Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-431/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi 13.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(103)174/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MM C (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2018-ci il 2 aprel tarixli 810/18M saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında “Mal” adlandırılacaq) satır, “Alıcı” isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.
2. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir; Malın “X1”nda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasın da və müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır (2.2-ci bənd); Alıcı malı almamışdan və qəbul etməmişdən əvvəl onun keyfiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmalı, alacağı malı yoxlamalıdır. Malın yoxlanılması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal Satıcıya xəbər verməlidir. Belə bir akt olmazsa, mal Alıcı tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır (3.4.3-cü bənd). Mal Alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir (4.2-ci bənd); Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesabfaktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir (5.1-ci bənd).
3. MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil 164.819,36 manat dəyərində malın satılmasına dair 2018-ci il 2 aprel tarixindən 2018-ci il 13 dekabr tarixinədək olan satış fakturaları tərtib edilmişdir.
4. MMC tərəfindən tərtib edilmiş «Borclar üzrə hesabat»a əsasən 2019-cu il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 16.617.76 manat borcu qalmışdır.
5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 1 aprel tarixli 158 nömrəli pretenziya məktubu ünvanlanaraq, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən alınmış malların dəyərindən qalan 16.617 manat məbləğində borcun öd ənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.617,76 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 16.647,76 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 1 yanvar tarixindən müqavilə əsasında malların alqı-satqısı həyata keçirilir. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miq dar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir.
8. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən və üzləşdirmə aktından aydın olur ki, 114.919,73 manat (ƏDV daxil) məbləğində mal Satıcı tərəfindən Alıcıya satılmışdır. Alıcı Satıcıya 98.301,97 manat (ƏDV daxil) ödəyərək, üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, 16.617,76 manat (ƏDV daxil) isə bu günə qədər ödənilməmişdir.
9. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 2 aprel tarixli 158 saylı pretenziya məktubu göndərilərək, müqavilə üzrə 16.617,76 manat məbləğində borcun 10 iş gün müddətində ödənilməyəcəyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmamışdır.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 6.2, 385.1, 425, 442, 445, 448, 567, 598, 600.1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi 16.647,76 manat dəyərində malın cavabdehə satılmasına və təhvil verilməsinə dair məlumat yoxdur, cavabdeh iddiaçıdan aldığı bütün malların dəyərini tam ödəmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Ona görə də, iddia tələbi əsassızdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli e-2-2(113)-2366/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 25 oktyabr tarixli 9/5365 saylı ekspert rəyində qeyd olunur ki, təqdim edilmiş işin materiallarında olan üzləşdirmə aktlarında göstərilənlər nəzərə alındığı təqdirdə, cavabdehin borcu 16.617,76 manat təşkil edir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 noyabr tarixli e-2-2(113)-2366/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 16.617,76 (on altı min altı yüz on yeddi manat yetmiş altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçını n xeyrinə ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim– S.Nuriyeva).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-5) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında yaranmış qarşılıqlı öhdəliklər 2018ci il 2 aprel tarixli 810/18M saylı alqı-satqı müqaviləsi ilə razılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə tərəflərin öhdəlikləri tam olaraq müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş çeşiddə malları təhvil-qəbul aktları əsasında cavabdehə təhvil vermişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirm əmiş, nəticədə iddiaçıya 16.617,76 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilə və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına MM-in 6.2, 14.1, 385.1, 386.1, 398.1, 399.1, 442, 443.1, 448.1, 567, 600.1 və 600.4-cü maddələrinin tələbləri baxımından qiymət vermiş və iddianın əsaslı olması qənaətinə gəlmişdir.
17. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(103)-174/202 2 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), R.Qurbanov və V.Baxışova).
19. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir.
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, iddiaçının cavabdehə malları təqdim etməsi, sonuncunun malları qəbul etməsi, aldığı mallara görə qismən ödəniş etməsi, elektron qaimələri özü təsdiq etdiyi üçün qaimələrin qüvvəyə minməsi işin materiallarında olan alqı-satqı müqaviləsi, malların təhvil-qəbul aktları, satış fakturaları, bank çıxarışları, ödəniş tapşırıqları və elektron qaimələrlə tam təsdiq olunur. Cavabdeh şikayətində malları aldığını və borcunun olduğunu mübahisə etmir, o, təhviltəslim aktlarının bir hissəsinin onun tərəfindən təsdiq edilmədiyini, aktlarda imza edən şəxslərə dair məlumatların qeyd olunmadığını və möhürü ilə təsdiq edilmiş sənədin mövcud olmadığını bildirir ki, bu dəlillər də formal xarakterli olmaqla, borcun ödənilməməsinə haqq qazandırmağa və onu ödəməkdən yayınmağa yönəlmiş mülahizələrdir. Belə ki, onun ümumi borc məbləğindən cəmi 98.301,97 manat məbləğdə ödəniş etməsi sözügedən dəlilləri əhəmiyyətsiz edir. Şikayətin elektron qaimələrin malların cavabdehə təhvil verilməsinin sübutu kimi qəbul edilə bilməməsi barədə dəlili də əsaslı deyil. Belə ki, həmin qaimələrdə malların çeşidi və dəyəri göstərilmiş, cavabdeh isə qaimələri özü təsdiq etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176-cı maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən 2022-ci il 4 may tarixində kassasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. MPM-in 81, 88, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur- iddia ərizəsi tam əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi 2018-ci il tarixli № 810/18 saylı alqı-satqı müqaviləsinə istinad edərək, borc məbləğinin 16.647,76 manat olduğunu qeyd etmişdir. Lakin 2018-ci ildə iddiaçının göndərdiyi elektron qaiməyə əsasən ƏDV xaric 19.298,92 manat dəyərində “Katinka 8” armaturu cavabdehə satılmalı olsa da, mal cavabdehə təhvil verilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən 2018- ci il 10 oktyabr və 2018-ci il 11 oktyabr tarixlərdə göndərilən elektron qaimələr cavabdeh tərəfindən təsdiq olunmamışdır. Qaimələrdə əks olunmuş malların verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut mövcud deyildir. Eyni zamanda alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən, satıcı tərəfindən alıcıya satılmış malların adı, miqdarı, ölçü vahidi və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmalı idi, lakin iddiaçının tələb etdiyi 16.647,76 manat dəyərində hansı malın cavabdehə satılmasına dair məlumat yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün c avabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.” “Maddə
176. Elektron vergi hesab-fakturaları 176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur.”
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.6. Elek tron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hal larını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı). 34.Cavabdehin kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının pozulmasına dair hər hansı dəlil irəli sürülməmişdir.
35. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair § 23-də göstərilən dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkə mənin gəldiyi nəticə əsaslandırılmışdır. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya instansiya məhkəməsi eyni dəlillərə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə malları təqdim etməsi, sonuncunun malları qəbul etməsi, aldığı mallara görə 98.301,97 manat ödəniş etməsi, elektron qaimələri özü təsdiq etdiyi üçün qaimələrin qüvvəyə minməsi işin materiallarında olan alqı-satqı müqaviləsi, malların təhvil-qəbul aktları, satış fakturaları, bank çıxarışları, ödəniş tapşırıqları və elektron qaimələrlə tam təsdiq olunur. 37.Eyni z amanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 38.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 39.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli, 2-2(103)-174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli B.F.Qəribov