Məhkəmə qərarları › İş №2-2(102)-437/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-437/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-437/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması və avadanlıqların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “artıq ödənilmiş pulun qaytarılması və s.” tələbinə dair kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 2-2(103)-319/2023 saylı qətnaməsindən verilmiş kas sasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İcarəyə verən Cavabdeh MMC ilə icarəçi İddiaçı MMC arasında bağlanmış 2019-cu il 1 mart tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ona məxsus Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza iş mərkəzinin 1-ci mərtəbəsində 12 kv.m və 13-cü mərtəbəsində 60 kv.m sahəni 2019-cu il 1 mart tarixindən 2020-ci il 11 mart tarixinədək, aylıq 750 manat + 18% ƏDV olmaqda ofis sahəsini icarəçinin istifadəsinə verməyi, sonuncu isə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında icarə hüquq münasibətləri 2022-ci il 2 avqust tarixinədək davam etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 20 sentyabr ta rixində Cavabdehnə (bundan sonra –“cavabdeh”) qarşı iddia ərizəsi və 2022-ci il 13 dekabr tarixində iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin hesabına ödənilmiş icarə üzrə ödənilmiş əlavə pul vəsaiti 42.860,34 manat, işçilərə fəaliyyət olmadığı dönəmdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayandırımasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42 manat, işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə - 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsin ə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla maddi və mənəvi zərər təqribən cəmi 311.109,51 manat bundan əlavə mediasiya və məhkəmə üçün ödənilmiş olan 601 manat, cəmi yekun 311.710,34 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, 2019-cu il 1 mart tarixində Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzində ofis sahəsinə dair icarə müqaviləsi əsasında icarəyə götürülmüş Ofis otağında olan iddiaçıya məxsus olan ofis avadanlıqları, kompüterlə və avadanlıqlar, hüquqi əhəmiyyət kəsb edən sənədlər, MMCyə məxsus möhür və ştamp və s. avadanlıqların qaytarılması habelə cavabdehin məhkəmə hazırlıq iclasına təqdim etdiyi inventar AKT-ı və daxili kassa mədaxil qəbzləri də nəzərə alınaraq qətnamə qəbul edilmə sini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2019-cu il 1 mart tarixində imzalanmış icarə müqaviləsinə əsasən, icarəyə verən (cavabdeh) Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən cavabdehə məxsus “Caspian Plaza” iş mərkəzində ofis sahəsini iddiaçının istifadəsinə verməyi, icarəyə götürən isə icarə haqqını icarəyə verənin bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İcarə haqqı və avans məbləği olaraq hazırda cavabdehin hesabına 42.860,34 manat əlavə pul ödənilmişdir. Cavabdehin rəhbərliyi 2019-cu ildən bəri yuxarıda qeyd olunan müqaviləyə əlavələr edərək hər dəfə ofis yerini dəyişdirmiş və müqavilə öhdəliyi olan ofis otaqlarının icarə verən tərəfindən tam təmir olunaraq təhvil verilməsi öhdəliyini pozmuş, bundan başqa kommunal təminat (int ernet və s.) normal şəkildə təşkil edilməmişdir.

5. Bu barədə dəfələrlə rəhbərliyə bildirilmiş, qarşılığında isə heç bir tədbir görülməmişdir. Bir neçə dəfə icarə verənə irad bildirdikdən sonra cavabdehin rəhbərliyi 2019-cu il 1 mart tarixli müqavilənin öhdəliklərini kobud şəkildə pozaraq icarəçi iddiaçının fəaliyyətinə ciddi şəkildə maneəçilk törətmiş, icarə müqaviləsinin predmeti olan ofis otaqlarını 2022-ci il 2 avqust tarixindən etibarən qeyri-rəsmi olaraq bağlamış, işçilərin fəaliyyət göstərməsi üçün “Caspian Plaza” iş mərkəzində olan Ofis otaqlarına girilməsinə, ofis otaqlarının içərisində olan hüquqi əhəmiyyət kəsb edən sənədləri, ofis avadanlıqlarını, şirkətə məxsus möhür və ştampın götürülməsinə bilərəkdən, anlaqlı şəkildə vəzifə səlahiyyətlərini aşmaqla qadağa qoyulmuşdur.

6. C avabdehə dəfələrlə müraciət edərək qanunsuz əməllərinə son qoyulması təklif olunsa da, etdikləri bu qanunsuz hərəkətlərinə özünün qayda-qanunları ilə haqq qazandırmaqla qanunsuz əməllərini davam etdirmişdir. Cavabdehin etdiyi bu özbaşınalıq və kobud qanun pozuntusu nəticəsində avqust ayı üzrə işçilərə ödəməli olduğumuz əmək haqqlarını əməkdaşların işə gəlmədiyi halda belə, iddiaçının öz ziyanına olaraq ödənmişdir. Bundan başqa, hələ də ofis avadanlıqları olmadığı üçün yeni ofis binasını da kirayə edə bilməmiş, bu səbəbdən də gəlirləri kəskin azalmasına və iş məkanın olmaması ucbatından əməkdaşlarımızın əmək haqlarının ödənilməsində çətinliklər yaranmaqdadır. Bu da şirkətdə çalışan 16 işçinin və onların ailə üzvlərinin hüquqlarının pozulması deməkdir.

7. Tələbin hüquqi əsası kimi “İnsan hüq uqları və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 385.2, 386.1, 386.2, 425.1, 425.2, 427.1, 442, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 8.1, 9.1, 9.3, 76.1, 88, 217.3, 218.1ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9.1-1, 36.2-ci maddələrinə istinad edilmişdir.

8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2019-cu il 1 mart tarixli icarə müqaviləsinə aid əlavələrə əsasən icarə haqqı aylıq olaraq 2019-cu il 1 mart tarixindən 2022-ci il 21 aprel tarixinədək 750 AZN + 18 % ƏDV = 885 AZN, 2022-ci il 21 aprel tarixindən 2022-ci il 31 dekabr tarixinədək isə 700 AZN + 18% ƏDV = 826 AZN olmuşdur.

9. Həmin müqavilə üzrə 2 019-cu il 11 mart tarixindən 2022-ci il 15 iyul tarixinədək iddiaçıya cavabdeh tərəfindən aylıq icarə haqqı üzrə elektron qaimələr göndərilmişdir. Ümumilikdə bu elektron qaimələr üzrə iddiaçı 37.170 manat icarə haqqı ödənilməli idi. İddiaçı tərəfindən elektron kabinet vasitəsilə təqdim olunmuş bankdan çıxarışlar üzrə isə ümumilikdə 68.771 manat ödənilmişdir. Belə ki, 68.771 - 35.223 = 33.548 manat artıq ödəmə görünür. Bundan başqa, 2021-ci il 11 fevral tarixində borc müqaviləsi bağlanılmış, cavabdeh tərəfindən iddiaçıya 14.036 manat məbləğində borc pul verilmişdir. İddiaçının təqdim etdiyi bank çıxarışlarında isə 2021-ci il 23 avqust, 2021-ci il 6 sentyabr, 2021-ci il 17 sentyabr və 2021-ci il 23 oktyabr tarixli ödəmələrdə təyinat kimi 2021-ci il 11 fevral tarixli borc müqaviləsi göstərilm işdir. Göründüyü kimi, iddiaçı borc müqaviləsi üzrə 14.036 manat məbləğində ödənişləri də icarə haqqı ödənişi kimi məhkəməyə təqdim etmiş və borc üzrə ödəmələr çıxıldıqda (33.548 - 14.036 = 19.512) 19.512 manat məbləğində artıq ödəmə görünür.

10. Lakin adıçəkilən müqavilədən başqa tərəflər arasındakı razılığa əsasən cavabdeh iddiaçıya 2021-ci ilin yanvar ayından 146 kv.m və 10 kv.m anbar sahəsi icarəyə vermişdir. İddiaçı 146 kv.m ofis sahəsinə görə aylıq cavabdehə 2021-ci il 1 yanvar tarixindən 2022-ci il 1 aprel tarixinədək 1.721 manat, 2022-ci ilin may, iyun və iyul ayları üçün 2.670 manat, 10 kv.m sahə üçün isə 2021-ci il 1 yanvar tarixindən 2022-ci il 1 aprel tarixinədək 690 manat icarə haqqı ödəməli idi. 2021-ci il 18 may və 2021-ci il 10 avqust tarixli kassa mədaxil qəbzlərindən də g öründüyü kimi, iddiaçı tərəfindən faktiki icarə münasibətlərinə əsasən 1.721 manat və 2.000 manat ödəniş olunmuşdur. Hazırda isə iddiaçının bu icarə münasibəti üzrə 146 kv.m sahəyə görə 30.691,90 manat, 10 kv.m üçün 10.350 manat olmaqla, ümumilikdə 41.041,90 manat ödənilməmiş icarə borcu vardır. Göründüyü kimi, iddiaçının artıq ödədiyi 19.512 manat məbləğində pul faktiki icarə münasibətləri üzrə ödənilməli məbləğə daxildir və hazırkı vəziyyətdə iddiaçının cavabdehə 41.041,90 – 19.512 = 21.529,90 manat məbləğində borcu qalmaqdadır.

11. İddia ərizəsində göstərilən sayda əşyanın müqavilədə qeyd olunan 60 kv.m sahəyə yerləşməsi qeyri-mümkündür, habelə iddiaçının təqdim etdiyi video görüntüdə də istifadəsində olan sahənin 60 kv.m olmadığı açıq-aşkar görünür. Belə ki, video görüntüyə əsasən ofis sahəsinin 6 otaq, giriş hissə, mətbəx və anbar hissədən ibarətdir. İddiaçının təqdim etdiyi siyahı üzrə əşyaların da ofis sahəsində olduğu görünür. Bundan başqa, video görüntüdə də görünür ki, iddiaçının əməkdaşları sərbəst şəkildə ofis sahəsinin video görüntüsünü aparmışlar. Belə olduğu halda, iddiaçının əməkdaşlarının ofisdən məcburi çıxarılması halı mövcud deyildir. Əlavə olaraq, iddiaçı ofis sahəsini tərk edərkən bütün elektron əşyaları ofisdən çıxarmışdır. Tərəfindən tərtib olunan aktdan da görünür ki, icarəyə verilmiş sahələrdə yalnız müxtəlif mebel və digər əşyalar qalmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 dekabr tarixli e-2-2(113)-5572/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iş materiallarında olan 2022-ci il 6 oktyabr tarixli təhviltəslim aktına əs asən giriş hissədə olmuş əşyaların (bax aşağıdakı cədvəllərə) cavabdehdən alınaraq iddiaçıya verilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov). № Malın/xidmətin adı və ya təsviri: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 Stul qara rəng Divan qara rəng Jurnalni şüşə Şkaf ağ və boz rəng qovluq yığılan Televizor altı şkaf ağ rəng Resepşın masası ağ rəng Şüşə xəritə Televizor qara rəng Printer qara rəng Printer ağ rəng Fax aparatı qara rəng Monitor qara rəng Klaviatura qara rəng St ul qara rəng Tumbiçka ağ rəng Dispensr ağ rəng Resepşin stolu ağ rəng Komputer qara rəng Lövhə ağ rəng Kaktus Qovluq Kitab Heykəllər Bayraq Printer çerneli Kley Stepler skiripkası Klok qara rəng Disk Skoç Rezin Vizitkalar Endirim kartları Möhür Mouse qara rəng Hard disk ağ rəng Şplist (iynə) Boş karobka Redmi A6 Modem ağ rəng Mədaxil qəbzləri Yeni il çələngi Səbət içi şamla Sənəd Stepler göy rəng Kitab A4 kağız Komputer qara Namaz xalçası Krasovka Kalendar Miqdar və ya ölçü vahidi (olduqda): 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 2 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 5 ədəd 2 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 26 ədəd 18 ədəd 21 ədəd 6 ədəd 13 ədəd 1 ədəd 5 paçka 2 rolon 20 ədəd 4 ədəd 1 paçka 1 paçka 1 paçka 4 ədəd 1 ədəd 1 ədəd 8 ədəd 1 ədəd 1 ədəd 2 paçka 1 ədəd 1 sə bət 7 şam çoxlu 1 ədəd 72 ədəd 7 paçka 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd Qeyd: təkərsiz Böyük Zimmer markalı Epson Kanon Panasonic Samsunq HP Təkərli Uğur Balaca HP Kiçik USE böyük HP 51 52 53 54 55 56 Not dəftəri qara rəng Pult Qəhvə banka qabda Mişka altlığı Stepler boz rəng Qələm qabı 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 Zibil qabı qara rəng Prossersor qara rəng Kalkulyatr qara rəng Marker Şüşə reklam lövhəsi Pul Udlinitel Açar qabı qara rəng Dərmanlar Qələm qabı qara Kağız kəsən bənövşəyi rəng Saç lakı Kart terminalı Mouse qara rəng Modem Kamera 2 ədəd 1 ədəd 1 ədəd 3 ədəd 1 ədəd 1 qab, 6 qələm, 1 qayçı 3 ədəd 2 ədəd 1 ədəd 1 paçka 2 ədəd 5 manat 35 qəpik 1 ədəd 1 ədəd 6 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 10 ədəd Dəmir HP Keenetic 1-ci otaqda (müdir otağı) olmuş aşağıdakı əşyalar; № 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Malın/xidmətin adı və ya təsviri: Stul qara rəng Masa ağ rəng Tumbiçka ağ rəng Monitor Mouse Modem ağ rəng Qələm qabı Qeyd dəftəri göy rəng Qənd qabı şüşə Seyf boz rəng Dibçəkdə gül Möhür Hard disk qara rəng Sənədlər Dövlət bayraqları Bayraq use Qovluq göy rəng Adaptr Planşet qara rəng Planşet karobkası boş Zibil qabı qara rəng Kitab Dekor Heykəl Lövhə ağ rəng Miqdar və ya ölçü vahidi (olduqda): 4 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 5 ədəd 5 ədəd 1 ədəd 10 ədəd 2 ədəd 1 ədəd 10 ədəd 4 ədəd 10 ədəd 1 ədəd 2 ədəd 6 ədəd 1 ədəd Qeyd: HP HP Tab M 8 Lenova Mətbəxdə olmuş aşağıdakı əşyalar; № 1 2 3 4 5 6 7 Malın/xidmətin adı və ya təsviri: Soyuducu Çaynik Şkaf berj rəng Soma var Stəkan Vedrə qırmızı rəng Berqa çay paçka Miqdar və ya ölçü vahidi (olduqda): 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 42 ədəd 1 ədəd 1 ədəd Qeyd: İndesit Eurolux Açıq işlənmiş 8 9 Baçok su Şkaf ağ rəng 4 ədəd 1 ədəd 2-ci otaqda olmuş aşağıdakı əşyalar; № 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Malın/xidmətin adı və ya təsviri: Masa ağ rəng Stul qara rəng Tumpiçka ağ rəng Printer Qovluq Qələm qabı Dekor heykəl Qovluq qabı qara rəng Stepler Zibil qabı Dibçəkdə gül USE bayraq Lövhə ağ Silgi Lövhə yapışqanı Kalendar Kalkulyatr Miqdar və ya ölçü vahidi (olduqda): 3 ədəd 7 ədəd 3 ədəd 1 ədəd 46 ədəd 6 ədəd 7 ədəd 1 ədəd 1 ədəd 2 ədəd 2 ədəd 2 ədəd 1 ədəd 1 ədəd 3 ədəd 1 ədəd 1 ədəd Qeyd: Epson Anbarda olmuş aşağıdakı əşyalar; № 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Malın/xidmətin adı və ya təsviri: Paltar asılqanı Mikrovalovka qara rəng Printer qara rəng Şkaf berj rəng Buklet Notebook Barmaq registrasiyası Post terminal Qələm Kamera ayaqlığı Macbook air karobkası Çanta qara rəng Çətir Şərf Pencək Miqdar və ya ölçü vahidi (olduqda): 2 ədəd 1 ədəd 1 ədəd 1 ədəd çoxlu 1 ədəd 1 ədəd 2 ədəd 5 paçka 1 ədəd 4 ədəd 1 ədəd 2 ədəd 2 ədəd 1 ədəd Qeyd: Dell İçində 2 ədəd adaptr 3-cü otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya təsviri: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Monitor ağ rəng Klaviatura Mouse Masa ağ rəng Proyektor Lövhə Tumba ağ rəng Udlinitel ağ rəng Stul qara rəng Zibil qabı Puf oturacaqlar Gül dibçəkdə Rəsmlər Rəfli şkaf ağ rəng Dekor heykəl Miqdar və ya ölçü vahidi (olduqda): 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 13 ədəd 1 ədəd 7 ədəd 1 ədəd 2 ədəd 1 ədəd 5 ədəd Qeyd: HP HP HP 1 böyük 1 balaca 16 17 18 19 Kitab Qovluq Bayraq Təravətləndirici qabı 18 ədəd 3 ədəd 1 ədəd 1 ədəd Türk bayrağı 4-cü otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya təsviri: 1 2 3 4 5 6 7 8 9 10 Masa ağ rəng Stul qara rəng Monitor Tumba ağ rəng Zibil qabı Dibçəkdə gül Mode qara rəng Udilnitr ağ rəng Prosessor qara rəng Lövhə ağ rəng Miqdar və ya ölçü vahidi (olduqda): 3 ədəd 4 ədəd 1 ədəd 2 ədəd 2 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd Qeyd: LG HP 5-ci otaq olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya təsviri: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Proyektor Təlim masaları Telefon tutacağı qara Təlim oturacağı boz rəng Oturacaq qara rəng Masa ağ rəng böyük Zibil qabı Lövhə ağ rəng Monitor qara rəng Mouse qara rəng Klaviatura qara rəng Prosessor qara rəng Qələm qabı Kalkulyatr Miqdar və ya ölçü vahidi (olduqda): 1 ədəd 6 ədəd 5 ədəd 5 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd Qeyd: HP HP HP 6-cı otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya təsviri: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Proyektor Lövhə ağ rəng Təlim masaları ağ rəng Təlim oturacaqları boz rəng Reseption masası ağ-boz Gül dibçəkdə Monitor qara rəng Klaviatura qara Mouse qara Prosessor qara Zibil qabı Kalonka boz rəng Tumba ağ rəng Qovluq Qələm qabı Telefon tutacağı Miqdar və ya ölçü vahidi (olduqda): 1 ədəd 1 ədəd 6 ədəd 11 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 1 ədəd 2 ədəd 1 ədəd 2 ədəd 1 ədəd 6 ədəd Qeyd: Epson Nexsus Samsung Samsung DVD video

13. Birinci inst ansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2019-cu il 1 mart tarixində icarə müqaviləsi bağlanmış və 2022-ci il 2 avqust tarixinədək davam etmişdir.

14. Hazırda iddiaçı tərəf icarə müqaviləsi və ona edilmiş dəyişikliklərə əsasən 42.860,34 manat məbləğində pul ödənildiyini bildirərək, qeyd edilən pulun qaytarılmasını, iddiada qeyd edilmiş pulun tutulması və əşyaların qaytarılmasını tələb edir.

15. İddianın əşyaların qaytarılması tələbi ilə bağlı hissəsinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir.

16. Mübahisənin qeyd edilən hissəsi ilə bağlı iş materiallarına əlavə edilmiş 2022-ci il 6 oktyabr tarixli təhvil-təslim aktında da iddiaçıya məxsus olan aktda qeyd edilmiş əşyaların (bax yuxarıda § 12) anbara təhvil verildiyi qeyd edilmişdir. Həmçin in də məhkəmə iclasında iddiaçı tərəf 2022-ci il 6 oktyabr tarixli təhvil-təslim aktında göstərilmiş əşyaların iddiaçıya məxsusluğunu təsdiq etmiş və qeyd edilmiş əşyalarla qane olduqlarını bildirmişdir.

17. Belə olan halda iddia əşyaların tələb edilməsi hissəsində əsaslıdır və 2022-ci il 6 oktyabr tarixli təhvil-təslim aktında göstərilmiş aşağıdakı əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

18. Məhkəmə iddianın icarə üzrə ödənilmiş əlavə pul vəsaiti olaraq 42.860,34 manatın tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. İddiaçı tərəf bu hissə ilə bağlı qeyd edir ki, son olaraq müqaviləyə edilmiş dəyişiklikdən sonra 70 kv.m sahəyə keçdiklərini və icarə haqqının isə 885 manat təşkil etməsinə istinad edərək artıq ödənilmiş pulu geri tələb edir.

20. Cavabdeh tərəf isə müqavil ədə icarəyə verilmiş sahənin 70 kv.m göstərilməsinə baxmayaraq faktiki olaraq 146 kv.m sahə verildiyi, tərəflər arasında müqavilə ilə rəsmiləşdirilmiş məbləğdən əlavə, iddiaçı ilə olmuş şifahi danışıqlara əsasən faktiki icarə haqqının 2021-ci il 1 yanvar tarixindən 2022-ci ilin may ayına kimi 885 manat ödəməklə yanaşı, əlavə 2.411 manat, 2022-ci ilin may ayından isə müqavilədə göstərilmiş məbləğdən əlavə 3.360 manat ödəməsi barədə tərəflərin razılaşdığını bildirmişdir.

21. İş materiallarına əlavə edilmiş 2021-ci il 11 fevral tarixli tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc alan (iddiaçı) borc verənə (cavabdeh) 14.036 manat məbləğində pulu razılaşdırılmış tarixlər və məbləğlər üzrə ödəməyi öhdəsinə götürmüşdür.

22. İddiaçının cavabdehə artıq ödənilmiş pulun sübutu ki mi işə əlavə etmiş olduğu 2021-ci il 23 avqust tarixli ödəniş tapşırığında (1.000 manat), 2021-ci il 6 sentyabr tarixli ödəniş tapşırığında (3.000 manat), 2021-ci il 17 sentyabr tarxili ödəniş tapşırığında (2.000 manat), 2021ci il 23 oktyabr tarixli ödəniş tapşırığında (5.000 manat) məhz tərəflər arasında bağlanmış 2021ci il 11 fevral tarixli borc müqaviləsinə istinad vardır.

23. Qeyd edilən hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, sadalanmış ümumi məbləği 11.000 manat təşkil edən 4 ödəniş icarə müqaviləsi üzrə icarə haqqı olaraq deyil, məhz 2021-ci il 11 fevral tarixli borc müqaviləsi üzrə edilmiş ödənişlərə aiddir.

24. Qeyd edilməlidir ki, məhkəmə iclasında cavabdeh tərəf icarəyə verilmiş sahənin faktiki olaraq 146 kv.m olduğunu qeyd etmiş, iddiaçı tərəf isə ilk öncə qeyd edilmiş sa hənin ölçüsü barədə məlumatı olmadığını bildirmişdir. Lakin məhkəmə iclasında iddiaçının özü tərəfindən təqdim edilmiş, icarə sahəsindən çıxma anının audio-video görüntüsünə baxış keçirildikdən sonra mövcud sahənin müqavilədə qeyd edilmiş sahədən artıq olma ehtimalı olduğunu, ancaq dəqiq məlumatının olmadığını bildirmişdir.

25. Məhkəmə iclasında baxış keçirilmiş icarə sahəsindən çıxma anının audio-video görüntülərindən görünür ki, icarə sahəsi giriş hissə, 6 otaq, mətbəx və anbardan ibarətdir. Qeyd edilən sahələrin isə müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olması aşkar surətdə görünür.

26. Bundan başqa, cavabdeh tərəf tərəflər arasında olan şifahi razılaşmanın təsdiqi kimi 2021-ci il 18 may tarixində əlbəəl kassaya ödənilmiş 1.721 manat pula, 2021-ci il 10 avqust tarix ində ödənilmiş 2.000 manat pula dair qəbzləri iş materiallarına əlavə etmişdir.

27. Həmçinin də, bundan sonra iddiaçı tərəfin özü 2020-ci il 30 yanvar tarixində əlbəəl kassaya ödənilmiş 690 manata və 2020-ci il 31 yanvar tarixində ödənilmiş 2.251 manat pula dair qəbzlər təqdim etmişdir.

28. Məhkəmə iclasında iddiaçının nümayəndəsindən icarə müqaviləsində ödənilməli olan pulun cəmi 885 manat təşkil etməsinə baxmayaraq nəyə görə artıq ödəməsi soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş məbləğlərin avans olduğunu bildirmişdir.

29. İddiaçı tərəfindən əlavə edilmiş 2020-ci il 13 avqust tarixli 885 manat məbləğində pulun ödənilməsinə dair ödəniş tapşırığı məhz 2020-ci ilin mart ayı üçün müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqının ödənilməsinə dair sənəddir.

30. Digər 2020-ci il 29 oktyabr tar ixli 4.425 manat məbləğində pulun ödənilməsinə dair ödəniş tapşırığında 2020-ci ilin mart ayının icarə haqqı kimi göstərilsə də, nəyə görə mart ayının icarə haqqının ödənilmiş olduğu təqdirdə yenidən 4.425 manat pulun avans olaraq ödənilməsi əsasını iddiaçı tərəf izah edə bilməmişdir.

31. Digər işə əlavə edilmiş 2020-ci il 30 noyabr tarixli 1.770 manat məbləğində ödəniş tapşırığı ilə isə məhkəmə qeyd etmişdir ki, bu 2020-ci ilin 2 ayı üçün edilmiş ödənişdir (885x2). Yəni qeyd edilən qəbzdə göstərilmiş məbləğ müqavilədə razılaşdırılmış məbləğdən kənara çıxılan məbləğə aid deyildir.

32. İşə əlavə edilmiş 2021-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18.850 manat məbləğində ödəniş edilmişdir.

33. Qeyd edilməlidir ki, icarə müqaviləsində göstərilmi ş 885 manat icarə haqqı nəzərə alınmış olsa ödənilməli olan məbləğ 2021-ci ilin 12 ayı üçün 10.620 (885x12) manat təşkil etməli idi. Ancaq burada da iddiaçı tərəf nəyə görə 2021-ci il 26 noyabr tarixində 5.000 manat, 2021-ci il 13 dekabr tarixində yenidən 5.000 manat məbləğində pulun avans olaraq verilməsini qeyd etsə də, nəyə görə davamlı olaraq bir neçə dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilməmişdir.

34. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında icarə hüquq münasibətləri 2022-ci il 2 avqust tarixədək davam etmişdir.

35. İşə əlavə edilmiş 2022-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, 2022-ci il 7 yanvar tarixində 9.000 manat, elə həmin tarixdə yenidən 1.620 manat, 2022-ci il 16 mart tarixində 5.310 manat, 2022-ci il 31 mart tarixində 5.310 manat, 2022-ci il 12 may tarixində 3.000 manat, 2022-ci il 23 may tarixində 5.000 manat məbləğində iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir. Bu hal üçün də iddiaçı tərəf yenidən pulların avans olaraq verilməsini qeyd etmişdir.

36. Məhkəmə sadalanmış hallarda bağlı belə nəticəyə gəlir ki, iddiaçı tərəf həm cavabdehin kassasına əlbəəl pul verməsi faktını, həm də iddiaçının nəyə görə davamlı olaraq bir çox dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilmədiyindən, eyni zamanda video görüntüyə baxış zamanı aşkar olaraq icarəyə verilmiş sahənin 70 kv.m sahədən kifayət qədər çox olması halı onu deməyə əsas verir ki, həqiqətən də tərəflər arasında müqavilədə göstərilmiş sahədən artıq sahənin verilməsi ilə bağlı və məbləğdən artıq ödənişlə bağlı razılıq əldə edilmiş və onun da əsasında tərəfl ər arasında işgüzar münasibətlər olmuşdur.

37. Belə olan halda isə iddiaçı tərəfindən tələb edilən məbləğ artıq məbləğ hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf özü ödəməli olduğu məbləği qəbul etmiş və müvafiq olaraq ödənişləri həyata keçirmişdir.

38. Belə olan halda, iddianın əlavə ödənilmiş 42.860,34 manat pulun tələb edilməsi hissəsində əsassızdır.

39. Həmçinin iddianın işçilərə fəaliyyət olmadığı dövrdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayandırımasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42 manat, işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsinə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla pulun tələb edilməsi hissəsində də əsassızdır. Belə ki, qeyd edilən halların cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində yarandığı və məhz həmin hərəkətlə (hərəkətsizlik) bağlılığı, səbəbli əlaqəsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.

40. Məhkəmə iddianın mediasiya xərclərinə görə 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan 2022-ci il 7 sentyabr tarixli OD2 nömrəli ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən Bakı 13 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 400 manat məb ləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

41. Məhkəmə həmçinin hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 152.1, 157.2, 675, 700.1, 700.2, 700.3-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

44. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qət namə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 22(103)-319/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 13-41) ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, icarə haqqı üzrə əlavə ödənilmiş 42.860,34 manat pul vəsaitinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını MM-in 439.4 və 1092.1-ci maddələri təşkil edir.

47. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pu l əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4).

48. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

49. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MMin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

50. Lakin hazırkı işdə bu əsasların möv cud olduğu müəyyən olunmur. 51..Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza iş mərkəzində 12 kv.m və 60 kv.m sahəni aylıq 750 manat + 18% ƏDV olmaqda İddiaçı MMC-yə icarəyə vermişdir. 35.Sonradan icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə 3 nömrəli, xx.xx.2022-ci il tarixdə 4 nömrəli dəyişiliklər olsa da, son olaraq rəsmiləşdirilmiş məbləğ 750+18 % ƏDV qalmışdır, yəni qeyd edilən pul ƏDV məbləği ilə birgə 885 manat təşkil edir. 36.Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixdə 4 nömrəli dəyişilikdə icarəçinin 12 kv.m sahədən 10 kv.m sahəyə keçməsi qeyd edilmişdir. 37.İddiaçı son olaraq müqaviləyə edilmiş dəyişiklikd ən sonra 70 kv.m sahəyə keçdiklərinə və icarə haqqının isə 885 manat təşkil etməsinə istinad edərək artıq ödənilmiş pulu geri tələb edir. 38.Cavabdeh isə müqavilədə icarəyə verilmiş sahənin 70 kv.m göstərilməsinə baxmayaraq faktiki olaraq 146 kv.m sahə verildiyi, tərəflər arasında müqavilə ilə rəsmiləşdirilmiş məbləğdən əlavə, iddiaçı ilə olmuş şifahi danışıqlara əsasən faktiki icarə haqqının xx.xx.2021-ci il tarixdən 2022-ci ilin may ayına kimi 885 manat ödəməklə yanaşı, əlavə 2.411 manat, 2022-ci ilin may ayından isə müqavilədə göstərilmiş məbləğdən əlavə 3.360 manat ödəməsi barədə tərəflərin razılaşdığını bildirmişdir. 39.İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc alan (İddiaçı MMC) borc verənə (Cavabdeh MMC) 14.036 manat məbləğində pulu razılaşdırılmış tarixlər və məbləğlər üzrə ödəməyi öhdəsinə götürmüşdür. 40.İddiaçının cavabdehə artıq ödənilmiş pulun sübutu kimi işə əlavə etdiyi xx.xx.2021-ci il tarixli ödəniş tapşırığında (1000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (3000 manat), xx.xx.2021ci il ödəniş tapşırığında (2000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (5000 manat) tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə istinad vardır. 41.Bu fakt isə o nəticəyə gəlmək üçün əsas verir ki, sadalanmış ümumi məbləği 11.000 manat təşkil edən 4 ödəniş icarə müqaviləsi üzrə icarə haqqı olaraq deyil, məhz xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə edilmiş ödənişlərə aiddir. 42.Bundan əlavə cavabdeh icarəyə verilmiş sahənin faktiki olaraq 146 kv.m olduğunu qe yd etmiş, iddiaçı isə ilk öncə qeyd edilmiş sahənin ölçüsü barədə məlumatı olmadığını bildirmişdir. 43.Lakin birinci instansiya məhkəməsinin iclasında iddiaçının özü tərəfindən təqdim edilmiş, icarə sahəsindən çıxma anının audio-video görüntüsünə baxış keçirildikdən sonra mövcud sahənin müqavilədə qeyd edilmiş sahədən artıq olduğunu, lakin dəqiq məlumatının olmadığını bildirmişdir. 44.İcarə sahəsindən çıxma anının audio-video görüntülərindən isə görünür ki, icarə sahəsi giriş hissə, 6 otaq, mətbəx və anbardan ibarətdir. Qeyd edilən sahələrin isə müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olması aşkar surətdə görünür. 45.Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmiş, lakin əlavə otaqlardan ofis kimi istifadə etmələrini və orada onlara məxsus əşyaların old uğunu bildirmişdir. 46.Bundan başqa, cavabdeh tərəflər arasında olan şifahi razılaşmanın təsdiqi kimi xx.xx.2021-ci il tarixdə nağd qaydada kassaya ödənilmiş 1721 manat və xx.xx.2021- ci il tarixdə ödənilmiş 2000 manat pul vəsaitinə dair qəbzləri iş materiallarına əlavə etmişdir. 47.Bundan sonra iddiaçı tərəf də xx.xx.2020-ci il tarixdə nağd qaydad kassaya ödənilmiş 690 manat və xx.xx.2020-ci il tarixdə ödənilmiş 2.251 manat pul vəsaitinə dair qəbzləri məhkəməyə təqdim etmişdir. 48.Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsindən icarə müqaviləsində ödənilməli olan pulun cəmi 885 manat təşkil etməsinə baxmayaraq, hansı səbəb görə artıq ödəməsi soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş məbləğlərin avans olduğunu bildirmişdir. 49.Kollegiya qeyd edir ki, iddiaçı tərəfində n əlavə edilmiş xx.xx.2020-ci il tarixli 885 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş tapşırığı məhz 2020-ci ilin mart ayı üçün müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqının ödənilməsinə dair sənəddir. 50.Digər xx.xx.2020-ci il tarixli 4425 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş tapşırığında 2020-ci ilin mart ayının icarə haqqı kimi göstərilsə də, hansı səbəb görə mart ayının icarə haqqının ödənilmiş olduğu təqdirdə yenidən 4.425 manat pulun avans olaraq ödənilməsi əsasını iddiaçı tərəf izah edə bilməmişdir. 51.İşdə olan xx.xx.2020-ci il tarixli 1770 manat məbləğində digər ödəniş tapşırığı ilə bağlı isə kollegiya qeyd edir ki, bu 2020-ci ilin 2 ayın üçün edilmiş ödənişdir (885x2). Yəni qeyd edilən qəbzdə göstərilmiş məbləğ müqavilədə razılaşdırılmış məbləğ dən kənara çıxılan məbləğə aid deyildir. 52.İşə əlavə edilmiş 2021-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18.850 manat məbləğində ödəniş edilmişdir. 53.Kollegiya qeyd edir ki, icarə müqaviləsində göstərilmiş 885 manat icarə haqqı nəzərə alınmış olsa ödənilməli olan məbləğ 2021-ci ilin 12 ayı üçün 10.620 (885x12) manat təşkil etməli idi. Lakin burada da, iddiaçı tərəf xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə yenidən 5000 manat məbləğində pul vəsaitinin avans olaraq verilməsini qeyd etsə də, hansı səbəb görə davamlı olaraq bir neçə dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilməmişdir. 54.Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmişdir. 55.İş ə əlavə edilmiş 2022-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 9000 manat, elə həmin tarixdə yenidən 1620 manat, xx.xx.2022-ci il tarixdə 5310 manat, xx.xx.2022-ci il tarixdə 5310 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir. Bu hal üçün də iddiaçı tərəf yenidən pulların avans olaraq verilməsini qeyd etmişdir.

52. MM-in 404-cü maddəsinə əsasən müqavilənin təfsiri və qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf həm cavabdehin kassasına nağd qaydada pul verməsi faktını, həm də iddiaçının hansı səbəbə görə davamlı olaraq bir çox dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilmədiyindən, eyni zamanda icar əyə verilmiş sahənin 70 kv.m sahədən kifayət qədər çox olması halı onu deməyə əsas verir ki, həqiqətən də, tərəflər arasında müqavilədə göstərilmiş sahədən artıq sahənin verilməsi ilə bağlı və məbləğdən artıq ödənişlə bağlı razılıq əldə edilmiş və onun da əsasında tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Belə olan halda isə iddiaçı tərəfindən tələb edilən məbləğ artıq məbləğ hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf özü ödəməli olduğu məbləği qəbul etmiş və müvafiq olaraq ödənişləri həyata keçirmişdir.

53. Bu baxımdan, əlavə ödənilmiş 42.860,34 manat pulun tutulması hissəsində iddia rədd edilməlidir. 54. 59.Həmçinin kollegiya hesab edir ki, iddianın işçilərə fəaliyyət olmadığı dövrdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayan dırımasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42 manat, işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsinə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla pulun tutulması barədə tələbləri də təmin edilə bilməz. 60.Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçü n aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 61.Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki ümumiyyətlə zərərin mövcudluğu, cavabdehin öz öhdəliklərinin pozması və bunun nəticəsində iddiaçıya zərərin hansı şəkildə dəyməsi əsaslandırılmamış və həmin zərərin dəyməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

55. Mənəvi zərərin tutulması barədə tələblərə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də, həmin tələblər tam əsassız olduğuna görə rədd edilməlidir.

56. Bununla yanaşı avadanlıqların geri qaytarılmas ı hissəsində iddia əsaslıdır.

57. Belə ki, həmin tələblərin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur.

58. Belə ki, cavabdeh tərəfindən işə əlavə edilmiş 2022-ci il 6 oktyabr tarixli təhvil-təslim aktında iddiaçıya məxsus olan aktda qeyd edilmiş əşyaların anbara təhvil verildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində də iddiaçı tərəf həmin aktda göstərilmiş əşyaların ona məxsus olduğunu təsdiq etmiş və qeyd edilmiş əşyalarla qane olduqlarını bildirmişdir.

59. Apellyasiya şikayətində cavabdeh iddiaçıya məxsus və aktda sadalanan həmin avadanlıqların onun sahibliyində olduğunu bildirmiş, lakin həmin əşyaları məhz MM-in 698.1-ci maddəsinin tələbinə uyğun olaraq icarə haqqı borcunun qaytarılmasının təminatı kimi girov saxladığını qeyd etmişdir.

60. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh iddiaçının ona icarə haqqı borcunun mövcud olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda, işin yuxarıda qeyd olunan hallar ı ilə də iddiaçının cavabdehə icarə haqqı borcunun olması müəyyən olunmur. Belə olan halda isə onun tərəfindən iddiaçıya məxsus əşyaların girov kimi saxlanılması üçün əsaslar mövcud deyildir.

61. Göründüyü kimi, həmin iddia tələblərinin qanuni əsasını təşkil edən MM-in 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı 2022-ci il 6 oktyabr tarixli təhvil-təslim aktda göstərilən ona məxsus əşya və avadanlıqların cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməkdə tam haqlıdır.

62. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 21.2, 157.2, 404.1, 404.2, 439.4, 443.1, 698.1, 700.1, 700.3, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmə lər tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.

63. Qətnamə 2023-cü il 5 may tarixində tərəflərin elektron kabinetinə və X2 yerləşdirilmişdir.

64. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 4 iyul tarixində kassasiya şikayəti verərək və sonradan həmin şikayətə dəiqləşdirmə verərək apellyasiya məhkəməsinin qətnaməsinin 2022-ci il 6 oktyabr tarixli təhvil-təslim aktına əsasən giriş hissədə olmuş əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsində qüvvədə saxlamaqla, digər hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

65. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 5 iyul tarixində kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsin in qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri a) iddiaçının kassasiya şikayətinin dəlilləri

66. MM-in 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri üzrə - Cavabdeh və iddiaçı arasındakı borc öhdəliyi münasibətləri hər hansı bir formada olmamışdır. Təqdim edilmiş sənədlərdə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra edilməməsinin nəticələrinə dair heç bir şərt müəyyən edilməmişdir.

67. MM-in 386.1-ci maddəsi üzrə - Məhkəmənin istinad etdiyi borc müqaviləsi pərdələnmiş əqd olmaqla yanaşı, iddiaçı və cavabdeh arasında olan münasibətləri, yəni əsl münasibətləri əks etdirmir.

68. MM-in 522.1-ci maddəsi üzrə - Kredi tor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Belə bir müqavilə mövcud deyildir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları üzrə Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipində n irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-in 324.5 və 404.1-ci maddələri). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağ lı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

70. MPM-in 217.3-cü maddəsi üzrə - Məhkəmə ekspert rəyini mübahisəsiz sübut kimi qəbul etmiş, real fakt və xüsusatları isə araşdırmamışdır.

71. MPM-in 218.1-ci maddəsi üzrə - İddia çı ilə cavabdehlər arasında olan münasibətlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir.

72. Bakı Apellyasiya Məhkəməsi iddia tələbini deyil, tamamilə başqa bir məsələni araşdırmışdır. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

73. MM-in 698.1-ci maddəsi üzrə - Belə ki, 2019-cu il 1 mart tarixli icarə müqaviləsinə əsasən cavabdeh Caspian Plaza iş mərkəzində 12 kv.m və 60 kv.m sahəni aylıq 750 manat + 18% ƏDV olmaqda iddiaçıya icarəyə vermişdir. Müqavilədə göstərilməsə də, cavabdeh tərəfindən faktiki olaraq iddiaçıya 146 kv.m ofis sahəsi icarə verilmişdir. İş materiallarına əlavə edilmiş icarə sahəsindən çıxma anının audio-video görüntülərindən görünür ki, icarə sahəsi giriş hissə, 6 otaq, mətbəx və anbardan ibarətdir. Qeyd edilən sahələrin isə müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olması aşkar surətdə görünür. Tərəfimizdən iddia ərizəsinə verilmiş etirazda da faktiki olaraq 70 kv.m sahənin deyil, 146 kv.m ofis sahəsinin icarə verildiyi və ümumilikdə bu sahəyə görə iddiaçının cavabdehə ödənilməmiş icarə borclarının olduğu qeyd olunmuşdur. MM-in 698.1-ci maddəsinintələbi ilə icarə borcları iddiaçı tərəfindən ödənilmədiyindən əşyalarını girov saxlamaq icarəyə verənin, yəni cavabdehin hüququdur. Buna baxmayaraq məhkəmə 146 kv.m sahənin icarəyə verildiyini təsdiqləsə də, cavabdehin girov hüququnu nəzərə almamış, qətnamədə siyahıda göstərilən əşyaların qaytarılmasına qərar vermişdir. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin 70 kv.m deyil, 146 kv.m olduğu aydın şəkildə göstərilmiş, iddiaçının əlavə ödənişləri ilə bağlı tələbi təmin olunmasa da, hər iki məhkəmə iddiaçının cavabdehə borcu olması faktını, bu səbəbdən əşyaları girov saxladığını araşdırmamış, hüquqi qiymət verməmişdir.

74. MPM-in 87-88-ci maddələri üzrə: Bakı Apellyasiya Məhkəməsi də sübutları tam araşdırmadan, işin bütün faktiki hallarını düzgün qiymətləndirmədən, əşyaların iddiaçıya qaytarılmasını qət etmişdir. Məhkəmə qətnamə çıxararkən faktiki icarə münasibətlərinin olduğunu təsdiqləsə də, bu münasibətlər üzrə iddiaçının icarə haqqı borcunun olmasını və bu borcun ödənilməsi təminatı kimi əşyaların girov saxlanıldığı faktını nəzərə almamışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

75. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİY A ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

76. Kassasiya şikayətləri vaxtında verilmiş, kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

77. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərtəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

78. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üç ün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 79. tutulur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülki yyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hər əkətləri nəzərə alınır....” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

698. Kirayəyə verənin girov hüququ 698.1. Hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ol a bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum o lanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....” 80. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....”

81. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....”

82. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki: “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nət icəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər" İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

83. İddiaçı qeyri-yaşayış sahəsinin icarəsindən yaranan mübahisə üzrə cavabdehdən cəmi 311.710,34 manat məbləğində pulun tutulmasını və həmin qeyri-yaşayış sahəsində olan əşyaların qaytarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi sözügedən əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair iddia tələbini təmin etmiş, iddianı qalan hissələrdə isə rədd etmiş, apellyasiya instansiya məhkəməsi hər iki tərəfin apellyasiya şikayətini rədd edərək aşağı məkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

84. Hər iki tərəf apellyasi ya instansiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmişlər. Lakin məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə:

85. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh və iddiaçı arasındakı borc öhdəliyi münasibətləri hər hansı bir formada olmamışdır. Təqdim edilmiş sənədlərdə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra edilməməsinin nəticələrinə dair heç bir şərt müəyyən edilməmişdir. Məhkəmənin istinad etdiyi borc müqaviləsi pərdələnmiş əqd olmaqla yanaşı, iddiaçı və cavabdeh arasında olan münasibətləri, yəni əsl münasibətləri əks etdirmir.

86. Bu məsələ ilə əlaqədar apellyas iya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 2021-ci il 11 fevral tarixli tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc alan (iddiaçı) borc verənə (cavabdeh) 14.036 manat məbləğində pulu razılaşdırılmış tarixlər və məbləğlər üzrə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdehə artıq ödənilmiş pulun sübutu kimi işə əlavə etdiyi 2021-ci il 23 avqust tarixli ödəniş tapşırığında (1.000 manat), 2021-ci il 6 sentyabr tarixli ödəniş tapşırığında (3.000 manat), 2021-ci il 17 sentyabr tarixli ödəniş tapşırığında (2.000 manat), 2021-ci il 23 oktyabr tarixli ödəniş tapşırığında (5.000 manat) tərəflər arasında bağlanmış 2021-ci il 11 fevral tarixli borc müqaviləsinə istinad vardır. Bu fakt isə o nəticəyə gəlmək üçün əsas verir ki, sadalanmış ümumi məbləği 11.00 0 manat təşkil edən 4 ödəniş icarə müqaviləsi üzrə icarə haqqı olaraq deyil, məhz 2021-ci il 11 fevral tarixli borc müqaviləsi üzrə edilmiş ödənişlərə aiddir.

87. İstənilən halda işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh tərəfindən iddiaçının faktiki icarəsinə verilmiş sahənin həcmi rəsmi icarə müqaviləsində göstəriləndən xeyli artıq olmuşdur.

88. Mübahisələndirilən qətnamədə göstərilmişdir ki, cavabdeh icarəyə verilmiş sahənin faktiki olaraq 146 kv.m olduğunu qeyd etmiş, iddiaçı isə ilk öncə qeyd edilmiş sahənin ölçüsü barədə məlumatı olmadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin iclasında iddiaçının özü tərəfindən təqdim edilmiş, icarə sahəsindən çıxma anının audio-video görüntüsünə baxış keçirildikdən sonra mövcud sahənin müqavilədə qeyd edilmiş sahədən artıq olduğunu, lakin dəqiq məlumatının olmadığını bildirmişdir. İcarə sahəsindən çıxma anının audio-video görüntülərindən isə görünür ki, icarə sahəsi giriş hissə, 6 otaq, mətbəx və anbardan ibarətdir. Qeyd edilən sahələrin isə müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olması aşkar surətdə görünür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmiş, lakin əlavə otaqlardan ofis kimi istifadə etmələrini və orada onlara məxsus əşyaların olduğunu bildirmişdir.

89. Apellyasiya instansiyası məhkəməsi MM-in 404-cü maddəsinə istinadən belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf həm cavabdehin kassasına nağd qaydada pul verməsi faktını, həm də iddiaçının hansı səbəbə görə davamlı olaraq bir çox dəfə icarəyə verənə avans ödəməli olduğunu əsasland ıra bilmədiyindən, eyni zamanda icarəyə verilmiş sahənin 70 kv.m sahədən kifayət qədər çox olması halı onu deməyə əsas verir ki, həqiqətən də tərəflər arasında müqavilədə göstərilmiş sahədən artıq sahənin verilməsi ilə bağlı və məbləğdən artıq ödənişlə bağlı razılıq əldə edilmiş və onun da əsasında tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Belə olan halda isə iddiaçı tərəfindən tələb edilən məbləğ artıq məbləğ hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf özü ödəməli olduğu məbləği qəbul etmiş və müvafiq olaraq ödənişləri həyata keçirmişdir.

90. İddiaçı həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmiş, o cümlədən iddiaçı tərəfindən faktiki istifadə olunan sahələrin müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olmasına dair mövqeni ümumiyyətlə hər hansı formada mübahi sələndirməmişdir.

91. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır və hesab edir ki, nəticə etibarilə iş üzrə qanuni və əsaslı qənaətə gəlinmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə:

92. Cavabdehin kassasiya şikayətinin dəlilləri isə mahiyyət etibarilə ondan ibarətdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində icarə münasibətlərinin 70 kv.m deyil, 146 kv.m olduğu aydın şəkildə göstərilmiş, iddiaçının əlavə ödənişləri ilə bağlı tələbi təmin olunmasa da, hər iki məhkəmə iddiaçının cavabdehə borcu olması faktını, bu səbəbdən əşyaları girov saxladığını araşdırmamış, hüquqi qiymət verməmişdir.

93. Bu məsələ ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqey i ondan ibarət olmuşdur ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiaçının ona icarə haqqı borcunun mövcud olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda, işin halları ilə də iddiaçının cavabdehə icarə haqqı borcunun olması müəyyən olunmur. Belə olan halda isə onun tərəfindən iddiaçıya məxsus əşyaların girov kimi saxlanılması üçün əsaslar mövcud deyildir.

94. Beləliklə, cavabdehin eyni məzmunlu dəlilləri apellyasiya icraatında da bildirilmiş, məhkəmə həmin dəlillər üzrə mövqeyini öz qətnaməsində əsaslandırmışdır.

95. Cavabdeh özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini əlavə tutarlı dəlillərlə t əkzib edə bilməmişdir.

96. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmişdir.

97. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88ci maddəsinin (bax yuxarıda § 81) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 81) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

98. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 2-2(103)-319/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

99. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 22(103)-319/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar