Məhkəmə qərarları › İş №2-2(102)-440/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-440/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-440/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-283/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında b axılmışdır. İşin halları

1. İddiaçı MMC (tədarükçü) ilə "xxxx" MMC (VÖEN **********) (hazırki adı "xxxx" MMC) (alıcı) arasında 2019-cu il 14 oktyabr tarixində **nömrəli tədarük müqaviləsi bağlanmışdır. 2. 2022-ci il 20 oktyabr tarixində tərəflər arasında barışıq sazişi bağlanmaqla "xxxx" MMC-nin tədarük müqaviləsi üzrə qalıq borcunun 58.220,93 manat olduğu təsdiq edilmiş, sonuncu həmin borcun 25.000 manat məbləğində hissəsini 2022-ci il 20 oktyabr tarixdə 7.000 manat olmaqla, həmin gündən etibarən hər 30 gündən bir 6.000 manat ödəməklə bağlamağı öhdəsinə götürmüşdür. 25.000 manat borcdan 2022-ci il 20 oktyabr tarixbydə 7000 manat, 2022-ci il 30 noyabr tarixdə 3000 manat vəsait ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra-“id diaçı”) cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC) (bundan sonra-“cavabdeh”) qarşı 2023-cü il 11 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14.000 manat məbləğində pulun, habelə “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə əsasında boya məhsullarının alqı-satqısı nisyə qaydada həyata keçirilmiş, cavabdehin iddiaçıya cəmi 58.220,93 manat məbləğində borcu mövcud olmuşdur. 2022-ci il 15 sentyabr tarixində cavabdehin elektron kabinetinə pretenziya göndərilmişdir. Tərəflər borc məbləğinin 25.000 manat olması barədə razılığa gəlmiş, cavabdeh bundan sonra hissə-hissə 11.000 mana t ödəmiş, qalıq qalan 14.000 manat borcunu isə ödəməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 22 noyabr tarixli e-2-2(113)-3895/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 14.000 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim L.Əliyeva).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəməyə təqdim edilmiş 20 oktyabr 2022-ci il tarixli barışıq sazişi ilə cavabdehin iddiaçıya alqı-astqı müqaviləsi üzrə borcunun 25.000 manat təşkil etməsi, 20 oktyabr 2022-ci il və 30 noyabr 2022-ci il tarixli aktlara əsasən isə həmin borcdan cavabdeh tərəfindən 10.000 manat məbləğində ödəniş edilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki.14000 man at məbləğində borcun cavabdeh "xxxx" MMCdən tutulmasına dair İddiaçı MMC-nin iddiası əsaslıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 567 və 881.2-ci maddələrinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 4.6, 107, 115.0.9, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-283/2024 nömrə li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 14 oktyabr 2019-cu il tarixdə **saylı tədarük müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 58.220,93 manat borc qalığı olduğunu cavabdeh 20 oktyabr 2022-ci il tarixli barışıq sazişini imzalamaqla təsdiq etmişdir.

11. İddiaçı qeyd edilən borcdan 14.000 manat hissəsinin ödənilmədiyini iddia etmiş, cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaya hər hansı etiraz bildirməmiş, o cümlədən apel lyasiya şikayətində borcun mövcud olmadığını və ya ödənildiyini qeyd etməmiş, sadəcə məhkəmənin iddiaçı tərəfindən təqdim edilmiş sübutlar üzrə kifayət qədər araşdırma aparmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdehin formal mülahizələrdən ibarət apellyasiya şikayəti məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə işdə olan sübutlar əsasında mübahisəni düzgün həll etmiş, qətnamənin ləğv edilməsinə əsas verə biləcək hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, MPM-nin 54.1, 77.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətind ə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. MM-in 385.1, 442, 443.1 və 448.1-ci maddələri üzrə-məhkəmə cavabdeh tərəfi işə cəlb etmədən, yalnız iddiaçının təqdim etdiyi ziddiyyətli sənədlər əsasında heç bir araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında mövcud olan müqaviləyə, həmin müqavilə üzrə bağlanmış barışıq sazişinə, həmçinin də mülki qanunvericiliyin öhdəliklə bağlı bir sıra normalarına nizamsız olaraq istinad etmiş və müqavilənin əsasını müəyyən edə bilməmişdir.

15. MPM-nin 14.1-ci maddəsi üzrə - məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin və izahatlarının mötəbərliliyini yoxlamadan, iş üzrə heç bir araşdırma aparmadan qanunsuz və əsassız yekun akt qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən cavabdehin nümayəndəsinin ümumiyyətlə birinci inctansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən məhkəmə iclaslarında iştirak etmədiyini və iddia tələbi ilə bağlı heç bir fikir bildirmədiyini nəzərə almamışdır. Belə vəziyyətdə, yəni icraatda iştirak etməyən tərəfin iddia tələbi ilə bağlı fikir bildirməməsi, sonuncunun həmin iddia tələbini qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı öz tələbini əsaslandırmamış, məhkəmə isə qalıq borcla bağlı araşdırma aparmamışdır. İş materiallarında bir tərəfdən tədarük müqaviləsinin mövcudluğu, digər tərəfdən isə tərəflər arasında sonradan barışıq sazişinin imzalanması məhkəmə tərəfindən düzgü n qiymətləndirilməmiş, tələbin qanuni əsasları aydınlaşdırılmamış, cavabdehin öz borcunu ödəməsinə baxmayaraq, iddia tələbində əks olunmuş məbləğin hansı əsaslarla müəyyən edildiyinə apellyasiya instansiyası məhkəməsi heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin ic ra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir...” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqavi ləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

881. Barışıq razılaşması haqqında müqavilə... 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir....”

20. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 22. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qa ydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

23. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və cavabdehin tərəflər arasında bağlanmış barışıq sazişində mövcudluğunu təsdiq etdiyi borcla bağlı hazırda kassasiya şikayətində irəli sürdüyü dəlillərin formal olduğunu nəzərə alaraq, həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qəra rın 10 və 11-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

24. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya dig ər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

26. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 aprel tarixli 22(103)-283/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar