Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-435/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: mobil telefon nömrələrinə görə abunə haqqı və xidmət haqqı borcu; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi Anar Hüseynovun, onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC və Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-513/2021 say lı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə (bundan sonra iddiaçı) "xxxx" MMC (bundan cavabdeh) arasında 2015-ci il 30 may tarixdə abunə müqaviləsi imzalanmışdır.
2. Həmin müqavilənin 3.1-ci bəndinə görə müqaviləyə əsasən cavabdeh siyahısı bu müqaviləyə 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təqdim edir, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir.
3. Müqavilənin 4.3.1 və 4.3.2-ci bəndlərinə əsasən müntəzəm olaraq balansını yoxlamaq və müsbət olmasını təmin etmək, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlıvaxtında xi dmətlərdən istifadəyə görə və cavabdehdən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin öhdəliyidir.
4. Cavabdeh tərəfindən verilmiş 2019-cu il 10 aprel tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, iddiaçının cavabdehə 077 436 00 00, 077 437 00 00, 077 438 00 00 və 077 439 00 00 nömrələr ilə göstərilmiş xidmətlərə görə hesablanmış borcu cəmi 6.545,70 manat təşkil edir; 077 436 00 00 nömrə üzrə 519,21 manat, 077 437 00 00 nömrə üzrə 727,00 manat, 077 438 00 00 nömrə üzrə 4.448,87 manat, 077 439 00 00 nömrə üzrə 850,63 manat borc hesablanmışdır. Eyni zamanda həmin borca 1.310,58 manat hissəsi isə gecikmə faizi olaraq hesablanmışdır. 5. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr üzrə borcun açıqlanması barədə məlumatlarl a təsdiq edilir ki, ***-***-**-** nömrəsinə 2017-ci ilin mart 2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 470,14 manat, sms-lərə 1,65 manat olmaqla, cəmi 519,21 manat borc hesablanmışdır. ******-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 675,13 manat, sms-lərə 10,32 manat olmaqla, cəmi 727 manat borc hesablanmışdır. ***-***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 754 manat, ölkədaxili zənglərə görə 37,62 manat, sms-lərə 1,65 manat, GPRSNoRoamFEE xidmətinə görə 3.610,59 manat olmaqla, cəmi 4.448,87 manat borc hesablanmışdır. ***-***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədax ili zənglərə görə 272,92 manat, sms-lərə 6,18 manat, GPRSNoRoamFEE xidmətinə görə 535,67 manat olmaqla, cəmi 850,63 manat borc, cəmi 6545,70 manat məbləğində borc hesablanmışdır.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 2021-ci il 10 fevral tarixli, AZF/GR9106/21 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri üzrə cavabdehə rouminq xidməti ilə bağlı sifariş verilməmişdir. Həmin nömrələr üzrə kredit limiti 2017-2018ci illərdə 5 manat olmuş, 2019-cu il tarixdə isə abunəçinin müraciəti əsasında 50 manata qaldırılmışdır.
7. Cavabdehin təqdim etdiyi maliyyə arayışlarından göründüyü kimi, tələb edilən borc 077 436 00 00, 077 437 00 00, 077 438 00 00 və 077 439 00 00 nömrələrə göstərilmiş xidm ətə görə yaranmışdır.
8. Cavabdeh tərəfindən təqdim edilmiş zənglərin izahlı qaiməsindən görünür ki, ******-**-** nömrəsi 2017-ci ildən aktiv nömrə kimi istifadə edilir.
9. İddiaçı tərəfindən ilkin iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdən görünür ki, iddiaçıya 2018-ci il 12 yanvar tarixli, EAAG seriyalı, 181090 saylı elektron qaimə əsasında 174,40 manat, 2018-ci il 13 fevral tarixli, EAAH seriyalı, 001926 saylı elektron qaimə əsasında 506,49 manat, 2018-ci il 14 mart tarixli, EAAH seriyalı, 706561 saylı elektron qaimə 525,36 manat, 2018-ci il 4 aprel tarixli, EAAİ seriyalı, 148843 saylı elektron qaiməyə əsasən 581,26 manat, 2018-ci il 7 may tarixli, EAAİ seriyalı, 942625 saylı elektron qaiməyə əsasən 347,06 manat, 2017-ci il 6 sentyarb tarixli, EAAC seriyalı, 753753 saylı elekt ron qaiməyə əsasən 691,21 manat, 2018-ci il 3 iyul tarixli, EAAK seriyalı, 293393 saylı elektron qaiməyə əsasən 733,30 manat, 2018-ci il 2 avqust tarixli, EAAL seriyalı, 036714 saylı elektron qaiməyə əsasən 790,95 manat, cəmi 4350,03 manat dəyərində xidmətin göstərilməsi barədə 8 ədəd elektron qaimə göndərilmişdir.
10. Cavabdehin 2019-cu il 10 aprel tarixli maliyyə arayışında göstərilmiş xidmətin bir hissəsinin rouminq xidmətlərindən istifadəyə görə yaranmış borc olduğu qeyd edilmiş, iddiaçının nümayəndəsi rominq xidmətindən istifadə edildiyini inkar etdiyindən işə birinci instansiya qaydasında baxılarkən nömrələr üzrə rouminq xidmətlərindən istifadə edilibedilməməsini aydınlaşdırmaq üçün kompleks-mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir.
11. Məhkəmə tərəfindən qoyulm uş suallar məhkəmə kompyuter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspertizasının keçirilməsindən imtina edilmişdir.
12. Məhkəmənin sorğusuna cavab məktubunda cavabdeh abunəçi tərəfindən rouminq xidmətinin sifariş verilmədiyini təsdiqləmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən elektron qaimə ilə 790,95 manatın və cavabdeh tərəfindən ödənilməsi tələb olunan 7000 manat məbləğində borcun silinməsi, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində iddiaçıya dəyən maddi ziyan kimi 30.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçıya ödənilm əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı mobil rabitə xidmətindən yararlanmaq məqsədilə cavabdehlə 2015-ci il 30 yanvar tarixli abunə müqaviləsi bağlamışdır. Cavabdeh tərəfindən müqavilə əsasında iddiaçıya 5 (beş) ədəd (***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**) nömrə ayrılmışdır ki, bu nömrələrdən son ikisi, yəni ***-***-**-** və ***-***-**-** ayrıldığı gündən qapalı olmuş, istifadə olunmamışdır. Hər ay mobil nömrələrin aktiv şəkildə qalması üçün ***-***-**-** nömrəsinin balansına 50 manat, ***-***-**-** və ***-***-**-** nömrələrinin hər birinin ayrı-ayrılıqda balansına isə 2 manat məbləğində pul köçürülür. 2018-ci il 2 avqust tarixində 036714 nömrəli elektron qaimə iddiaçıya göndərilmişdir ki, bu qaiməyə əsasən iddiaçının 790,95 manat məbləğində borcu vardır. Cavabdehlə bu barədə əlaqə saxlanılarkən onlar tərəfindən borcun 7000 manat olduğu bildirilmişdir. Halbuki, elektron qaimədə qeyd olunan məbləğlə onların şifahi şəkildə tələb etdikləri məbləğ üst-üstə düşmür, həmçinin qeyd olunan borc məbləği ilə bağlı onlar tərəfindən iddiaçıya hər hansı xəbərdarlıq məktubu göndərilməmişdir. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəli rabitə xətləri cavabdeh təşkilat tərəfindən deaktiv olunmuş və əsassız olaraq hesablanmış borcun ödənilməsi tələb olunmuşdur. Pretenziya qaydalarına uyğun olaraq cavabdeh təşkilata 2018-ci il 12 sentyabr tarixində pretenziya məktubu göndərilərək qanunsuz olaraq hesablanmış 790,95 manat, şifahi şəkildə bildirilmiş 7000 manat məbləğində pulun silinm əsini və cavabdeh tərəfindən deaktiv olunmuş 077- 436-00-00, ***-***-**-**, ***-***-**-** nömrəli rabitə xətlərinin aktiv olunmasını bildirişin rəsmi qaydada təqdim olunduğu tarixdən sonrakı 3 iş günü ərzində təmin etmələri xahiş edilərək bunu təmin etməyəcəkləri təqdirdə müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və pretenziya məktubu cavabsız qalmışdır. Nəticədə iddiaçı maddi zərərə məruz qalmışdır.
15. Həmçinin ilk iddia tələbi üzrə cavabdeh məhkəməyə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan 7.856,28 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia təl əbi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar formal mülahizələrə əsaslanır. Belə ki, iddiaçının tərəflər arasında imzalanmış 2015-ci il 30 yanvar tarixli abunə müqaviləsinə əsasən 7856,28 borcu yaranmışdır. Həmin borc məbləği iddiaçının istifadəsinə verilmiş *** *** ** **, *** *** ** **, 077 *** ** ** və 077 *** ** ** nömrələrinə görə yaranmışdır. Borc məbləğinin 6545,70 manatı əsas borc, 1310,58 hissəsi isə gecikməyə görə cərimə borcunu təşkil etmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, e-2-2(113)-22/2021 saylı qətnaməsi ilə ilk iddia qismən – cavabdeh tərəfindən iddiaçıya hesablanmış 4.146,26 manat məbləğində borcun silinməsi, ilk iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, ilk iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə qarşılıqlı iddia tələbi də qismən – iddiaçıdan 2.399,44 manat məbləğində əsas borc və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 2.499,44 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğin tutularaq cavabdehə ödənilməsi hissəsində təmin edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir (hakim F.Qasımov).
18. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh 077 438 00 00 saylı nömrə üzrə hesablanmış 3.610,59 manat məbləğində borc və 077 439 00 00 nömrə üzrə 535,67 manat məbləğində borcun əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 4146,26 manat məbləğində borc silinməlidir. Cavabdehin nümayəndəsi mübahisəli nömrələrdə rouminq xidmətindən istifadə edi lmədiyini, mübahisəli borcun isə rouminq xidmətinə görə deyil, ölkədaxili internetdən istifadəyə görə yarandığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya hesablanmış 6545,70 manat məbləğində borcun qalan hissəsi iddiaçıya abunə müqaviləsi əsasında abunə haqqına və göstərilmiş xidmət haqqına görə hesablanmışdır və həmin borcun yaranma əsasları barədə izahlı qaimə və açıqlamalar məhkəməyə təqdim edilmişdir. İddiaçı həmin hissədə borcun əsassız olmasını iddia etsə də, borcun hesablandığı dövr üçün aylıq abunə haqqını, eləcə də mübahisəli telefon nömrələri üzrə aparılmış danışıqlara görə xidmət haqqını ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilənin tələblərinə uyğun olaraq abunəçi tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə cav abdehin müqavilənin icrasını dayandırmaq hüququ mövcud olsa da, cavabdehin bu hüququndan istifadə etməməsi iddiaçını abunə haqqını və xidmət haqqını ödəməkə vəzifəsindən azad edə bilməzdi. Həmçinin, cavabdeh qarşılıqlı iddia ərizəsində abunəçi ödəniş şərtlərini pozduğuna görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində hesablanmış 1.835,32 manat məbləğində dəbbə pulunun iddiaçıdan tutulmasını tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, abunə haqqını və xidmət haqqını ödəmək öhdəliyinin icrasının gecikdirilməsi işin halları ilə müəyyən edildiyindən, cavabdeh müqavilə üzrə öhdəliklərin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Lakin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu az aldaraq 100 manat həcmində müəyyən etmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, maddi zərərin tutulması tələbinə qiymət verilərkən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulmasına yol verilməsini, ona hər hansı məbləğdə maddi zərərin dəyməsini, habelə cavabdehin hərəkətləri ilə ona dəymiş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilməmişdir.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 443.1, 443.7, 462.1, 467, Azərbaycan Respublikası M ülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ilk iddianın qismən təmin olunduğu hissədə ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-513/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdehi n apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilk iddia qismən – cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2214,97 manat borcun silinməsi hissəsində təmin edilmiş, ilk iddia qalan hissədə rədd edilmişdir. Yeni qətnamə ilə həmçinin qarşılıqlı iddia qismən – İddiaçı MMC-dən cavabdeh "xxxx" MMC-nin xeyrinə 4350,03 manat əsas borc və 435 manat cərimənin tutulması hissəsində təmin edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir (sədrlik edən V.Baxışova, hakimlər C.Yusifov və R.Qurbanov).
24. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş izahlı qaimələrdə borcun hansı xidmətlərdən istifadəyə görə ya randığı öz əksini tapmışdır. Həmin qaimələrə əsasən, iddiaçının istifadəsində olan telefon nömrələrində internet xidmətindən istifadə edilmişdir. Birinci instansiya məhkəməsi isə izahlı qaimələrin abunəçinin internet xidmətindən istifadə etdiyini təsdiq edən sübut kimi hansı səbəbdən nəzərə almamasını qətnamədə əsaslandırmamışdır. Məhkəmə həmçinin, 4350,03 manat dəyərində xidmətin göstərilməsi barədə 2018-ci ildə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr sistem tərəfindən təsdiq edilənədək və ya təsdiq edildikdən sonra ləğv edilməsi barədə qarşı tərəfə müraciət edilmədiyindən iddiaçı tərəfindən həmin xidmətlərin göstərildiyinin qəbul olunduğunu da nəzərə almamışdır. Məhkəmə kollegiyası qanunvericiliyin elektron qaimə-fakturalarla bağlı müddəalarına istinad etməklə qeyd et mişdir ki, qarşılıqlı iddia tələbi elektron qaimələrlə təsdiq edilən 4350,03 manat dəyərində haqqın iddiaçıdan tutulması hissəsində əsaslı olmuşdur.
25. Qarşılıqlı iddia tələbi ilə abunəçidən tələb edilən 2195,67 manat (6545,704350,03) əsas borcla bağlı Cavabdeh MMC tərəfindən məhkəməyə elektron qaimələr və hesab fakturalar təqdim edilməmiş, həmin borcun hansı dövrün borcu olduğu və hansı tarixədək hesablandığı əsaslandırılmamışdır. Cavabdehin təqdim etdiyi izahlı qaimələrdə ödənişlər əks olunmadığı üçün məhkəmə kollegiyası həmin sənədlər əsasında qarşılıqlı iddia ərizəsində tələb edilən borcu hesablamaq mümkün olmadığını, o cümlədən qeyd edilən borcla bağlı iddiaçıya elektron qaimə və hesab faktura göndərildiyi barədə işdə mötəbər sübutlar olmadığını nəzərə alaraq qarşılıqlı iddia tələbin in 2195,67 manat əsas borcla bağlı hissədə əsaslı olmaması nəticəsinə gəlmişdir.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni 2018-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.3, 3.9, Mülki Məcəllənin 385.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 7 iyun tarixdə iddiaçı və cavabdehin vəkillərinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
28. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar işin faktiki hallarına uyğun olmasa da, apellyasiya məhkəməsi onları mötəbər sübut kimi qəbul etmiş, lakin iddiaçı tərəfindən mötəbər sübut kimi təqdim olunmuş video diskdəki ödəniş sisteminin nağd (prepaid) olmasını sübutlarını görməzlikdən gəlmişdir. Belə ki, prepaid ödəniş sistemində ödəniş müddəti başa çatdıqdan sonra xidmətin göstərilməsi avtomatik olaraq dayandırılır, yalnız növbəti ayın ödənişi həyata keçiriləndən sonra xidmət sistem tərəfindən avtomatik olaraq aktivləşdirilir. Buna misal olaraq vətəndaşların qazdan istifadə ilə bağlı smart kartlarla ödəniş etməsini göstərmək olar. Yəni vətəndaş həmin karta hansı məbləğdə pul ödəyirsə o pula mütənasib olaraq qazdan sitifadə edir, ödəniş məbləği sıfırlananda qaz veriliş dayandırılır, yenidən ödəniş olandan sonra isə vətəndaş həmin kart vasitəsilə qazın verilişini bərpa edir.
30. Tərəflər arasında bağlanmış 2015-ci il 30 yanvar tarixli abunə müqaviləsinin 4.2.4-cü maddəsinə əsasən istənilən vaxt abunəçinin müraciəti əsasında cavabdeh kredit limtini artırmaq və azaltmaq və abunəçi müqavilə şərtlərini yerinə yetirmədiyi halda abunəçiyə rəsmi yazılı şəkildə və ya elektron qaydada məlumat verməklə onun kredit limitini azaltmaq hüququna malik olmuşdur. Qeyd olunan maddədən göründüyü kimi cavabdehin kredit limitini artırmaq və ya azaltmaq hüququ abunəçinin müraciət etməsi şərti ilə məhdudlaşmışdır. Yəni abunəçi limitin artırılması ilə bağlı müraciət etmir sə cavabdeh birtərəfli olaraq kredit limitini artıra bilməzdi. Bu səbəbdən, məhkəmənin kredit limitinin artırılmasının cavabdehin hüququ olmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
31. Apellyasiya Məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edərkən iş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 2018-ci il 12 yanvar, 2018-ci il 13 fevral, 2018-ci il 14 mart, 2018-ci il 4 aprel, 2018ci il 7 may, 2017-ci il 6 sentyabr, 2018-ci il 3 iyul, 2018-ci il 2 avqust tarixli elektron qaimələrə istinad edərək borc məbləğinin həmin qaimələr üzrə 4.350,03 manat olması qənaətinə gəlmişdir. Cavabdeh həmin qaimələrin həqiqətən də onun tərəfindən iddiaçıya göndərildiyini təsdiq etmişdir. Lakin, məhkəmə cavabdeh tərəfindən təqdim olunan digər elektron qaimələri nəzərə almamışdır. Belə ki, həmin qaimələrə əsasən cəmi borc 6545,70 manat təşkil etmiş, həmin borc məbləğinə 1310,58 manat penya hesablanmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər. Tərəflərin izahatları
32. Məhkəmə kollegiyası iclasında iştirak edən ilk iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddia tələbinin tam təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər.
33. Məhkəmə kollegiyası iclasında ilk iddia tələbi üzrə cavabdehin vəkili ilk iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, apellyasiya məhkəməs inin qətnaməsinin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
34. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə tərəflər apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxl anılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllə Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü ququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kre ditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddurs a, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməm ək üçün məsuliyyət daşıyır. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası ba rədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” (iş üzrə tərəflərin münasibətlərinin mövcud olduğu vaxtda qüvvədə olmuş redaksiyada) 1.2. elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergil ər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlamaq aidiyyəti üzrə təqdim olunur. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. MPM-in 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
39. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
40. İlk iddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi onun tərəfindən mötəbər sübut kimi təqdim olunmuş video diskdəki ödəniş sisteminin nağd (prepaid) olmasını sübutlarını görməzlikdən gəlmişdir.
41. Cavabdehin kassasiya şikayətinin dəlili isə bundan ibarət olmuşdur ki, məhkəmə cavabdeh tərəfindən təqdim olunan digər elektron qaimələri nəzərə almamışdır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin göstərilən dəlilləri ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbi üzrə iddiaçı və ilk iddia tələbi üzrə cavabdeh kassasiya şikayətlərində apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi h üquq normalarına münasibətdə hər hansı bir dəlillərini və onlarla bağlı hüquqi əsaslandırmalarını bildirməmiş və məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımından mübahisələndirimişdirlər.
44. Məsələyə münasibətdə məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, MPM-də işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır.
45. Kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu məsələlərinə cavab verilməsi ilə məhdudlaşdırır.
46. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vide o yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
47. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s.aiddir.
48. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
49. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (14.2, 77.1, 80, 81-ci maddələri).
50. Məhkəmə kollegiyası hesab edir ki, nömrələr üzrə kredit limitinin müəyyən edilməsi və nömrələrin balansının artırılması həmin nömrələrin istifadə etdiyi xidmətlərə görə kredit limitindən artıq borc yaranması imkanını istisna etmir. Belə ki, tərəflər aras ında bağlanmış müqavilənin 4.3.2-ci bəndində müqavilə şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə və cavabdeh tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin vəzifələrinə aid edilmişdir.
51. Göründüyü kimi, bu bənddə xidmətlərdən istifadə və kredit limiti üzrə borclar fərqləndirilmişdir. Bundan əlavə elektron qaimələrə əsasən mübahisəli borc 2017-ci ilin dekabr ayı və 2018-ci il ərzində göstərilmiş rabitə xidmətlərindən istifadəyə görə yarandığından apellyasiya məhkəməsi iddiaçının hazırki işin faktiki hallarını təsdiq edən sübut kimi istinad etdiyi 2020-ci ildə çəkilmiş video görüntünü haqlı olaraq borcun əsassız hesablandığını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir.
52. Həmçinin, cavabdehin kassasiya şikayətind ə istinad etdiyi elektron qaimələrin üzərində həmin qaimələrin elektron imza ilə təsdiq edildiyinə dair ştrix kod olmadığı üçün məhkəmə tərəfindən məhkəmə həmin elektron qaimələri də əsaslı olaraq sübut kimi nəzərə almamışdır.
53. İddiaçının kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, cavabdehin kredit limitini artırmaq və ya azaltmaq hüququ abunəçinin müraciət etməsi şərti ilə məhdudlaşmışdır. Yəni abunəçi limitin artırılması ilə bağlı müraciət etmirsə cavabdeh birtərəfli olaraq kredit limitini artıra bilməzdi. Bu səbəbdən, məhkəmənin kredit limitinin artırılmasının cavabdehin hüququ olmasına dair gəldiyi nəticə əsaslı olmamışdır.
54. Kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin “ödəniş şərtlə ri” adlanan 5-ci maddəsində qeyd edilmişdir ki, abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesabfaktura təqdim olunur. Hesab faktura aldıqda abunəçi ödənişi hesab fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Lakin, müqavilədə iddiaçının israr etdiyi kimi mübahisəli nömrələr üzrə xidmətlərin dəyərinin əvvəlcədən ödənilməli olması barədə müddəanın mövcud olması görünmür.
55. Müqaviləyə əsasən, göstərilmiş xidmətlərin dəyəri cavabdeh tərəfindən abunəçiyə hesab faktura göndərildikdən sonra həyata keçirilməli idi. Bu da belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının istifadə etdiyi xidmətlərin dəyərinin əvvəlcədən nömrənin balansı artırılmaqla ödənildiyi barədə mülahizəsi əsaslı olmamışdır.
56. Eyni zamanda, kredit limiti aşıldığı təqdirdə ra bitə xidmətindən istifadəni məhdudlaşdırmaq və ya dayandırmaq müqavilənin 9.3-cü bəndinə əsasən Cavabdeh MMC-nin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulduğundan operatorun bu hüquqdan istifadə etməməsi iddiaçını göstərilmiş rabitə xidmətinin haqqını ödəmək vəzifəsindən azad etmir. 57. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın hüquq münasibətlərinin mövcud olduğu vaxtda qüvvədə olmuş redaksiyada tələblərinə əsasən, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdi m edilən vaxt verilir. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur (Qaydaların tərəflər arasında münasibətlərin mövcud olduğu vaxtda qüvvədə olmuş redaksiyada 1.2, 3.3, 3.9-cu bəndləri).
58. Məhkəmə kollegiyası hesab edir ki, 4350,03 manat dəyərində xidmətin göstərilməsi barədə 2018-ci ildə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr (bax §9) sistem tərəfindən təsdiq edilənədək və ya təsdiq edildikdən sonra ləğv edilməsi barədə müraciət ed ilmədiyindən həmin xidmətlərin göstərildiyi qəbul edilmiş hesab olunur.
59. Göründüyü kimi, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş və zəruri əsaslandırma aparılmışdır.
60. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-513/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
61. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 may tarixli, 2-2(103)-513/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.