Məhkəmə qərarları › İş №2-2(102)-437/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-437/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-437/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqavilələrinə əsasən “pul” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-437/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 aprel tarixli, 22(106)-61/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhk əməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC və Cavabdeh MMC arasında 01 noyabr 2021-ci il tarixdə 2 alqısatqı müqaviləsi bağlanmışdır. Birinci müqavilə üzrə Cavabdeh MMC satıcı olmaqla, alıcı olaraq İddiaçı MMC-yə adı, qiyməti, miqdarı, çeşidi və digər göstəriciləri hesab fakturalarda, qaimə fakturalarda və ya kassa sənədlərində göstərilən, alıcının tələbatına uyğun müxtəlif növ malları satmağı, sonuncu isə malı qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni məzmunda olan digər müqavilə üzrə satıcı qismində İddiaçı MMC, alıcı qismində Cavabdeh MMC çıxış etmişlər.

2. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 186.969,19 manat məbləğində sement məhsuluna dair elektron qaimələr göndərilmişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC- ümumilikdə 20.016,34 manat məbləğində müxtəlif adda mal göndərilməsinə dair elektron qaimə göndərilmişdir. 4. 2021-ci il 3 noyabr - 2022-ci il 31 yanvar tarixləri arasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına ümumilikdə 186.969,18 manat pul vəsaiti köçürülmüşdür.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2023-cü il 19 sentyabr tarixli xəbərdarlıq məktubu göndərilərək arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli alqı-satqı müqavilələrinə əsasən yaranmış 34.963 manat məbləğindəki vəsaitin 7 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks halda həmin tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, tərəflər arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli müxtəlif növdə tikinti mallarının alqı-satqısına dair müqaviləyə əsasən 9.963 manat pulun və tərəflər arasında bağlanmış eyni tarixli sement materialının alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh tərəfindən verilməli olan sementin 25.000 manat hissəsində öhdəliyini icra etmədiyinə görə həmin məbləğdə vəsaitin, ümumilikdə isə 34.963 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan ümumilikdə 20.016,34 manat məbləğində müxtəlif çeşiddə mallar almış, həmin mala görə ödənilməli olan vəsaitin 9.963 manat hissəsini ödəməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış 2021-ci il 1 noyabr tarixli alqı-satqı mü qaviləsinə əsasən, cavabdehin göndərdiyi elektron qaimələr üzrə iddiaçı sement məhsulunun alınması üçün ümumilikdə 186.969,18 manat pul köçürsə də, cavabdeh həmin müqavilə üzrə iddiaçıya verməli olduğu 186.969,18 manat məbləğində sementin əvəzinə 161.969,18 manat məbləğində sement vermiş, 25.000 manat məbləğində sementi isə verməkdən boyun qaçırmışdır.

8. Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 birinci instansiya məhkəməsinə verdiyi izahatında iddia tələbini qismən - iddiaçıya tikinti mallarının alqı-satqısına dair müqaviləyə əsasən 9.963 manat məbləğində borcunun olması hissəsində qəbul etmiş, iddianın qalan hissəsinə etiraz etməklə göstərmişdir ki, iddiaçı tərəfindən sement alınması məqsədi ilə cavabdehin hesabına ümumilikdə 186.969,18 manat pul köçürülmüş, tərəflərindən həmin məbləğdə mal lar iddiaçıya 2021-ci ilin noyabr ayından 2022-ci ilin əvvəllərinə kimi tədarük edilərək göndərilmiş, iddiaçı ilə ticarət münasibətləri qeyri-rəsmi şəriki olan X1 və iddiaçının işçisi Seyran adlı şəxsin vasitəçiliyi ilə yaranmış, həmin şəxslərin iştirakı ilə mal tədarük edilərək iddiaçıya göndərilmiş, son olaraq 2022-ci il 10 yanvar tarixdə Aqillə Seyranın öz aralarında razılıqları əsasında 36.000 manat və 7.000 manat olmaqla, cəmi 43.000 manat dəyərində olan malı iddiaçıya göndərmək üçün tədarük etmiş, lakin Aqil həmin malları başqa-başqa şəxslərə satdığını, onun tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilmiş, iddiaçının təhvil almadığı mallara görə tələbi direktoru olduğu hüquqi şəxsə və ya ona qarşı deyil, X2 qarşı irəli sürülməlidir.

9. Şirvan Kommersiya Məhkəməsinin 202 4-cü il 16 yanvar tarixli, e-2-2(121)92/2024 nömrəli qətnaməsi ilə (hakim Z.V.Abbasov) iddia təmin olunmuş, Cavabdeh MMC-dən 01 noyabr 2021-ci il tarixli müxtəlif növdə tikinti mallarının alqı-satqı müqaviləsi üzrə 9963 manat və 01 noyabr 2021-ci il tarixli müqavilə üzrə təhvil verilməmiş malların dəyərini təşkil edən 25000 manat olmaqla, cəmi 34963 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının satıcı qismində iştirak etdiyi müqavilə üzrə onun tərəfindən müxtəlif adda mal və materialların cavabdehə verilməsi, cavabdeh tərəfindən isə təhvil alınmış malların dəyərinin bir hissəsinin (9.963 manat) iddiaçıya ödənilməməsi işin mübahisəsiz halını təşkil etmiş, tərəflərin izahatları, cavabdehin etirafı və işdə olan elektron qa imələrlə öz təsdiqini tapmışdır.

11. Məhkəmə iddia tələbinin iddiaçının alıcı qismində iştirak etdiyi müqavilədən irəli gələn hissəsinə münasibətdə isə işdə olan 186.969,18 manat dəyərini əks etdirən elektron qaimələrin cavabdeh tərəfindən malların tam şəkildə təhvil verilməsinin sübut olunması üçün yetərli olmaması qənaətinə gəlmişdir.

12. Belə ki, cavabdehin qanuni təmsilçisi Nümayəndə verdiyi izahatlarında 20.000 manatlıq malı şəriki X1 iddiaçıya verilməli olan malları başqa şəxslərə satdığı üçün düşdüyü zərəri qarşılamaq üçün iddiaçıya təhvil vermədiyini bildirməklə, iddia tələbini 20.000 manat hissədə faktiki olaraq etiraf etmişdir. Həmin izahatlarla cavabdehin dəyərini əvvəlcədən aldığı malların bir hissəsini iddiaçıya təhvil vermədiyi, həmin malların cavabdehin şəriki tərəfindən dig ər şəxslərə satıldığı müəyyən olunmuş, bununla da iddiaçının qeyd olunan məbləğdə malı həqiqətən təhvil almaması faktı tam təsdiq olunmuşdur.

13. Məhkəmə, Nümayəndə izahatında onun öz üzərinə düşən öhdəliyi yerinə yetirərək istehlakçı şirkətdən sementin dəyərini ödəyərək əldə etməsinə baxmayaraq, şəriki olmuş X1 qanunsuz hərəkətləri nəticəsində malların iddiaçıya yox, başqa şəxslərə verildiyinə görə iddia tələbinin ona qarşı deyil, X2 qarşı irəli sürülməli olması barədə bildirdiklərinə isə tənqidi yanaşaraq alqı-satqı müqaviləsinin tərəfi (iştirakçısı) cavabdeh olduğundan, həmin müqavilə üzrə öhdəliklərin pozulmasına görə məsuliyyətin də məhz cavabdehin üzərinə düşdüyünü qeyd etmişdir. Cavabdehin şərikinin, işçisinin və ya onunla hər hansı bir formada əlaqəsi olan şəxsin hüquqa zidd əməli nəticəsində müqavilə üzrə öhdəliyin pozulmasının hüquqi nəticələrini isə mövcud qanunvericiliyin tələblərinə görə cavabdeh qarşılamalıdır. Belə ki, cavabdeh özünün risk dairəsinə daxil olan (şərikin düzgün seçilməməsi, onun vicdanlı davranışına əsassız olaraq etimad edilməsi və s.) pozuntulara görə digər şəxslər, o cümlədən iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Buna görə də məhkəmə, cavabdehin həmin arqumentini əsassız hesab etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.9, 448.1, 448.3, 567, 568.1, 569.1, 570.1, 570.1.1, 599.3, 600.1, 600.4-cü; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələri ilə, “HTM Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” 1.2, 2.5.3, 3.2 və 3.4-cü bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

15. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın 25000 manat pulun tutulması hissəsində ləğv edilməsi və mübahisələndirilən hissədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Şirv an Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(106)-61/2024 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər C.F.İmanovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 16 yanvar tarixli, e-2-2(121)-92/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə iddiaya münasibətdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan yalnız formal mülahizələrə əsaslanan apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasın da ləğv edilməsi üçün əsas ola bilməz.

18. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh iddiaçıdan köçürmə yolu ilə almış olduğu 186.969,18 manat məbləğində pul müqabilində razılaşdırılmış qiymətlə sement verməli olduğu halda, cəmi 161.969,18 manat məbləğində sement vermiş, 25.000 manat məbləğində sementi verməmişdir. İddiaçı ilə bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etmək bilavasitə cavabdeh hüquqi şəxsin vəzifəsi olduğundan, yerinə yetirilməyən öhdəlik hissədə də, məsuliyyət düşür cavabdehin üzərinə. İddiaçı bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə dəyərini qabaqcadan ödəmiş olduğu malların verilməsini, yaxud əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etməkdə tam haqlıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

19. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmasını və ya işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 20.1. Mülki Məcəllənin 442-ci maddəsi üzrə - müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl olunmuş, müqavilələr üzrə bütün ödənişlər edilmiş, lakin cavabdehdən asılı olmayan səbəbdən tələb olunan 25.000 manat dəyərində pul məbləği müqavilə tərəfləri üzrə razılaşdırılmış şəxs tərəfindən iddiaçıya çatdırılmamışdır. 20.2. Mülki Məcəllənin 599.3-cü maddəsi üzrə - tərəflər arasında ticarət münasibətləri iddiaçı ilə qeyri-rəsmi ticarət münasibətləri olan X4 və iddiaçının işçisi Seyran adlı şəxslərin vasitəçiliyi ilə yaranmışdır. Bütün bunlar məhkəməyə bəlli olduğu halda hüquqi qiymət verilməmişdir. 20.3. Mülki Prosessual Məcəllənin 14.2, 185.3, 217.4-cü maddələri üzrə məhkəmə təqdim olunmuş sübutları araşdırmalı və tədqiq etməli olduğu halda, bu prinsipə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Sədrlik edən hakim cavabdehin təmsilçisinin səhhəti ilə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə müraciətini nəzərə almamış, məhkəmə iclasını onun iştirakı olmadan keçirmiş və həmin iclasda yekun qərar qəbul etməklə kobud prosessual pozuntuya yol vermişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. İddiaçı MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad edilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilm əməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

27. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

30. Cavabdehin öhdəliyi üçüncü şəxsə icra etməsi, lakin sonuncunun icranı iddiaçıya çatdırmamasına dair cavabdehin dəlili əsassızdır. Belə ki, tərəflər arasındakı müqavilədə icranın üçüncü şəxsə mümkünlüyü və ya buna dair iddiaçının razılığı öz əksini tapmamışdır. Belə olan halda, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən cavabdeh öhdəliyinin lazımi qaydada icra olunmamasına görə məsuliyyət daşımalıdır.

31. Cavabdehin məhkəmə iclasında iştira kının təmin edilməməsi barədə dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin məzmunundan və iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsindəki sonuncu iclasda iştirakının təmin olunmamasını iddia edir. Lakin, iş materiallarından müəyyən olunur ki, cavabdeh MMC-nin qanuni təmsilçisi apellyasiya məhkəməsindəki iclaslarda iştirak etmiş və apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. Onun birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araş dırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 aprel tarixli, 2-2(106)-61/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar