Məhkəmə qərarları › İş №2-2(102)-436/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-436/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-436/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X2 San.Tic A.Ş.Şirkəti”-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı “X2 San.Tic A.Ş.Şirkəti”-nin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(103)45/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Türkiy ə Respublikasının hüquqi şəxsi olan satıcı “X2 San.Tic A.Ş.Şirkəti” ilə alıcı Cavabdeh MMC arasında 2016-cı il tarixindən alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, sonuncuya müxtəlif tarixlərdə mətbəx əşyaları satılmış, satılmış malların dəyəri qismən ödənilmişdir. “X2 San.Tic A.Ş.Şirkəti” tərəfindən 2016-cı il 27 aprel tarixində yazılı alqı-satqı müqaviləsi tərtib edilərək Cavabdeh MMC-yə göndərilsə də, həmin müqavilə sonuncu tərəfindən imzalanmamış, lakin müqaviləyə əlavə idxal olunan malların nəqliyyat xərclərinin ödənilməsi ilə bağlı imzalanmışdır. İş materiallarına “X2 San.Tic A.Ş.Şirkəti”-nin Cavabdeh MMC-yə Türkiyə Respublikasından göndərdiyi malların gömrük bəyannamələri və hesab fakturalar (invoyslar) əlavə edilmişdir. 2. “X2 San.Tic A.Ş.Şirkəti”nin Cavab deh MMC-yə ünvanladığı məktubda qeyd edilmişdir ki, 2016-cı il 5 aprel tarixində “Hasanov Aqaisa” firmasının yenidən təşkili aparılmış, bundan sonra “X2 San.Tic A.Ş.Şirkəti” Cavabdeh firması ilə Azərbaycan bazarında əməkdaşlıq barədə müqavilə bağlanmış, həmçinin Cavabdeh firması “Hasanov Aqaisa” firmasının borclarının ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 2016-cı il 5 aprel tarixində rəsmi hesablarında “Hasanov Aqaisa” firmasına məxsus borc məbləği 188.693,81 ABŞ dolları təşkil etmişdir. “Hasanov Aqaisa” firması 158.895,83 ABŞ dolları məbləğini təsdiq etmiş və həmin məbləği qəbul etmişdir. Daha sonra “X2 San.Tic A.Ş.Şirkəti” Cavabdeh firmasına 158.895,83 ABŞ dolları məbləğindən 15.000 ABŞ dolları məbləğində güzəşt etmiş, nəticədə “Hasanov Aqaisa” firmasına təhvil verdikləri v ə Cavabdeh firması tərəfindən qəbul olunmuş borc məbləği 143.895,83 ABŞ dolları təşkil etmişdir. 3. “X2 San.Tic A.Ş.Şirkəti” ilə Cavabdeh MMC arasında imzalanmış və sonuncunun möhürü ilə təsdiq olunmuş 2017-ci il 2 fevral tarixli sənədə əsasən, həmin tarixə Cavabdeh MMC-nin borc məbləği 159.675,51 ABŞ dollarıdır. 4. 2016-cı il 5 aprel tarixli “Borcun təsdiqi və təhvil verilməsi” barədə sənəddə qeyd edilmişdir ki, 2016-cı il 1 fevral tarixinə Balaş Atayev “Mehtap” firmasına olan cəmi 158.985,83 ABŞ dolları məbləğində borcu təsdiq edərək Dadaşov Səhətə təhvil vermişdir. X4 adlı şəxs tərəfindən imzalanmışdır.

5. İşin materiallarında olan gömrük bəyannamələri və hesabdan çıxarışlardan görünür ki, Cavabdeh firması tərəfindən «X2 San.Tic A.Ş.Şirkəti”ndən alınmış və Türkiyə Respublikasından 2017- 2019-cu illərdə idxal edilmiş malların dəyəri 132.989,68 ABŞ dolları olmuşdur.

6. «X2 San.Tic A.Ş.Şirkəti” tərəfindən Cavabdeh MMC-yə 143.895,83 ABŞ dolları borcun ödənilməsi üçün (ötürülmüş borc üzrə) CF ******* saylı 2017-ci il 20 fevral tarixli hesab faktura göndərilmişdir. 7. “X2 San.Tic A.Ş.Şirkəti” tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 30 avqust tarixli məktubda borc məbləğinin ödənilməsi xahiş edilmişdir. 8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2021-ci il 16 dekabr tarixli arayışdan görünür ki, Cavabdeh MMC sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı “X2 San.Tic A.Ş.Şirkəti” (bundan sonra “iddia çı”) 2022-ci il 21 fevral tarixində Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddia ərizəsi təqdim edilən günə olan məzənnə ilə 145.644 ABŞ dolları məbləğində borcun, 400 manat məbləğində mediasiya rüsumunun, 137,59 manat məbləğində dövlət rüsumunun, o cümlədən, 1.000 manat məbləğində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mətbəx əşyalarının alqısatqısına dair 2016-cı il 27 aprel tarixində müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, cavabdeh isə alıcı qismində çıxış etmişdir. 2016-cı ilin 5 aprel tarixində "xxxx" şirkətində yenidən təşkil əməliyy atları həyata keçirilmişdir. Bunun nəticəsində tərəflər arasında Azərbaycan bazarında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Həmçinin, cavabdeh "xxxx" şirkətinin də iddiaçıya olan borc öhdəliyini öz üzərinə götürmüş və bununla bağlı müvafiq yazılı sənəd də təqdim edilmişdir. Həmin yazılı sənəddə-üzləşmə sənədində qeyd olunmuşdur ki, 2016-cı il 5 aprel tarixinə Hasanov Agaisa şirkətinin iddiaçıya olan borcu 188.693,81 ABŞ dolları təşkil etmişdir, lakin şirkət ona edilmiş endirimdən sonra bu borcu 158.895,83 ABŞ dolları olaraq təsdiq etmişdir və iddiaçı bu borcun bu məbləğdə olmasını qəbul etmişdir.

11. Borc öhdəliklərinin ötürülməsinin nəticəsi olaraq 2016-cı il 27 aprel tarixində tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Daha sonra iddiaçı aralarında olan işgüzar münasibətlə rin gələcək inkişaf prespektivini nəzərə alaraq 158.895,83 ABŞ dolları məbləğindən daha 15.000 ABŞ dolları məbləğində güzəşt edərək yekun olaraq borc məbləğini 143.895,83 ABŞ dolları həcmində təsdiq etmişdir. Həmin ərizədə aydın formada qeyd edilmişdir ki, Hasanov Agaisa şirkətinin ötürdüyü və cavabdeh tərəfindən qəbul olunan borc öhdəliklərinin məbləği 145.644 ABŞ dolları təşkil edir. Həmin sənədin sonluğunda isə şirkətdən sənədi təsdiq etmək xahiş edilmiş və cavabdehin direktoru olan X1 tərəfindən qeyd olunan borc, 145.644 ABŞ dolları məbləğində təsdiq edilmişdir. Təsdiq olunmuş borc məbləği 2016-cı il 2 dekabr tarixinə olmuşdur. Daha sonra 145.644 ABŞ dolları həcmində borc məbləği eynilə cavabdehin direktoru Səhhət Dadaşov tərəfindən 2017-ci il 2 dekabr tarixinə olmaqla üzləşmə qaydasın da təsdiq edilmişdir. Üzləşmə aktında borc məbləğinin 164.924,58 ABŞ dolları olması göstərilmişdir.

12. Həmçinin, iddiaçı ilə cavabdehin birgə fəaliyyətinin əsasını məhz bu məbləğin fiks olunması təşkil etmiş və yalnız cavabdeh tərəfindən bu məbləğin qəbul olunmasından sonra birgə fəaliyyətin mümkünlüyü baş tutmuşdur. Cavabdeh Azərbaycanda fəaliyyət göstərməklə iddiaçının istehsal etdiyi malların Azərbaycan Respublikasında satışını həyata keçirirdi. Lakin cavabdehdən öncə bu hüquq "xxxx" Şirkətinə məxsus idi.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.2, 385.1, 425, 442, 445 və 448-ci maddələrinə istinad olunmuşdur. 14. 2022-ci il 3 aprel tarixində cavabdehin nümayəndəsi yazılı etiraz təqdim edərək, iddia ərizəsi və ona ə lavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi prosessual tələblər pozulmaqla verildiyindən geri qaytarılmalıdır. Ərizə iddiaçının nümayəndəsi sayılan Vəkil1 tərəfindən verilmiş və onun tərəfindən imzalanmışdır. Mediasiya təşkilatına müraciət də eyni şəxs tərəfindən həyata keçirilmişdir. İddianın imzalanması (verilməsi), həmçinin mediasiya müraciətinin verilməsi və mediasiyada iştirak iddiaçının nümayəndə qismində Vəkil1 verilmiş etibarnamə əsasında həyata keçirilmişdir. Lakin həmin etibarnaməyə əsasən iddiaçının nümayəndəsinin mediasiya hərəkətlərində iştirak etməsi səlahiyyətləri olmaması ilə yanaşı, həmin etibarnamənin Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hüquqi qüvvəsi yoxdur. İddiaçının nümayəndəsi sayılan şəxs tərəfindən təqdim edilmiş etibarnamə, "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın tələblərinə müvafiq surətdə Şəhadətnamə (apostil) ilə rəsmiləşdirilməmiş, nümayəndə sayılan şəxs faktiki olaraq səlahiyyəti olmadan həmin sənədlə müvafiq hərəkətləri həyata keçirmişdir. Şəxs bu hərəkətləri həyata keçirərkən hər hansı bir səlahiyyəti olmamışdır. Belə olan təqdirdə, mediasiya prosesi səlahiyyətsiz şəxs tərəfindən həyata keçirildiyindən etibarsız hesab edilməli, məhkəməyə təqdim edilmiş iddia ərizəsi isə onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən imazalanmış kimi qəbul edilməlidir. 16. 2022-ci il 24 aprel tarixində cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddi a müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş və qeyd etmişdir ki, əqd bağlandığı dövrdən iddia verilən günədək 6 il müddət keçmişdir.

17. Daha sonra 2022-ci il 24 aprel tarixində cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında öhdəlik yaradacaq hər hansı bir müqavilə mövcud deyildir. İddiaçı sübut qismində məhkəməyə cavabdehin direktorunun imzası ilə təsdiq olunmuş sənəd təqdim etmişdir. Qeyd edilən sənədlərin hansı şəraitdə və necə imzalanması ilə bağlı dolğun məlumatın olmaması ilə yanaşı, cavabdeh iddiaçıdan hər hansı bir mal almamış və onun xidmətindən istifadə etməmişdir. İddiaçının bildi rməsinə görə cavabdeh “Həsənov Ağaisa” adlanan hansısa şəxsin öhdəliklərini üzərinə götürmüşdür. Həmin öhdəliyin hansı səbəblərdən cavabdeh tərəfindən üzərinə götürülməsi, yaxud belə bir öhdəliyin “Həsənov Ağaisa” adlanan üçüncü şəxs tərəfindən cavabdehə ötürülməsinə dair də hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə borcun, həmçinin “Həsənov Ağaisa” adlanan şəxsin yenidən təşkil olunması nəticəsində yarandığı göstərilir. Lakin cavabdeh hansısa hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində deyil, ilkin təsis sənədlərinin qeydiyyatı nəticəsində birbaşa təsis edilmişdir.

19. Cavabdeh ilə “Həsənov Ağaisa” adlı şəxs arasında, o cümlədən iddiaçı ilə hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə göstərilən xüsusatlar əqd kimi qiy mətləndirilə bilməz və bu əqd deyildir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ikitərəfli və ya çoxtərəfli ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Təqdim edilmiş sənədlərdə isə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra olunmamasının nəticələrinə dair heç bir şərt müəyyən edilməmişdir. Hətta bu müqavilə də sayılmış olsaydı, o zaman aşağ ıdakı hallara əsasən bu əqd etibarsız hesab edilməli olardı. Cavabdeh iddiaçıdan hər hansı bir mal almamış və cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi mövcud olmamışdır.

20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli, e-2-2(113)-1424/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim L.Əliyeva).

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış hər iki tərəfin imzaladığı yazılı alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməsə də, onların arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması faktı işin materialları, o cümlədən işin materiallarında olan cavabdeh tərəfindən iddiaçıya alqı-satqı hesab-fakturaları üzrə ödənişlər olunmasını təsdiq edən “Yapı Kredit Bank” tərəfindən v erilmiş sənədlər və hər iki tərəfin təsdiq etdiyi alqı-satqı müqaviləsinə əlavə ilə öz təsdiqini tapmışdır.

22. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun olması məsələsinə gəldikdə isə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən halı sübuta yetirə bilməmişdir. Birincisi, iddiaçının həmin halı təsdiq etmək üçün təqdim etdiyi maliyyə cədvəlləri birtərəfli qaydada tərtib edilmiş sənədlər olmaqla yanaşı ilkin mühasibat uçotu sənədləri deyildirlər. Odur ki, həmin sənədlər alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların miqdarının, çeşidinin və qiymətinin və son nəticədə cavabdehin həmin müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi üçün kifayət etməmişdir. İkincisi, 2016-cı il 2 dekabr tarixin ə iddiaçının qarşısında borcunun 145.644 ABŞ dolları təşkil etməsi barədə cavabdehin direktoru tərəfindən imzalanmış məktuba gəldikdə qeyd edilməlidir ki, işin materiallarından da göründüyü kimi, həmin məktubun tərtib olunduğu tarixdən sonrakı müddət ərzində 2017-2020-ci illərdə cavabdeh tərəfindən iddiaçıya həmin məbləğdən daha yüksək məbləğdə ödənişlər edilmişdir. Odur ki, həmin məktub alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya hal-hazırda borcunun mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

23. Digər tərəfdən, iddiaçı ödənilməsini tələb etdiyi borcun 143.985,83 ABŞ dolları hissəsinin 2016-cı il tarixinədək olan dövrdə onunla “Hasanov Aqaisa” firması arasında alqısatqı münasibətlərindən yaranmış və sonradan öhdəliyin verilməsi barədə müqaviləyə əsasən cavabdehə veri lmiş borc olmasını iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələblərinə öhdəliyin verilməsi barədə normalar tətbiq edilməlidir.

24. Cavabdehə verilməsi iddia olunan borcun tutulması tələbinə dair iddia tələbinin əsaslılığı yoxlanılarkən məhkəmə tərəfindən öhdəliyin verilməsi barədə müqavilənin mövcudluğu ilə yanaşı əvvəlki borclunun Həsənov Agaisanın iddiaçı qarşısında yaranması və sonradan yeni borcluya (cavabdehə) verilməsi iddia olunan pul öhdəliyinin həqiqətən də mövcudluğu, yəni hazırkı halda kreditor ilə əvvəlki borclu arasında alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən kreditor tərəfindən əvvəlki borcluya mal təqdim olunması və həmin mallara görə əvvəlki borclunun kreditora borcunun yaranması kimi hallar da müəyyən edilməlidir.

25. İddiaçı yeni borclu ilə kreditor arasında öhdəliyin verilməsi barədə razılaşmanın mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, verilən öhdəliyinin yaranmasının əsasını təşkil edən sənədlər, eləcə də öhdəliyin hazırda mövcud olmasını təsdiq edən digər mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş Həsənov Agaisaya ünvanlanmış fakturalar iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan malların təqdim olunması faktının müəyyən edilməsi üçün yetərli deyil. Borcun verilməsi barədə Balaş Atayev adlı şəxs tərəfindən imzalanmış məktuba münasibətdə isə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı həmin sənədi imzalamış Balaş Atayev adlı şəxsin həmin borcun mövcudluğunu təsdiq etmək səlahiy yətinə malik olub-olmaması və hətta öhdəlik üzrə ilkin borclunun statusu, yəni hüquqi şəxs və ya fərdi sahibkar olması müəyyən edilmədiyindən həmin sənədin mötəbər sübut kimi qəbul olunması üçün əsas mövcud olmamışdır. 26. “Həsənov Agaisa” ilə iddiaçı arasında alqı-satqı münasibətlərindən irəli gəlməsi iddia edilən pul öhdəliyinin yaranması vaxtını dəqiq müəyyən etmək mümkün olmasa da, həmin öhdəliyin 2016-cı il 5 aprel tarixində cavabdehə verildiyi nəzərə alındıqda öhdəliyin həmin tarixdən əvvəlki dövrdə yaranması qənaətinə gəlmək olar. Bundan əlavə, son üç il ərzində sözügedən öhdəliyin kəsilməsinə səbəb olan halların baş verməsi, o cümlədən həmin öhdəlikdən cavabdeh tərəfindən ödəniş olunması işin materiallarına əsasən müəyyən edilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya ar alarında bağlanmış alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərindən artıq ödəniş olunması, göstərilən halın isə cavabdeh tərəfindən Həsənov Agaisadan ona keçmiş borcdan ödəniş etməsinə və belə olan halda həmin tələb üzrə iddia müddətinin kəsilməsinə əsas olan halın baş verməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd etmişdir ki, tərəflər aralarında olan mal dövriyyəsinin həcmini təsdiq edən mötəbər sənədlər məhkəməyə təqdim olunmadığından cavabdeh tərəfindən artıq ödəniş edilib-edilməsinin müəyyən olunması da qeyri-mümkündür.

27. Beləliklə, Həsənov Agaisanın iddiaçı qarşısında yaranmış və sonradan cavabdehə verilmiş 143.985,83 ABŞ dolları məbləğində pul öhdəliyinin, eləcə də cavabdehin iddiaçı qarşısından tərəflər arasında bağlanmış al qı-satqı müqaviləsindən irəli gələn pul öhdəliyinin mövcud olması işin materiallarına əsasən müəyyən edilməmişdir.

28. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1,522.1, 524.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 2-2(103)-45/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 107.016 ABŞ dolları borcun, 151 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olduğuna görə mübahisə xarici elementlidir. İddia Azərbaycan Respublikasının hüquqi şəxsi olan cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası məhkəməsi, kon kret halda mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə görə Bakı Kommersiya Məhkəməsi işə baxmağa səlahiyyətli olmuşdur. Tərəflər arasında aralarındakı mübahisəyə hansı dövlətin hüququnun tətbiqi barədə yazılı razılaşma olmadığı halda “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mübahisəyə satıcının, yəni hazırkı halda Türkiyə Respublikasının qanunvericiliyi tətbiq edilməklə baxılması nəzərdə tutulsa da, hər iki tərəf öz tələb və etirazlarını Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırdıqlarından işə Azərbaycan Respublikası qanunvericiliyinin normalarını tətbiq edərək baxmaqda məhkəmə hər hansı pozuntuya yol verməmişdir.

32. Tərəflər arasında 2016-cı ildə alqı-satqı münasibətləri yaranmış, cavabdehə müxtəlif tarixlərdə mallar göndərilmiş və cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi hesab fakturalar üzrə ödənişlər edilmişdir. İddiaçının cavabdehdən tələb etdiyi borc tərəflər arasında şifahi əldə edilmiş razılığa əsasən cavabdehə ötürülmüş “Hasanov Aqaisa” firmasının borcudur. Tərəflər arasında belə bir razılaşmanın olduğu, əsli işə apellyasiya qaydasında təqdim edilmiş, cavabdehin möhürü və direktorunun imzası ilə təsdiq olunmuş 2016-cı il 5 aprel tarixində ötürülmüş qalıq borcun məbləği barədə məktubla təsdiq edilmişdir.

33. Cavabdeh həmin sənədin üzərindəki möhürün cavabdehin möhürü olduğunu mübahisələndirməsə də etirazında qeyd etmişdir ki, həmin sənədə borcun ötürülməsi barədə müqavilə kimi hüquqi qiymət verilə bilməz. Bundan əlavə cavabdehlə “Hasanov Aqaisa” firması arasında hər hansı müqavilə münasibəti olmadığından həmin şirkətin borcunu ödəməyi hansı məqsədlə üzərinə götürdüyü aydın deyil. Bundan əlavə, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələb üzrə iddia müddəti ötürülmüşdür.

34. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2022-ci il 1 dekabr tarixli arayışdan görünür ki, həmin tarixə cavabdehin iddiaçıya qalıq borcu 107.016 ABŞ dolları təşkil etmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən tələb olunan borcun “Hasanov Aqaisa” firmasının cavabdehə ötürülmüş borc öhdəliyi üzrə qalıq məbləğ olduğunu göstərmişdir.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddianın əsasını tərəflər arasında şifahi olaraq bağlanmış alqı-satqı müqaviləsi deyil, öhdəliyin verilməsi barədə müqavilə tə şkil etmişdir. MM-in 522-ci maddəsində öhdəliyin verilməsi barədə müqavilənin yazılı olaraq bağlanmasına dair məcburi şərt nəzərdə tutulmamışdır. Həmin normaya əsasən, borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma o halda etibarlı olur ki, kreditor buna icazə vermiş olsun. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində cavabdehin möhürü və qanuni təmsilçisinin imzası olan məktublardan görünür ki, kreditor olaraq iddiaçı “Hasanov Aqaisa” firmasının alqı-satqı müqaviləsi üzrə öhdəliyinin cavabdehə verilməsinə razılıq verdiyindən bu əqd etibarlı hesab olunur. Cavabdeh “Hasanov Aqaisa” firması ilə aralarında belə bir razılaşma olduğunu qəbul etməsə də, verilən öhdəlik üzrə qalıq borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə iddiaçı tərəfindən göndərilmiş məktubların hans ı səbəbdən möhürlə təsdiq edildiyini və hansı səbəbdən idxal etdiyi malların dəyərindən artıq məbləğdə qarşı tərəfə ödənişlər etməsinin səbəbini izah edə bilməmişdir.

36. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin 2022-ci il 9 dekabr tarixli, 22(103)-929/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 14 mart tarixli, 9/9247 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, işin materiallarına əlavə edilmiş invoys, “Cari hesab ekstesi” məlumatına, gömrük bəyannamələri məl umatlarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 546.970 ABŞ dolları məbləğində malın təqdim olunduğu müəyyən edilmişdir. “Garanti Bankası” A.Ş tərəfindən, “Vakıf Bank” və “X5” (132.575 ABŞ dolları) tərəfindən ümumilikdə iddiaçının hesabına 439.954 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür.

38. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən cavabdehin "xxxx" ASC-də olan hesablarından iddiaçının hesabına pul məbləğləri ilə bağlı çıxarışların təqdim olunması üçün sorğu verilməsi barədə vəsatət verilsə də əsassız olaraq təmin edilməmişdir.

39. Cavabdehin nümayəndəsi Vəkil2 işə apellyasiya qaydasında baxılarkən 2022-ci il 30 noyabr tarixində keçiriləni məhkəmə iclasında cavabdeh tərəfindən faktiki idxal edilmiş malın dəyərindən artıq ödəniş edildiyini təsdiq edərək bildirmişdir k i, artıq ödəniş borcun verilməsi barədə müqavilə üzrə deyil, alqı-satqı müqaviləsi üzrə olmuşdur. Direktorun imzası olan məktublarla bağlı nümayəndə qeyd etmişdir ki, bu direktorun özünün fərdi öhdəliyi ola bilər. Nümayəndə eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizənin borcun verilməsi barədə müqavilə üzrə deyil, alqı-satqı müqaviləsindən irəli gələn borc tələbi üzrə verildiyini göstərmişdir.

40. Cavabdehin iddiaya etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə əsasən, cavabdehin “Hasanov Aqaisa” firmasının borcunu ödəməyi hansı məqsədlə üzərinə götürdüyü mübahisənin həlli üçün əhəmiyyətli deyil. İddiaçının nümayəndəsinin izahatına əsasən, Azərbaycan Respublikasında iddiaçı tərəfindən satılan məişət əşyalarının satış hüququ cavabdehə yalnız bu borcun ödəni ləcəyi şərti ilə verilmişdir. Cavabdehin iddiaçının razılığı ilə iddiaçıya borclu olan “Hasanov Aqaisa” firmasının borcunu ödəməyi üzərinə götürdüyü üzərində cavabdehin imzası və möhürü olan verilmiş öhdəlik üzrə qalıq borcun təsdiq edilməsi üçün iddiaçı tərəfindən göndərilmiş məktublar, hesab faktura dəyərindən artıq ödəniş olunması (403.075 ABŞ dolları dəyərində mal təqdim edildiyi və bu məbləğdə hesab faktura göndərildiyi halda 439.954 ABŞ dolları vəsait ödənilməsi) ilə təsdiq olunduğundan həmin öhdəlik üzrə 107.016 ABŞ dolları məbləğində qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslı hesab edilərək təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 522.1, 522.2, 522.3, 524-cü maddələrin ə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 1.2, 17.2, 19.1, 24.1, 24.3, 25.1.1-ci maddələrinə, MPM-in 439.1, 440.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəliilləri a) Kassasiya şikayətinin dəlilləri

43. MM-in 324.1, 324.2, 342.4 və 324.5-ci maddələrinin tələbləri pozulmuşdurcavabdeh iddiaçı və “Həsənov Ağaisa” adlı şəxslər arasındakı öhdəlik münasibətlərində hər hansı bir formada iştirak etməmişdir. İddiaçı sübut qismində məhkəməyə cavabdehin direktorunun imzası ilə təsdiq olunmuş sənəd təqdim etmişdir. İddiaçının bildirməsinə görə cavabdeh “Həsənov Ağaisa” adlanan hansısa şəxsin öhdəliklərini üzərinə götürmüşdür. Həmin öhdəliyin hansı səbəblərdən cavabdeh şəxs tərəfindən üzərinə götürməsi, yaxud belə bir öhdəliyin “Həsənov Ağaisa” adlanan üçüncü şəxs tərəfindən cavabdehə ötürülməsinə dair də hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə borcun, həmçinin “Həsənov Ağaisa” adlanan şəxsin yenidən təşkil olunması nəticəsində yarandığı göstərilir. Lakin cavabdeh hansısa hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində deyil, ilkin təsis sənədlərinin qeydiyyatı nəticəsində birbaşa təsis edilmişdir.

44. Cavabdeh ilə “Həsənov Ağaisa” adlı şəxs arasında hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə göstərilən xüsusatlar əqd kimi qiymətləndirilə bilməz və bu əqd deyildir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ikitərəfli və ya çoxtərəfli ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Təqdim edilmiş sənədlərdə isə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra olunmamasının nəticələrinə dair şərt müəyyən edilməmişdir.

45. MM-in 386.1 və 387.3-cü maddələrinin tələbləri pozulmuşdur-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə t utulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh iddiaçı və “Həsənov Ağaisa” adlı şəxslər arasındakı öhdəlik münasibətlərində hər hansı bir formada iştirak etməmişdir. MM-in 387.3-ci maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Cavabdeh “Həsənov Ağaisa” şirkətindən hər hansı bir mal almamışdır.

46. MM-in 441.1 və 522.1-ci maddələrinin tələbləri pozulmuşdur- tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtlən dirildikdə qarşılıqlı icra sayılır. Cavabdehin əsas borclu şəxs, o cümlədən iddiaçı ilə öhdəliyin üçüncü şəxsə verilməsinə dair müqaviləsi olmamışdır. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Belə bir müqavilə mövcud deyildir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 2004-cü il 12 aprel tarixli və “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir” 2020-ci il 1 dekabr tarixli Qərarlarında müəyyən olunanlara riayət edilməmişdir- müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir.

48. MPM-nin 217.3-cü maddəsinin tələbləri pozu lmuşdur-məhkəmə qətnaməsindən göründüyü kimi məhkəmə ekspert rəyini mübahisəsiz sübut kimi qəbul etmiş, real fakt və xüsusatları araşdırmamışdır.

49. İddiaçının təqdim etdiyi sənədlərdə mövcud olan möhür cavabdehə məxsus olsa da, əlyazma və s. şəkildə olan qeydlər nə cavabdehin nümayəndələri tərəfindən icra edilməmişdir. Belə olduğu təqdirdə, bunun əqd kimi qiymətləndirilməsi, xüsusən də kserosurətlər üzərindən qanunun sübutlara dair tələblərinə ziddir. Hətta bu əqd kimi qiymətləndirilsə belə həmin dövrdən iddia verilən günədək 6 il müddət keçmişdir. Bu müddət ərzində iddiaçının iddia və ya hər hansı pretenziya təqdim etməməsi belə bir öhdəliyin mövcud olmamasını bir daha təsdiq edir. Bunu nəzərə alaraq, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair müvafiq ərizə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu da hazırki iddianın rədd olunması üçün qanuni bir əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

51. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edilməsi hissəsində yoxlanılacaqdır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfi ndən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

54. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən so nra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir”. “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır....” “Maddə

524. Öhdəliyi qəbul etmiş şəxsin etirazları Öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz.” 55. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı be ynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə

17. Əqdlərin forması... 17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır....” “Maddə

19. İddia müddəti 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir....” “Maddə

24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tər əflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.... 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər....” “Maddə

25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;...”

56. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəllə sinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

439. Xarici şəxslərin prosessual hüquqları 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə e dilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır....” “Maddə

440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 58. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi P lenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, həmin dəlillər iddiaçının apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 31-40-cı bəndləri) və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

60. Məhkəmə kollegiyası həm çinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh tərəfindən faktiki idxal edilmiş malın dəyərindən artıq ödəniş edilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh “Hasanov Aqaisa” firmasının borcunun ödənilməsi ilə bağlı öhdəlik götürmədiyini qeyd etsə də, sözügedən öhdəlik üzrə 2016-cı ilin 2 dekabr tarixinə qalıq borc məbləğinin təsdiq edilməsinə dair məktubun cavabdehin möhürü ilə təsdiq edilməsi və qəbul olunmuş malların dəyərindən artıq ödənişlər edilməsinin izahı işin faktiki hallarına araşdıran məhkəmələrə təqdim olunmamışdır.

61. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icr a və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırki halda, “Hasanov Aqaisa” firmasının iddiaçıya olan borcunun cavabdeh tərəfindən qəbul edilməsi cavabdehin direktorunun imzası, hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin keçməsinə dair dəlilinə münasibətdə, cavabdehin faktiki idxal edilmiş malın dəyərindən artıq ödəniş etməsini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MM-nin 380-ci maddəsinin tələbinə (mətni üçün bax bu qərarın 54-cü bəndi) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

63. Həmin qərarda göstərilmişdir ki, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

64. Kassasiya şikayətində digər bir dəli llə bildirilmişdir ki, məhkəmə iş üzrə verilmiş ekspert rəyini mübahisəsiz sübut kimi qəbul etməklə MPM-nin 217.3-cü maddəsinin tələbini pozmuşdur.

65. Bununla bağlı nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

66. Qeyd olunmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

67. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul e tdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

69. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli, 22(103)-45/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov Ə.A.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar