Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-440/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi 21.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(103)-8/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı MMC aras ında bağlanmış 2018-ci il 10 oktyabr tarixli, CGSA-002/2018 saylı alğı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya “Alıcı”nın sifarişlərinə əsasən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Qeyd edilən müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə alınan mallar alıcı tərəfindən satıcının elektron poçt ünvanına göndərdiyi sifarişlərdə göstərilir və bu müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılığı ilə bu sifarişlər müqavilənin ayrılmaz hissəsi olan müvafiq əlavələrin bağlanması yolu ilə rəsmiləşdirilir. Həmin müqavilənin malların qəbul edilməsi və çatdırılması şərtlərini müəyyənləşdirən 2.1-2.4-cü bəndlərinin tələblərinə əsasən satıcı malları əlavələri ilə müəyyən edilmiş vaxt ərzində alıcının müəy yən etdiyi yerdə alıcıya təhvil verir. Satıcı malların təhvil verilməsi tarixi barədə alıcıya azı 3 təqvim günü əvvəl bu müqavilədə göstərilən poçt ünvanına və ya faks nömrəsinə və ya elektron ünvanına göndərməklə yazılı məlumat verir. Satıcı malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatıları ilə birgə alıcıya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxslərinin müvafiq aktını imzalamaqla rəsmiləşdirilir; 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər mallar Alıcıya təqdim edildikdən sonra, 7 (yeddi) gün ərzində Satıcı tərəifndən təqdim olunmuş ödəniş sənədlərinə əsasən Alıcı tərəfindən bank hesabına köçürmə yolu ilə manatla həyata keçirilir; 6.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetiril məməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərərə görə məsuliyyət daşıyır. 2. “Satıcı” Cavabdeh MMC ilə “Alıcı” İddiaçı arasında CGSA-002/2018 saylı, 2018-ci il 10 oktyabr tarixli, alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə - 2018-ci il 10 oktyabr tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən Əlavədə göstərilən qiymətlər CGSA002/2018 saylı 2018-ci il 10 oktyabr tarixli alqı-satqı müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində dəyişməz olaraq qalır. 3. 2019-cu il 11 yanvar tarixli *** nömrəli, 2019-cu il 28 fevral tarixli ***nömrəli, 2019-cu il 8 yanvar tarixli *** nömrəli, 2019-cu il 8 yanvar tarixli *** nömrəli, 2019-cu il 1 3 mart tarixli *** nömrəli, 2019-cu il 29 mart tarixli *** nömrəli, 2019-cu il 23 aprel tarixli *** nömrəli, 2019-cu il 8 aprel tarixli *** nömrəli, 2019-cu il 2 iyul tarixli *** nömrəli, 2019-cu il 18 iyul tarixli *** nömrəli, 2019-cu il 13 dekabr tarixli *** nömrəli, 2019-cu il 26 dekabr tarixli *** nömrəli malların təhvil-qəbul aktlarına əsasən, mallar E.Şükürov tərəfindən təhvil alınmışdır. 4. 2019-cu il 11 yanvar tarixli, *** nömrəli, 2019-cu il 2 iyul tarixli, *** nömrəli, 2019-cu il 18 iyul tarixli, *** nömrəli, 2019-cu il 13 dekabr tarixli,*** nömrəli, 2018-ci il 11 oktyabr tarixli, *** nömrəli, 2018-ci il 16 noyabr tarixli, *** nömrəli, 2019-cu il 8 yanvar tarixli, *** nömrəli, 2019-cu il 8 yanvar tarixli, *** nömrəli, 2019-ci il 28 fevral tarixli, *** nömrəli, 2019-cu il 25 aprel tarixli, *** nömrəli, 2019-cu il 29 mart tarixli, *** nömrəli, 2019cu il 8 aprel tarixli, *** nömrəli, 2019-cu il 7 avqust tarixli, *** nömrəli, 2019-cu il 26 dekabr tarixli, **** nömrəli, 2019-cu il 13 mart tarixli, *** nömrəli elektron qaimələrin təsdiq edilmiş surətlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya həmin elektron qaimələrdə göstərilən mallar təqdim olunmuşdur. 5. 2021-ci il 9 mart tarixli audit yoxlamasının nəticələrinə dair aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin auditoru tərəfindən cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 2021-ci il 3 mart tarixli 21/12 saylı müqaviləyə əsasən 2018-ci il 10 oktyabr tarixindən 2019-ci il 26 dekabr tarixinə qədər alqı-satqı müqaviləsinə dair audit yoxlaması aparılmışdır. İddiaçı tərəfindən cavabdehə 2018-ci il 10 oktyabr tarixindən 2019 -cu il 26 dekabr tarixinə qədər müxtəlif tarixlərdə 19 halda 254858.89 manat məbləğində karton məhsulları almaq məqsədi ilə pul vəsaiti köçürülmüşdür. İddiaçının təqdim etdiyi sənədlərdən və "xxxx" ASC-nin qeyri tütün materialları anbarının nəzarətçisi Məhluqə Abbasovanın izahatından görünür ki, 2018-ci il 10 oktyabr tarixindən 2019-cu il 26 dekabr tarixinə kimi cavadehdən cəmi müxtəlif tarixlərdə 15 halda 131. 615.39 manat məbləğində mal (karton məmulatları) alınmışdır. Ümumilikdə isə iddiaçı tərəfindən cavabdehə yuxarıda qeyd olunan elektron qaimələr ilə ödənilmiş 125.145.9 manat məbləğində mal "xxxx" ASCnin anbarına daxil olmamışdır. Nəticədə 2018-ci il 10 oktyabr tarixli CGSA-002/2018 alqısatqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 125.145.9 manat məbləğində borcu qalmışdır. Faktla əlaqədar olaraq "xxxx" MMC-nin (İddiaçı MMC-yə maliyyə, mühasibatlıq və sair xidmətlər göstərən şirkət) mühasibi Kərimova Sona audit yoxlanmasına təqdim etdiyi izahatında göstərmişdir ki, 2018 və 2019-cu illər ərzində cavabdehə "xxxx" ASC-nin təchizat üzrə mütəxəssisi Şükürov Elvin tərəfindən göndərilmiş e-maillər əsasında xammal alışı üçün iddiaçıdan ödənişlər etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra- “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı 2021-ci il 29 aprel tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2018-ci il 10 oktyabr tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən vurulmuş ziyanın əvəzi kimi 125.145.9 m anat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı” qismində Cavabdeh MMC ilə “Alıcı” qismində İddiaçı MMC arasında bağlanılmış 2018-ci il 10 oktyabr tarixli CGSA002/2018 saylı alqı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya, “Alıcı”nın sifarişlərinə əsasən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən qaydada ödəyir. Həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən qiymətlərin razılaşdırılması protokolu imzalanmış və satılan malların qiyməti həmin protokolla razılaşdırılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə sifariş verilən malların pulu təqdim edilmiş ödəmə sənədlərinə əsasən ödənilir və sifari ş verənə mallar alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil-təslim aktına əsasən təhvil verilir. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Mallar”ı Əlavələr ilə müəyyən edilmiş vaxt ərzində “Alıcı”nın müəyyən etdiyi yerdə “Alıcı”ya təhvil verir. Daxili yoxlama aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən 125.145,90 manat dəyərində olan malların pulu ödənilsə də, həmin mallar iddiaçıya təhvil verilməmişdir. Yəni cavabdeh 125.145,90 manat dəyərində malları alıcıya təhvil vermədiyi üçün, iddiaçıya həmin məbləğdə ziyan dəymişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulduğu üçün və bu hərəkətlər nəticəsində şirkətə ziyan vurulduğu üçün, həmin ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbə bindən ödənilmiş 125.145,90 manat məbləğində pulun geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda cavabdehlə müqavilə üzrə ödənilmiş malların təhvil verilməməsi ilə bağlı şifahi danışıqlar aparılmışdır. Lakin cavabdeh pulu ödənilmiş malların iddiaçıya təhvil verildiyini və bu səbəbdən hər hansı öhdəliyinin olmadığını iddia etmişdir. Buna baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim edə bilməmişdir. Müqavilə üzrə mübahisəli mallardan başqa digər malların təhviltəslimi təsdiq olunsa da və bununla bağlı müvafiq sənədləşdirmələr mövcud olsa da, məhz dəyəri 125.145,90 manat olan malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hər hansı sənədlə təsdiq olunmur. Lakin cavabdeh bunu inkar edir və iddiaçı tərəfindən göndərilən pretenziya məktubunu alsa da, bu vaxtadək həmin pretenziyaya cavab verməmişdir. İddiaçı şirkətin artıq həmin mallara marağı itmişdir və həmin malların cavabdeh tərəfindən təhvil verilməsinə lüzum yoxdur. Bu səbəbdən alıcı olaraq iddiaçının ödənilmiş pulun vurulmuş ziyan kimi geri tələb etmək hüququ var. Beləliklə cavabdehin müqavilə üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçıya vurulmuş ziyan cavabdehdən tutularaq ödənilməlidir.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 452.2, 575.1, 575.2-ci maddələrinə istinad edilmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli e-22(119)-620/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat 90 qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 125.175,90 (yüz iyirmi beş min yüz yetmiş beş manat 90 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Məmmədov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qeyd edilən müqavilə və tərəflərin nümayəndələrinin izahatları ilə tərəflər arasında karton məhsullarının alqı-satqısına dair müqavilə münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. İddiaçı qeyd edilən 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında yalnız 125.145,90 manat məbləğində malların cavabdeh tərəfindən təhvil verilmədiyini mübahisələndirərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir.
11. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı 125.145,90 manat məbləğində malların cavabdeh tərəfindən təhvil verilməməsi barədə dəlillərini MMC-də daxili yoxlamanın aparılması ilə əsaslandırmış və bunu təs diq edən sübut kimi 2021-ci il 9 mart tarixli audit yoxlamasının nəticələrinə dair aktı məhkəməyə təqdim etmişdir. Həmin aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin auditoru tərəfindən Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 2021-ci il 3 mart tarixli 21/12 saylı müqaviləyə əsasən 2018-ci il 10 oktyabr tarixdən 2019-ci il 26 dekabr tarixə qədər alğı-satqı müqaviləsinə dair audit yoxlaması aparılmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2018-ci il 10 oktyabr tarixdən 2019-cu il 26 dekabr tarixə qədər müxtəlif tarixlərdə 19 halda 254858 manat 89 qəpik məbləğində karton məhsulları almaq məqsədi ilə pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC-nin təqdim etdiyi sənədlərdən və "xxxx" ASC-nin qeyri tütün materialları anbarının nəzarətçisi Məhluqə Abbasovanın izahatından görünür ki, 2018-ci il 10 oktyabr tarixdən 2019-cu il 26 dekabr tarixə kimi Cavabdeh MMC-dən cəmisi müxtəlif tarixlərdə 15 halda 131615 manat 39 qəpik məbləğində mal (karton məmulatları) alınmışdır. Ümumilikdə isə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yuxarıda qeyd olunan elektron qaimələr ilə ödənilmiş 125145 manat 90 qəpik məbləğində mal "xxxx" ASC-nin anbarına daxil olmamışdır. Nəticədə 2018- ci il 10 oktyabr tarixli CGSA-002/2018 alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 125145 manat 90 qəpik məbləğində borcu qalmışdır. Faktla əlaqədar olaraq "xxxx" MMC-nin (İddiaçı MMC-yə maliyyə, mühasibatlıq və sair xidmətlər göstərən şirkət) mühasibi Kərimova Sona audit yoxlanmasına təqdim etdiyi izahatında göstərmişdir ki, 2018 və 2019-cu illər ərzində Cavabdeh MMC-yə "xxxx" ASC-nin təchizat üzrə mütəxəssisi Şükürov Elvin tərəfindən göndərilmiş e-maillər əsasında xammal alışı üçün İddiaçı MMC-dən ödənişlər etmişdir.
12. İddiaçının yuxarıda qeyd edilən dəlillərini qəbul etməyən və malların şəxsən özünün imzaladığı malların təhvil-qəbul aktına əsasən iddiaçının səlahiyyətli nümayəndəsi olan Elvin Şükürova təhvil verildiyini bildirən cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəməyə 2019-cu il 11 yanvar tarixli *** nömrəli, 2019-cu il 28 fevral tarixli *** nömrəli, 2019-cu il 8 yanvar tarixli *** nömrəli, 2019-cu il 8 yanvar tarixli *** nömrəli, 2019-cu il 13 mart tarixli *** nömrəli, 2019-cu il 29 mart tarixli *** nömrəli, 2019-cu il 23 aprel tarixli *** nömrəli, 2019-cu il 8 aprel tarixli *** nömrəli, 2019-cu il 2 iyul tarixli *** nömrəli, 2019-cu il 18 iyul tarixli *** nömrəli, 2019-cu il 13 dekabr tarixli *** nömrəli, 2019-cu il 26 dekabr tarixli *** nömrəli malların təhvil-qəbul aktlarının əslini təqdim etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş "xxxx" MMC- 2021-ci il 16 iyul tarixli 47 nömrəli məktubunda isə "xxxx" MMC (HHƏ 232051-232100, 50 ədəd) HHƏ ***, HHƏ ***, HHƏ *** HHƏ *** və HHƏ *** seriyalı (FORMA MTQA-1) “Malların təhvil-Təslim Aktı” adlı ciddi hesabat blanklarını 2021-ci ilin yanvar ayında aldığı göstərilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin 2020-ci il 1 sentyabr tarixli 114/Ş saylı əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin satınalmalar üzrə mütəxəssisi E.Şükürovla bağlanmış əmək müqaviləsi 2020-ci il 1 sentyabr tarixdən xitam verilmişdir. İşin qeyd edilən halları ilə əlaqədar verilmiş suallara cavab olaraq cavabdehin nümayəndəsi həmin ciiddi hesabat blanklarının alınması tarixini dəqiq xatırlamadığını, daha sonra isə həmin təhvil-qəbul aktlarının məhz alıcının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından “korlanmış sənəd”lər olduğunu bildirmiş, daha sonra isə müqavilə üzrə təhvil verilən bütüm mallara görə həmin mallar yola salınmazdan əvvəl elektron qaimənin tərtib edilərək cavabdehə göndərildiyini və həmin elektron qaimələrin də hamısının iddiaçı tərəfindən təsdiqlənilərək ödənildiyini, ödənişlərin heç birinin avans ödənişi olmadığını bildirmişdir.
13. Cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə bütün ödənişlərin həyata keçirildiyini qəbul etməklə, iddiaçının tələb etdiyi 125.145,90 manat məbləğdə malların da iddiaçıya təhvil verildiyini, bunun müvafiq elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Tərəflər arasında müqavilə münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının (həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə yeni “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar qüvvədən düşmüşdür) 2.1-ci bəndinə əsasən elektron qaiməfaktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin qaydaların 3.7-ci bəndinə əsasən vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiq ləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş 2019- cu il 11 yanvar tarixli, *** nömrəli, 2019-cu il 2 iyul tarixli, *** nömrəli, 2019-cu il 18 iyul tarixli,*** nömrəli, 2019-cu il 13 dekabr tarixli, *** nömrəli, 2018-ci il 11 oktyabr tarixli, *** nömrəli, 2018-ci il 16 noyabr tarixli, *** nömrəli, 2019-cu il 8 yanvar tarixli, *** nömrəli, 2019-cu il 8 yanvar tarixli, *** nömrəli, 2019-ci il 28 fevral tarixli, *** nömrəli, 2019-cu il 25 aprel tarixli, *** nömrəli, 2019-cu il 29 mart tarixli, **** nömrəli, 2019-cu il 8 aprel tarixli, *** nömrəli, 2019-cu il 7 avqust tarixli, *** nö mrəli, 2019-cu il 26 dekabr tarixli, *** nömrəli, 2019-cu il 13 mart tarixli, *** nömrəli elektron qaimələrin təsdiq edilmiş surətlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya həmin elektron qaimələrdə göstərilən mallar təqdim olunmuşdur. Lakin, iddiaçı 2021-ci il 9 mart tarixli aktda qeyd olunmuş 2019-cu il 13 may tarixli EAAU *** saylı, 2019-cu il 22 may tarixli EAAU *** saylı, 2019-cu il 19 iyun tarixli EAAV *** saylı, 2019-cu il 30 iyul tarixli EAAX *** saylı, 2019-cu il 16 dekabr tarixli EBAD *** saylı elektron qaimələr üzrə malların təqdim edilmədiyini bildirdiyindən həmin elektron qaimələrdə göstərilən malların həqiqətən də iddiaçıya təqdim edilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Tərəflər arasında bağlanılmış 2018-ci il 10 oktyabr tarixli aluı-satqı müqaviləsində isə təh vil-təslimin tərəflərin səlahiyyətli şəxslərinin müvafiq aktı imzalamaqla rəsmiləşdirilməli olduğu razılaşdırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin nümayəndəsinin dəyəri 125.145,90 manat məbləğdə malların elektron qaimələr əsasında cavabdehə təhvil verilməsi barədə dəlillərini qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 711.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs Məcəllənin 71-1.5.1ci, 71-1.5.4-cü, 71-1.5.5- ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda mallar göndərilən (verilən) vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsi mülki dövriyyə iştirakçıları arasında müqavilə münasibətləri üzrə öhdəliklərin icrasına dair münasibətləri deyil, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edən normativ hüquqi akt olduğundan cavabdehin 125.145,90 manat məbləğində malları elektron qaimələr əsasında təqdim edilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.
15. Məhkəmə hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 125.145,90 (yüz iyirmi beş min yüz qırx beş manat 90 qəpik) manat pulun tutulması barədə iddia tələbi əsaslıdır və tam təmin olunmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 427.3, 442, 567, 578, 600.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 217.4 maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən 29 oktyabr tarixində apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(105)-8/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Kommersi ya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli, e-2-2(119)620/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdehdən 123.243.5 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim F.Məmmədov, hakimlər Z.Məmmədov və İ.Dəmirov).
19. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alğı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 125.145,90 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir və iddia tələbinin əsası kimi dəyəri ödənilmiş malların iddiaçıya təhvil verilmədiyinə istinad edir. Cavabdeh isə malların təhvil verildiyini və hər hansı borcun olmadığını göstəririr. Göründüyü kimi, tərəflər 125.145,90 manat məbləğində malın təhvil-təslimini mübahisələndirirlər.
20. Sifarişçi İddiaçı MMC ilə icraçı "xxxx" Baku ASC arasında tütün məmulatlarının istehsalı üzrə 2017-ci il 1 sentyabr tarixli xidmət müqaviləsi bağlanmışdır.
21. İşdə olan 2021-ci il 9 mart tarixli audit yoxlamasının nəticələrinə dair aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin auditoru tərəfindən İddiaçı MMC-nin Cavabdeh MMC ilə 2018-ci il 10 oktyabr tarixdən 2019-cu il 26 dekabr tarixə qədər alğı-satqı müqaviləsinə dair audit yoxlaması aparılmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2018-ci il 10 oktyabr tarixdən 2019-cu il 26 dekabr tarixə qədər müxtəlif tarixlərdə 19 halda 254858 manat 89 qəpik məbləğində karton məhsulları almaq məqsədi ilə pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC-nin təqdim etdiyi sə nədlərdən və "xxxx" ASC-nin qeyri-tütün materialları anbarının nəzarətçisi Məhluqə Abbasovanın izahatından görünür ki, 2018-ci il 10 oktyabr tarixdən 2019-cu il 26 dekabr tarixə kimi Cavabdeh MMC-dən cəmi müxtəlif tarixlərdə 15 halda 131615 manat 39 qəpik məbləğində mal (karton məmulatları) alınmışdır.
22. Malların təhvil-qəbul aktına əsasən iddiaçının səlahiyyətli nümayəndəsi olan Elvin Şükürova təhvil verildiyini bildirən cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinə 2019-cu il 11 yanvar tarixli *** nömrəli, 2019-cu il 28 fevral tarixli *** nömrəli, 2019-cu il 8 yanvar tarixli *** nömrəli, 2019-cu il 8 yanvar tarixli **** nömrəli, 2019-cu il 13 mart tarixli ** nömrəli, 2019-cu il 29 mart tarixli *** nömrəli, 2019-cu il 23 aprel tarixli *** nömrəli, 2019-cu il 8 aprel t arixli *** nömrəli, 2019-cu il 2 iyul tarixli *** nömrəli, 2019-cu il 18 iyul tarixli *** nömrəli, 2019-cu il 13 dekabr tarixli *** nömrəli, 2019cu il 26 dekabr tarixli *** nömrəli malların təhvil-qəbul aktlarının əslini təqdim etmişdir.
23. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş "xxxx" MMC xx.xx.2021ci il tarixli 47 nömrəli məktubunda isə "xxxx" MMC (HHƏ 232051-232100, 50 ədəd) HHƏ ***, HHƏ ***, HHƏ ***, HHƏ *** və HHƏ *** seriyalı (FORMA MTQA-1) “Malların təhvilTəslim Aktı” adlı ciddi hesabat blanklarını 2021-ci ilin yanvar ayında aldığı göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" ASC- nin İdarə Heyətinin sədrinin 2020-ci il 1 sentyabr tarixli 114/Ş saylı əmrinin surətindən isə görünür ki, "xxxx" ASC-nin satınalmalar üzrə mütəxəssisi E.Şükürovla bağl anmış əmək müqaviləsi 2020-ci il 1 sentyabr tarixdən xitam verilmişdir.
24. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş 27 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, X2 izahatında bildirmişdir ki, ona təqdim olunan 5 ədəd 2019-cu ilin may, iyun və dekabr aylarını əhatə edən HHƏ ***, HHƏ ***, HHƏ ***, HHƏ ***, HHƏ ***qaimələrin surətlərini diqqətlə nəzərdən keçirmişdir. O heç vaxt anbardar işləməmiş, 2017-ci il 27 aprel tarixdən 2018-ci il 30 iyul tarixədək ehtiyat hissələri anbarının nəzarətçisi isə siqaret xətlərinin ehtiyat hissələri olmuş, gündəlik tələbat malları, arko kranlar, yuyucu toz və sair, yəni həmin anbarda qutular saxlanı lmamış, qaimələrdə isə soyadı yazılan xətt və imza onun xətt və imzasına oxşadılmış, qaimələrdə göstərilən tarixlərdə və ümumiyyətlə anbardar vəzifəsində işləmədiyindən qaimələrdə soyadı qarşısında olan imzalar ona məxsus deyil.
25. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına istinadla qeyd etmişdir ki, alqı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıcı əşyanı alıcıya vermək öhdəliyini daşıyır, alıcının öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. İşdən isə görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməyərək tələb olunan miqdarda malları iddiaçıya təhvil verməmişdir. Cavabdeh malları Elvin Şükürovun təhvil aldığına və təhviltəslim aktlarına istinad etsə də, məhkəmə araşdırması zamanı m üəyyən olunmuşdur ki, Elvin Şükürov "xxxx" ASC-nin işçisi olmuş, onunla əmək müqaviləsinə 2020-ci il 1 sentyabr tarixdə xitam verilmişdir. Bundan başqa, E.Şükürov istinad edilən qaimələr üzrə malları təhvil almadığını bildirmişdir. Cavabdehin istinad etdiyi təhvil-təslim aktları 2021-ci ilin yanvar ayında alınmışdır. Tərəflər arasında alqı-satqı münasibətləri isə həmin tarixdən əvvəl olmuşdur. Göründüyü kimi, cavabdeh malları təhvil verdiyini hər hansı mötəbər sənədlə sübut edə bilməmişdir
26. Həmçinin, qeyd edilmişdir ki, iş materiallarında olan 2021-ci il 9 mart tarixli audit yoxlamasının nəticələrinə dair aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2018ci il 10 oktyabr tarixdən 2019-cu il 26 dekabr tarixinə qədər müxtəlif tarixlərdə 254.858,89 manat məbləğində karton məhsulları alma q məqsədi ilə pul vəsaiti köçürülmüşdür. 2018-ci il 10 oktyabr tarixindən 2019-cu il 26 dekabr tarixinə kimi cavabdehdən müxtəlif tarixlərdə 131.615,39 manat məbləğində mal alınmışdır. Həmin aktdan da müəyyən olunur ki, cavabdehdən tələb edilməli məbləğ 125.145,9 manat deyil 123.243,5 manat olmalıdır (254.858,89-131.615,39=123.243,5 və ya 125.145,9-1902,4=123.243,5).
27. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilməli, cavabdehdən 123.243,5 (bir yüz iyirmi üç min iki yüz qırx üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 442, 600.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.3-cü yarımbəndinə istinad etməklə əsaslandırmışdır.
29. Həmin qətnamə 2022-ci il 21 fevral tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, həmçinin həmin tarixli məktubla tərəflərə göndərilmişdir.
30. Cavabdeh tərəfindən 2022-ci il 19 aprel tarixində kassasiya şikayəti verilməklə həmin qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 385.1, 425.2, 442-ci maddələrinin tələbləri pozulmuşdur- kassator, həmin maddələr in mətnlərini qeyd etməklə kifayətlənmiş, pozuntunun nədən ibarət olması şikayətdə qeyd edilməmişdir.
32. MPM-in 9.1, 88, 217, 385.1.1-ci maddələrinin tələbləri pozulmuşdurapellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq heç bir araşdırma aparmadan "xxxx" MMC-nin çıxardığı aktı sübut kimi qəbul edərək və işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, səhv nəticəyə gəlmişdir.
33. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı MMC tərəfindən heç bir halda avans təyinatı ilə pul vəsaiti Cavabdeh MMC-nin bank hesabına daxil olmamış və bütün hallarda ödənişlər Cavabdeh MMC tərəfindən mallar təhvil verilərkən təqdim olunmuş eqaimələrin İddiaçı MMC tərə findən təsdiqlənməsindən sonra ən azı 2 gün və ən çox 7 gün ərzində ödəniş olunmuşdur. Bu isə müqavilədə qeyd olunan “müqavilənin ümumi məbləği və ödəniş qaydalarının” 4.2-ci bəndində “müqavilə üzrə ödənişlər mallar alıcıya təqdim edildikdən sonra 7 gün ərzində satıcı tərəfindən təqdim olunmuş ödəniş sənədinə alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə manatla həyata keçirilir” müddəasına əsaslanaraq alıcının ödənişləri etməsi onlara malların tam təhvil verildiyinə dair əsas verir.
34. İş üzrə Sumqayıt şəhər prokurorluğun cinayət işi başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarında qeyd olunmuşdur ki, araşdırma zamanı Z. Ağazadə Vergilər Nazirliyinin “elektron qaimələrin tətbiqi uçotu və istifadə qaydalarına əlavə portalından bazaya yer ləşdirilmiş 2019-cu il 7 may, 2019-cu il 22 may, 2019-cu il 18 iyun, 2019-cu il 23 iyul və 2019-cu il 5 dekabr tarixli elektron qaimələrin çap olunmuş variantını təqdim etmiş, göstərilən tarixlərdə CavabdehMMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş mal, malın məbləği,CavabdehMMC tərəfindən məhkəməyə təqdim edilmiş HHƏ ***, HHƏ ***, HHƏ ***, HHƏ ***, HHƏ *** nömrəli qaimələrdə qeyd olunmuş malın adı, məbləği və elektron qaimənin seriyası ilə eyni olması müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunan guya 2019-cu ildə malın CavabdehMMC tərəfindən İddiaçı MMC-yə göndərilməsini təsdiq edən qaimələr 2021-ci il tarixdə hazırlansa da, həmin qaimələrə yalan məlumatlar daxil edilməmiş, həmin qaimələrdə olan məlumatlar həqiqətən də 2019cu ili n müxtəlif vaxtlarında və məbləğlərində göstərilən malların göndərilməsi elektron qaimələrlə təsdiq olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə saxtakarlığı müəyyən olunmamış, 2021-ci il üçün nəzərdə tutulmuş qaimələrə 2019-cu ilin məlumatlarını doldurulması qarşı tərəfindən yoxlama aparılması üçün tələb etdiyi və təsdiq etməsinə görə təqdim olunmuş, nəticə etibarı ilə həmin məbləğdə mal "xxxx" MMC-yə göndərilməsi elektron qaimələrlə öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirsə də, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiy ası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şə rtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər... “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğ ı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....
40. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”
41. Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş (zamana görə qüvvədə olan) “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə ri ayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
44. Cavabdehin MM-in 385.1, 425.2, 442-ci maddələrinin tələblərinin pozuntusuna dair kassasiya şikayətinin dəlillərinə gəldikdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Şikayətdə müvafiq maddi hüquq normalarının (bax yuxarıda §31) yalnız mətnlərinə istinad olunmuş, həmin normaların apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntusunun konkret olaraq nədə ifadə olunduğu kassasiya şikayətində göstərilməmiş, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlil qeyd olunmamışdır.
45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair § 32-də göstərilən dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Cavabdehin kassasiya şikayətinin «digər məsələlər» hissəsində tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli, CGSA-002/2018 saylı müqavilənin (bax yuxarıda §1) “müqavilə üzrə ödənişlər mallar alıcıya təqdim edildikdən sonra 7 gün ərzində satıcı tərəfindən təqdim olunmuş ödəniş sənədinə alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə manatla həyata keçirilir” bəndinə (4.2-ci bəndi) əsaslanaraq alıcının ödənişləri etməsinin onlara malların tam təhvil veri ldiyinə dair əsas verməsinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, həmin müqavilənin 2-ci bəndinə əsasən satıcı malları Əlavələrlə müyyən edilmiş vaxt ərzində alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil verir. Təhvil təslim tərəfləri səlahiyyətli şəxsləri tərəfindən müvafiq aktını imzalamaqla rəsmiləşdirilir.
47. Göründüyü kimi, tərəflər müqavilə üzrə malların təhvil-təslim aktına əsasən təhvil verilməsini şərtləşmişlər və hər iki tərəfin mübahisələndirmədiyi hallara görə, həmin müqavilə üzrə mallar digər hüquqi şəxsin "xxxx" ASC-nin anbarında, onun əməkdaşı «Elvin Şükürov» adlı şəxsə təhvil verilmişdir.
48. İşə mahiyyəti üzrə baxılarkən iddiaçı 2019-cu il 13 may tarixli, EAAU *** saylı, 2019-cu il 22 may tarixli EAAU **** saylı, 2019-cu il 19 iyun tarixli EAAV *** saylı, 2019-cu il 30 iyul tarixli EAAX *** saylı, 2019-cu il 16 dekabr tarixli EBAD *** saylı elektron qaimələrdə göstərilən malların müqavilənin şərtlərinə əsasən təhvil-təslim aktlarına əsasən təhvil verilməməsinə istinad edərək, ödənişin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə həmin malların 2019-cu ildə tərtib edilmiş 5 ədəd-HHƏ *** nömrəli, HHƏ ******* nömrəli, HHƏ *** nömrəli, HHƏ *** nömrəli, HHƏ *** nömrəli «Malların TəhvilQəbul Aktı» (qaimələr) əsasında E.Şükürova təhvil verdiyini göstərsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla həmin aktların sonradan tərtib edildiyi, E.Şükürov tərəfindən imzalanmadığı müəyyən olunmuşdur (bax yuxarıda §23-25).
49. Nəzərə alınmalıdır ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdi m edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir (bax yuxarıda §41 ).
50. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqd im olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».
51. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş və təqdim edilməsi mübahisə doğurmayan mallara dair yalnız elektron qaimə fakturalar təqdim olunmamış, hər iki tərəfin imzaladığı təhvil-təslim aktı tərtib edilmişdir. 52.Göründüyü kimi, tərəflər arasında 2018-ci il 10 oktyabr tarixli müqavilənin «malların qəbul edilməsi və çatdırılması şərtlərini» müəyyən edən 2 -ci bəndinə müvafiq olaraq, qarşılıqlı münasibətlərdə yaranmış işgüzar praktika da ondan ibarət olmuşdur ki, müqavilə üzrə mallar müvafiq təhvil-təslim aktına əsasən təqdim edilməlidir. Lakin işə baxan məhkəmələr tərəfindən belə təhvil-təslimin olmadığı müəyyən edilmişdir.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tələb olunan miqdarda malları iddiaçıya təhvil verməməsinə dair qənaəti, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları ilə yanaşı (bax yuxarıda §28 ), tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 fevral tarixli 2-2(105)-8/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov