır.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 522.1, 522.2, 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin əsas borcun ödənilməsi hissəsində dəyişdirilməsi və əsas borcun məbləği azaldılaraq iddianın 137.477,91 manat hissədə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasi ya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(103)-405/2021 saylı qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
18. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçı tərəfindən ilk olaraq 137.477,91 manat borcun tutulması xahiş edildiyi halda, sonradan iddia tələbinin həcmi artırılaraq 234.082,45 manat vəsaitin tutulmasının xahiş olunmasına istinad etmiş və məhkəmənin bu halla bağlı araşdırma aparmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı məhkəmə tər əfindən qətnamə qəbul olunanadək iddianın əsasını, predmetini dəyişməkdə və iddianın həcmini artırmaqda haqlı olduğundan, cavabdehin göstərilən dəlili əsassız olmuşdur.
19. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında lizinqə verilmiş heyvanların Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təhvil verildiyini, müqavilənin yenilənməli olduğunu, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təhvil verilməmişdən əvvəl isə 2019-cu il 24 oktyabr tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə verildiyini qeyd etmiş və bununla bağlı sübutların apellyasiya məhkəməsinə təqdim olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim edilməyən sübut və dəlillərin a pellyasiya məhkəməsi tərəfindən qəbul oluması üçün prosessual normalarla nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, o cümlədən iş üzrə qəbul edilmiş qətnamə yalnız apellyasiya şikayətində qeyd edilmiş dəlil və mübahisələndirilən hissə həddində yoxlanıldığından nümayəndənin apelyasiya instansiyası məhkəməsində təqdim etdiyi sənədlər sübut kimi qəbul edilmir və həmin sənədlərə hüquqi qiymət verilmir.
20. Apellyasiya məkhəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53, 372.1, 372.2, 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 9 iyun tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
22. Həmin qətnamədən cavabdeh kassasiya şikayət i verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
23. İş üzrə ərazi aidiyyatı ilə bağlı normalar pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" MMC-nin nizamnaməsində və dövlət reyestrindən çıxarışda onun hüquqi ünvanı ünvan 1əhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmışdır.
24. Birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığından, onun məhkəmə iclaslarında iştirakının və sübutların təqdim edilməsi üçün imperativ prosessual hərəkətləri etməyindən apellyasiya məhkəməsi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutları qə bul etməməkdə haqlı olmamışdır.
25. ASC ilə bağlanılmış müqavilənin predmeti olan heyvanlar cavabdehin deyil, 2019-cu il 24 oktyabr tarixdən "Təminat S” MMC-nin, daha sonra isə 2020-ci il 1 oktyabr tarixdən etibarən DSX-nın balansında olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə cavabdeh MMC deyil, DSX olmalı idi. Həmçinin, tələb olunan borcun yaranma mənbəyi ilə bağlı hər hansı mötəbər sübut və ya onun hesablanması ilə bağlı müstəqil ekspertiza rəyi mövcud olmamışdır. Apellyasiya məhkəməsi də məhz birinci instansiya məhkəməsi kimi borcun yaranma mənbəyi ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
26. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vək ili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, apellyasiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər.
27. Məhkəmə kollegiyası iclasında cavabdehin qanuni təmsilçisi vəkilsiz iştirak etdiyinə görə MPM-in tələblərinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllə Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsa sında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı ge cikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməm əsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya h ərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabil iyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilmə sini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə
522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə verilə cəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yo xdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə
9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Mülki Prosessual Məcəllə Maddə
40. Müqavilə aidiyyəti 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin əra zi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Maddə
53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə
146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri ba rədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.http://e-qanun.az/framework/46945 372.3. Tərəflər ilkin ola raq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsin in mövqeyi
31. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
33. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
34. Kassasiya şikayətinin ilk dəlili bundan ibarət olmuşdur ki, iş üzrə ərazi aidiyyəti pozulmuş, iddia tələbi cavabdehin hüquqi ünvanı üzrə verilməmişdir.
35. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
36. MPM-in 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər.
37. Qanunvericiliyin istinad olunan normalarından aydın olur ki, hüquqi şəxslər arasında bağlanan müqavilələrdə qanunvericiliyə zidd olmayan şərtlər qoyula bilər. Habelə, tərəflər arasında bağlanan müqavilə ilə onlar mübahisə ilə bağlı ərazi aidiyyətini müəyyənləşdirlə bilərlər.
38. İş materiallarında olan 2019-cu il 24 yanvar tarixli, 01-ÖT/19 saylı müqavilənin 4-cü bəndinə göstərilmişdir ki, tərəflər razılığa gələ bilmədikdə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində meydana çıxan bütün mübahisə və fikir ayrılıqları “Kreditor”un yerləşdiyi ərazi üzrə Məhkəmədə baxılmalı və həll edilməlidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə kreditorun yerləşdiyi ərazi üzrə baxılması nəzərdə tutulduğundan prosessual qanunvericiliyin istinad olunan norması baxımından iddia ərizəsinin kreditor olan iddiaçının hüquqi ünvanı üzrə Bakı Kommersiya Məhkəməsinə verilməsi düzgün olmuş və ərazi aidiyyəti pozulmamışdır.
40. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığından, onun məhkəmə iclaslarında iştirakının və sübutların təqdim edilməsi üçün imperativ prosessual hərəkətləri etməyindən apellyasiya məhkəməsi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutları qəbul etməməkdə haqlı olmamışdır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı vurğulamağı zəruri hesab edir ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışda cavabdehin hüquqi ünvanı Şəki rayonu, Orta Zəyzid olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə müvafiq sənədləri cavabdehin həmin ünvanına göndərmiş, məktublar isə “burada yaşamır” qeydi aparılaraq geri qaytarılmışdır. 42. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir (Qanunun 9.1, 9.2-ci maddələri).
43. Həmçinin, MPM-in 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayə ndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
44. Göründüyü kimi, cavabdeh hüquqi ünvanını dəyişdiyi təqdirdə o bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət etməli idi. Əks təqdirdə məhkəmənin rəsmi reyestr məlumatlarında göstərilən ünvan üzrə məhkəmə sənədlərini göndərməsi məhkəmə tərəfindən prosessual pozuntuya yol verilməsi kimi qiymətləndirilə bilməz.
45. Kassasiya şikayətinin üçüncü dəlilinə görə, ASC ilə bağlanılmış müqavilənin predmeti olan heyvanlar cavabdehin deyil, 2019-cu il 24 oktyabr tarixdən "Təminat S” MMC -nin, daha sonra isə 2020-ci il 1 oktyabr tarixdən etibarən DSX-nın balansında olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə cavabdeh MMC deyil, DSX olmalı idi.
46. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlili onun ikinci dəlili ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə birbaşa əlaqəli olmuşdur. Belə ki, cavabdeh üçüncü dəlili ilə bağlı təsdiqedici sənədləri birinci instansiya məhkəməsinə deyil, apellyasiya məhkəməsinə təqdim etmişdir. MPM-in 372.2-ci maddəsinə əsasən isə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 4
7. Hazırki halda, cavabdeh istinad etdiyi dəlillə bağlı sübutları apellyasiya məhkəməsinə təqdim etmiş, həmin sübutların ondan asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsinə təqdim oluna bilməməsi isə iş materialları ilə inkar olunan formal mülahizədən ibarət olmuşdur. Belə ki, kassasiya şikayətinin ikinci dəlili üzrə aparılmış qiymətləndirmədən də göründüyü kimi, cavabdehə məhkəmə sənədlərinin çatdırıla bilməməsi onun hüquqi ünvanı ilə bağlı dövlət reyestrində dəyişikliyin aparılmasına lazımi qaydada şərait yaratmamasından irəli gəlmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanun un tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
49. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur.
52. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
55. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır.
56. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli, 2-2(103)-405/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
58. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 22(103)-405/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.