Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-44/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-44/2023 Açar sözlər: xidmət müqaviləsi üzrə borc tələbi, üzləşmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun ilkin iddia üzrə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh q arşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 22(103)-815/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Metanol Zavodunun əməkdaşı kimi qeyd edilən Svetlana Aliyeva tərəfindən Cavabdeh MMC-nin əməkdaşı kimi qeyd dilən Mirsubhan Mirzaliyevə elektron poçt vasitəsi ilə ünvanlanmış 2017-ci il 12 dekabr tarixli məktubuna əsasən, “2017-ci il 8 dekabr tarixində Ümumi şöbənin işçiləri ilə görüş zamanı birlikdə aşağıda qeyd edilən səbəblər yenidən baxılmışdır və məlum olmuşdur ki, səhvlər Ümumi şöbənin işçiləri tərəfindən edilməm işdir və səhvlər birbaşa sistemə aid olmuşdur. Xahiş edirik bundan sonra belə nöqsanlar olanda öncədən sistemi yoxlayıb sonradan rəhbərlik səviyyəsində məktublar yazasınız” məzmunlu məktub olmuşdur.
2. Metanol Zavodunun əməkdaşı kimi qeyd edilən Xalid Zalov tərəfindən Ülvi Xanbabayevə elektron poçt vasitəsi ilə ünvanlanmış 2018-ci il 16 yanvar tarixli məktubuna əsasən, “dekabr ayının əmək haqqı cədvəlinin 1C əmək haqqı modulundan hesablanmış, hesablamalarda problem yaranmamışdır. Danışdığımız kimi növbəti mərhələdə-hesablama hissəsi tamamlandıqdan sonra interfeys, hesabat və qalan məsələlər üzərində iş getməlidir. Beləliklə, ilkin olaraq qeydə aldığımız çatışmazlıqların, görmək istədiyimiz dəyişikliklərin siyahısını aşağıda nəzərinizə çatdırıram:...” məzmunlu məktub olmuşdur.
3. Metanol Z avodunun əməkdaşı kimi qeyd edilən Svetlana Aliyeva tərəfindən Ülvi Xanbabayevə elektron poçt vasitəsi ilə ünvanlanmış 2018-ci il 19 yanvar tarixli məktubuna əsasən, “Bildirmək istəyirik ki, sonuncu görüşümüz zamanı 1C proqramına əlavə iş saatlarının əlavə edilməsi ilə bağlı söhbətimiz olmuşdur. Hal-hazırda əlavə iş saatları iki işçi tərəfindən sistemə daxil edilir. Bir işçi tabelə salır, digər işçi isə əmrləri sistemə daxil edir. Belə ki, əlavə iş saatları tabel ilə və ya əmrə əsasən hesablanmalıdır. Hər iki işçi bir-bir əlavə iş saatlarını sistemə daxil edir. Bu halda hansısa işçi tərəfindən səhvə yol verilə bilər. Həmçinin hər iki işçinin vaxt itkisinə səbəb olur. Mühasibatlıq şöbəsinin əməkdaşı isə əlavə saatların hesablanmasını tabelə əsasən aparır. Xahiş edirik bu işi bir işçi tərəfi ndən aparılmasını, yəni tabel ilə aparılmasını təmin edəsiniz.” məzmunlu məktub olmuşdur.
4. Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 11 may tarixli rəyinə əsasən, Metanol Zavodunda olan “Dell” markalı “İnspiron N5110” modelli notebook tipli komputerin iş masasında 1C proqramına aid loqo müəyyən olunmuş; Həmin 1C proqram təminatına Metanol Zavodunun əməkdaşı olan Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmadı; Cavabdeh MMC-nin nümayəndəsi olan Ülvi Xanbabayev tərəfindən 1C proqram təminatına adminstrator kimi giriş həyata keçirildi və bu zaman işçilərə dair (ad, soyad, istifadəçi adı, zavodun adı və s.) aşkar olunmuşdur. 5. 2020-ci il 8 may tarixində tərəflər arasında qarşılıqlı üzləşmə aktı imzalanmış, Cavabdeh MMC "xxxx" MMC-yə 6.400 manat məbləğində kreditor borcu olduğunu təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu (bundan sonra – “iddiaçı”) 2021-ci il 12 iyul tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı ilkin iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 6.400 manat əsas borcun, həmin borca görə hesablanmış 1.280 manat məbləğində faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7.710 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında 2017-ci il 5 yanvar tarixli, 2017-AMC saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh iddiaçı üçün “1C: Mühasibat Proqramı” proqram məhsulu bazasında iddiaçının əmək haqqı və işçi heyətinin idarə olunması sisteminin quraşdırmalı və onun işləməsini (Xidmət) təmin etməli idi. Həmin Müqavilənin 4.3.1-ci bəndinə əsasən, iddiaçının cavabdehə 6.400 manat məbləğində vəsaiti avans şəklində ödənilməsi öhdəliyi göstərilmişdir. Avans ödənişinin iddiaçı tərəfindən 2017-ci il 13 mart tarixində həyata keçirilməsinə baxmayaraq, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və beləliklə müqavilə şərtlərini pozmuşdur. SOCAR-ın 2018-ci il 16 oktyabr tarixli SOCAR 181 000 030 300 060 020 C0001 nömrəli əmrinə əsasən "xxxx" MMC hüquqi varis kimi yeni yaradılmış iddiaçının Metanol zav oduna qoşulmaqla onun fəaliyyətinə xitam verilmişdir. "xxxx" MMC 2018-ci il 1 oktyabr tarixə olan debitor və kreditor borcları, o cümlədən cavabdehə avans şəklində ödənilmiş 6.400 manat məbləği müvafiq təhvil-qəbul aktına uyğun olaraq hüquqi varis kimi iddiaçıya ötürülmüşdür. 2020-ci il 8 may tarixində iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı ilə qarşılıqlı üzləşmə aparılmışdır və imzalanmış müvafiq qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, 6.400 manat məbləğində vəsait cavabdehin iddiaçıya borcu kimi qeyd edilmişdir.
8. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 4.1, 5.3, 6.2, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445, 449c u maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına istinad edilmişdir.
9. Cavabdeh 2021-ci il 21 sentyabr tarixində iddiaya qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıdan 9.600 manat ödənilməmiş borc, həmin borca görə hesablanmış 2.700 manat faiz borcunun, 1.000 maat hüquqi yardıma görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.331 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında imzalanmış 2017-ci il 5 yanvar tarixli, 2017-AMC saylı xidmət müqaviləsinə əsasən, cavabdeh iddiaçı üçün “İC: Mühasibat Proqramı” proqram məhsul u bazasında iddiaçının əmək haqqı və işçi heyətinin idarə olunması sistemini quraşdırmalı və onun işləməsini təmin etməli, iddiaçı isə bunun müqabilində müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdehin göstərdiyi xidmətlər müqabilində 6.400 manat müqavilə bağlandığı andan 10 iş günü müddətində, növbəti ödəniş 4.800 manat 30% ilk əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən, son ödəniş 4.800 manatın ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyinə baxmayaraq, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bugünədək ödənişi tam həyata keçirməmiş, cəmi 6.400 manat avans ödəmiş, avansdan sonra ödəməli olduğu 9.600 manat məbləği ödəməmişdir. B elə ki, cavabdeh tərəfindən 1C Proqram Təminatı bazasında əmək haqqının hesablanması üzrə modul quraşdırılmış və təlimlər keçirilmiş, yəni şərtləşdirilmiş öhdəlik tam icra olunmuş, nəticədə 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək iddiaçının əmək haqqının hesablanması və ödənilməsi 1C Proqram Təminatı üzərindən qurulub aparılmışdır. 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək iddiaçının işləyən işçilərin əmək haqlarının 1C Proqram Təminatı üzərindən qurulub hesablanması və ödənilməsi iddiaçıya məxsus 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək hesablanmış işçilərin əmək haqqı sənədləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər tam yerinə yetirilsə də, iddiaçı həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə cəmi 16.000 manat məbləğində ödəniş etməli olduğu halda cəmi 6.400 manat ödəniş etmiş, bugünədək 9.600 manat məbləğində borcu qalsa da ödənişi tam həyata keçirilməmişdir.
11. Tələbinin maddi hüquqi əsası kimi MM-in 14.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 fevral tarixli e-2-2(113)-203/2022 saylı qərardadı ilə borcun tutulması barədə iş üzrə məhkəmə kompyuter-texniki ekspertizası təyin edilmişdir (hakim-K.Hüseynov).
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 11 may tarixli 5/236 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının zavod unda olan “Dell” markalı “İnspiron N5110” modelli notebook tipli komputerin “iş masasında” 1C proqramına aid loqo müəyyən olunmuş; Həmin 1C proqram təminatına iddiaçının zavodunun əməkdaşı olan Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmamışdır; cavabdehin nümayəndəsi olan Ülvi Xanbabayev tərəfindən 1C proqram təminatına administrator kimi giriş həyata keçirilmiş və bu zaman işçilərə dair (ad, soyad, istifadəçi adı, zavodun adı və s.) aşkar olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 iyun tarixli, e-2-2(113)-203/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, əsas borc üzrə 6400 manat məbləğində, əsas borca illik 5 faiz hesablanmaqla 27,17 manat, cəmi 6.42 7,17 cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianln rədd edilməsi, ekspertiza xərcinin əvəzi olaraq 80 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim-K.Hüseynov).
15. Məhkəmə işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 2017-ci il 5 yanvar tarixində bağlanmış müqavilə cavabdeh iddiaçı üçün “1C: Mühasibat Proqramı” proqram məhsulu bazasında iddiaçının əmək haqqı və işçi heyətinin idarə olunması sisteminin quraşdırmalı və təyin olunmuş əlavə opsiyaların işləməsinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Görülməli olan işə görə ümumi ödənilməli olan məbləğ 16.000 manat təşkil etmiş və cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramının hazırlanması məqsədi ilə 2017-ci il 13 mart tarixində 6.400 manat məbləğində avans olaraq iddiaçıdan pul almışdır. Pulun qalan 4.800 manat olan hissəsi ilk əmək haqqı quraşdırılmış proqram vasitəsi ilə hesablanarkən, qalan 4.800 manat isə ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsi ilə hesablanarkən ödənilməli idi.
16. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığından tərəflərin bir-birinə qarşı olan tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mübahisənin həlli baxımından müəyyən edilməli olan ən əsas məqam nəzərdə tutulmuş 1C proqramının müqavilənin şərtlərinə uyğun ola raq cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsi olmuşdur.
17. Elektron poçt vasitəsi ilə yazışmaların məzmununa əsasən, 2018-ci il 19 yanvar tarixində müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramı iddiaçıya təhvil verilməmiş və proqramın sınaq keçirilməsi zamanı qüsurlar olmuşdur. Ekspert rəyinə əsasən, iddiaçının əməkdaşı Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmamışdır. Həmçinin diskdə baxış zamanı iddiaçının nəzdində olan zavodun əməkdaşlarının əmək haqqlarının 1C proqramından deyil, Excel və SAP proqramları vasitəsilə hesablandığı müəyyən edilmişdir.
18. Göründüyü kimi, müqavilə ilə nəzərdə tutulmuş öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Yəni müqavilə ilə hazırla nması nəzərdə tutulmuş işçilərin əmək haqqlarının hesablanması ilə bağlı olan 1C proqramı iddiaçıya təhvil verilməmiş və işçilərin əmək haqqlarının hesablanması 1C proqramı vasitəsi ilə deyil, başqa proqramlar vasitəsi ilə hesablanmışdır. Həmçinin, cavabdeh onun müqavilə üzrə öhdəliyin icra edilməməsini dolayısı ilə qəbul etmiş və 2020-ci il 8 may tarixində üzləşmə aktına imza etməklə 6.400 manat borcunun olduğunu təsdiqləmişdir.
19. Məhkəmə ilk iddiaçının MM-in 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlı olması nəticəsinə gəlmişdir. İlk iddiaçının daha böyük məbləği tələb etmək üçün digər əsasların mövcudluğu sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilərdi. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən 2022-ci il 22 yanvar tarixində alındığını, ilkin iddianın isə məhkəməyə 2021-ci il 13 iyul tarixində daxil olduğunu nəzərə alaraq 31 gün gecikmə müəyyən edilmişdir. Odur ki, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 27,17 (6.400x5/100=320 (1 il üçün) 320/365=0,876 (1 gün üçün) 0,876*31=27,17) manat təşkil etmişdir.
20. Məhkəmə öz mövqeyini MM-in 445.7, 752.1, 762.3, 763.1, 765-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445, 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh 2022-ci il 18 iyul tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 iyun tarixli qətn aməsi ləğv – ilkin iddia təmin edilməməsi, qarşılıqlı iddia təmin olunaraq iddiaçıdan cavabdehin xeyrinə 9.600 manat ödənilməmiş borc, həmin borca görə hesablanmış 2.700 manat faiz borcunun, 1.000 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.331 manat pulun tutulmas barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı 2022-ci il 23 iyul tarixində apellyasiya şikayəti verərək onun təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 iyun tarixli, e-2-2(113)-203/2022 saylı qətnaməsinin qismən ləğv – qismən təmin edilməyən, yəni əsas borca görə illik 5 faiz hesablanmaqla 27,17 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edərək, əsas borca faiz tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götür məklə təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli e-2-2(103)-815/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi – dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
24. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə pretenziya məktubunun qarşı tərəfə 2022-ci il 22 yanvar tarixində çatdırıldığını qeyd edilməsi texniki səhv olaraq qəbul edilir. Belə ki, elektron işdəki sənədlərə əsasən, pretenziya məktubu 2021-ci il 11 iyun tar ixində təqdim edilmişdir. Məhkəmənin 2021-ci il 13 iyul tarixində ilk iddia qaldırılanadək öhdəliyin icrasının 31 gün gecikdirildiyini qeyd etməsi belə qənaətə gəlməyə əsas vermişdir ki, məhkəmə pretenziyanın çatdırılma tarixini qətnamədə düzgün qeyd etməsə də, qarşı tərəfin tələb edilən pulu qaytarmaq öhdəliyinin icrasının gecikdirildiyi günləri düzgün müəyyən etmişdir.
25. Hazırkı halda podratçı cavabdehin podrat müqaviləsi üzrə ödənilmiş avans pretenziya məktubu ilə geri tələb edilənədək ilk iddia üzrə iddiaçı qarşısında pul öhdəliyi olmadığından pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin pretenziya məktubunun çatdırılma tarixindən hesablanması qanuni və əsaslı olmuşdur.
26. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında görülmüş işin nəticəsinin iddiaçıya qüsursuz və işlək vəziyyətdə təhvil verilməsi barədə hər hansı sübut olmaması, 2020-ci il 8 may tarixli üzləşmə aktını imzalamaqla cavabdeh iddiaçıya 6.400 manat məbləğində kreditor borcu olduğunu təsdiq etməsi, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək cavabdehin müqavilə üzrə ödənilməli olan məbləğin qalıq hissəsini iddiaçıdan tələb etməməsi belə nəticəyə gəlməyə əsas vermişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edə bilməmişdir.
27. Cavabdehin apellyasiya instansiyası mərhələsində təqdim edilmiş proqram təminatının qüsursuz olduğunu müəyyənləşdirmək üçün təkrar kompyuter texniki ekspertizası təyin edilməsi barədə verdiyi vəsatət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində vəsatətdə qoyulmuş sualların cavablandırılması üçün “1C” mühasibat proqramının məlumat bazası üzrə ixtisaslaşmış mütəxəssis olmadığı, bu barədə iş üzrə verilmiş ekspert rəyində qeyd edildiyi üçün təmin edilməmişdir.
28. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qarşı tərəfin əməkdaşları tərəfindən məlumatlar yanlış daxil edildiyi üçün hesablarda uyğunsuzluqlar olduğunu, əslində proqramın tam işlək vəziyyətdə təhvil verildiyini göstərsə də, belə olan halda avans məbləğinin kreditor borc olaraq göstərildiyi üzləşmə aktını hansı səbəbdən imzalamasının və işin qalıq dəyərinin tələb edilməməsinin səbəbini əsaslandıra bilməmişdir. Nümayəndə üzləşmə aktını qarşı tərəfə lazım olduğundan imzaladıqlarını bildirmişdir. Qalıq borcun tələb edilməməsinin səbəbi isə belə izah edilmişdir ki, tərəflər arası nda yaxşı işgüzar münasibətlər olmuş, borcun ödəniləcəyi gözlənilmişdir. Halbuki, məhkəmənin sualına cavab olaraq nümayəndə bu müqavilədən əvvəl və sonra qarşı tərəflə hər hansı müqavilə münasibətində olmadığını vurğulamışdır. Belə olan halda cavabdehin 2017-ci ildə təhvil verildiyi iddia edilən işin qalıq dəyərinin ödənilməsi üçün işgüzar münasibətlərə güvəndiyinə dair izahatlar inandırıcı hesab edilməmişdir.
29. Tərəflər arasında olan yazışmalara (sonuncu dəfə ilk iddia üzrə iddiaçının əməkdaşı Xalid Zalov tərəfindən göndərilmiş 2018-ci il 16 yanvar tarixli email, 2-ci cild 27-ci vərəq) əsasən, proqram təminatı faktiki olaraq təhvil verilsə də, çatışmazlıqlar olduğu üçün iddiaçı tərəfindən hər dəfə həmin qüsurların aradan qaldırılması xahiş edilmiş, qüsurlar tam aradan qaldırılmadığından iddiaçı MM-nin 765-ci maddəsinə əsasən müqavilədən imtina edərək avansın geri qaytarılmasını tələb etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 442, 443.1, 445.7, 752.1, 762.3, 765-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Həmin qətnamə 2022-ci il 10 noyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
32. Cavabdeh qətnamədən 2022-ci il 2 dekabr tarixində kassasiya şikayəti onun ləğv, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbi təmin olunaraq iddiaçıdan 9.600 manat ödənilməmiş borc, həmin borca görə hesablanmış 2.700 manat faiz borcunun, 1.000 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.331 manat pulun tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 442 və 752.1-ci maddələrinin tələbləri pozulmuşdur – məhkəmə tərəfindən ekspert rəyinin nəticə hissəsi yanlış təfsir edilmiş və düzgün hüquqi nəticəyə gəlinməmişdir. Həmçinin məhkəmə öz qərardadında işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə iş üzrə məhkəmə kompyuter-texniki ekspertizası keçirilməsinin zərurliyini vurğulasa da, ekspert qarşısında qoyulmuş suallara cavab verilməmiş, məhkəmə isə çox məhdud verilmiş ekspert rəyi ilə kifayətlənmiş, əlavə ekspertiza keçirməmişdir.
34. Ekspert rəy verərkən iş materiallarındakı sübutlar nəzərə alınmamış, iş materiallarını nəzərə alınsa, ekspertiza qarşısında qoyulan suallar üzrə həm, 1C Proqram təminatın ın quraşdırılması, həm də qeyd olunan iddiaçının əmək haqqının hesablanması və ödənilməsinin 1C Proqram Təminatı üzərindən qurulub aparılması barədə kifayət qədər sübutlar mövcud olmuşdur, həmçinin iş materiallarına əlavə edilmiş tərəflər arasında aparılan elektron yazışmaların mətninə əsasən, qeyd olunan dövr üzrə iddiaçının əmək haqlarının hesablanması və ödənilməsi 1C Proqram Təminatı üzərindən qurulub aparılmışdır. Belə ki, iddiaçının əməkdaşı bunu təsdiq edərək, 2018-ci il 1 yanvar tarixində cavabdehə ünvanladığı elektron məktubda bildirmişdir ki, dekabr ayının əmək haqqı cədvəli 1C əmək haqqı modulunda hesablandı, hesablamalarda problem yaranmamışdır. Lakin rəy verilərkən sözügedən sübut nəzərə alınmamışdır. Qeyd olunan yazışmalar iş materiallarına əlavə edilmişdir. Məhkəmələr bu h alı nəzərə almamış, təkrar ekspertizanın keçirilməsi ilə bağlı həm birinci instansiya məhkəməsində, həm də Bakı Apelyasiya məhkəməsində vəsatətlər təmin olunmamış, məhkəmələr işin hallarına uyğun olmayan ekspert rəyi ilə kifayətlənmişlər.
35. Əhəmiyyət kəsb edən digər bir hal ondan ibarətdir ki, məhkəməyə təqdim olunmuş ödəniş cədvəllərinə əsasən, iddiaçının işçi qüvvəsinə cavadehin tərtib etdiyi 1C Programı vasitəsilə əmək haqqı hesablanmış və ödənişləri həyata keçirilmişdir. Bu iddiaçının bank çıxarışlarında da əks olunmuşdur. Lakin, hər iki instansiya məhkəməsi həmin ödəniş cədvəllərinə heç bir əhəmiyyət verməmiş və sübut qismində saymamışlar. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən onun müqavilə üzrə öhdəliyin icra edilməməsini dolayısı ilə 2020-ci il 8 may tarixində üzl əşmə aktına imza olunmaqla və 6.400 manat borcun etirafı ilə qəbul edilmişdir. Məhkəminin bu mövqeyi də tam əsassız və qanunsuzdur. Həmin üzləşdirmə aktı hər hansı bir borcun etiraf aktı deyil, göstərilən xidmətlərə görə ödənilmiş pul məbləğinin təsdiqi aktı olmuşdur. Bu tip bir aktın məhkəmələr tərəfindən cavabdehin müqavilə üzrə öhdəliyin icra edilməməsini dolayısı ilə də qəbul olunması kimi qələmə verilməsi qanunsuz ve əsassızdır.
36. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, müqavilə ilə nəzərdə tutulmuş öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Yəni müqavilə ilə hazırlanması nəzərdə tutulmuş işçilərin əmək haqlarının hesablanması ilə bağlı olan 1C proqram iddiaçıya təhvil verilməmiş və iddiaçı işçilərin əmək haqlarının hesablanması 1C proqramı vasitəsi ilə deyil, başqa proqramlar vasitəsi ilə hesablanmışdır. Məhkəmənin gəldiyi nəticə düzgün olmamış, işin faktiki hallarına uyğun gəlmədiyi kimi hüquqi əsası da olmamışdır. Ekspert rəyində də, cavabdeh tərəfindən işlərin görülməsi öz əksini tapmışdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 97.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur – proqram təminatına məlumatların daxil olması ilə məşğul olan şəxslər bilavasitə həmin şirkətin (iddiaçı) işçiləridir. Cavabdehin təqsiri ucbatından proqram təminatının çalışmaması riyazi olaraq mümkün deyildir. Bu kimi bir hal olsa belə buna ancaq xüsusi bilik tələb edən eksepert qiymət verməli idi. Ekspert isə qarşısında qoyulan suallara yox, işlə aidiyyəti olmayan məhdud bir rəy vermiş, hər iki instansiya məhkəməsi də təkrar ekspertizan ın keçirilməsi ilə bağlı cavabdehin vəsatətini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)815/2022 saylı, 2022-ci il 26 oktyabr tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.....” “Maddə
445. Borclunun icranı gecikdirməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilmə si yolverilməzdir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi.... 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə
765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podr atçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanı n hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlillə ri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əslində onun tərəfindən işin qüsursuz icra olunması, tərəflər arasında tərtib olunmuş üzləşmə aktının borcun etirafı ilə əlaqədar deyil göstərilmiş xidmətlərin dəyərini əks etdirməsi və işin faktiki hallarının aşağı instansiya məhkəmələri tərəfindən düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin “məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması” ilə bağlı dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya ins tansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla m üəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
48. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.
49. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi əsasında gəldikdə isə, qətnamədən göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində vəsatətdə qoyulmuş sualların ca vablandırılması üçün “1C” mühasibat proqramının məlumat bazası üzrə ixtisaslaşmış mütəxəssis olmadığı və bu barədə iş üzrə verilmiş ekspert rəyində qeyd edildiyi üçün təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilməmişdir.
51. Bununla belə, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında 2020-ci il 8 may tarixdə üzləşmə aktı tərtib olunmuş və cavabdeh iddiaçıya 6.400 manat məbləğində kreditor borcunun olduğunu təsdiq etmişdir. Bu baxımdan da, cavabdehin borcunun müəyyən olunması üçün təkrar ekspertizanın keçirilməsi zərurəti də yaranmamışdır.
52. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-815/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
53. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-815/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.