Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-443/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə Açar sözlər: borcun ödənilməsi 14.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)-108/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh MMC(bundan sonra – “cavabdeh”) ara sında bağlanmış 2020-ci il 26 oktyabr tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsindən (bundan sonra – “alqı-satqı müqaviləsi”) görünür ki, satıcı (iddiaçı) razılaşma protokolunda nəzərdə tutulan və adı göstərilən malları müqavilənin şərtlərinə uyğun olaraq alıcının (cavabdeh) mülkiyyətinə verməyi, alıcı isə razılaşma protokolunda və adı göstərilən malları qəbul edib, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür.
2. Alqı-satqı müqaviləsinin razılaşdırılma protokolundan görünür ki, malların ümumi qiyməti 61.319,40 manat təşkil edir. 3. 2020-ci il 27 noyabr tarixində iddiaçı tərəfindən cavabdehə verilmiş malların əvəzi olaraq 61.319,40 manat pulun ödənilməsi barədə 162459 saylı elektron qaimə göndərilmiş, eyni zamanda elektron qaimənin “təhvil aldım” qrafasında cavabdeh tərəfindən i mza və möhür vurulmuşdur. 4. 2020-ci il 1 dekabr tarixli ödəmə tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinə əsasən 11.000 manat ödəniş edilmişdir. 5. 2020-ci il 4 dekabr tarixli köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsinə əsasən 1.980 manat məbləğində iddiaçının hesabına ƏDV ödənişi edilmişdir.
6. İddiaçı cavabdehə 2021-ci il 15 aprel tarixli pretenziya məktubu ünvanlayaraq alqı-satqı müqaviləsinə uyğun olaraq hesablanmış, ƏDV ilə birlikdə 61.319,40 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsini xahiş etmiş, ödənilməyəcəyi təqdirdə məhkəmnə orqanlarına müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 2021-ci il 8 ma y tarixində cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 043/1-AP-20 saylı alqı-satqı müqaviləsi üzrə hesablanmış, ƏDV ilə birlikdə 48.339,40 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə əsasən, cavabdeh müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq Rusiya istehsalı olan meşə materialları (taxta və taxta materialları), müxtəlif ölçülü laminasiyalı və yapışqanlı faner məmulatını almağı və sənədlərdə (Protokol, hesab faktura, qaimə faktura) təsdiq edilən məbləği (ƏDV-18% ilə birlikdə) ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malı n markası, ölçüləri, qiymət və məbləği hər iki tərəfin təsdiqlədiyi Protokolda əks olunmuşdur. Həmin protokolda Alıcının 8.472,30 manat məbləğində 27,33 m3 miqdarlı, 8.472,30 manat məbləğində 27,33 m3 miqdarlı eyni məhsul, 18 m3 miqdarlı 5.580 manat məbləğində, 7,8 m3 miqdarlı 2.418 manat məbləğində, 0,216 m3 miqdarlı 66,96 manat məbləğində 4.896 m3 miqdarlı 1.517,76 manat məbləğində, 7,65 m3 miqdarlı 2.371,50 manat məbləğində, 12,3 m3 miqdarlı 3.813 manat məbləğində, 1.567 m3 miqdarlı 485,77 manat məbləğində və 1,104 m2 miqdarlı 18.768 manat məbləğində polluq taxta məmulatlarını aldığı təsdiq olunmuş və Alıcı tərəfindən, alınmış məmulatların toplam dəyəri 51.965,59 manat və ƏDV olaraq hesablanmış toplam dəyər isə 9.353,81 manat olaraq müəyyən edilmişdir. Yekunda cavabdehin ödəməli olduğ u məbləğ 61.319,40 manat olaraq sözü gedən protokolda qeyd olunmuşdur. Həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 2020-ci il 27 noyabr tarixli EBAT seriyalı, №162459 elektron qaimə tərtib olunaraq, qaime.e-taxes.gov.az sisteminə yerləşdirilmişdir. Lakin müqavilənin qüvvədə olma müddətinin artıq bitməsinə baxmayaraq, bu günə kimi cavabdeh müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Bu zamana qədər yuxarıda göstərilən mallar üzrə hesablanmış miqdarın yalnız 11.000 manat hissəsi və ƏDV miqdarının isə 1.980 manat hissəsi ödənmişdir. Bu isə göstərilən müqavilənin 1.1-ci və 2.2-ci bəndlərində qeyd olunan şərtlərin cavabdeh tərəfindən kobud surətdə pozulmasına səbəb olmuşdur. Yəni cavabdeh tərəf, öz öhdəliklərini sonadək icra etməmiş, müqavilənin şərtlərini pozaraq, ü zrlü səbəb olmadan bu günədək ödənişi tam həyata keçirməmiş, dəfələrlə şifahi formada müraciətlər olunmasına baxmayaraq ödəniş olunmamışdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 445.3, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə istinad edilmişdir.
10. Cavabdeh 2021-ci il 11 iyun tarixində məhkəməyə iddia ərizəsinə qarşı etiaz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya faktiki aldığı mallar üzrə 2020-ci il 1 dekabr tarixində 11.000 manat və 1.980 manat ƏDV məbləğini, cəmi ƏDV daxil 12.980 manat vəsait bank köçürmə yolu ilə ödənilmişdir. Həmçinin müqavilənin 2.2-ci bəndinə görə, satıcı tərəfindən satılan malların dəyəri əvvəlcədən ödənilərək sonradan alıcıya təh vil verilməlidir. Bu səbəbdən, iddiaçı tərəfindən mallar təhvil verilmədiyi üçün ona ödəniş edilməmişdir. Beləliklə, cavabdeh aldığı malların dəyərini tam ödəmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli e-2-2(113)-2554/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işdə MM-in 567, 598.2, 600.4-cü maddələrin bütün dispozisiya şərtləri mövcuddur.
13. Alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqısatqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan iddiaçının üzərinə düşür.
14. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və malların verilməsinə dair razılaşma protokolu imzalanmışdır. Satıcı (iddiaçı) verilmiş malların ödənilməsinə dair alıcıya (cavabdeh) 2020-ci il 27 noyabr tarixində elektron qaimə göndərmiş, eyni zamanda da qeyd edilən qaimə əlavə olaraq əlbəəl də verilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən təqdim edilmiş mallara görə 12.980 manat məbləğində ödəniş edilmişdir.
15. Cavabdehin nümayəndəsi ancaq verilmiş mallara görə pulların ödənildiyini bildirsə də, verilmiş mallara görə 61.319,40 manat pulun tələb edilməsi barədə verilmiş elektron qaimənin imza və cavabdehin möhürü ilə təsdiq edilməsini, eyni zamanda əgər mallar verilməyibdisə imza və möhürlə təsdiq edilmiş elektron qaiməyə nəyə görə etiraz etməmələrini izah edə bilməmişdir.
16. Veril miş mallara görə 61.319,40 manat pulun tələb edilməsi barədə verilmiş elektron qaimənin cavabdeh tərəfindən həm elektron qaydada qəbul edərək ona etiraz etmədiyindən, həmçinin əlbəəl qəbul edərək imza və möhürlə təsdiq edib etiraz etmədiyindən müqaviləyə razılaşma protokolunda göstərilmiş, ümumi dəyəri 61.319,40 manat təşkil edən mallar ona təhvil verilmişdir.
17. Mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir.
18. Hazırki iş üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi tam icra etməmiş, alqı-satqı müqaviləsindən irəli gələn malları almış olsa da, qeyd edilən mallara dair ödənişləri tam həyata keçirməmişdir. Belə ki, cavabdehə ümumi dəyəri 61.319,40 manat təşkil edən mallar verilsə də, o cəmi 12.980 manat ödəniş etmiş və nəticədə 48.339,40 manat borcu qalmışdır.
19. Məhkəmə öz qətnaməsini MM-in 425, 567, 598.2, 600.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh 2021-ci il 15 oktyabr tarixdə qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 22(103)-108/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).
22. Apellyasiya instansiya m əhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 12-18) ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdehin apellyasiya şikayətində malların təhvil alındığı mübahisələndirilərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tələb olunan 48.339,40 manat dəyərində malın təhvil verilməsi barədə işdə sübutların olmadığı halda məhkəmənin iddianı təmin etməsi qeyd olunmuşdur.
23. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2-ci bəndində qeyd edilmişdir ki, satıcı mal göndərəndə təhvil-təslim (qaimə-faktura) tərtib edilir və orada malın adı, markası, miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi olmalıdır. Müqavilənin qeyd edilən şərtinə görə tərəflər malın təhvil verilməsinin qaimə faktura ilə rəsmiləşdirildirilməsinə dai r razılıq əldə etmişlər.
24. İş materiallarının 32-ci vərəqinə əlavə edilmiş EBAT seriyalı 162459 saylı elektron qaimədə qeyd edilmiş dəyərdə malın cavabdehə təhvil verildiyi təsdiq edən mötəbər sübut olduğundan, eyni zamanda cavabdeh malın dəyərindən qismən (ƏDV daxil 12.980 manat) ödəniş həyata keçirdiyindən iddiaçı tərəfindən malın təhvil verilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab olunmuşdur.
25. Məhkəmə öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi normalara (bax yuxarıda § 19) istinad etməklə əsaslandırmışdır.
26. Qətnamə 2022-ci il 3 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
27. Cavabdeh 2022-ci il 4 may tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkə məsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
28. MPM-in 81, 88, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Alqı-satqı müqaviləsinin 2.2ci bəndinə əsasən, alıcı (cavabdeh) satılan malların dəyəri əvvəlcədən ödəməli və bundan sonra mallar alıcıya təhvil verilməli idi. Bu səbəbdən, cavabdeh faktiki almış mallara dair ödəniş etmişdir. Beləliklə də, cavabdeh aldığı bütün malların dəyərini tam ödəmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Hesab edirik ki, iddiaçı tərəfindən tələb edilən məbləğ şübhəlidir və qeyri-obyektiv hesablanmanın nəticəsində meydana gəlmişdir. Həmçinin qətnamədən göründüyü kimi, iddiaçı sübutları, o cümlədən satdığı mallara dair Təhvil-təslim aktı təqd im etməmişdir. Bundan əlavə, borcun təsdiqi ilə bağlı hər hansı üzləşmə aktı yoxdur.
29. MPM-in 9-cu maddəsinin tələbi pozulmuşdur. Cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, bununla da çəkişmə prinsipinin pozulması ilə qətnamə qəbul edilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasi ya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələb lərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın q iymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə
185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.... 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cava bdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. müddəalarında 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
365. Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və bu Məcəl lənin müddəaları tətbiq olunur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 28-29) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)-108/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Ərizəçinin kassasiya şikayətində göstərilən tələb edilən məbləğin şübhəli olmasına, malların təhvil verilməsini təsdiq edən sübutların, habelə borcun təsdiqi ilə bağlı hər hansı üzləşmə aktının olmamasına dair eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Ərizəçinin digər dəlili ondan ibarətdir ki, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir.
39. Məhkəmə kollegiyası həmin dəlili də aşağıdakı səbəblərdən tamamilə əsassız hesab edir.
40. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsində işə baxılması yekun olaraq 2022-ci il 16 fevral tarixinə sa at 12:15-ə təyin olunmuş, tərəflər bu barədə rəsmi qaydada məlumatlandırılmışlar.
41. Lakin cavabdehin nümayəndəsi eyni tarixdə elektron ərizə (i/v 154) ilə məhkəməyə müraciət edərək yaranan problemlə bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, həmin problemin nədən ibarət olduğunu konkretləşdirməmiş, bununla bağlı hər hansı dəlil gətirməmiş, sübut təqdim etməmiş, bununla da MPM-in 185.1-ci maddəsinin (bax yuxarıda § 34) tələbini pozmuşdur.
42. Bundan başqa, “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, sözügedən ərizə elektron kabinet vasitəsilə sistemə yalnız saat 12:12-də, yəni məhkəmə iclasının başlanmasına cəmi 3 dəqiqə qalmış daxil edilmişdir.
43. O da qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən ona qarşı irəli s ürülmüş iddia tələblərinə qarşı malik olduğu bütün dəlilləri və sübutları məhkəməyə təqdim etmiş, həmin sənədlər iş materiallarına əlavə olunmuşdur.
44. Cavabdehin apellyasiya şikayəti ilə birlikdə, yaxud ondan sonra məhkəməyə hər hansı əlavə dəlil və sübut təqdim etməsi isə iş materiallarından görünmür.
45. Odur ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iştirakı olmadan işə baxaraq qətnamə çıxararkən MPM-in 185.5 və 185.6-cı maddələrinə (bax yuxarıda § 34) uyğun hərəkət etmiş, kassatorun iddia etdiyi kimi, çəkişmə prinsipini pozmamışdır.
46. İstinad olunan MPM-in 185-ci maddəsinin müddəaları MPM-in 365-ci maddəsinə (bax yuxarıda § 34) uyğun olaraq apellyasiya icraatına da tətbiq edilir.
47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyas iya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 22(103)-108/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.