Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-37/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi X3 qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1321/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Distribyutor İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) ilə arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsinə əsasən distribütor bu müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh istehsal etdiyi müxtəlif metal məhsulları bu Müqavilə ilə müəyyən edilən ərazi hüdudlarında üçüncü şəxslərə satmaq imkanını əldə edir.
2. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş arayışda göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsi əsasında Cavabdehnə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək ƏDV daxil cəmi 1044240,42 manat məbləğində malların verilməsi ilə bağlı elektron qaimələr göndərilmişdir. İddiaçı ƏDV sub-uçot hesabına Cavabdeh tərəfindən Cəmiyyətinə 01 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək 109005,35 manat məbləğində ƏDV, bank hesabına isə 605585,29 manat mədaxil olunmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 39 ədəd elektron qaimə üzrə cavabdehin borcu ƏDV daxil 329649,78 manat təşkil edir.
3. İddiaçı subuçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına ümumilikdə 109005,35 manat məbləğində ödəniş həyata keçirilmişdir.
4. İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 27 iyul 2023-cü il tarixli “Üzləşmə aktı”nda göstərilir ki, Cavabdeh İddiaçınə borcu 31 dekabr 2022-ci il tarixə 117529,01 manat təşkil edir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT
5. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 8 (səkkiz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 08 fevral 2022-ci il tarixdə RP/AH-0802 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan qara metal almış və bu fakt elektron qaimələr ilə öz təsdiqini tapmışdır. Həmin elektron qaimələrə əsasən iddiaçıdan alınmış malların pulu ödənilməmişdir. Bunun nəticəsində borc yaranmışdır. Bununla bağlı olaraq iddiaçı ilə cavabdeh arasında üzləşmə aktı tərtib olunmuşdur. Belə ki, həmin üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat borcunun olması təsdiq olunmuşdur. Cavabdehə pretenziya məktubu göndərilmiş, həmçinin Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞŞ/MT030/202301955 saylı arayış verilmişdir. İddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməsinə baxmayaraq bu günə kimi 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.
7. 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin təmsilçisi kimi fəaliyyət göstərir. Belə ki, mallar Cavabdeh tərəfindən istehsal edilərək İddiaçınə, sonuncu tərəfindən isə həmin mallar digər şəxlərə satılır. İddiaçı rəhbəri Rüfət Əliyevdir. Rüfət Əliyev həmçinin digər bir məhdud məsuliyyətli cəmiyyətin də rəhbəridir. Cavabdeh tərəfindən həmin Rüfət Əliyevin rəhbəri olduğu digər məhdud məsuliyyəti cəmiyyəti ilə əməkdaşlıq edilərək emal edilib satılması üçün metal mallar alınır. Hazırda İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə 140000 manat, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinin isə İddiaçı MMC-yə 117000 manat borcu vardır. Rəhbərliklər səviyyəsində şifahi qaydada danışıqlar aparılaraq tərəflər arasında olan bu borclar əvəzləşdirilmişdir. O, məhkəmə mübahisəsinin barışıqla yekunlaşdırılması üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1321/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdehndən 117529,01 (yüz on yeddi min beş yüz iyirmi doqquz manat bir qəpik) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 8 (səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 117737,01 (yüz on yeddi min yeddi yüz otuz yeddi manat bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 399,53 (üç yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 1044240,42 manat dəyərində qara metalı Cavabdehnə təhvil vermişdir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə ödənişlər edilsə də, cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 399.1, 385.1, 425.1, 427.3, 442, 448 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 9.1-1, 9.4, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.3, 217.4, 218.3, 119.2-ci maddələri ilə əsaslandırmışdır.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə təqdim edilmiş üzləşmə aktının müqavilə ilə aidiyyəti olmadığını nəzərə almalı idi. - məhkəmə cavabdehin malları təhvil almaq və buna görə ödəniş etmək kimi öhdəliyinin olmadığını nəzərə almamışdır. - iş üzrə tərəflər arasında yaranan öhdəliklər 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsinə əsasən yaranmışdır. Həmin müqavilənin imzalanması tərəflərin müqavilə şərtlərini qəbul etməsi və icrasına görə öhdəlik götürməsinin göstəricisidir. Lakin həmin müqavilənin heç bir şərtində malların təhvil verilməsi, təhvil verilməsi qaydası, qaytarılan malların qiymətinin müəyyən edilməsi bağlı razılaşma əldə edilməmişdir. Buna görə də ilk növbədə tərəflər arasında əlavə razılaşma olmalı idi ki, buna müvafiq öhdəlik də yaransın. Lakin məhkəmə müqavilə şərtlərində olmayan bir öhdəliyin icrasını cavabdeh tərəfindən icra etməsini barədə qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmənin əsas götürdüyü üzləşmə aktının tərəflər arasında bağlanmış müqaviləyə nə dərəcədə aid olması da sual olaraq qalır. Məhkəmə tərəfindən mütləq şəkildə aydınlaşdırılamlı idi ki, həmin üzləşmə aktı mübahisə yaranan müqaviləyə aiddir. - birinci instansiya məhkəməsi qətnamədə gəldiyi mövqeni tərəflər arasında bağlanmış müqaviləyə istinad etməklə əsaslandırmışdır. Lakin məhkəmə müqavilə nəzər yetirməsinə baxmayaraq iş üçün əhəmiyyətli olan şərtlərin müqavilədə olmadığını və tərəflərin iş üçün əhəmiyyət kəsb edəcək şərtlərin müqaviləyə daxil edilmədiyini sübut kimi nəzərə almamışdır. Məhkəmə tərəfindən əsas götürülən müqavilənin şərtlərinin mübahisəyə aid olması və üzləşmə aktının 08 fevral 2022-ci il tarixli, RP/AH-0802 nömrəli distribütor müqaviləsi əsasında tərtib olunması sübut edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
15. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin dəlillərinə görə, üzləşmə aktının müqavilə ilə aidiyyəti yoxdur, cavabdehin malları təhvil almaq və buna görə ödəniş etmək kimi öhdəliyi olmamışdır, müqavilənin heç bir şərtində malların təhvil verilməsi, təhvil verilməsi qaydası, qaytarılan malların qiymətinin müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir. Buna görə də ilk növbədə tərəflər arasında əlavə razılaşma olmalı idi və buna müvafiq öhdəlik yaranmalı idi.
18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üzləşmə aktının müqavilə ilə aidiyyəti olmadığını bildirirsə, hazırki halda həmin üzləşmə aktının tərəflər arasında bağlanmış digər bir müqaviləyə aid olmasına dair sübut təqdim etməlidir. Cavabdeh tərəfindən belə bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsini iclasında cavabdehin nümayəndəsi də iddianı etiraf etmişdir.
19. Cavabdehin növbəti dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin şərtində malların təhvil verilməsi, təhvil verilməsi qaydası, qaytarılan malların qiymətinin müəyyən edilməsi ilə bağlı razılaşma olmaması borcun olmaması anlamına gələ bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, malı almışlar, malların dəyəri tam həcmdə ödənilmişdir, üzləşmə aktının cavabdeh şirkət tərəfindən imzalandığını təsdiq edirlər, üzləşmə aktının konkret olaraq hansı müqavilə ilə bağlı olması məlum deyildir, üzləşmə aktından sonra hər hansı ödəniş olmamışdır.
20. İzahatdan görünür ki, nümayəndə malı təhvil aldıqlarını, üzləşmə aktı imzalandıqdan sonra hər hansı ödənişin olmadığını bildirmişdir. Bu səbəbdən üzləşmə aktının konkret olaraq hansı müqavilə ilə bağlı olmasının məlum olmaması, malların dəyərinin tam həcmdə ödənilməsi barədə nümayəndənin dediklərini kollegiya işin hallarına uyğun hesab etmir.
21. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
23. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1321/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.