Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-437/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(107)-11/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında bağlanmış 2019-cu il 20 iyun tarixli MK071 nömrəli lizinq müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh 82.696,54 manat məbləğində kənd təsərrüfatı texnikasını və onun hissələrini (New Holland T6090 traktor, ot, küləş presləyən BLY-155, 5 gövdəli kotan SPA 145 və taxılsəpənlə birlikdə gübrəsəpən TS24) 60 ay müddətinə lizinqə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.
2. Müqaviləyə əsasən, lizinq obyektinin razılaşdırılmış dəyərinin 40 faiz hissəsi lizinq alana subsidiya formasında Azərbaycan Re spublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına ödənilir. Lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20 faizdən az olmayan hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. Lizinq obyektinin dəyərinin 40 faizdən çox olmayan hissəsi isə Əlavə 1-də qeyd olunan ödəniş cədvəlinə uyğun lizinq ödənişləri qaydasında lizinq alan tərəfindən lizinq verənə bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənilir (Müqavilənin 4.1.1-4.1.1-cü bəndləri).
3. Lizinq müqaqviləsinin predmeti olan texnika və onun hissələri 2019-cu il 3 iyul tarixdə 192 nömrəli akt əsasında cavabdehə təhvil verilmişdir. 4. 2021-ci il 3 iyun tarixli lizinq ödənişləri üzrə borclar haqqında maliyyə arayışına əsasən cavabdeh tərəfindən 2019-cu il 25 iyul tarixdə 1.120,33 manat, 2019-cu il 27 avqust tarixdə 1.120,33 manat, 2019-cu il 27 sentyabr tarixdə 1.121 manat, 2019-cu il 4 noyabr tarixdə 1.121 manat olmaqla cəmi 4.482,66 manat məbləğində ödəniş icra edilmiş, onun qalıq borcu – 62.737,30 manat təşkil etmişdir.
5. İddiaçı borcun ödənilməsi ilə bağlı 2021-ci il 19 may tarixli pretenziya məktubu ilə, həmçinin 2021-ci il 5 aprel tarixli tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi barədə təklif ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. 6. "xxxx" MMC-nin 2019-cu il 9 sentyabr tarixdə hüquqi adı dəyişdirilərək İddiaçı MMC (bundan sonra – "xxxx") adlandırılmış, daha sonra iddiaçı QSC-yə çevrilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəm əsindəki icraat
7. İddiaçı 2021-ci il 1 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 20 iyun tarixdə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi; lizinq müqaviləsi üzrə lizinq ödənişləri qaydasında 62.737,30 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi bunula əsaslandırılmışdır ki, lizinq müqaviləsi və ona Əlavə 1-də göstərilən kənd təsərrüfatı təyinatlı texnika cavabdehə lizinqə verilmiş, cavabdeh tərəfindən müqavilə üzrə 67.219 manatdan ibarət öhdəliklərindən yalnız 4.482,66 manat hissəsi icra olunmuş, 2019-cu ilin oktyabr ayı üçün lizinq ödənişi edilməmiş, 2019-cu ilin dekabr ayından başl ayaraq müqavilə öhdəlikləri ümumiyytlə icra olunmamışdır. Cavabdehlə öhdəliklərin icra edilməsi istiqamətindəki danışıqlar səmərəsiz olmuş, yazılı xəbərdarlıq və bildirişlərə münasibət bildirilməmişdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.1, 445.8, 448.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 149.2.4-cü maddəsinə istinad edilmişdir.
10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli e-2-2(117)-461/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 2019-cu il 20 iyun tarixli MK071 nömrəli lizinq müqaviləsi ləğv edilmiş, cavabdehdən lizinq müqaviləsi üzrə 2021-ci il 28 sentyabr tarixə olan 25.766,25 manat pul və ödənilmiş dövlət rüsumunun 12,32 manat hissəsinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – M.Hüseynov).
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, ümumilikdə 2021-ci il 28 sentyabr tarixə 30.248,91 manat borcu yaranmış, 4.482,66 manat lizinq ödənişi çıxılmaqla iddiaçıya 2021-ci il 28 sentyabr tarixə 25.766,25 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddiaçı həmin borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
12. İddiaçı lizinq predme tinin qaytarılması barədə tələb irəli sürməmiş, eyni zamanda cavabdeh də qeyd edilən lizinq predmetlərinin özündə saxlanması ilə razı olması ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Bu səbəbdən, məhkəmə iddiaçının tələbinin 2024-cü il 28 iyun tarixədək ödənilməli olan lizinq ödənişinin təmin edilməsinin hazırkı vəziyyətdə mümkün olmaması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsi gələcəkdə baş verə biləcək qeyri-müəyyən haldan asılı ola bilməz, qətnamə real vəziyyətə uyğun tədqiq edilmiş hüquq münasibətinə uyğun olmalı və qətnamənin icrası mümkün olmalıdır.
13. Məhkəmə mövqeyini MM-in 385.1, 423, 427.3, 442, 747.1, 748-2.5-ci; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh 2021-ci il 28 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin qism ən - lizinq müqaviləsinin ləğv edilməsi və tutulmalı pul məbləğinin azaldılması hissəsində ləğv edilməsini, texnikanın köhnə illərin buraxılışı olmasını nəzərə almaqla cavabdehdən lizinq müqaviləsi üzrə tutulmalı məbləğin azaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddiaçı 2021-ci il 29 oktyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi və bu halda müqavilə predmeti olan texnikanın cavabdehdə saxlanılması, birinci instansiya məhkəməsinin qətnaməsi təmin olunmuş məbləğ hissəsində dəyişdirilmədən saxlanıldığı təqdirdə isə lizinq predmeti olan texnikanın iddiaçıya qaytarılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(107)-11/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq iddiaçının apellyasiya şikayətinə münasibtədə bildirmişdir ki, hazırkı iş üzrə məhkəmənin qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmasına əsas ola biləcək hallar mövcud olmamış, iddiaçı tərəfindən iddia tələbində lizinq obyektinin qaytarılması ilə bağlı tələb irəli sürülmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin məsələyə münasibət bildirməmişdir.
18. Həmçinin məhkəmə kollegiyası cavabdeh tərəfindən ver ilmiş apellyasiya şikayətinin texnikanın köhnə illərin buraxılışı olması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh 2019-cu il buraxılışlı texnikaların lizinqə verilməsi barədə tərəflər arasında hər hansı razılaşmanın olmasına dair işə baxan məhkəmələrə mötəbər sübutlar təqdim etməmiş, həmçinin cavabdeh texnikanı təhvil alarkən onun hissələrinin keyfiyyəti və buraxılış ilinə dair iradını bildirməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 399.1, 423, 427.3, 442, 747.1, 747-5.1, 747-5.2, 748.1, 748-1.12.4, 748-10.1, 748-10.2, MPM-in 14.2, 77.1, 217, 218.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamə 2022-ci il 2 mart tarixli məktubla tərəflərə göndərilmiş, qətnaməni 2022-ci il 14 mart tarixdə əldə edən cavabdeh ondan 2022-ci il 16 aprel tarixində kassasiya şikayəti verməklə qətnamənin - cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissədə tam ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 337-ci maddəsinin tələbləri pozulmuşdur – Birinci və apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sübutlarla müəyyən olunduğu kimi, cavabdehin iradə ifadəsi zədələndiyindən, aldadılma nəticəsində mübahisə predmeti olan lizinq müqaviləsini imzaladığından o, əqdi mübahisələndirmiş, iddiaçı tərəf ilk öncə texnikaların yenisi, yəni 2019-cu il tarixli texnikalarla əv əz olunmasına vəd verdiyindən, daha sonra verdiyi vədinə əməl etmədiyindən cavabdeh iddiaçı tərəfin vəzifəli şəxslərinin hərəkətlərindən Səbail rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yarandığından, o, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığının müəyyən edilməsi üçün müvafiq tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsasını təşkil edən müqavilənin etibarlı olub-olmadığını təsbit etməmişdir.
22. MM-in 324, 389, 747, 748, 749-cu maddəsinin tələbləri pozulmuşdur – İstər lizinq müqaviləsində, istərsə də onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə lizinq obyektəri dəqiq təsvir olunmamış, texnikaların b uraxılış ili göstərilməmiş, cavabdeh həmin texnikaların qiymətlərinin 2019-cu il istehsalı olan texnikaların qiymətləri ilə eynilik təşkil etdiyindən texnikaların 2019-cu il istehsalı olmasını güman etmişdir. Müqavilə rəsmiləşdirildikdən sonra iddiaçı cəmiyyət tərəfindən cavabdehə 2019-cu il 2 iyul tarixdə etibarnamə verilmiş, həmin etibarnamədə də texnikaların buraxılış ili göstərilməmişdir. Etibarnamə əsasında, "xxxx" ASC-nin Şirvan Təhcizat bazasında yerləşən lizinq obyekti olan texnikaları təhvil aldıqdan, texnikaları rəsmiləşdirmək üçün Şəki şəhərinə gətirdikdən sonra müəyyən olmuşdur ki, texnikaların hamısı 2019-cu il buraxılış ili deyildir. Belə ki, taxılsəpən gübrəsəpənlə AG-TS24 markalı texnika 2018-ci, kotan 5 gövdəli asma (təkərli) SP 145 markalı 2018-ci, 1 ədəd ot, küləş preslə yən BLY-155 markalı 2019-cu, 1 ədəd New Holland T6090 markalı tarla üçün traktor isə 2017-ci il istehsalıdır. Göründüyü kimi, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuş, cavabdehin iradə ifadəsinin zədələnmiş olmasına, habelə lizinq müqaviləsində lizinq obyektlərinin dəqiq təsvir olunmamasına, texnikaların istehsal tarixinin göstərilməməsinə əhəmiyyət verməmiş, bu hala sadalanan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verməmişdir.
23. MPM-in 184, 263-cü maddələrinin tələbləri pozulmuşdur - Cavabdehin nümayəndəsi tərəfindən iş üzrə icraatın dayandırlımasına dair apellyasiya instansiyası məhkəməsinə müraciət edilmiş, nümayəndə tərəfindən təqdim edilmiş vəsatətə apellyasiya instansiyası məhkəməsi tərəfindən hü quqi qiymət verilməmiş, həmin vəsatət məhkəmə qərardadı ilə həll olunmamış, vəsatətə baxılmasının nəticəsi barədə qəbul edilmiş məhkəmə qərardadının təqdim olunması nümayəndə tərəfindən xahiş edilsə də, apellyasiya instansiyası qəbul edilmiş məhkəmə qərardadını rəsmi olaraq, eləcə də “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdeh tərəfə təqdim edilməmiş, qərardadının təqdim olunması barədə müraciət ümumiyyətlə cavablandırılmamışdır.
24. MPM-in 254.1.4-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılan müddətdə cavabdeh tərəfindən iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək “2019-cu il 20 iyun tarixli MK071 nömrəli Lizinq müqaviləsinin etibarsızlığının tanınması, lizinq müqaviləsi üzr ə ödənilmiş vəsaitin və məhkəmə xərclərinin ödənilməsi” barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Sözügedən kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edildikdən sonra, cavabdehin nümayəndəsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edilərək bu kommersiya mübahisəsinə baxılana və qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraatın dayandırılması xahiş edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraat dayandırılmamış, yuxarıda qeyd olunan kommersiya mübahisəsi həll edilmədən hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi müəyyən hissədə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hal larının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nə zərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan ca vab almadıqda irəli sürə bilər.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması... 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir.” “Maddə
748. Lizinq müqaviləsinin forması 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçıların ın hüquq və vəzifələri... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri.... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-10. Lizinq ödənişləri... 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdak ılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin h ədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(107)-11/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri həm də onun apellyasiya şikayətinin dəlillərini təşkil etmiş, həmin dəlillərlə bağlı apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh 2019-cu il bur axılışlı texnikaların lizinqə verilməsi barədə tərəflər arasında hər hansı razılaşmanın olmasına dair işə baxan məhkəmələrə mötəbər sübutlar təqdim etməmiş, həmçinin texnikanı təhvil alarkən onun hissələrinin keyfiyyəti və buraxılış ilinə dair iradını bildirməmişdir. Lizinqə götürülmüş texnika və onun hissələri akt əsasında cavabdehə təhvil verilmiş, lizinq müqaviləsinə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, bundan sonra dörd ay ödəniş olunmuşdur. Həmin vaxt cavabdehin texnika və onun hissələrinin keyfiyyəti və buraxılış ilinə dair iradı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillər üzrə verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.
33. Cavabd ehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası cavabdehin “iş üzrə icraatın dayandırılması haqqında” vəsatətinə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 22 fevral tarixli məhkəmə iclasının protokolu ilə hüquqi qiymət verildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilə bilməz.
34. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(107)-11/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
36. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 22(107)-11/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.