Məhkəmə qərarları › İş №2-2(102)-443/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-443/2019

01.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-443/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, cavabdeh ASC-nin nümayndəsi və vəkili X7, cavabdeh Komitənin nümayəndəsi X8 və vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər “X10 və Maşınqayırma” ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı göndərmə müqaviləsindən irəli gələn borcun ödəniməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.02.2019-cu il tarixli qətnaməsi(hakim.R.Kərimli; iş No 2-2(82)-62/2019) iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov, iş № 22(103)-294/2019) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.02.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması; iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC cavabdehlər “X10 və Maşınqayırma” ASC-yə və Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caavabdehlər ASC və Komitədən 149.400 manat məbləğdə pul vəsaitinin və 30 manat dövlət dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaların ın pozulması ilə və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh ASC-nin nümayndəsi və vəkili Z.Abiyev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Komitənin vəkili E.Hüseynova kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən sa xlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Komitənin nümayəndəsi Ü.Nəsibli vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə ape llyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan iddiaçı MMC (satıcı) ilə cavabdeh ASC (alıcı) arasında bağlanmış 09.07.2012-ci il tarixli 05/2012 saylı “xxxx”nə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada göstərilən malları təyin olunmuş qiymətlərlə alıcıya satır. Spesifikasiyada göstərilən malların ümumi dəyəri 862.710 manat qeyd edilmişdir. İşin materiallarında olan 14.08.2012-ci il tarixli ÇBT/2 519351 nömrəli qaiməfakturaya görə, 149.400 manat məbləğdə mal (onlardan qara metal tullantısı 250 ton, alüminium tullantısı 52 ton, istifadə olunmuş metal boru 48 ton) iddiaçı MMC tərəfindən cavabdeh ASC-yə təhvil verilmişdir. İşin materiallarında olan 01.10.2013-cü il tarixli “xxxx”na görə, iddiaçı MMC-nin dire ktoru E.Abışov bir tərəfdən və cavabdeh ASC-nin İdarə heyətinin sədri O.Məmmədov digər tərəfdən bu aktı öz imzaları təsdiq etmişlər ondan ötəri ki, həqiqətən cavabdeh ASCnin iddiaçı MMC-yə alınmış mal-materiala görə 01.10.2013-cü il tarixə 149.400 manat borcu vardır. İşin materiallarında olana 01.10.2016-cı il tarixli “xxxx”na əsasən, iddiaçı MMC-nin direktoru E.Abışov bir tərəfdən və cavabdeh ASC-nn İdarə heyətinin sədri O.Məmmədov digər tərəfdən bu aktı öz imzaları təsdiq etmişlər ondan ötəri ki, həqiqətən cavabdeh ASCnin iddiaçı MMC-yə alınmış malmateriala görə 01.10.2013-cü il tarixə 149.400 manat borcu vardır. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı MMC x xxxnə əsasən ümumi dəyəri 149.400 manat məbləğdə malı cavabdeh ASC-yə təhvil verərək, üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etdiyini, cavabdeh ASC-nin aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər icra etmədiyini irəli sürür. İddiaçı MMC tələbinin sübutu kimi xxxxnə, üzləşdirmə aktlarına, qaimə-fakturaya istinad edir. Cavabdeh ASC iddianı qəbul etməyib, etirazını həm xxxx, həm üzləşdirmə aktları, həm də qaiməfakturanın həqiqi olmaması, görünüş üçün tərtib edilməsi, reallıqda heç bir alqı-satqı və mal təhvilinin olmamasına istinad edir. Cavabdeh MMC, həmçinin, bildirir ki, alqı-satqı və üzləşdirmə aktlarının gerçək olması fərz olunsa, bu halda iddia, iddia müddəti keçdiyi üçün əsassızdır. Belə ki, tərəflər arasında bağlandığı ehtimal edilən mü qavilə üzrə yaranan borcun etirafı borcun ödənilmə müddəti göstərilməklə müqavilə formasında bağlanmalı idi. Cavabdeh ASC-nin dəlilləri əsaslıdır. İş üzrə müəyyən edilir ki, cavabdeh ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Həmin Məcəllənin 375.2-cimaddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Həmin Məcəllənin 377.1-cimaddəsinə g örə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Həmin Məcəllənin 377.2-cimaddəsinə uyğun olaraq icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış 09.07.2012-ci il tarixli “xxxx”nin 3.1-ci bəndinə görə, alınan malların dəyərinin ödənilməsi Alıcı tərəfindən malların qaimə əsasında tam qəbulundan sonra ödənilir. Yuxarıda qeyd edilən 14.08.2012-ci il tarixli qaimə-faktura ilə güman olunur ki, mallar ən son həmin tarixdə cavabdehə təhvil verilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 09.07.2012-ci il tarixli “xxxx” üzrə iddia müddəti, başlanğıc tarixi iddiaçı MMC-yə mün asibətdə 10.07.2012ci il tarixdən hesablanmaqla, 10.07.2015-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-cimaddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-cimaddəsinə müvafiq olaraq fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddiaçı MMC məhkəməyə 01.10.2013-cü il tarixli və 01.10.2016-cı il tarixli üzləşdirmə aktlarını təqdim etmişdir, hansılarda ki, cavabdeh ASC-dən alınmış mal-materiala görə 01.10.2013-cü il tarixə 149.400 manat borcunun olduğu qeyd olunmuşdur. 01.10.2013-cü il tarixli “xxxx”nın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsi anla mında borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkət olması fərz olunarsa, o halda iddia ərizəsinin 06.07.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunması nəzərə alınmaqla, 01.10.2013-cü il tarixli “xxxx” ilə axımı kəsilən iddia müddəti 02.10.2013-cü il tarixdə yenidən başlanaraq, 02.10.2016-cı il tarixdə başa çatmışdır. Lakin nə 01.10.2013-cü il tarixli, nə də 01.10.2016-cı il tarixli üzləşdirmə aktları həmin maddədə təsbit olunan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkət deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 25.12.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 29. 07.2004-ci il tarixli Qərarından çıxan nəticəyə görə, söhbət özündə yalnız borc məbləğinin rəqəmlərini əks etdirən «üzləşmə aktı»ndan deyil, həmin iş üzrə tərəflər arasında tərtib edilmiş «protokol» adlı sənəddən (əslində öz hüquqi təbiətinə görə borc müqaviləsidir) gedir ki, burada borclu tərəf əsas borcu və faizləri etiraf edərək, onları hər iki tərəfin müəyyən etdiyi müddətdə ödəniləcəyi barədə öhdəlik götürür. Bununla əlaqədar, hazırkı mübahisə üzrə tərəflər arasında imzalanmış üzləşdirmə aktları adlanan sənədlərin özü, onlarda əks olunmuş borc məbləğinin hər hansı konkret müəyyən edilmiş müddətdə ödəniləcəyi haqqında göstəriş nəzərdə tutmadığından, borcun etiraf edilməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublkası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübuta yetmir. İddiaçı MMC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir, cavabdeh ASC-nin iddiaya etirazlarının əsasları iş üzrə təsdiqini tapır. Ona görə də, iddiaçı ASC-nin iddia tələbi 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Kassasiya şikayətində tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə istinadən göstərilir ki, həmin bəndə əsasən müqavilənin müddəti 09.07.2017-ci il tarixdə başa çatdığından, iddia müddəti ötürülməmişdir. Lakin istinad edilən müqavilənin 7.1-ci bəndinə görə, müqavilə imzalandığı gündən spesifikasiyada göstərilən malların alınmasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, müqavilədə 5 il müddət malların verilməsi və alınması müddəti kimi müəyyən edilmiş, kassastorun göstərdiyi kimi, alınmış malların dəyərinin ödənilməsi üçün müddət kimi göstərilməmişdir. Müqavilədə istinad edilən spesifikasiyada satıcı – iddaçı MMC 5 il ərzində alıcı – cavabdeh MMC-yə ümumilikdə 862.710 manatlıq mal satmalı idi ki, bunlardan yalnız 149.400 manatlıq hissəsini sonuncuya təqdim edə və sata bilmişdir Eyni zamanda alıcı – cavabdeh ASC ona təqdim edilən malları hələ 2012-ci ildə, müvafiq qaimə-fakturaya əsasən almışdır. Onun yara nmış borcu ödəmək öhdəliy məhz həmin tarixdən də yaranmışdır. Belə olan halda iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyas iya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar