Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-433/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun, cərimənin və hüquqi xidmət xərcinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun, cərimənin və hüquqi xidmət xərcinin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(103)-489/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında bağlanmış 2019-cu il 5 noyabr tarixli 2019/7055-27 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə Soya Şrotu satmağı, cavabdeh isə malı almağı öhdələrinə götürmüşlər. 2. 2019-cu il 5 noyabr tarixli 1 saylı Əlavənin surətindən görünür ki, iddiaçı 100 ton həcmində 91000 manat dəyərində Soya Şrotu cavabdehə satmağı öhdəsinə götürmüşdür. 3. 2020-ci il 23 yanvar tarixli 2 saylı Əlavənin surətindən görünür ki, iddiaçı 50 ton həcmində 46500 manat dəyərində Soya Şrotu cavabdehə satmağı öhdəsinə götürmüşdür. 4. 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavənin surətindən görünür ki, iddiaçı 100 ton həcmində 93500 manat dəyərində Soya Şrotu cavabdehə satmağı öhdəsinə götürmüşdür. 5. 2020-ci il 13 fevral tarixli EBAG seriyalı 349788 saylı, 2020-ci il 14 fevral tarixli EBAG seriyalı 414341 saylı və 2020-ci il 16 mart tarixli EBAH seriyalı 766005 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 34146,20 manat, 10041,90 manat və 43226,40 manat dəyərində Soya Şrotu cavabdehə satılmışdır. 6. 2020-ci il 13 fevral tarixli ĞRĞ/1 seriyalı 346818 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 12240 kq mal Süleymanov Raqib adlı şəxs tərəfindən təhvil alınmışdır. 7. 2020-ci il 7 fevral tarixli ĞRĞ/1 seriyalı 346806 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabd ehin adına göndərilmiş 11820 kq mal Müslümov Seymur adlı şəxs tərəfindən təhvil alınmışdır. 8. 2020-ci il 13 fevral tarixli ĞRĞ/1 seriyalı 346820 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 10740 kq mal Müslümov Seymur adlı şəxs tərəfindən təhvil alınmışdır. 9. 2020-ci il 7 fevral tarixli ĞRĞ/1 seriyalı 346805 saylı Malların təhvil-qəbul aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin adına göndərilmiş 12460 kq mal Süleymanov Raqib adlı şəxs tərəfindən təhvil alınmışdır. 10.2020-ci il 28 may tarixli məktubdan görünür ki, Cavabdeh iddiaçıya 5 elektron fakturanın ləğvi ilə əlaqədar müraciət etsə də, mübahisələndirilən elektron qaimələrdən yalnız ikisi ləğv edilmiş, cavabdeh 2020-ci il 13 fevral, 2020-ci il 14 fevral, 2020-ci il 16 mart tarixlərdə göndərilmiş elektron qaimələr üzrə malların ona təhvil verilmədiyini göstərərək həmin qaimə fakturaların da ləğvini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron qaimə-faktura sistemindən çıxarışdan görünür ki, cavabdehə iddiaçı tərəfindən 2020-ci il 30 yanvar tarixdə 11.085,6 manat dəyərində, 2020-ci il 4 fevral tarixdə isə 52.545 manat dəyərində mal göndərilməsi ilə bağlı sistemə vurulmuş elektron qaimələr iddiaçı tərəfindən sonradan ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəm əyə müraciət edərək, cavabdehdən 2019-cu il 5 noyabr tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 2020-ci il 23 yanvar tarixli 2 saylı əlavəyə əsasən 43.226,40 manat və 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44.188,10 manat, 21.000 manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 108.952,10 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 5 noyabr tarixdə 2019\7055-27 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, Ukrayna mənşəli Soya Şrotunu cavabdehə 2019-cu il 5 noyabr tarixli müqavilə ş ərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 2019-cu il 5 noyabr tarixli 1 saylı, 2020-ci il 23 yanvar tarixli 2 saylı və 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavələrinə əsasən ümumi dəyəri 176.521,70 manat olan Soya Şrotu cavabdehə satılmış və mallar göndərilmişdir. Elektron qaimə, Seriya: EBAG № 349788, 13.02.2020-34146.20 manat dəyərində – Elektron qaimə, Seriya: EBAG № 414341, 14.02.2020-10041.90 manat dəyərində – Elektron qaimə, Seriya: EBAH № 766005, 16.03.2020-43226.40 manat dəyərində Cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə yaranmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 176.521,70 manat dəyərində olan So ya Şrotu cavabdehə satılmış və bu müqavilə və onun əlavələrinə əsasən sonuncu tərəfindən iddiaçıya 89.100 manat vəsait ödənilmişdir.
14. Tərəflər arasında imzalanmış 2019-cu il 5 noyabr tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 87.421.70 manat borcu qalmışdır. Müqavilənin qeyd olunmuş 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə əsasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə 2020-ci il 16 mart tarixə cavabdehin iddiaçıya müqavilə üzrə ümumilikdə 87.421.70 manat borcu yaranmışdır. Borcun tam olaraq ödənilməsi üçün bir neçə dəfə pretenziya məktubu göndərilsə də, cavabdeh b orc məbləğinin tam ödənilməsini təmin etməmişdir.
15. Beləliklə, alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən, tərəflər arasında imzalanmış müqavilənin şərtləri pozulmuşdur. Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər gecikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə penyanın məbləği 2020-ci il 16 mart tarixdən 2020-ci il 15 iyul tarixədək olan dövr üzrə 21.000 manat təşkil etməkdədir. İddiaçı ilə iş üzrə nümayəndə və Vəkil1 arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 2020-cu il 9 iyul tarixli 1397 saylı müqavilə və 2020-ci il 8 iyun tarixli 696272/00527 say lı ödəniş tapşırığına əsasən Vəkil1 500 manat məbləğində xidmət haqqı ödənilmişdir.
16. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 442, 445.1, 445.2.1, 462.1, 448.2-ci maddələrinə istinad etmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 oktyabr tarixli, 2-2(113)-1982/2021 saylı qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: 2019-cu il 05 noyabr tarixli 2019/7055-27 saylı müqaviləyə 2020-ci il 07 fevral tarixli 3 saylı Əlavədəki imza Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur; Həmin əlavədəki imza, qəsdən dəyişdirilmiş xətlə və ya Cavabdeh imzasına oxşadılmaqla icra olunmuşdurmu?
18. Həmin qərardadın icrası qaydasında A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2020-ci il 25 dekabr tarixli 4/1104 saylı rəyindən görünür ki, mülki işin 82-ci vərəqində olan 2019-cu il 5 noyabr tarixli 2019/705527 nömrəli “Müqavilə”yə 3 nömrəli əlavənin aşağı hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 fevral tarixli, 2-2(113)-171/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 2019-cu il 5 noyabr tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 2020-ci il 23 yanvar tarixli 2 saylı Əlavəyə əsasən 43.226,40 manat və 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44.188,10 manat, 2.000 manat penya və vəkilin göstərdiyi yardıma görə 412,35 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zaur Pirverdiyev).
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 2019-cu il 5 noyabr tarixli 2019/7055-27 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə Soya Şrotu satmağı, cavabdeh isə malı almağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müxtəlif çəkilərdə müxtəlif vaxtlarda Soya Şrotu satılmış, cavabdeh tərəfindən alınmış malın dəyəri tam ödənilməmiş və hazırda cavabdehin ümumi borc qalığı 2020-ci il 23 yanvar tarixli 2 saylı Əlavəyə əsasən 43.226,40 manat və 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavəyə əsasən 44.188,10 manat təşkil edir.
21. Tərəflər arasında bağlanmış 2019-cu il 5 noyabr tarixli 2019/7055-27 saylı alqısatqı müqaviləsinə 2020-ci il 23 yanvar tarixli 2 saylı Əlavəyə əsasən 43.226,40 manat və 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavəyə əsasən 44.188,10 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavənin cavabdeh tərəfindən imzalanmamasını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 25 dekabr tarixli 4/1104 saylı rəyi ilə bu hal müəyyən edilməmiş, eyni zamanda məhkəmə iclasında şahid X1 ifadəsində 3 saylı Əlavənin cavabdeh tərəfindən ofisdə yanında imzalandığını bildirmişdir.
22. Bunda n əlavə, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında malların cavabdehə göndərilməməsini bildirsə də, iş materialları və şahid ifadələri ilə bu dəlil təkzib olunmuşdur. Elektron qaimələrin surətlərindən göründüyü kimi iddiaçı tərəfindən ümumilikdə 87.414,5 manat dəyərində olan malın cavabdehə satılması barədə elektron qaimə təqdim edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdəki göstərilən mallar iddiaçı tərəfindən cavabdehə verilmiş hesab olunur. Cavabdeh tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrin i, malların qaytarılmasını, habelə həmin elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilənin 5.1.-ci maddəsində nəzərdə tutulsa da, tələb olunan 21.000 manat dəbbə pulu məbləği yaranmış 87.414,5 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir.
24. Məhkəmə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MMin 385.31, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 467, 567, 600.1, 600.4, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə VM) 71-1.1, 71-1.1.2, 71-1.1.3, 71-1.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.3, 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülkim Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv olunması və iddianın tam şəkildə təmin edilməməsi xahiş edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(103)-489/2021 saylı q ətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia cavabdehdən 2019-cu il 5 noyabr tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 2020-ci il 23 yanvar tarixli 2 saylı Əlavəyə əsasən 43.226,40 manat və 2020-ci il 7 fevral tarixli 3 saylı Əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 44.188,10 manat, 2000 manat penya və vəkilin göstərdiyi yardıma görə 412,35 manatın iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməmişdir (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov).
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işdəki sübutlara, şahid ifadələrinə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdehin etirazında istinad etdiyi hallara düzgün hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olması barədə mötəbər sübutlar təqdim edilmədiyi, təqdim edilmiş sübutlarda uyğunsuzluq olduğu halda iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
28. Belə ki, cavabdehin 1 saylı Əlavə üzrə iddiaçıdan mal alması və dəyərini tam ödəməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən elektron qaimələr göndərildiyi dövrdə qüvvədə olmuş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 3.3-cü bəndində vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaiməfakturanın malın (iş, xidmət) təqdim edildiyi vaxt verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində göstərir ki, müqaviləyə 3 saylı Əlavə həmin imzalanması üçün iddiaçı tərəfindən ona göndərilsə də imzalamamış, qeyd edilən Əlavənin üzərində iddiaçının möhürü olan hər iki nüsxəsi sübut qismində məhkəməyə təqdim edilmişdir.
29. Həmçinin, müqaviləyə 2 saylı Əlavə ilə bağlı cavabdeh etiraz ərizəsində göstərmişdir ki, həmin Əlavə imzalansa da Əlavədə qeyd edilmiş qiymət baha olduğu üçün cavabdeh həmin Əlavə əsasında iddiaçıdan mal almamışdır. Müqaviləyə 3 saylı Əlavədəki imzanın cavabdehə məxsus olub-olmadığının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur (bax yuxarıda 12-ci bənd).
30. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavab deh müqaviləyə 2 saylı və 3 saylı əlavələr üzrə iddiaçının göndərdiyi elektron qaimələrdəki malları almaması əsası ilə həmin qaimələrin ləğvi üçün iddiaçıya müraciət etdiyindən (texniki cəhətdən alıcının özünün həmin qaimələri ləğv etmək imkanı olmadığından) bu malların həqiqətən cavabdeh tərəfindən sifariş verildiyini və müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehin özünə və ya onun səlahiyyət verdiyi şəxsə təhvil verildiyini sübut etmək öhdəliyi iddiaçının üzərinə düşür. Dəyəri tələb edilən malların cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada yazılı ərizə ilə sifariş verildiyi işdəki heç bir mötəbər sübutla təsdiq edilmir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, sifarişlər bir qayda olaraq telefonla verildiyindən, cavabdeh tərəfindən mübah isəli elektron qaimələrdəki malların sifariş edildiyinə dair yazılı sübut təqdim edə bilmir. İddiaçı tərəfindən malların cavabdehə faktiki təhvil verilməsi ilə bağlı məhkəməyə sübut olaraq 4 ədəd təhvil aktı və 3 ədəd qaimə (004930,005024,004929 saylı) təqdim edilmişdir. Təhvil aktlarında 2020-ci il 7-13 fevral tarixlərində cavabdeh tərəfindən göndərilmiş sürücülər olduğu iddia edilən R.Süleymanov və S.Müslümov adlı sürücülərə cavabdehə çatdırılması üçün cəmi 47 ton 250 kq. mal təhvil verildiyi qeyd edilir. Malların həmin sürücülər tərəfindən cavabdehə təhvil verildiyi isə iddiaçı tərəfindən sübut edilməmişdir.
31. İşin materiallarına əlavə edilmiş 2020-ci il 30 yanvar tarixli və 2020-ci il 1 fevral tarixli qaimələrdə cavabdehə 34 ton 560 kq mal göndərildiyi qeyd edilmişdir. 2020-ci il 30 yanvar tarixli qaimə yükü təhvil alan tərəfindən imzalansa da, təhvil alan şəxsin ad və soyadı qeyd edilməmişdir. 2020-ci il 1 fevral tarixli qaimələr isə yükü təhvil alan şəxs tərəfindən imzalanmamışdır. Həmin qaimələrdə yükün ** UR *** və ** NM *** dövlət qeydiyyat nişanlı maşınlarla daşındığı qeyd edilmişdir. Cavabdeh və nümayəndəsi izahatlarında təhvil-təslim aktlarını imzalamış R.Süleymanov və S.Müslümov adlı sürücülərə iddiaçıdan 2020-ci ilin fevral ayında mal alınması barədə tapşırıq verildiyini qəbul etməmiş, iddiaçı isə birinci instansiya məhkəməsinə həmin sürücülərin məhz cavabdeh tərəfindən göndərildiyinə dair mötəbər sübut təqdim edə bilməmişdir.
32. Şahid qismində dindirilmiş anbardar A.Abışov ifadəsində R.Süleymanov adlı şəxsə məxsus maşınlarla direktorun tapşırığı ilə digə r müştərilərə də mal göndərildiyini bildirdiyindən hesab edilmişdir ki, həmin sürücülər cavabdehin deyil, iddiaçının tapşırığı əsasında müştərilərə malın çatdırılmasını həyata keçirmişlər.
33. Məhkəmə MM-nin 433-cü maddəsinə istinadla göstərmişdir ki, öhdəliyin icrasının ixtiyarlı şəxs tərəfindən qəbul edildiyini sübut etmə yükü borclunun (hazırki halda satıcının) üzərinə düşdüyü halda, iddiaçı dəyəri tələb edilən malların cavabdehin özünə və ya səlahiyyət verdiyi şəxslərə təhvil verildiyini sübut edə bilməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi təhvil aktları və qaimələrə əsasən yanvar və fevral aylarında göndərilmiş yükün ümumi çəkisi 81 ton 810 kq təşkil etdiyi halda, iddiaçının cavabdehə göndərdiyi 2020-ci il 13 fevral, 2020-ci il 14 fevral, 2020-ci il 16 mart tarixli elektron q aimələrdə göndərilmiş yükün ümumi çəkisinin 93 ton 740 kq olduğu qeyd olunur. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 2021-ci il 2 iyun tarixdə keçirilmiş məhkəmə iclasında bu uyğunsuzluqla bağlı məntiqli izah verə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin və əlavələrin şərtlərinə əsasən malın təhvil verilməsinin tərəzi çeki ilə rəsmiləşdirilməsi nəzərdə tutulduğu halda iddiaçı dəyəri tələb edilən mallarla bağlı tərəzi çeklərini təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi 2 ədəd imzasız tərəzi çekinin üzərində tərtib edilmə tarixi 2020-ci il 2 yanvar qeyd edildiyindən məhkəmə hesab etmişdir ki, həmin çeklər 2020-ci il 30 yanvar və həmin tarixdən sonra təqdim edilmiş mallarla bağlı tərtib edilmədiyindən sübut kimi qəbul edilə bilməz.
34. İddiaçı tərəfind ən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, cavabdeh tərəfindən göndərildiyi iddia edilən telefon yazışmaları sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən və apellyasiya instansiyası mərhələsində qəbul edilməsi üçün MPM-nin 372.2-ci maddəsində nəzərdə tutulmuş əsas olmadığından məhkəmə tərəfindən qəbul edilməmiş və hüquqi qiymət verilməmişdir.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385, 386.1, 433.1, 433.2, 433.3, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, 600, Azərbaycan Respublikası VM-in 71-1.1, Azərbaycan Respublikası MPM-in 77.1, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 36. 2021-ci il 11 iyun tarixində apellyasiya məhkəmənin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 37. 2021-ci il 30 iyun tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş tam və hərtərəfli araşdırılmamış, qətnamə qüvvədə olan normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Halbuki məhkəmə qətnaməsi ədalət mühakiməsinin yekun aktı olduğu üçün, onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin həqiqi bərpası təmin edilməlidir.
39. İd diaçı kassasiya şikayətində Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, 600.1, 600.4, Azərbaycan Respublikası VM-in 71-1.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.3, 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası MPM-in 77.1, 217, 386-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
42. İşə baxılmasının vaxtı və yeri haqqı nda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. İş üzrə cavabdeh apellyasiya instan siyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam şəkildə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə t utulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin ə mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.” Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkün süzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müdd ət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
47. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilm əmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Cavabdehin kassasiya şikayətində işin faktiki halları, maddi və prosessual hüquq normaları sadalanmış, birinci instansiyası məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələri qeyd olunmuşdur. Şikayətdə ümumi ifadələrlə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin tam və hərtərəfli araşdırılmadığı, qətnamənin qüvvədə olan normaların tələblərinin pozulması ilə qəbul edildiyi qeyd olunsa da, bunun konkret olaraq nədə ifadə olunduğu, hansı maddi və prosessual hüquq normasının pozulduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
50. Məhkəmə kollegiyası iddiaçının tələbinə və cavabehin apellyasiya məhkəməsində icraatın başlanmasına əsas olan şikayətinin dəlillərinə, həmin məhkəmənin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıda § 27-34). Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 51.Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 52.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassa siya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(103)-489/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov