Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-439/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, süburlar, elektron qaimə faktura Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Xəlilov İsmayıl Kamil oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun tutulması”na dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli 2-2(105)-11/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİ N HALLARİ
1. Satıcı qismində İddiaçı (bundan sonra – “iddiaçı”) ilə alıcı qismində Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2019-cu il 19 iyun tarixli, SA-486 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşma protokollarında, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Bundan əlavə müqavilənin: - 1.2-ci bəndinə əsasən malların satıcı tərəfindən alıcıya təhv il verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilir; - 2.2-ci bəndinin tələblərinə görə, malı müqavilə ilə müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək (2.2.1.), alıcıya tərəflər arasında bu müqavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək (2.2.3.), alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da təqdim etmək (2.2.6.). Satıcının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir; - 2.3.5-ci bəndinə əsasən, mallarla birgə hər dəfə qaimə-fakturaların da verilməsini tələb etmək, əgər qaimə-faktura təqdim edilməzsə qaimə-faktura verilənədək malların qəbulundan imtina etmək alıcının hüququ kimi müəyyən edilmişdir; - 3.2-ci bəndi nə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir; - 4-cü bəndinə əsasən, alıcı malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilən şərtlərə uyğun həyata keçirir. - 7.4-cü bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır. - 10.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. 2. 2020-ci il 27 avqust tarixli, 3 nömrəli və 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli X1 görünür ki, ümumilikdə dəyəri 359.000 manat məbləğində olan cəmi 1.000 ton miqdarında buğda məhsulları nın satıcı tərəfindən alıcıya satılması barədə razılığa gəlinmişdir. Protokolların 1-ci bəndlərinə əsasən, mallar - sifariş verildikdən sonra 1 iş günü ərzində satıcının Giləzi rayonunda yerləşən ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. 2-ci bəndlərinə əsasən, malların dəyəri - mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir.
3. Satıcı tərəfindən buğda satışı ilə əlaqədar ödənilməli olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin (ƏDV hesablanmamışdır) göstərildiyi və “Əsas” qrafasında “müqaviləyə əsasən” qeydi aparılmış 2020-ci ilin sentyabr ayına aid Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qai mə-faktura sistemində alıcıya təqdim edilməsi məqsədilə elektron qaydada Elektron Qaimələr tərtib olunmuşdur.
4. Cavabdehin 2021-ci il 17 iyun tarixli audit rəyindən görünür ki, 2019-cu il 19 iyun tarixli SA-486 nömrəli alğı-satqı müqaviləsi üzrə satılması nəzərdə tutulan malların alıcı tərəfindən qəbul edilməsini təsdiq edən sənədlər audit araşdırması zamanı aşkar edilməmişdir. 5. 2021-ci il 18 fevral tarixli 1073 nömrəli ödəniş tapşırığından görünür ki, alıcı tərəfindən satıcıya 50.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
6. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 4 may tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında yaranmış 231.954 manat məbləğində borcu 2021ci ilin 7 may tarixinə kimi ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı b ildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 231.954 manat məbləğində əsas borcun və 34.793 manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 19 iyun tarixli SA-486 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 1.092,64 ton həcmində, 392.257 manat dəyərində buğda və sair məhsullar almışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə-fakturalarla təsdiq edilmişdir. Cavabdehin müqaviləyə əsasən 231.954 manat məbləğində borcu yaranmışdır ki, həmin borc bu günə qə dər ödənilməmiş, borc tələb olunan zaman isə öhdəliyin icrasından imtina edilmişdir. Bununla da, cavabdeh öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur.
9. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş 231.954 manat məbləğində pulun geri qaytarılması və öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Qaytarılmalı olan 231.954 manat məbləğində pulun əsassız olaraq cavabdeh tərəfindən saxlanılması ilə iddiaçıya zərər vurulmuşdur. Belə ki, iddiaçı tələb olunan borc məbləğini depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə artıq bir il müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən bir ilə 34.793 manat gəlir əldə edə bilərdi. Cavabdeh borcunu ödəmədiyindən, iddiaçı həmin gəlirdən də məhrum olmuşdur.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 324.1-324.3, 331.1, 442, 443.1, 445.1, 445.7, 446.1, 448.1, 448.2, 449.1, 449.2, 739.1, 739.2, maddələrinə istinad etmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli e-2-2(119)672/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z. Sadiqov).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ediləcək pul ödənişləri ilə əlaqədar elektron qaimə-faktura (elektron qaimə) satılan m allar barədə məlumatları özündə əks etdirən sənədlər, yəni təhvil-təslim aktları və s. əsasında doldurularaq elektron qaydada qarşı tərəfə təqdim olunan sənəddir və elektron qaimə-faktura 5 gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir. Elektron qaimə elektron qaydada göndərilir və 5 gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir və həmin sənəddə satılan malların faktiki olaraq təhvil verilməsi və alınması öz əksini tapmamışdır.
14. İddiaçı tərəfin təqdim etdiyi həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) malların təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Həmin elektron qaimələrin “Əsas” sətrində (qra fasında) “Müqaviləyə əsasən” qeydi aparılmışdır ki, bu qeyd də məlum Qaydaların tələblərini əks etdirməməklə yanaşı, həm də malların təhvil verilmə faktını təsdiq etmir. Bütün bu hallara görə də, həmin “elektron qaimələr” - məlum müqavilənin 2.2.6-cı yarımbəndində nəzərdə tutulan “qaiməfakturanı” əvəz edə bilməz.
15. Müqavilədə nəzərdə tutulan qaimə-fakturada malın təhvil verilməsi (malın qəbul edilməsi) öz təsdiqini tapmalı idi. İddiaçı tərəfin təqdim etdiyi elektron qaimələrdə isə müqavilədə nəzərdə tutulan malların alıcıya təhvil verilməsi öz təsdiqini tapmamışdır. Halbuki, müqavilədə nəzərdə tutulan malların təhvil verilməsi - müvafiq qaydada tərtib edilərək, hər iki tərəfin səlahiyyətli əməkdaşları tərəfindən imzalanan və məzmunu ilə hansı miqdarda malın, nə vaxt, harada, kim tərəfind ən təhvil verilməsi və kimin tərəfindən qəbul edilməsi kimi məlumatları özündə əks etdirən qaimə-faktura (təhvil-təslim aktı) ilə müəyyən oluna bilərdi.
16. İddiaçı tərəfindən təqdim olunmuş Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcıya təqdim edilməsi məqsədilə satıcı tərəfindən elektron qaydada tərtib olunmuş 2020-ci ilin sentyabr ayına aid “Elektron Qaimələr” isə malların həqiqətən də verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Çünki, ilk növbədə ödəniləcək pul vəsaitləri barədə məlumatı əks etdirən və heç bir halda məlum müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə müqavilədə nəzərdə tutulan malların alıcıya təhvil verilməsinin müəyyən olunması mümkün deyildir.
17. Cavabdeh tərəf məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan malların təhvil verilmədiyini bildirmiş, həmin halın təkzibi ilə əlaqədar audit rəyini məhkəməyə təqdim etmiş və eyni zamanda, məlum müqavilə üzrə müəyyən məbləğlərdə pul ödənilməsini isə əvvəlcədən heç bir araşdırma aparılmadan ödəniş edilməsi ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi öz xarakterinə görə yazılı sübutlar hesab edilən sənədlər əsasında sübut edilməli olduğuna görə, məhkəməyə tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan malların həqiqətən də təhvil verilməsini təsdiq edən yazılı sübutlar (qaimə-faktura, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim olunmamışdır.
18. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.1, 567, 568.1, 568.2, 569.1, 570.1.1, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019-cu il 18 mart tarixli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.1, 1.2, 1.3, 2.1, 2.2, 2.2.1, 2.3, 2.5.3, 33.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 89.1, 89.2, 106.1, 119.1, 217.3, 217.4 -cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı 2021-ci il 29 oktyabr tarixində apellyasiya şikayəti verərək, həmin qətna mənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli 2-2(105)-11/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – F. Məmmədov, hakimlər – Z. Məmmədov və R. Ağayev).
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı hallara istinadən (bax yuxarıda §§13-17) hesab etmişdir ki, mübahisələndirilən qətnamədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlinmişdir.
22. Apellyas iya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 425.1, 433.3, 427, 567, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının 2.5.3, 3.7, 3.9, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 3.4, MPM-nin 14.2, 77.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 mart tarixdə iş üzrə tərəflərə göndərilmiş və iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.
24. İddiaçı 2022-ci il 29 aprel tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməs i və işin yenidən apellyasiya məhkəməsində baxılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbi pozulmuşdur. İşə baxarkən iddia tələbinin əsaslarına və təqdim edilmiş sübutlar barədə obyektiv araşdırma aparılmamış, bununlada iddiaçının konstitusion hüquqları pozulmuşdur.
26. MM-in 10.1, 404.2, 567, 600.4-cü maddənin tələbləri pozulmuşdur. Müqaviləyə əsasən mal sifariş veriləndən qısa müddət sonra və operativ şəkildə alıcıya çatdırılmalıdır. Bu isə tərəflər arasında olan uzun müddətli münasibətlərin işgüzar səviyyədə olmasına dəlalət edir. Hər bir halda, bu məsələ birinci instansiya və apellyasiya instansiya məhkəməsi tərəfində n yoxlanılmalı və qiymətləndirilməli idi. Lakin aşağı instansiya məhkəmələri tərəfindən işgüzar adətlərdən irəli gələn qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır.
27. Müqaviləyə əsasən mallar təhvil veriləndən sonra elektron qaimə alan tərəfə göndərilir. İddiaçının malları cavabdehə təhvil vermədən elektron qaimə göndərmişdirsə, belə olan halda cavabdeh tərəfindən heç bir etiraz təqdim olunmamışdır.
28. Elektron qaimələrdən və müqavilədən də göründüyü kimi təhvil-təslim məhz elektron qaimələr əsasında həyata keçirilir. Qiymət razılaşma protokolunun 2-ci bəndinə görə mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir, lakin cavabdeh tərəfindən icra edilməmişdir. 29. “Elektron vergi hesab-fakt uralarının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 5.2-ci bəndi pozulmuşdur. Elektron vergi hesab-fakturanın ləğvi, fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. İddiaçı tərəfindən verilən elektron qaimə cavabdehin məsul şəxsi tərəfindən təsdiq olunmuş və birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən elektron qaimələrin təsdiq olunduğu bildirilmişdir. Cavabdeh tərəfindən bununla bağlı heç bir pretenziya məktubu göndərilməmiş, əksinə iddiaçının pretenziya məktubundan sonra cavabdeh tərəfindən iddiaçının hesabına 50.000 manat məbləğində pul köçürülmüşdür. Bu isə cavabdeh tərəfindən borc məbləğinin qəbul etdiyini təsdiq edir. Lakin məhkəmələr tərəfindən bu hal nəzərə alınmamışdır.
30. MPM-in 14.1, 14.2, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri po zulmuşdur. Belə ki, həm birinci həm də apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən keçirilən audit rəyinə əsasən əsaslandırılmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələrə aid olaraq sonuncudan heç bir etiraz təqdim olunmamışdır. Elektron qaimə göndərilməsinə və cavabdeh tərəfindən iddiaçıya xidmət göstərilmədiyinə görə ödəniş edilmədiyinin bildirilməsinə baxmayaraq, uzun müddət ərzində cavabdehə göndərilən elektron qaimələrlə bağlı öz etiraz, mülahizə və pretenziyalarının göndərilməmə səbəbini, eləcə də cavabdeh tərəfindən vergi hesabatları təqdim edilərkən iddiaçı tərəfə müqavilə üzrə yaranmış borcun vergi hesabatlarında öz əksini tapması halı və səbəbləri araşdırılmamışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar və obyektiv olaraq araşdırma aparılmamı şdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrası nı tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilmə lidir.” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikd ə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə
569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı... 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;...” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyal arın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktla r əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....”
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şüb hə altına alır....”
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019-cu il 18 mart tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, h əmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir....”
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı Qərarı ilə qüvvədən düşmüşdür.) “1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə tə qdim edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir....” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi 2.1. Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. 2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir: 2.2.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi;... 2.3. Elektron qaimə-fakturada məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir.... 2.5.3.Elektron qaimə-fakturanın “Təqdim edən” rekvizitində malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Alıcı” rekvizitində isə malın (işin, xidmətin) alıcısının tam adı və VÖEN-i göstərilməlidir....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı elektron formatda təqdim edir. 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür. 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) t əqdim edilən vaxt verilir. 3.4. Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.... 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yen i seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.”
40. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.2.2. malların qaytarılması barədə (2 nömrəli əlavə); 2.2.3. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən (3 nömrəli əlavə);... 2.2.6. agent (komisyonçu) tərəfindən malların vəkalətverənə (komitentə) qaytarılması barədə (6 nömrəli əlavə);... 2.2.9. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən (9 nömrəli əlavə)....” “Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri isti sna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir....”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə v ə başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq ol unmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. [265] 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəm ə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yen idən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
43. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
44. Belə ki, tərəflər arasında 2019-cu il 19 iyul tarixli alğı-satqı müqaviləsi bağlanmış və 2020-ci il 27 avqust tarixli 3 n ömrəli və 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli X2 əsasən ümumi dəyəri 359.000 manat məbləğində olan cəmi 1.000 ton miqdarında buğda məhsullarının satıcı tərəfindən alıcıya satılması barədə razılığa gəlinmişdir.
45. Müqavilənin tərkib hissəsi olan, həmin razılaşma protokollarının ikinci bəndiə əsasən, malların dəyəri, mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir.
46. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, mallar təqdim olunan qaimə-fakturaya əsasən qəbul edilərək almağı öhdəsinə götürmüşdür. Bununla belə, həmin müqaviləyə əlavə olunmuş 2020-ci il 27 avqust tarixli və 2020-ci il 8 sentyabr tarixli protokolun 2-ci bəndindən görünür ki, malların dəyəri mallar təhvil verildikdən elektron-qaimə təqdim edilərək 30 gün ərzində köçürmə yolu ilə satıcıya ödənilir. Bununla da ödənişlər qaimə-fakturaya əsasən deyil, elektron-qaiməyə əsasən aparılmışdır.
47. Hazırkı, mübahisə malların cavabdehə təhvil verilib-verilməməsi ilə əlaqədar olmuşdur ki, iş materiallarında cavabdehə iddiaçı tərəfindən göndərilmiş 13 ədəd elektron- qaimə mövcuddur. Həmin elektron qaimələrdə cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış müqavilə barədə məlumatlar qeyd olunmasa da, elektron qaimələrin “vahidinin buraxılış qiyməti” bağlı hissəsində 359 rəqəmi öz əksini tapmışdır. Bu isə, məhz tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş vahidin dəyəri ilə üst-üstə düşür. Bundan başqa o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 24 iyun 2021-ci il tarixli məhkəmə iclası protokolunda cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin bağlandığını, borcun həmin müqaviləyə əsasən yarandığını, 392.257 manat məbləğində borcun olduğunu, müəyyən ödənişlərin edildiyini, pandemiya şəraitinə görə cavabdehin öz öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyini, quşların həmin buğda məhsullarını yedikdən sonra ölüm hallarının çoxaldığını, iddiaçıdan alınmış buğda məhsulları ilə əlaqədar araşdırma aparıldığını, borcun 231.954 manat olduğunu, cavabdehin barışığa razı olduğunu bildirmişdir. Yalnız bundan sonra, məhkəməyə 2021-ci il 17 iyun tarixli audit rəyi təqdim edilməklə cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı imzalanmış sənəd və ya sübut, həmçinin imzalanmış qaimə-fakturanın aşkarlanmadığı göstərilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında 13 ədəd elektron qaiməfaktura mövcuddur. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayında müəyyən ardıcıllıqla cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Cavabdehin əsas dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən malların təhvil verilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış, göstərilən qaimələr isə mühasibatlıq tərəfindən təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhsulun təhvil verilməməsi elektron qaimələrin isə yalnız mühasibatlıq tərəfindən təsdiqlənməsi i lə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci il 2 fevral tarixdə cavabdehə göndərilmiş pretenziyada tərəflər arasında bağlanmış müqavilənin bağlanma tarixi və sayı da göstərilməklə 281.954 manat məbləğində borcun olması qeyd edilmiş və onun 25 yanvar 2021-ci il tarixədək ödənilməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarında olan cavabdehin 18 fevral 2021-ci il tarixli ödəniş tapşırığı ilə 50.000 manat iddiaçının hesabına köçürülmüşdür. Digər tərəfdən, işə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 31 yanvar t arixli məhkəmə iclas protokoluna əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 160.303 manat məbləğində malın və tərəflər arasında əvvəllər olmuş işgüzar dövriyyə münasibətləri üzrə malların hansı qaydada təhvil təslim aparılması barədə sənədlərin təqdim edilməsi təklif olunmuş, lakin bununla bağlı yenə də cavabdeh tərəfindən 2019-cu il 9 iyun tarixdən rəyin verildiyi tarixədək malların təhvil verilməsini sübut edən sənədlərin mövcud olmamasına dair 17 fevral 2022-ci il tarixli daxili audit rəyi təqdim olunmuşdur.
49. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.2-ci maddəsi).
50. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan müqavilə, müqaviləyə əlavə qiymət razılaşdırma protokolları, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 50.000 manat məbləğində ödəniş tapşırığının mövcudluğu, həmin ödəniş tapşırığında ödənişin təyinatının buğda üçün olma sının göstərilməsi, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında qeyd etdikləri iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən yalnız birtərəfli qaydada tərtib edilmiş sənəd hesab olunan daxili audit rəyləri təqdim olunmuşdur. Digər tərəfdən, 2019-cu il 19 iyun tarixli müqavilədə satıcı tərəfindən təhvil verilməsinin qaimə fakturaya əsasən aparılması qeyd olunsa da, həmin müqavilənin 1.2-ci bəndində malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddətinin müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşdırma protokollarında da nəzərdə tutulmuş, həmçinin 1.3cü bəndində razılaşma protokollarında alqı-satqı ilə əlaqədar əlavə şərtlərin də nəzərdə tutulması imkanı istisna olunmamışdır. Qiymət r azılaşdırmasına dair 3 və 4 saylı protokolların 2-ci bəndlərində isə malların dəyəri mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində alıcı tərəfindən satıcıya ödənilməsi şərtləndirilmişdir. Belə olan təqdirdə, həmin müqavilənin tərkib hissəsi olan razılaşdırma protokollarda göstərilmiş bu şərtin inkar edilməsi və həmin protokolların şərtlərinə uyğun olaraq cavabdehə göndərilmiş 13 ədəd elektron qaimə-fakturaların inkar edilməklə yalnız müqavilədə nəzərdə tutulan hesab fakturanın əsas götürülməsi elə bu müqavilənin özünün 1.3-cü bəndinin tələbi baxımından məqbul sayıla bilməz.
52. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun g əlsin.
55. Həmçinin alıcı tərəfindən qeyd edilsə də ki, satıcıdan heç bir malın çatdırılması baş tutumayıb, bununla bağlı iş materiallarında və ya məhkəməyə heç bir sübut təqdim etməyib.
56. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticəni üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
57. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
58. MPM-in 417.1.3-cü maddəsinə görə kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
59. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiya sı məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
60. Məhkəmə Kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli, 22(105)- 11/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli 2-2(105)-11/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.