Məhkəmə qərarları › İş №2-2(102)-438/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-438/2019

04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-438/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdeh İstehsal Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi, tərəfin iradə ifadəsinin təfsiri) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh" İstehsal Kommsersiya Şirkətinə qarşı (X2 üçüncü şəxs olmaqla) "23865 ABŞ dolları və 3645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi" tələ binə dair iqtisadi iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-2(107)-30/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 04 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "23865 ABŞ dolları və 3645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, "İddiaçı" MMC Azərbaycan Respublikasında pivə hazırlanması üçün lazım olan xammalın satışı ilə məşğul olur. 2012ci ildən 2018-ci ilin mart ayınadək cavabdeh "Cavabdeh" MMC-nin qanuni təmsilçisi X2 "İddiaçı" MMC-dən müəyyən tarixlərdə arpa səmənisi və s. xammalları nisyə almışdır. O, hər ilin mart ayından başlayaraq şirkətdən aldığı arpa səmənisinin və digər xammalların pulunu aldığı vaxtdan bir neçə ay sonra ödəyirdi. Lakin təqribən 2015-ci ildən cavabdeh aldığı məhsulların dəyərinin ödənilməsini gecikdirmiş və nəticədə cavabdehin 24.02.2018ci ilədək 22245 ABŞ dolları və 2865 avro borcu qalmışdır. Bu hal cavabdehin qanuni təmsilçisi X2 tərəfindən yazılmış qəbzdə öz əksini tapmışdır. Bundan sonra cavabdehin nümayəndəsinə borclarının ödənilməsinə şərait yaradılması məqsədilə 1620 ABŞ dolları dəyərində arpa səmənisi və 780 avro dəyərində pivə hazırlanması üçün lazım olan xammal verilmişdir. Lakin cavabdeh bu günədək ö hdəliyini yerinə yetirməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2-2(84)-268/2018 nömrəli qətnaməsi ilə (hakim: V.K.Qasımov) iddia qismən təmin edilmiş və cavabdeh "Cavabdeh" MMC-dən 22245 ABŞ dolları və 2865 avro məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınıb iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi, məhkəmə xərcinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq bölünməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 22(107)-30/2019 saylı qətnaməsi ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2-2(84)-268/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-2(107)-30/2019 saylı qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsini və ya Şəki inzibati-İqtisadi Məhkəməsinin 12.12.2018-ci il tarixli, 2-2(84)-268/2018 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilərinə görə, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı MMC uzun illərdir ki, Azərbaycan Respublikasında pivə hazırlanması üçün lazım olan xammalların satışı ilə məşğul olur. 2012-ci il tarixdən 2018-ci ilin mart ayınadək Cavabdeh İ-KŞ-nin qanuni təmsilçisi X2 İddiaçı MMC-dən müəyyən tarixlərdə arpa səmənisi və.s xammalları nisyə almışdır. O, hər ilin mart ayından başlayaraq şirkətdən aldığı arpa səmənisinin və digər xammalların pulunu aldığı vaxtdan bir neçə ay sonra ödəməyə başlayırdı. Təxminən 2015-ci ildən cavabdeh aldığı məhsulların pulunu hər il gecikdirməyə başladı. Cavabdehin qanuni təmsilçisi N6 24.02.2018-ci il tarixdə təmsil etdiyi şirkət adından qəbz yazaraq İddiaçı MMC-yə 22.245 ABŞ dolları və 2865 avro borcunun qalmasını və həmin borcdan 20.000 ABŞ dolları 2018-ci ilin sentyabr ayında ödəyəcəyini qeyd etmişdir. Qəbz tərtib olunduqdan və N6 tərəfindən imzalandıq dan sonra İddiaçı MMC cavabdehə yenidən 1620 ABŞ dolları dəyərində arpa səmənisi və 780 avro dəyərində isə pivə hazırlanması üçün lazım olan xammal vermişdir. Borcun ödənilməsi üçün dəfələrlə Cavabdeh İKŞ-nin qanuni təmsilçisi N6 həm telefon vasitəsilə, həm də Yevlax şəhərində fəaliyyət göstərən pivə zavodunda görüşdükdə o, hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçını aldatmışdır. İddiaçı cavabdehdən borcu başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. İşdə olan sənədlərdən və Cavabdeh İKŞ-nin qanuni təmsilçisi (təsisçisi və direktoru) N6 Məhkəmədə verdiyi ifadəsindən göründü kimi, İddiaçı MMC-dən alınan və qəbzdə göstərilən məbləğdə məhsullar sırf Cavabdeh İKŞ-nə məxsus olan və Yevlax şəhərində yerləşən Pivə zavodunda istifadə olunması üçün alınmışıdır. İddiaçı MMC-nin nü mayəndəsinin apelyasiya məhkəməsində sədrlik edənə təkidlə birinci instansiya məhkəməsinin video görüntüsünə və həmin görüntüdə N6 həmin məhsulları qanuni təmsilçisi olduğu Cavabdeh İKŞ-də istifadə etdiyini bildirsə də, sədrlik edən hansısa səbəbdən işin obyektiv araşdırılmasından yan keçmiş, video görüntülərə baxmadan, N6 iştirakını təmin etmədən, onun fikrini dinləmədən, beləliklə işə qeyri-obyektiv baxmaqla qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsində hakim N6 qəbzdə göstərilən məhsulların harada istifadə olunmasını və təmsil etdiyi şirkət adından götürülməsi sualını vermiş və cavab olaraq N6 məhsulları rəhbəri olduğu şirkətin Yevlax səhərində yerləşən zavodda istifadə etdiyini bildirmişdir. Apelyasiya məhkəməsi isə öz qətnaməsində qeyd etmişdir ki, N6 birinci instansiyada verdiyi izahatında və apelyasiya şikayətində iddiaçı ilə olan işgüzar əlaqələrinin təmsil etdiyi hansısa hüquqi şəxsin adından və onun mənafeyi üçün həyata keçirdiyini heç vaxt bildirməmiş, kollegiyanın iclasında Cavabdeh İKŞ-nin vəkili də belə bir izahat verməmişdir. Apelyasiya məhkəməsi video görüntülərdə N6 izahatına baxmadan saxta sözlərdən istifadə edərək, N6 izahatını saxtalaşdırmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər h ansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" İstehsal Kommersiya Şirkətinə qarşı "23865 ABŞ dolları və 3645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilmə si" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasının əsasları kimi ona istinad etmişdir ki, tərəflər arasında illərdir davam edən dayanıqlı alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı cavabdeh şirkətə daim nisyə mal vermiş, cavabdeh isə həmin xammalın dəyərini tədricən ödəmişdir. Lakin son dövrlər cavabdeh borcu gecikdirməyə başlamış və nəticədə cavabdehin 24.02.2018-ci ilədək 22245 ABŞ dolları və 2865 avro borcu qalmışdır. Bu hal cavabdehin qanuni təmsilçisi X2 tərəfindən yazılmış qəbzdə öz əksini tapmışdır. İş materiallarının 17-ci vərəqində olan, əl ilə icra edilmiş qəbzdən görünür ki, X2 24.02.2018-ci ilədək İddiaçı MMC-yə 22245 ABŞ dolları və 2865 avro borcunun qaldığını, 2018-ci ilin sentyabr ayında hissə-hissə 20 000 ABŞ dolları ödəyəcəyini, qəbzin onun sözləri ilə yazıldığı və doğruluğunu imzası ilə təsdiqlədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bölümündən çıxarışdan görünür ki, ”Cavabdeh” İstehsal Kommersiya Şirkəti hüquqi ünvanı Yevlax rayonu, Malbinəsi kəndi, qanuni təmsilçisi X2 olmaqla 19.07.2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində dövlət qeydiyyatına alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək sübut kimi X2 tərəfindən tərtib edilmiş qəbzə istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və öz qətnaməsində N6 tərəfindən tərtib olunmuş qəbzdə şirkətin adının göstərilməməsini, şirkət in möhüründən istifadə etməməsini əsas gətirərək işin iqtisadi yox, mülki mübahisə olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Halbuki, işin düzgün həlli üçün faktiki halların müəyyən edilməsi tələb olunur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hazırki mübahisənin düzgün həlli üçün bəzi məsələlərə aydınlıq gətirməyi zəruri hesab edir. Mülki Məcəllənin 324.5-ci maddəsində deyilir ki, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə t əkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki halda məhkəmə araşdırmasının predmetinə çevrilmiş qəbzə təkcə onun hərfi mənası baxımından, yəni həmin qəbzdə N6 ifadə olunmuş iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, qəbzə qədə rki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri, ümumilikdə onun mənası baxımından nəzərə alınmaqla qiymət verilməlidir. Doğrudur, iş materiallarının 17-ci vərəqində olan qəbzdə ”Cavabdeh” İstehsal Kommersiya Şirkətinin deyil, X1 İddiaçı MMC-yə borcunun olduğu qeyd edilmişdir. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. Lakin aydın məsələdir ki, Mülki Məcəllənin 49.2-ci maddəsində deyildiyi kimi, hüquqi şəxslər öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Başqa sözlə, hüquqi şəxslər öz iradəsini səlahiyyətli nümayəndəsi vasitəsi ilə ifadə edirlər ki, X2 da həmin qə bzi şəxsi məqsədləri və şəxsi borcu olduğu üçün deyil, təmsilçisi və direktoru olduğu şirkətin adından və onun mənafeyi üçün imzalamışdır. Nəzərdən qaçırmaq olmaz ki, X2 həmçinin hazırki iş üzrə məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir. İşdən görünür ki, N6 birinci instansiya məhkəməsinin iclasında iştirak edərək verdiyi izahatında, apellyasiya şikayətində, apellyasiya baxışı zamanı iddiaya münasibətinə dair yazılı ərizəsində iddia edilən borcun onun şəxsi borcu olduğunu, direktoru olduğu şirkətlə əlaqəsinin olmadığını bildirməmiş, eləcə də sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçı ilə alqı-satqı münasibətlərinin olmasını inkar etməmişdir. N6 sadəcə borcun məbləğini, daha doğrusu, mövcudluğunu mübahisələndirmişdir. İşin hallarından göründüyü kimi, münasibətlər İddiaçı MMC ilə ”Cav abdeh” İstehsal Kommersiya Şirkəti arasında cərəyan etmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, məlum qəbzdə X2 24.02.2018-ci ilədək İddiaçı MMC-yə 22245 ABŞ dolları və 2865 avro borcunun qaldığını qeyd edərkən, onun özünün şəxsi borcunu deyil, təmsilçisi olduğu şirkətin borcunu qanuni təmsilçi qismində etiraf etmişdir. Belə olan halda sözügedən qəbzdə qeyd olunanlar əslində ”Cavabdeh” İstehsal Kommersiya Şirkətinin iradə ifadəsi kimi qəbul edilməli, münasibət tərəfi olaraq mübahisə bu aspektdə araşdırılmalı idi. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalar ından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Bəhs edilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh edilə nləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Nəticəvi hissə: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-2(107)-30/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar