Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-91/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh qanuni təmsilçisi Nümayəndə3 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-2(119)-940/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2-2(119)- 940/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdehndən ƏDV daxil cəmi 41127,72 (qırx bir min yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində borc, 213,38 (iki yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 41461,10 (qırx bir min dörd yüz altmış bir manat on qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Cavabdeh nümayəndəsi vəkil Nümayəndə4 04 iyun 2025-ci il tarixdə həmin qətnamədən şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2- 2(119)-940/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verə bilmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2-2(119)-940/2024 nömrəli qətnaməsi ilə bağlı məlumat qətnamənin icrası ilə məşğul olan icra məmuru tərəfindən icra şöbəsinə dəvət edilərkən əldə edilmişdir. Həmin qətnamə Cavabdehnə təqdim edilməmiş və cavabdeh qeyd olunan qətnamədən məlumatsız olmuşdur. Dəfələrlə məhkəmə qətnaməsini əldə etmək üçün məhkəməyə müraciət edilmişdir. Lakin qətnamənin “X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinə verilməsindən boyun qaçırılmışdır. X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru həmin qətnaməni 15 may 2025-ci il tarixdə əldə etmişdir. Qeyd olunanlara əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2- 2(119)-940/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. Buna görə müddətin bərpasına dair ərizə təmin edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-2(119)-940/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə4 Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-940/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında ərizəsinin rədd edilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Cavadeh Cavabdeh nümayəndəsi vəkil Nümayəndə4 27 iyun 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-2(119)-940/2024 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbul etməklə cavabdehlərin həmin hüquqları da pozmuşdur. Qeyd olunan pozuntulara nümunə olaraq cavabdehə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 940/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi təqdim edilməmişdir. Bununla da, işə baxan məhkəmə MPM-nin 277.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəf sözü gedən məhkəmə qətnaməsi haqqında məlumatı qətnamənin icrası ilə məşğul olan Sumqayıt İcra şöbəsinin icra məmurunun çağırışından sonra əldə etmişdir. Cavabdeh fəaliyyəti uzun müddət dayandırılmışdır. Buna görə də, elektron məhkəmə informasiya sisteminə giriş imkanları olmamışdır. Qətnamə 25 may 2025-ci il tarixdə rəsmi qaydada Cavabdehnə təqdim olunduğuna görə, göstərilən qətnamədən apellyasiya şikayəti vermə müddətinin bir aylıq axımı 25 may 2025-ci il tarixdən başlayır. Sumqayıt Kommersiya Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2-2(119)-940/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə4 Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-2(119)-940/2024 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli e-2-2(119)-940/2024 nömrəli qərardadından Cavabdeh nümayəndəsi vəkil Nümayəndə4 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Məhkəmə kollegiyası tərəfindən şikayətə baxılması məhkəmə iclasına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Nümayəndə3 şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını MPM-in 10-1.1, 10-1.3, 129.1 və 360-cı maddələrinə istinad edərək haqlı olaraq onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2-2(119)-940/2024 nömrəli qətnaməsinin tam mətni 13 sentyabr 2024-cü il tarixdə Cavabdeh qanuni təmsilçisi (direktoru) Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra 15 oktyabr 2024-cü il tarixdə icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və həmin icra şöbəsinin 21 oktyabr 2024-cü il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə4 həmin qətnamədən 04 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə ərizə vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə qeyd edilən hal da yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən də “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, qətnamə cavabdehə rəsmi qaydada elektron kabinet vasitəsilə çatdırılsa da, qanunvericilikdə nəzərdə tutulan bir aylıq müddət ötürülməklə sonra şikayət vermişdir. Apellyasiya şikayətinin dəlillərində Cavabdeh fəaliyyəti uzun müddət dayandırıldığı qeyd edilsə də, iş materiallarına əsasən müəyyən edilir ki, qətnamə cavabdehin qanuni təmsilçisinin də elektron kabinetinə yüklənmişdir.Bundan əlavə iş materiallarına əsasən müəyyən edilir ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Cavabdehin üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak etməməsi isə işin hallarına əsasən öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.5-ci maddəsinin tələblərinə görə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunmamasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e-2-2(119)-940/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-91/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-91/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver