Məhkəmə qərarları › İş №2-2(102)-434/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-434/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-434/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin icrası, yeni yaradılan publik hüquqi şəxsin, əsasında yaradıldığı hüquqi şəxsin öhdəliklərinə görə cavabdeh olub-olmaması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Ramiq Axundovun iştirakları ilə, İddiaçı Şirkəti tərəfindən Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-600/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 2012-ci il 3 may tarixli, 20/c saylı müqaviləyə əsasən İddiaçı MMC sifarış əsasında Bakı Şəhər Planlaşdırma İdarəsinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi öz üzrə öhdəlik götürmüş, idarə isə götürülmüş işi qəbul etməyi və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2. 2288 saylı təmir kartına əsasən **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən 787,70 manat dəyərində, 1384 saylı təmir kart ı üzrə 1734,60 manat dəyərində təmir xidməti göstərilmişdir. 3. 2018-ci il 31 mart tarixli, EAAİ seriyalı 042553 saylı elektron qaiməyə əsasən Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinə 628,94 manat dəyərindən 2018-ci il 4 aprel tarixli HS seriyalı 195692 saylı elektron qaiməyə əsasən 628,94 manat dəyərində, 2018-ci il 24 iyul tarixli EAAK seriyalı 814290 saylı elektron qaiməyə əsasən 1734,60 manat dəyərində, 2018-ci il 31 iyul tarixli HT seriyalı 834967 saylı elektron qaiməyə əsasən 1734,60 manat dəyərində, 2018-ci il 4 dekabr tarixli HW seriaylı 010049 saylı elektron vergi hesab-fakturasına əsasən 784,70 manat dəyərində texniki xidmət göstərilmişdir.

4. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 saylı Fərmanına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İ darəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Burosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statusu Ərazi Tikinti Planlaşdırma Mərkəzi yaradılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC (bundan sonra iddiaçı) cavabdeh Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı (bundan sonra cavabdeh) iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2012-ci il 3 may tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 3.148,24 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcm ində cərimə kimi 12.535,22 manat vəsaitin və 30 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Şəhər Ərazisinin TikintiPlanlaşdırma İdarəsi arasında bağlanmış 2012-ci il 3 may tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi cavabdehə məxsus avtonəqliyyat vasitələrinə iddiaçı tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcraçı” öz üzərinə, sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 iş günündən gec olmayaraq aparmalıdır. Cavabdehə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtonəqliyyat vasitəsinə 2018-ci il 31 mart tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 628,94 manat təşkil etmiş, 2018-ci il 20 iyul tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1734,60 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Belə ki, **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta m arkalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən 2018-ci il 31 mart və 2018-ci il 20 iyul tarixlərində göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 2363,54 manat təşkil edir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə 2020-ci il 19 sentyabr tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2012-ci il 3 may tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hə r bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Cavabdehin borclarının yarandığı tarixdən iddia ərizəsi tərtib olunan tarixədək, yəni 2020-ci il 6 oktyabr tarixədək borcunu ödəməmişdir. Cavabdehdən 2363,54 manat borcdan əlavə, 2012-ci il 3 may tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq yaranmış hər iki borca sifariş məbləğinin 0,5 %- i həcmində cərimə kimi hesablanan ümumilikdə 9.891,02 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı qeyd etmişdir ki, 2019-cu il 19 mart tarixdə Şəhər Ərazisinin TikintiPlanlaşdırma İdarəsinin əsasında Cavabdeh yaradılmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 mart tarixli, e-2-2(113)-367/2021 saylı qətnaməsi ilə iddia rədd edi lmişdir (hakim F.Qasımov).

8. Həmin məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Lakin, hazırkı halda iddia tələbinin yönəldiyi cavabdeh müqavilənin tərəfi olmuş Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin hüquqi varisi olmamış, sadəcə onun əsasında yaradılmış publik hüquqi şəxs olmuşdur. İstər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanında, istərsə də “Publik hüquqi şəx slər haqqında” Azərbaycan Respublikası Qanununda yeni yaradılan publik hüquqi şəxsin əsasında yaradıldığı hüquqi şəxsin öhdəliklərinə görə cavabdeh olması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin, hazırkı halda cavabdehlə iddiaçının arasında öhdəliklərin yaranması üçün mülki qanunvericiliklə nəzərdə tutulan əsaslardan hər hansı biri də mövcud olmadığından, müqavilə üzrə borcun cavabdehdən tələb edilməsi qanunauyğun olmamışdır.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2021-ci il 3 may tarixli, 20/C saylı müqavilədə sifarişçinin sifarişi əsasında avtomobilə texniki baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat vermək, təmir başa çatdıqda texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini təsdiq edən təmir kartını sifarişçiyə təqdim etmək icraçının və zifəsi kimi müəyyən olunmuş, lakin iddiaçı tərəfindən məhkəməyə avtomobilə baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Təmir kartları sübut kimi məhkəməyə təqdim olunsa da, həmin kartların sifarişçi qrafasındakı imzanın kimə məxsus olması, habelə onun səlahiyyətli şəxs olub-olmaması ilə bağlı sübutlar təqdim olunmamışdır.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 752.1, 769-cu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayətləri verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansi yası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-600/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).

13. Apellyasiya məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və bildirmişdir ki, qanunvericiliyin tələbinə görə təşkilati hüquqi formanın dəyişdiyi halda yeni hüquqi şəxs əvvəlkinin öhdəliklərinə görə məsuliyyət daşıyır. Hazırkı halda isə iddiaçı ilə müqavilə münasibətində olmuş Şəhər ərazisinin TikintiPlanlaşdırma İdarəsi təşkilati hüquqi formasını dəyişməmiş, həmin İdarə ləğv edilmişdir. Ləğv edilmiş idarənin öhdəlik lərinə görə məsuliyyət isə həmin idarənin tabe olduğu hüquqi şəxsin üzərinə düşür.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2, 7-ci, Mülki Məcəllənin 56.5, 54.1, 54.2, 54.3, 54.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 1 iyul tarixdə iddiaçının direktoruna məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və 2021-ci il 2 iyul tarixdə cavabdehə göndərilmişdir.

16. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasi ya şikayətinin dəlilləri

17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 tarixli, 597 saylı Fərmanına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Burosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti Planlaşdırma Mərkəzi yaradılmışdır. Mülki qanunvericiliyin tələblərinə görə, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etməyə ixtiyarı vardır. Həmçinin, əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermi rsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün təfsir etməmiş, habelə əvvəlki hüquqi şəxsin balansında olan bütün əmlakların yeni yaradılmış quruma keçdiyini nəzərə almamışdır. Belə ki, Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus bütün əmlak, eləcə də iddiaçı tərəfindən xidmət göstərilmiş **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtonəqliyyat vasitəsi hal-hazırda cavabdehin balansındadır. Bu səbəbdən məhkəmənin cavabdehin Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə öhdəliklərinə görə cavabdehlik daşımamasına dair gəldiyi nəticə əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

18. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MP M-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymə tləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə

56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüq uq varisliyi 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun ola raq yeni yaranmış hüquqi şəxsə keçir. Maddə

58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar 58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. 58.3. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyən ləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə

59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatını n məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin ni zamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. 59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. 59.7. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. 59.8. Yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yer li filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 59.9. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir. Maddə

135. Əşya hüququnun obyektləri 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Preziden tinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi” 1.6. Qanuna uyğun olaraq, Qurumun əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Maddə

7. Publik hüquqi şəxsin əmlakı 7.1. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. 7.2. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. 7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir. 7.4. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

24. Ali Məhkəmənin Komm ersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

25. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradıldığından və sonuncunun əmlakı yeni yaradılmış hüquqi şəxsə təhvil verildiyindən iddiaçı onun öhdəliklərinin icrasını da cavabdehdən tələ b edə bilər və bununla bağlı hüquqi vasitələrdən məhrum edilə bilməz.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşdığını qeyd edir. 27. “Normativ Hüquqi Aktlar haqqına” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

28. Mülki Məcəllənin tələblərinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir (Məcəllənin 135.2, 135.5-ci maddələri).

29. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılmışdır.

30. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin 1.6 -cı bəndinə əsasən, qanuna uyğun olaraq, Qurumun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır.

31. İş materiallarından göründüyü kimi, iddiaçı ilə Bakı Şəhər Planlaşdırma İdarəsi arasında “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 2012-ci il 3 may tarixli, 20/c saylı müqavilə bağlanmışdır.

32. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, İdarənin əsasında onun fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə, funksionallığı baxımından eyni profilli olaraq yaradılmış publik hüquqi şəxs olan cavabdehə İdarənin yalnız əmlakının keçməsi təəssüratı yaransa da, belə olan halda iddiaçının tərəflər arasında bağlanmış müqavilə üzrə qarşı tərəfin öhdəliklərinin icrası nəticəsində əldə etməli olduqla rının mülki qanunvericiliklə müdafiəsinin mümkün olmamasına gətirib çıxara bilər.

33. Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası).

34. Mülki Məcəllənin 59-cu maddəsinə əsasən, hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda, lazımi xüsu si icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə, məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə ləğv edilə bilər. Aydın olduğu kimi Məcəllə hüquqi şəxsin ləğvi hallarının konkret dairəsini müəyyən etmişdir ki, hazırki halda cavabdeh publik hüquqi şəxsin əsasında yaradıldığı İdarənin ləğvi üçün həmin halların mövcudluğu da nəzərə çarpmır (Məcəllənin 59.2.1, 59.2.2, 59.2.3, 59.2.4-cü maddələri).

35. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

36. Həmin məcəllənin tələblərinə görə, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin ö hdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar (58.2, 58.3-cü maddələri).

37. Maddi hüquq normalarının tələblərindən aydın olduğu kimi, yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri yeni yaranmış hüquqi şəxsə keçir. Belə olan halda, kreditor yeni yaranmış hüquqi şəxsdən onun öhdəliklərinin icrasını tələb etmək hüququ yaranır, hüquqi şəxsin hüquq varisini müəyyənləşdirmək mümkün olmadıqda isə onun əsasında yaranmış hüquqi şəxslər onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Hazırki halda tam və obyektiv nəticənin əldə olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanına əsasən iddiaçı ilə müqavilə münasibətlərində olan İdarənin əsasında yaradılmış cavabdeh publik hüquqi şəxsə İdarənin hüquq və vəzifələrinin hansı həcmdə keçməsi müəyyən edilməli idi.

39. İşin apellyasiya məhkəməsindəki baxışı zamanı cavabdehin nümayəndəsi İdarənin balansında olan əmlakların cavabdehin tabeçiliyinə keçməsini qeyd etmişdir (iş.v118). Həmçinin, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli, 597 saylı Fərmanında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin apellyasiya məhkəməsinin qeyd etdiyi kimi ləğv olunduğu göstərilməmiş, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarənin əsasında yaradılması müəyyən edilmişdir. Habelə, həmin Fərmanla İdarə nin öhdəliklərinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə keçməməsi də nəzərdə tutulmamışdır. Belə olan halda, İdarənin aktivlərinin cavabdehə keçməsinə baxmayaraq, onun passivlərinin (öhdəliklərinin) hansı səbəbdən cavabdehə keçməməsi ilə bağlı yaranmış ziddiyyətə apellyasiya məhkəməsi tərəfindən aydınlıq gətirilməmişdir.

40. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edili r.

42. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun qərarının 2.4cü bəndi).

44. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəy yən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam və hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

46. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi y enidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

48. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)600/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 iyun tarixli, 2-2(103)-600/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar