Məhkəmə qərarları › İş №2-2(102)-441/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-441/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-441/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Кollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) ilk iddia üzrə Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı lizinq müqaviləsi üzrə borcun, zərərin tutulmasına dair ilk iddiası və cavabdehin iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 22 fevral 2021-ci il tarixli 2-2(103)-127/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020ci il 8 may tarixli, KTA KTT-20/1145 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 9.908,59 manat əsas borc, 1327,74 manat gecikdirilmiş günlərə görə cərimə, həmçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37.495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 8 may tarixli КТA КTТ-20/1145 nömrəli Aqrar kredit və inkişaf agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin etibarsız hesab edilməsi və ilkin olaraq ödədiyi 45.039,8 manat pul və ona dəymiş 13.000 manat ziyan olmaqla, cəmi 58.039,8 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 sentyabr tarixli, 2-2(113)2895/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir.

4. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişlər

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2022-ci il 22 fevral tarixli, 2-2(103)-127/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edildiyi hissədə qismən ləğv olunmaqla cavabdehdən iddiaçının xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması qət edilmişdir.

6. İddiaçı tərəfindən sonuncu qətnamədən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tər tib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

9. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onu etibarnamə əsasında təmsil etmək səlahiyyəti olan və iş yeri həmin ASC olan X1 tərəfindən tərəfindən elektron qaydada imzalansa da, şikayət iddiaçı tərəfindən order verilmiş vəkil Sənan Süleymanlı tərəfindən imzalanmamışdır. Həmçinin, elektron məhkəmə sisteminə iddiaçının direktoru Azər Hümbətov tərəfindən imzalanmış kassasiya şikayəti əlavə olunmasına və həmin kassasiya şikayətinin sonunda vəkil Sənan Süleymanlının ad və soyadının qeyd olunmasına baxmayaraq, orada da vəkilin imzası mövcud olmamışdır.

10. MPM-in 408.1.-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

11. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır.

12. Göstərilənlərə ə sasən məhkəmə tərkibi hesab etmişdir ki, ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin tərəfə qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2022-ci il 1 iyun tarixli, 22(102)-441/2022 saylı qərardadı ilə iddiaçının verdiyi kassasiya şikayəti ona geri qaytarılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7- ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

15. Cavabdeh tərəfindən sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 1 iyun tarixli 2-2(102)-441/2022 saylı qərardadı ilə icraata qəbul edimişdir.

16. MPM-in 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

17. Məhkəmə kollegiyası hazırkı halda hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı iş üzrə qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 1 iyun tarixli qərardadı ləğv edilməli, qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 1 iyun tarixli 2-2(102)-441/2022 saylı qərardadı ləğv edilsin. 2-2(102)-441/2022 saylı kommersiya işi kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2 022-ci il 22 fevral tarixli 22(103)-127/2022 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar