Məhkəmə qərarları › İş №2-2(102)-431/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-431/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-431/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ilk, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçınə qarşı qarşılıqlı iddiaya dair iş üzrə QƏRARİ İş № 2-2(102)-431/2024 Bakı şəhəri Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Əliyev Zaur Əli oğlundan i barət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ilk iddiası; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)69/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – “Nazirlik” ) kresloların satın alınması üzrə keçirilən açıq tender üsulunu tətbiq etməklə elektron satınalmanın əsas şərtlər toplusuna əsasən Nazirlik tərəfindən kresloların satın alınması dövlət vəsaiti hesabına maliyyələşdirilir.

2. Əsas şərtlər toplusunun 6-cı bölməsi olan kresloların satınalma müqaviləsinin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

3. Əsas şərtlər toplusunun 6-cı bölməsi olan kresloların satınalma müqaviləsinin 18.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti gö stərilməlidir. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır.

4. Nazirlik tərəfindən tərtib olunmuş “mebel və inventarların alınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə 2022-ci il 7 oktyabr tarixli 2 nömrəli iclas protokolundan görünür ki, İddiaçı MMC (bundan sonra – “MMC”) mebel və inventarların alınması üzrə 87.002,99 manat qiymət təqdim etmişdir.

5. Tərəflər arasında bağlanmış 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqı nda müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi mebel və inventarların satın alınması məqsədi ilə icraçının bütün vergi və rüsumlar daxil 87.002,99 manat təklifini qəbul etmişdir. - Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə uyğun təhvil verilməsini öhdəsinə götürür. - Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - Müqavilənin 7-ci bəndinə əsasən göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir.

6. Müqaviləyə əlavə edilmiş müqavilənin xüsusi şərtləri müqavilənin ümumi şərtlərində qeyd olunan məsələləri tamamlayır. Bu göstəricilər ilə yuxarıda göstərilən müddəalar arasında ziddiyyətlər yaranarsa müqavilənin xüsusi şərtlərində göstərilənlər daha üstün mövqeyə malikdir.

7. Həmin xüsusi şərtlər toplusunun 5.1-ci bəndinə əsasən icraçı müqavilə üzrə təqdim ediləcək malları təhvil verərkən sifarişçiyə aşağıdakı sənədləri təqdim etməlidir: mənşə sertifikatı; idxal və ixrac bəyannamələri; malları icraçıya satan xarici şirkətin təqdim etdiyi ödəniş sənədləri.

8. Müqaviləyə 01 nömrəli əlavə qiymət təklifi cədvəlindən görünür ki, malların ümumi məbləği 73.731,35 manat, ƏDV 13.271,64 manat, ümumilikdə isə 87.002,99 manat təşkil edir.

9. Müqaviləyə 2 nömrəli əlavə malların təhvil-verilmə qrafikinə əsasən malların təhvil verilməsi tarixi 2022-ci il 25 oktyabr tarixindən 2022-ci il 20 dekabr tarixinədək müəyyən olunmuşdur.

10. MMC tərəfindən Nazirliyə EBCM 038025 nömrəli, 2022-ci il 27 dekabr tarixli (40.525,98 manat), EBCJ 447874 nömrəli 2022-ci il 18 noyabr tarixli (1.849,65 manat) elektron qaimələr göndərilmişdir.

11. MMC-yə məxsus bank hesabından 2023-cü il 27 fevral tarixli çıxarışdan görünür ki, 2022-ci il 29 dekabr tarixində Nazirlik tərəfindən 1.567,50 manat, 17.827,70 manat və 9.143,38 manat, ümumilikdə 28.538,58 manat ödəniş edilmişdir. Nazirlik tərəfindən 2022-ci il 29 dekabr tarixində 1.645,81 manat, 2022-ci il 30 dekabr tarixində 282,15 manat və 3.208,99 manat, ümumilikdə 5.136,64 manat ƏDV üzrə ödəniş edilmişdir.

12. Tərəflər arasında tərtib edilmiş 2022-ci il 27 dekabr, 18 noyabr tarixli malların təhvilqəbulu haqqında aktdan görünür ki, aktda qeyd olunan mallar (1.300 ədəd jalüz, 13 ədəd yemək masası, 78 ədəd yemək masası üçün stul) MMC tərəfindən Nazirliyə təhvil verilmişdir.

13. MMC (alıcı) ilə “Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti” (satıcı) aras ında bağlanmış 2022-ci il 21 oktyabr tarixli 3 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə invoys əsasında təqdim olunmuş malları alır. - Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 100.000 ABŞ dolları təşkil edir. - Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə məbləğinin ödənişi alıcı tərəfindən nağdsız qaydada bank hesabına ödənilir. 14. 2022-ci il 21 noyabr tarixli gömrük bəyənnaməsindən görünür ki, satıcı tərəfindən MMC-yə 21.473,90 ABŞ dolları məbləğində mal (oturma mebeli) göndərilmişdir.

15. Satıcı tərəfindən MMC-yə təqdim edilmiş mallarla bağlı 21.473,90 ABŞ dolları dəyərində hesab faktura təqdim edilmişdir (cild 1, i.v.147).

16. V0704778 nömrəli mənşə şəhadətnaməsindən görünür ki, (şəhadətnamə Türkiyə Respublikası Egey regionu Sənaye Palatası tərəf indən 2022-ci il 10 noyabr tarixində təsdiq edilmişdir) satıcıdan MMC-yə göndərilən əşyaların (kreslolar) 3 nömrəli qutuda qeyd edilən ölkə mənşəli olduğu təsdiq edilir.

17. Lotus Co tərəfindən Nazirliyə ünvanlanmış 2023-cü il 24 fevral tarixli məktubdan görünür ki, rəhbər kreslosunun (mövcud nümunəyə baxış əsasında) bir ədədinin qiyməti 182 manat, işçi kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 177 manat, qonaq kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 172 manat müəyyən edilmişdir.

18. Kəmər Qaya tərəfindən Nazirliyə ünvanlanmış 2023-cü il 24 fevral tarixli 17 nömrəli məktubdan görünür ki, rəhbər kreslosunun (mövcud nümunəyə baxış əsasında) bir ədədinin qiyməti 189 manat, işçi kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 185 ma nat, qonaq kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 165 manat müəyyən edilmişdir.

19. Nazirlik tərəfindən satın alınması planlaşdırılan kresloların ehtimal olunan qiymətinin hesablanması cədvəlindən görünür ki, əldə edilmiş məlumatlar üzrə malların qiymətləri ümumilikdə ƏDV daxil 74.831,67 manat müəyyən edilmişdir.

20. Nazirlik tərəfindən MMC-yə göndərilmiş 2023-cü il 26 yanvar tarixli 3-17/2824/0/2023 nömrəli müqavilə üzrə öhdəliklərin icrası haqqında məktubdan görünür ki, tərəflər arasında bağlanmış 2022-ci il 25 oktyabr tarixli satınalma müqaviləsindən görünür ki, müqavilə üzrə MMC tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, isti fadə olunan materiallar) aşkar edilmişdir. Müqavilənin ümumi dəyəri 87.002,99 manat təşkil etmiş, müqavilə üzrə öhdəliklərin 52.587,99 manatı icra olunmuş, qalan 34.415 manatı müqavilənin son icra tarixinədək icra edilməmişdir. Müqavilənin xüsusi şərtlərinin 20.1-ci maddəsinə əsasən icraçı müqaviləni tenderi əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan gecikdirilən hər gün üçün müqavilənin qalıq məbləğinin 0,1 % həcmində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edilə bilər. Təqdim edilən kresloların texniki və keyfiyyət göstəriciləri əsas şərtlər toplusunda qeyd olunan nümunəyə uyğun təqdim edilmədiyindən nazirlik tərəfindən həmin kreslolar təhvil alın mamış və müqavilənin şərtlərinə uyğun olaraq 8.700 manat məbləğində cərimə edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

21. İddiaçı MMC (bundan sonra – “iddiaçı və ya MMC”) 2023-cü il 10 mart tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – “cavabdeh və ya Nazirlik”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 53.327,46 manat əsas borc, 4.532,83 manat cərimənin, 200 manat mediasiya xərcinin və 64 manat dövlət rüsumu, ümumilikdə cəmi 58.124,29 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Nazirlik 2023-cü il 4 aprel tarixində MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirliyin müqavilənin şərtlərini pozması nəticəsində dəymiş 53.981 manat məbləğində maddi zərərin MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İlkin iddia tələbi yuxarıda qeyd olunan işin halları ilə əsaslandırılmışdır (bax §§120). Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, Nazirlik tərəfindən Mebel və inventarların satın alınması məqsədilə 2022-ci il 8 sentyabr tarixində etender.gov.az portalında elan yerləşdirilmiş və 2022-ci il 7 oktyabr tarixində açılış olmuşdur. Açılışda 6 iddiaçı, o cümlədən MMC qiymət təklifi təqdim etmişdir. MMC-nin təqdim etdiyi təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.4-cü maddəsinə əsasən müvafiq mallar üzrə ehtimal olunan qiymətlə müqayisədə 20 faiz və daha artıq aşağı olması müəyyən olunmuşdur. Buna uyğun olaraq, Qanunun 27.4-cü və eyni zama nda 36.1-ci maddəsinə əsasən tender təkliflərinin baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə öz tender təkliflərinə izahat verməsi üçün qiymət təklifi barədə məlumatları və nümunələrin təqdim edilməsi üçün 2022-ci il 10 oktyabr tarixindən rəsmi sorğu göndərilmişdir. Sorğuda məlumatların və nümunələrin 2022-ci il 12 oktyabr saat 17:00-dək Bakı şəhəri, S.Əsgərova 85 ünvanına təqdim edilmədiyi təqdirdə qiymət təklifinin kənarlaşdırılacağı bildirilmişdir. Sorğuya cavab olaraq, MMC tərəfindən əsas şərtlər toplusuna əsasən tələb olunan kresloların markası təqdim edilsə də, müvafiq markalar üzrə nümunələr təqdim edilməmişdir. Lakin MMC tərəfindən 2022-ci il 13 oktyabr tarixində etender.gov.az portalı vasitəsilə göndərilən bildirişdə təqdim olunacaq kreslol arın keyfiyyəti göstərilən nümunələrin keyfiyyətinə uyğun olacağı qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Nazirlik ilə MMC arasında 2022-ci il 25 oktyabr tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması müqaviləsi bağlanmışdır. Müqavilə imzalanarkən MMCnin əməkdaşı Nazirliyin inzibati binasında alınması nəzərdə tutulmuş malların nümunələri ilə tanış edilmişdir. Lakin kresloların təhvil verilməsi zamanı keyfiyyət göstəricilərinin müqavilə şərtlərindən və qabaqcadan razılaşdırılmış nümunələrin keyfiyyət göstəricilərindən çox aşağı olduğu aşkar edilmişdir. 2022-ci il 7 dekabr tarixində MMC-yə məktub yazılaraq müqaviləyə əsasən nümunə kimi təqdim edilmiş işçi kreslosu, rəhbər kreslosu və qonaq kreslosunun şərtlər toplusunda qeyd olunmuş və eyni zamanda MMC ilə razılaşdırılmış nümunəyə uyğun olmadığı bildirilmişdir. Eyni zamanda, kresloların oturacaqlarının parçalarının və süngərinin Nazirlik tərəfindən təqdim olunmuş və əsas şərtlər toplusunda qeyd edilən nümunəyə uyğun olmadığı, keyfiyyət göstəricisinin aşağı, istifadə olunan materialların fərqli olduğu qeyd edilmişdir. Ən qısa müddətdə müqavilə üzrə öhdəlik kimi işlərin icra edilməsi və eyni zamanda nümunə kresloların geri götürülməsi tələb olunmuşdur. Buna baxmayaraq qeyd edilən uyğunsuzluqlar MMC tərəfindən müqavilənin son icra müddətinədək, yəni 2022-ci il 20 dekabr tarixinədək aradan qaldırmamış, beləliklə müqavilə tam icra edilməmişdir. Müqavilənin 20.1-ci bəndi nəzərə alınmaqla MMC müvafiq qaydada cərimə edilmişdir. Adıçəkilən müqavilənin ümumi dəyəri ƏDV daxil 87.002,99 manat təşkil e tmiş, bu müqavilə üzrə 42.375,63 manat dəyərində mallar təhvil alınmış və 44.627,36 manat dəyərində kreslolar təhvil verilməmişdir. Bu səbəbdən, MMC-yə müqavilənin ümumi məbləğinin 10 faizi miqdarında - 8700,10 manat cərimə tətbiq edildikdən sonra təhvil verilmiş mala görə icraçı tərəfindən ödənilməli cərimə məbləği nəzərə alınmaqla 33.675,53 manat məbləğində ödəniş həyata keçirilmişdir. Müqaviləyə əsasən sifarişçi, yəni Nazirlik 2022-ci il 20 dekabr tarixinədək icraçı tərəfindən müqavilənin şərtlər toplusunda qeyd olunmuş və eyni zamanda icraçı ilə razılaşdırılmış nümunəyə uyğun keyfiyyətli kresloların təhvil veriləcəyini və ilin sonunadək bütün Nazirlik əməkdaşlarının yeni və rahat kreslolarla təmin ediləcəyini ümid etsə də, icraçının müqavilənin şərtini pozması sifarişçini bu haqqından xeyli dərəcədə məhrum etmişdir. İcraçının müqavilənin şərtini pozması nəticəsində müqavilənin ləğv edilməsi ilə müvafiq mallar üzrə MMC-nin təqdim etdiyi qiymətlərlə müqayisədə cari ilin bazar araşdırması zamanı müəyyən olunmuş qiymətlər arasında artım 53.981 manat təşkil edir ki, bu da Nazirliyə 53.981 manat məbləğində maddi zərər vurulması ilə nəticələnmişdir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 28 iyul tarixli 9/3810 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş 6 ədəd kreslolar müqayisə edildikdə 2022-ci il 24 noyabr tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etdiyi müəyyən edilir. Belə k i, müqayisə edilən kresloların texniki göstəriciləri (ölçüləri) üst-üstə düşür. Bu səbəbdən də tədqiqata nümunə qismində təqdim edilmiş, 6 ədəd kreslolar arasında nəzərə çarpacaq fərqlər olmadığından, iş materialında olan 90-cı səhifədə öz əksini tapmış 2022-ci il 24 noyabr tarixli təhvil-təslim aktına və texniki şərtlərə uyğunluğu müəyyən edilir.

25. Məhkəmə iclasında cavabdehin eksperti X1 izahatında 2023-cü il 28 iyul tarixli 9/3810 nömrəli ekspert rəyini təsdiq etdiyini, kreslolara Nazirlikdə baxış keçirilən vaxt iddiaçı tərəfindən iddiaçının vəkili və cavabdehin nümayəndələrinin iştirak etdiyini, tərəfindən ümumilikdə 6 (üç kreslo cavabdeh tərəfindən, üç kreslo iddiaçı tərəfindən təqdim edilmiş) nümunəyə baxış keçirdildiyini, kresloların 95% texniki göstəricilərin üst-üstə düşdüyünü b ildirdi. Əlavə olaraq bildirdi ki, rəyin tərtib edilməsinə dair tələblər var, o, əmtəəşünas ekspert kimi malların keyfiyyətinin eyni olub olmamasını müəyyən etməli idi, 95 faiz eyni olduğunu yazmış, fərqlərin və eyniliklərinin bir-bir nədən ibarət olmasını yazmalı deyildir. Cavabdeh tərəfindən təqdim olunan kreslo nümunələrində süngər hündür idi, lakin ağırlıq çökdüyü vaxt süngərlər yığılacaqdı. cavabdehin kreslolarının süngəri nazik olmasına baxmayaraq möhkəm idi, bir müddət sonra Nazirliyin kreslolarının süngəri işləndikcə yastılaşacaqdır. Oturacaqların birləşən yerlərində fərq var idi (birində çıxıntılı idi, digərində çıxıntılı deyildi). Kresloların baş qoyulan hissələrində fərqlilik var idi. Cavabdeh tərəfindən təqdim olunan kreslo nümunələrinin oturacaqlarında baş qoyulan yer var idi, digər nümunədə yox idi. Oturacaqların parçalarında fərqlilik yox idi. Parçalar yerli istehsal idi. Hər iki tərəfin təqdim etdiyi kreslolar keyfiyyətcə eyni kreslolardır, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etmişdir. Cüzi fərqlər süngərin hündürlüyü, baş hissəsinin tərpənməz olmasında idi, başqa fərq görməmişdir. Rəydə Məhkəmə tərəfindən qoyulan hər iki sual üzrə ümumiləşdirilmiş cavab verilmişdir. Belə ki, təqdim olunan kresloların texniki göstəriciləri birbirinə uyğun gəlir. İlk baxışda oturacaq hissədə fərq olması nəzərə çarpsa da, nazirliyin kreslolarının oturacağı zaman keçdikcə yastılanacaqdır, lakin iddiaçının təqdim etdiyi kresloların süngəri daha davamlıdır, üzərində kimsə əyləşdikdə süngər deformasiya olunmur.

26. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 sentyabr tarixli e-2-2(113)1941/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdehdən 53.327,46 manat pulun iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi; qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).

27. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki: - Tərəflər arasında 2022-ci il 25 oktyabr tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilənin bağlanmış, həmin müqavilənin ümumi dəyərinin ƏDV daxil 87.002,99 manat təşkil etmişdir. - Cavabdeh tərəfindən müqavilə üzrə 42.375,63 manat dəyərində malların təhvil alınmış və 44.627,36 manat dəyərində kreslolar təhvil alınmasından imtina edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya müqavilənin ümumi məbləğinin 10 faizi miqdarında – 8. 700,10 manat cərimə tətbiq edilmiş və təhvil verilmiş mala görə cavabdeh tərəfindən ödənilməli cərimə məbləği nəzərə alınmaqla 33.675,53 manat ödəniş həyata keçirilmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış 2022-ci il 25 oktyabr tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etdiyini, müqavilə üzrə şərtləşdirilmiş malların (kresloların) cavabdehə təhvil verildiyini, lakin cavabdehin əsassız olaraq onları qəbul edib dəyərini ödəməkdən imtina etdiyini bildirmişdir. Bu səbəbdən dəyəri ödənilməmiş malların dəyərinin ödənilməli olduğunu iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçı tərəfindən müqavilə tələblərinin pozulduğunu, ona müqavilə ilə şərtləşdirilmiş tələblərə c avab verməyən malların təhvil verildiyini bildirmişdir.

29. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı satıcı ilə bağladığı müqaviləni, adıçəkilən şirkət tərəfindən verilmiş mənşə şəhadətnaməsini, malların həmin şirkətdən idxal edildiyini əks etdirən yük gömrük bəyannaməsini təqdim etmişdir.

30. Bundan əlavə, malların (kresloların) müqavilə şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 28 iyul tarixli 9/3810 nömrəli ekspert rəyi (bax §24) məhkəməyə təqdim edilmişdir.

31. Məhkəmə həmin rəyi digər sübutlarla yanaşı qiymətləndirərək hazırkı iş üzrə mötəbər sübu t qismində qəbul etmiş, əlavə olaraq qeyd etmişdir ki, materiallarda olan tərəflər arasında bağlanmış 2022-ci il 25 oktyabr tarixli alqı-satqı müqaviləsinin əlavəsində (cild 1, i.v.106) təqdim edilməli olan kresloların Türkiyə istehsalı (Egesit) olması müəyyən edilmiş, kresloların oturacağının hündürlüyü, habelə oturacaq hissəsinin materialı, parçası ilə bağlı xüsusi qeyd-şərt müəyyən edilməmişdir.

32. Məhkəmə hesab etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir, buna görə də ilk iddia 53.327,46 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

33. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən təqdim edilməli olan kreslolarla bağlı yeni tender e lan edilməsi nəticəsində artıq digər bir şirkətlə alqı-satqı müqaviləsi imzalandığını göstərmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh və "xxxx" MMC arasında bağlanmış 2023-cü il 11 may tarixli 22/2023 nömrəli alqı-satqı müqaviləsi və onun əlavəsindən görünür ki, cavabdeh tərəfindən alınacaq mallara (kreslolar) dair yeni xüsusi tələblər müəyyən edilmişdir.

34. Məhkəmə ilk iddianın faiz borcu hissəsində (4.532,83 manat) əsassız hesab etmişdir. İddiaçı iddia tələbində cavabdehdən 4.532,83 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir.

35. Həmçinin, məhkəmə hesab etmişdir ki, ilk iddianın əsaslı olma sı müəyyən edildiyindən, qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.

36. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı (iddiaçı) tərəfindən hər hansı pozuntuya yol verilməsi halı müəyyən edilmədiyinə görə alıcı (cavabdeh) ondan əldən çıxmış fayda tələb etməkdə haqlı deyildir.

37. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi 53.981 manat maddi ziyanın ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

38. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 568.1, 569.1, 575.1, 581.1, 581.2, 596.1, 598.1, 598.2, 1096.1, 1096.2 və 1097-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1, 119.1, 217.1, 218.3-cü maddələrinə; Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

39. Cavabdeh Nazirlik apellyasiya şikayəti verərək təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməklə qətnamənin ləğv olunması və ilk iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-69/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zama nı 2023-cü il 28 iyul tarixli 9/3810 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

42. Ekspert rəyindən göründüyü kimi, ekspert baxışına təqdim edilmiş 6 ədəd kreslolar ilə 2022-ci il 24 noyabr tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etmişdir.

43. Bundan başqa, ekspert izahatında da, hər iki tərəfin təqdim etdiyi kresloların keyfiyyətcə eyni olduğunu, cüzi fərqlərin süngərin hündürlüyü, kreslonun baş hissəsi, oturacaq hissəsində olduğunu, həmçinin iddiaçının təqdim etdiyi kresloların (kresloların süngərinin daha davamlı olmasına görə) daha davaml ı olduğunu bildirmişdir.

44. Bundan əlavə, 2022-ci il 25 oktyabr tarixli alqı-satqı müqaviləsinin əlavəsində (cild 1, i/v 106) təqdim edilməli olan kresloların Türkiyə istehsalı (Egesit) olması müəyyən edilmiş, kresloların oturacağının hündürlüyü, habelə oturacaq hissəsinin materialı, parçası ilə bağlı xüsusi qeyd-şərt müəyyən edilməmişdir.

45. Həmçinin, cavabdeh iddiaçı tərəfindən təqdim edilməli olan kreslolarla bağlı yeni tender elan edilməsi nəticəsində artıq digər bir şirkətlə alqı-satqı müqaviləsi imzalandığını göstərmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh və "xxxx" MMC arasında bağlanmış 2023-cü il 11 may tarixli 22/2023 nömrəli alqı-satqı müqaviləsi və onun əlavəsindən görünür ki, cavabdeh tərəfindən alınacaq mallara (kreslolar) dair yeni xüsusi tələblər müəyy ən edilmişdir.

46. Kollegiya hesab etmişdir ki, iddiaçı müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etdiyindən, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilmədiyindən birinci instansiya məhkəməsi ilkin iddianın 53.327,46 manat pulun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir.

47. Eyni zamanda kollegiya qeyd etmişdir ki, ilk iddia tələbi üzrə cavabdeh nə tenderin əsas şərtlər toplusunda, nə də tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilməyən şərtlərin araşdırılması ilə bağlı ekspertizanın keçirilməsini xahiş etdiyindən, ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax §38).

49. Cavabdeh Nazirlik kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv edilməsini və ilk iddianın tələbinin təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

50. MM-in 579.1-ci maddəsi üzrə - Məhkəmənin ekspert qarşısında qoyduğu suallardan eyni zamanda məhkəmələrin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsindən aydın olur ki, cavabdeh tərəfindən nümunələr müqavilə imzalanmazdan əvvəl təqdim edilmişdir və həmin nümunələrə uyğun yeni əşyaların hazırlanması razılaşdırılmışdır. Maddi hüquq normasının da tələbində qeyd olunduğu kimi MMC aralarında razılaşdırdıqları çeşidə uyğun məhsulu Nazirliyə təqdim etməli idi. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, ekspert rəyinə əsasən e kspert baxışına təqdim edilmiş 6 ədəd kreslolar 2022-ci il 24 noyabr tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil edir. Ekspert izahatı da bəyan etdiyi kimi, hər iki tərəfin təqdim etdiyi kresloların keyfiyyətcə eyni olduğunu, cüzi fərqlərin süngərin hündürlüyü, kreslonun baş hissəsi, oturacaq hissəsində olduğunu, həmçinin iddiaçının təqdim etdiyi kresloların (kresloların süngərinin daha davamlı olmasına görə) daha davamlı olduğunu bildirmişdir. Lakin ekspert öz rəyində uyğunluğun niyə və hansı əsaslara görə 95% olduğunu izah etməmişdir. Mahiyyət etibarı ilə məhkəmə tərəfindən qoyulan suallara cavab olaraq ekpertiza rəyində 95% hansı meyarların və texniki göstəricilərinin uyğun gəlməsi barədə məlumatlar öz əksini tapmamışdır və yaxud qeyd olunan fərqlər belə təhvil verilən kresloların nümunəyə uyğun olmadığını deməyə əsas verir.

51. MM-in 581.2 və 596.1-ci maddələri üzrə - Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2023-cü il 26 yanvar tarixli 3-17/2-824/0/2023 nömrəli müqavilə üzrə öhdəliklərin icrası haqqında məktubdan və tərəflər arasında bağlanmış 2022-ci il 25 oktyabr tarixli satınalma müqaviləsindən görünür ki, müqavilə üzrə iddiaçı tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar) aşkar edilmişdir. Müqavilənin xüsusi şərtlərinin 20.1-ci maddəsinə əsasən icraçı müqaviləni tenderi əsas şərtlər toplusunda müəyy ən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan gecikdirilən hər gün üçün müqavilənin qalıq məbləğinin 0,1% həcmində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edilə bilər. Təqdim edilən kresloların texniki və keyfiyyət göstəriciləri əsas şərtlər toplusunda qeyd olunan nümunəyə uyğun təqdim edilmədiyindən cavabdeh tərəfindən həmin kreslolar təhvil alınmamış və müqavilənin şərtlərinə uyğun olaraq 8.700 manat cərimə edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilən mallar müqavilənin şərtləri ilə uyğunlaşmadığından, cavabdehin MM-in 596.1-ci maddəsinə əsasən, əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatırdı.

52. MPM-in 9.1 və 9.3-cü maddələri üzrə - Məhkəmə iş üzrə bütün faktları (hazırkı şikayətdə işin faktiki halları ilə bildirdiyimiz hallar) araşdırmayaraq və yanlış şərh verərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə isə yalnız öz mülahizələrinə əsasən, cavabdeh tərəfindən təqdim edilmiş heç bir sübutu nəzərə almayaraq qətnamə çıxarmışdır.

53. MPM-in 103.1, 106.1, 217.4-cü maddələri üzrə - Məhkəmə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 28 iyul tarixli 9/3810 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmişdir, halbuki, məhkəmə iclasında Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X1 izahatında bildirmişdir ki, rəy in tərtib edilməsinə dair tələblər var, o, əmtəəşünas ekspert kimi malların keyfiyyətinin eyni olub-olmamasını müəyyən etməli idi, 95 faiz eyni olduğunu yazmış, fərqlərin və eyniliklərinin bir-bir nədən ibarət olmasını yazmalı deyildir. Bundan başqa qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunan kreslo nümunələrində süngər hündür idi, lakin ağırlıq çökdüyü vaxt süngərlər yığılacaqdı. İddiaçının kreslolarının süngəri nazik olmasına baxmayaraq möhkəm idi, bir müddət sonra Nazirliyin kreslolarının süngəri işləndikcə yastılaşacaqdır. Oturacaqların birləşən yerlərində fərq var idi (birində çıxıntılı idi, digərində çıxıntılı deyildi). Kresloların baş qoyulan hissələrində fəqlilik var idi. Cavabdeh tərəfində təqdim olunan kreslo nümunələrinin oturacaqlarında baş qoyulan yer var idi, digər nümunədə yox idi. Oturacaqların parçaları yerli istehsal olmaqla, aralarında heç bir fərqlilik müəyyən edilməmişdir. Hər iki tərəfin təqdim etdiyi kreslolar keyfiyyətcə eyni kreslolardır, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etmişdir. Fərqlər isə süngərin hündürlüyü, baş hissəsinin tərpənməz olmasında olmuşdur. Rəydə Məhkəmə tərəfindən qoyulan hər iki sual üzrə ümumiləşdirilmiş cavab verilmişdir. Belə ki, təqdim olunan kresloların texniki göstəriciləri bir-birinə uyğun gəlir. İlk baxışda oturacaq hissədə fərq olması nəzərə çarpsa da, Nazirliyin kreslolarının oturacağı zaman keçdikcə yastılanacaqdır, lakin iddiaçının təqdim etdiyi kresloların süngəri daha davamlıdır, üzərində kimsə əyləşdikdə süngər deformasiya olunmur. Yəni bir sözlə ekspert bir sıra fərqlərin olduğunu təsdiq ləmişdir. Mübahisə də məhz malların fərqli olmasından yaranmışdır. Dolayı yolla ekspert etiraf etmişdir ki, mahiyyəti üzrə suallara cavab verməmiş, rəyin tərtib olunmasına dair tələblərə uyğun olaraq ümumiləşdirilmiş cavab vermişdir. Halbuki, ekspert qarşısında qoyulmuş suallar konkret olmuş və cavablar da konkret verilməli idi. Ekspert öz mülahizəsinə uyğun olaraq suallardan kənara çıxmışdır. Hesab edirik ki, məhkəmə iş üzrə təkrar ekspertiza təyin edərək, ekspert qoyulan suallara konkret cavablar verməli idi. Bununla yanaşı ekspert izahatında bildirdiyi parçaların yerli istehsal olması, hər iki tərəfin təqdim etdiyi kresloların keyfiyyətcə eyni kreslolar olması, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etməsi ekspertin tədqiqat materiallarını belə araşdırmadan, öz mülahizələri əsasında rəy verdiyinin açıq-aşkar sübutudur.

54. Belə ki, iş materiallarında iddiaçı tərəfindən gətirilmiş kresloların Türkiyədə istehsal olunması ilə bağlı sənədlər mövcuddur. Göründüyü kimi, ekspertin qarşısında qoyulmuş suallara konkret olaraq detallı şəkildə cavab verilməmişdir. Belə ki, 2023-cü il 28 iyul tarixində saat 14:30-dan 15:00-a qədər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən hər iki tərəfin nümayəndəsi ilə birlikdə kreslolara baxış keçirilmiş, lakin akt tərtib olunarkən baxışda aparılan hərəkətlər, baxışdan əldə olunan ilkin məlumatlar (ölçülər, koordinantlar), tərəflərin sualları (tələblər, iradlar) ilə bağlı qeydlər aparılmamış (boş saxlanılmış), Nazirliyin haqlı iradları və tələbləri də nəzərə alınmamışdır. Mahiyyət etibarı ilə məhkəmə tərə findən qoyulan suallara cavab olaraq ekpertiza rəyində 95% hansı meyarların və texniki göstəricilərinin uyğun gəlməsi barədə məlumatlar öz əksini tapmamışdır. Halbuki, cavabdeh tərəfindən təqdim olunan nümunə kresloların oturacaq örtüklərinin və süngərlərinin texniki göstəriciləri, komfort elementləri iddiaçı tərəfindən təqdim olunan kresloların texniki göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənir və təqdim olunmuş kresloların müqayisəli təsvirlərindən belə bu fərqi müəyyən etmək mümkündür. Ekspert qarşısında qoyulmuş suallara əsaslandırılmamış və ziddiyyətli cavab verilmişdir. Lakin buna baxmayaraq məhkəmə mötəbər sübut olaraq ekspert rəyinə istinad etmişdir.

55. MPM-in 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi bütün faktiki halları araşdırmayaraq əsas sız nəticəyə gəlmişdir, düzgün olmayan qətnamə çıxarmışdır. Eyni zamanda maddi və prosessual hüquq normalarını qeyd edilən əsaslara görə düzgün tətbiq etməmişdir və ya tətbiq edilməli qanun normasını tətbiq etməmişdir.

56. Kassasiya şikayətinin “digər məsələlər” hissəsində qeyd olumuşdur ki, qətnamə qanunsuz, əsassızdır və məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmə hazırkı iş üzrə 2023-cü il 28 iyul tarixli 9/3810 nömrəli ekspert rəyini mötəbər sübut olaraq qəbul etmişdir. Bundan əlavə qətnamənin 68-ci müddəasında kresloların alqı-satqısı üçün yeni tender elan edildiyi göstərilmişdir. Məhkəmənin sözügedən məlumatı hansı məqsədlə qətnamədə göstərməsi qeyd edilməmişdir. Belə ki, həmin bənd ümumilikdə sadəcə yeni tender elanı nəticəsində "xxxx" MMC ilə alqı-satqı müqaviləsinin bağlanıldığın ı və həmin müqavilə ilə alınacaq mallara yeni tələblərin qoyulduğunun müəyyən edildiyini nəzərə çatdırır. Yəni həmin müddəada yazılanlar əsaslandırılmadığı üçün Apellyasiya Məhkəməsinin həmin müddəa üzrə mövqeyini müəyyən etmək mümkün deyil. Sadəcə əlavə məlumat kimi verildiyi üçün hesab edirik ki, həmin hissəyə münasibət bildirmək doğru olmazdı. Ümumiyyətlə, həmin müqavilələr ayrı-ayrı şərtlər əsasında bağlanılmış fərqli müqavilələrdir və analoji olaraq hazırki müqavilə üzrə münasibətlərə tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan ş əxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozul ması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsin də nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər....” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur....” “Maddə

596. Alıcının əşyanı qəbul etmək və zifəsi 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zi yan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

61. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətl ərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur...”

62. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassa siya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Cavabdeh hazırkı kassasiya şikayətinin dəlillərini aşağı instansiya məhkəmələrində (həm qarşılıqlı iddia ərizəsi, həm də apellyasiya şikayətində) də bildirmiş, dəlillərdə qeyd edilən hallarla bağlı məhkəmələr tərəfindən hüquqi dəyərləndirilmə aparılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmış, həmin rəylə ekspertizaya təqdim edilmiş nümunələrin tərəflər arasında imzalanmış 2022-ci il 24 noyabr tarixli təhvil-təslim aktına (1-ci cild, i.v. 90) və texniki şərtlərə uyğunluğu müəyyən edilmişdir. İşə baxmış məhkəmələr tərəfindən qeyd edilən ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə dair nəticə əsaslandırılmış, kassator isə hazırkı şikayətdə məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad etməmişdir.

65. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin hazırkı kassasiya dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin məhkəmə tərəfindən hazırkı qərarın 41-47-ci bəndlərində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır.

66. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qi ymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 67. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

68. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, ilk iddia üzrə cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

69. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İlk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 yanvar tarixli 2-2(103)-69/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar