Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-439/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 aprel tarixli 2-2(105)-37/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Distribyutor İddiaçı MMC (VÖEN **********) ilə Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış 2022-ci il 8 fevral tarixli *** nömrəli distribütor müqaviləsinə əsasən distribütor bu müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-nin istehsal etdiyi müxtəlif metal məhsulları bu müqavilə ilə müəyyən edilən ərazi hüdudlarında üçüncü şəxslərə satmaq imkanını əldə edir.
2. Müqavilə əsasında Cavabdeh MMC-yə 2022-ci il 1 dekabr tarixindən 2022-ci il 31 dekabr tarixinədək ƏDV daxil cəmi 1.044.240,42 manat məbləğində malların verilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir. İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına Cavabdeh MMC tərəfindən 2022-ci il 1 dekabr tarixindən 2022-ci il 31 dekabr tarixinədək 109.005,35 manat məbləğində ƏDV, bank hesabına isə 605.585,29 manat mədaxil olunmuşdur. 3. 2023-cü il 27 iyul tarixli “Üzləşmə aktı”-на ясасян Cavabdeh MMC-nin İddiaçı MMC-yə 2022-ci il 31 dekabr tarixinə borcu 117.529,01 manat təşkil ediр. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 117.529,01 manat borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat mediasiya xərcinin və 8 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 8 fevral tarixində *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqaviləyə əsasən iddia çıdan qara metal almışdır. Göstərilən fakt elektron qaimələr ilə öz təsdiqini tapmış, lakin cavabdeh həmin elektron qaimələrə əsasən iddiaçıdan alınmış malların pulunu ödəməmiş, nəticədə cavabdehin borcu yaranmaqla bununla bağlı tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur. Həmin üzləşmə aktına görə 2022-ci il 31 dekabr tarixinə cavabdehin iddiaçıya 117.529,01 manat borcunun olması təsdiq olunmuşdur. Cavabdehə həmçinin pretenziya məktubu göndərilmiş, bununla yanaşı mübahisənin məhkəmədən kənar həlli üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2023-cü il 18 sentyabr tarixli MŞŞ/MT030/202301955 nömrəli arayış verilmişdir.
6. Mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən 2023-cü il 14 noyabr tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul edərək iddiaçının cavabdehin təmsilçisi kimi fəaliyyət göstərdiyini, malların cavabdeh tərəfindən istehsal edilərək iddiaçıya satıldığını, sonuncu tərəfindən isə həmin malların digər şəxslərə satıldığını bildirmişdir. İddiaçının rəhbəri Rüfət Əliyev olmaqla yanaşı, o həmçinin digər bir məhdud məsuliyyətli cəmiyyətin də rəhbəridir. Cavabdeh R.Əliyevin rəhbəri olduğu digər məhdud məsuliyyəti cəmiyyətlə əməkdaşlıq edilərək emal edilib satılması üçün metal mallar alınmışdır. Hazırda iddiaçının cavabdehə 140.000 manat, cavabdehin isə iddiaçıya 117.000 manat borcu qalmış, rəhbərliklər səviyyəsində şifahi qaydada danışıqlar aparılaraq tərəflər a rasında olan bu borclar əvəzləşdirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə mübahisəsinin barışıqla yekunlaşdırılması üçün vaxt verilməsini məhkəmədən xahiş etmiş, lakin sonrakı məhkəmə baxış iclasında iştirak etməmişdir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 13 dekabr tarixli, e-2-2(119)1321/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 117.529,01 manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 8 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 117.737,01 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən dövlət nəfinə 399,53 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim H.Alıyeva).
8. Birinci insta nsiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,, tərəflər arasında 08 fevral 2022-ci il tarixli, RP/AH -0802 nömrəli distribütor müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 1.044.240,42 manat dəyərində qara metalı cavabdehə təhvil vermişdir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə ödənişlər edilsə də, cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 117.529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində manat məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur.
9. İşin materiallarından görünür ki, cavabdehin iddiaçıya 31 dekabr 2022-ci il tarixə 117529,01 manat məbləğində borcunun olması barədə tərəflər arasında 27 iyul 2023-cü il tarixli “Üzləşmə aktı” imzalanmışdır. Buna görə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “cavabdehdən iddiaçının xeyrinə 117.529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) borcun tutulması” hissəsində təmin olunmalı, 08 fevral 2022-ci il tarixli, *** nömrəli distribütor müqaviləsi üzrə ödənilməmiş 117.529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə müəyyən etdiyi faktiki hallara Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 390.1, 399.1, 385.1, 425.1, 427.3, 442 və 448-ci maddələrinin tələbləri baxımından qiymət vermiş, gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 106.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 aprel tarixli 2-2(105)-37/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər – A.Süleymanova və G.Cabbarova).
13. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə görə, üzləşmə aktının müqavilə ilə aidiyyəti yoxdur, cavabdehin malları təhvil almaq və buna görə ödəniş etmək kimi öhdəliyi olmamışdır, müqavilənin heç bir şərtində malların təhvil verilməsi, təhvil verilməsi q aydası, qaytarılan malların qiymətinin müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir. Buna görə də ilk növbədə tərəflər arasında əlavə razılaşma olmalı idi və buna müvafiq öhdəlik yaranmalı idi
14. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edərək göstərmişdir ki, cavabdeh üzləşmə aktının müqavilə ilə aidiyyəti olmadığını bildirirsə, hazırki halda həmin üzləşmə aktının tərəflər arasında bağlanmış digər bir müqaviləyə aid olmasına dair sübut təqdim etməlidir. Cavabdeh tərəfindən belə bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsini iclasında cavabdehin nümayəndəsi də iddianı etiraf etmişdir.
15. Cavabdehin növbəti dəlili ilə bağlı isə məhkəmə qeyd eтмишдир ки, müqavilənin şərtində malların təhvil verilməsi, təhvil ve rilməsi qaydası, qaytarılan malların qiymətinin müəyyən edilməsi ilə bağlı razılaşma olmaması borcun olmaması anlamına gələ bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, malı almışlar, malların dəyəri tam həcmdə ödənilmişdir, üzləşmə aktının cavabdeh şirkət tərəfindən imzalandığını təsdiq edirlər, üzləşmə aktının konkret olaraq hansı müqavilə ilə bağlı olması məlum deyildir, üzləşmə aktından sonra hər hansı ödəniş olmamışdır. İzahatdan görünür ki, nümayəndə malı təhvil aldıqlarını, üzləşmə aktı imzalandıqdan sonra hər hansı ödənişin olmadığını bildirmişdir. Bu səbəbdən üzləşmə aktının konkret olaraq hansı müqavilə ilə bağlı olmasının məlum olmaması, malların dəyərinin tam həcmdə ödənilməsi barədə nümayəndənin dediklərini məhkəmə işin hallarına uyğun hesab etməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni MM-nin 5.3, 385.1, 425.1, 427.3, 442-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-nin 421.1-ci maddəsi üzrə - tərəflər arasında olan ilkin müqavilədə malların geri qaytarılması, təhvil verilməsi və dəyərinin hesablanması qaydaları nəzərdə tutulmamışdır. Eyni zamanda tərəflər arasında bu məsələləri tənzimləyən hər hansı əlavə razılaşma bağlanılmamışdır. Belə bir razılaşma olmadığı halda malların geri qaytarılmasının necə və hansı qaydada t əhvil verilməsi və onun dəyərinin necə hesablanmasına məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir.
19. MPM-nin 217-ci maddəsi üzrə - məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Hazırkı halda isə məhkəmə maddi və prossesual hüquq normalarının tə ləblərini pozaraq işə obyektiv baxmamış və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. 20. Тərəflər arasındakı üzləşmə aktı satış üzrə qaytarılmış malın dəyərinə müvafiq olaraq tərtib olunmuşdur. Həmçinin qaytarılan malların bazar dəyərini itirməsi, amortizasiyası kimi hallar nəzərə alınmamış və müəyyən edilməsi ilə bağlı tədbirlər görülməmişdir. Göründüyü kimi məhkəmə qeyd olunan məsələlərə aydınlıq gətirməmişdir. Tərəflər arasında yaranan öhdəliklər 2022-ci il 8 fevral tarixli *** nömrəli distribütor müqaviləsinə əsasən yaranmışdır ki, həmin müqavilənin imzalanması tərəflərin müqavilə şərtlərini qəbul etməsi və icrasına görə öhdəlik götürməsinin göstəricisidir. Lakin həmin müqavilənin heç bir şərtində malların təhvil verilməsi, təhvil verilməsi qaydası, qaytarılan malların qiymətinin müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir. Bu səbəbdən, tərəflər arasında ilk növbədə əlavə razılaşma olmalı, buna müvafiq öhdəliklər yaranmalı idi. Lakin hazırkı halda məhkəmə müqavilə şərtlərində olmayan bir öhdəliyin icrasının cavabdeh tərəfindən icra edilməli olması barədə qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmənin əsas götürdüyü üzləşmə aktının tərəflər arasında bağlanmış müqaviləyə aid olub-olmaması da məhkəmə tərəfindən aydınlaşdırılmamış, tərəflər arasında olan faktiki münasibətə düzgün qiymət verilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi b ütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
5. Mülki hüquq münasibətlərinin suby ektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edil məlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
25. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həy ata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 27. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarl a tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
28. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işin müəyyən edilmiş mübahisə olunmayan hallarına görə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi iddia olunan borcunun olmasını təsdiq etmişdir. Bundan əlavə, cavabdehin iddiaçıya 31 dekabr 2022-ci il tarixinə 117.529,01 manat məbləğində borcunun olması barədə tərəflər arasında 27 iyul 2023-cü il tarixli üzləşmə aktı imzalanmışdır. Бuna görə də, məhkəmələr belə q ənaətə gəlmişlər ki, iddiaçı 117.529,01 manat borcun tutulmasını tələb etməkdə haqlıdır.
29. Nəzərə alınmalıdır ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-nin 106.3-cü maddəsi).
30. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ( bax yuxarıda bu Qərarın 13-cü bəndi ).
31. Məhkəmə kollegiyası cavabdehin işə mahiyyəti üzrə baxılarkən mövcudluğunu təsdiq etdiyi borcla bağlı hazırda kassasiya şikayətində irəli sürdüyü dəlillərin formal olduğunu nəzərə alaraq, cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üz rə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 14-15-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
32. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407). 33.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 aprel tarixli 2-2(105)-37/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.