Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-445/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı İskəndər oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 avqust 2021-ci il tarixli, 2-2(103)-957/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası nda baxılmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 5 mart tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məktubunda göstərilmişdir ki, reyestrə əsasən Cavabdeh2 MMC-nin təsisçilər arasında pay bölgüsü aşağıdakı kimidir: - İddiaçı İskəndər oğlu (Rusiya Federasiyası) – 25%, Bayramov Məmməd Qurban oğlu – 25%, “East Star” Ltd şirkəti (Malta Respublikası) – 20% və "xxxx" Şirkəti (İsveçrə Federal Şurası) – 30%;
2. Cavabdeh1 MMC-nin nizamnamə kapitalı 10 manat (pul şəklində) təşkil edir və təsisçilər arasında pay bölgüsü aşağıdakı kimidir: - Cavabdeh3 – 1,6 pay, İddiaçı İskəndər oğlu (Rusiya Federasiyası) – 3,4 pay və “April Group” S.A (İsveçrə Federal Şurası) – 5 pay.
3. Cavabdeh1 MMC-nin nizamnaməsinə (beçinci redaksiyada) əsasən, hər bir təsisçinin bir sıra hüquqları – cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat almaq və Azərbaycan Respublikasının qanun vericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları vardır. Bu hüquqları məhdudlaşdıran istənilən razılaşma və ya hərəkət etibarsız hesab olunur.
4. Nizamnamənin 4.4-cü bəndinin 8-ci abzasına əsasən cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydasının müəyyən edilməsi Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İskəndər oğlu cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin sənədlərin təqdim edilməməsi formasında qanunsuz hərəkətlərinin dayandırılması, 2 018, 2019 və 2020-ci illər üzrə maliyyə hesabatlarının, auditor rəylərinin və vergi bəyannamələrinin təqdim edilməsi, şirkətin hal-hazırkı vəziyyəti barədə məlumat verilməsi, maliyyə sənədləri, mühasibat balansı ilə tanış olmağa şərait yaradılmasının cavabdehlər tərəfindən təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh müəssisələrin maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktlarını, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdiq olunmuş surətlərinin iddiaçıya təqdim edilməsi və hər iki müəssisədə auditin aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC və Cavabdeh1 MMC-nin təsisçisi olaraq nizamnamə kapitalında paylara malik olmuşdur. Lakin, həmin müəssisələrin direktoru olan Cavabdeh3 şirkətlərin gəlirləri və xərcləri, onların faktiki maliyyə vəziyyəti barədə təsisçilərə məlumat verməmiş, öhdəliklərini icra etməyərək iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı müəssisələrin son üç üzrə maliyyə hesabatlarının müvafiq auditor rəyi ilə birlikdə ona təqdim edilməsi və mühasibat balansları ilə tanış olması üçün şərait yaradılması ilə bağ lı rəsmi müraciət etməsinə baxmayaraq, onun müracətlərinə cavab verilməmişdir. İddiaçı hesab etmişdir ki, o təsisçisi və payçısı olduğu müəssiələrin maliyyə vəziyyətindən məlumatsız qaldığından həmin müəssiələrin əldə etdiyi mənfəətdən pay sahibi olmaq hüququndan istifadə edə bilməsi mümkünsüz olmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-533/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim-Emin Əliyev).
9. Həmin məhkəmə bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla məhdud məsuliyyətli cəmiyyətlər illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər və cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı onun hər hansı iştirakçısının tələbi ilə də aparıla bilər.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 91.4, 91.5, 91-1.1, 91-3.1, 91-3.2, 91-3.3, 91-3.4, 91-3.5, 91-4.1, 914.2, 91-4.3, 91-4.4, 91-4.5, 91-4.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən Cavabdeh3 2021-ci il 29 iyun tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarılmışdır.
13. Cavabdeh3 2021-ci il 23 iyul tarixdə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vas itəsilə təkrar olaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 avqust tarixli, 2-2(103)-957/2021 saylı qərardadı ilə Cavabdeh3 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən Vidadi Məmmədov, hakimlər Vahid Sadıqov və Akif İsgəndərov).
15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2021-ci il 30 may tarixdə Cavabdeh3 elektron kabinetinə yerləşdirilməklə ona çatdırılmış, onun tərəfindən tərtib olunmuş apellyasiya şikayəti isə elektron kabinet vasitəsi ilə 2021-ci il 23 iyul tarixdə göndərilməklə qanunvericiliklə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddət ötürülmüşdür.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 10-1.3, 130.3, 363.1.3, 366.1, 366.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Apellyasiya məhkəmənin qərardadı 2021-ci il 4 avqust tarixdə iddiaçının nümayəndəsinə və Cavabdeh3 məxsus elektron kabinetdə yerləşdirilmişdir.
18. Həmin qərardaddan Cavabdeh3 kassasiya şikayəti verməklə onun ləğv edilməsi və apelyasiya şikayətinin əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113 )-533/2021 saylı, 2021-ci il 5 iyul tarixli qərardadı ilə 2021-ci il 20 may tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və qərardadda izah edilmişdir ki, 2021-ci il 20 may tarixli qətnaməsinin cavabdehə 2021-ci il 9 iyun tarixdə rəsmi qaydada təqdim edildiyindən, apellyasiya şikayətinin isə 2021-ci il 26 iyun tarixdə poçt xidmətinə verildiyindən onun təkrar olaraq elektron informasiya sistemində yaradılmış elektron kabineti vasitəsi ilə apellyasiya şikayəti ilə müraciət etməsi üçün 13 günlük müddət mövcud olmuşdur. Cavabdeh hesab edir ki, elektron qaydada apellyasiya şikayətini məhkəməyə vaxtında təqdim etdiyindən birinci instansiya məhkəməsi həmin şikayəti apellyasiya məhkəməsinə göndərmişdir və apelyasiya şikayətinin verilməsi üçün müddət onun tərəfindən ötürülməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
20. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
21. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndə və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
22. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
23. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılar ına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır; 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
29. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
30. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apell yasiya şikayəti məhkəməyə 2021-ci il 29 iyun tarixdə daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli, e-2-2(113)533/2021 saylı qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyindən cavabdehə geri qaytarılmış və cavabdehə qərardadın rəsmi təqdim edildiyi gündən 13 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edə biləcəyi bildirilmişdir.
31. İşin 87-ci vərəqində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən görünür ki, cavabdehə birinci instansiya məhkəməsinin qərardadı 2021-ci il 12 iyul tarixdə təqdim olunmuşdur. 32. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şika yəti 2021-ci il 23 iyul tarixdə, yəni cavabdeh tərəfindən məhkəmə qərardadının əldə olunduğu tarixdən 11 gün sonra verilmişdir.
33. MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
34. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu ba rədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
35. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.2-ci maddəsində hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
36. Prosessual qanunvericiliyin istinad olunan normalarından aydın olduğu kimi apellyasiya şikayətinin verilməsi ilə bağlı yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iş üzrə tərəf yenidən məhkəməyə apellyasiya şikayəti ilə müraciət etməkdə haqlıdır.
37. Həmçinin, MPM-in 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron k abinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 38. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, onun elektron poçt ünvanı elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçməmişdir.
39. Hazırkı halda, cavabdehin elektron poçt ünvanı mövcud olmadığından, cavabdeh birinci instansiya məhkəməsinin qərardadını poçt vasitəsi ilə aldığı tarixdən 11 gün sonra, yəni birinci instansiya məhkəməsinin öz qərardadında göstərdiyi 13 günlük müddəti ötürmədən elektron qaydada apellyasiya şikayətini təqdim etmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2021-ci il 5 iyul tarixli qərardadında onun rəsmi təqdim edildiyi ta rixdən 13 gün ərzində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinin verilə bilməsi göstərildiyindən cavabdehin 11 gün ərzində apellyasiya şikayətini verməsi onun zərərinə təfsir oluna bilməz. Bununla da, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürməmişdir və apellyasiya məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün sayılmasına dair gəldiyi nəticə əsaslı olmamışdır.
41. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2021-ci il 4 avqust tarixli, 2-2(103)-957/2021 saylı qərardadı ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 avqust tarixli, 2-2(103)-957/2021 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.