Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-446/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar söz: borcun tutulması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Qürbət Əsgərov, Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Fərid Qurbanovun iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2-2(103)-429/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “İddiaçı” MMC Cavabdeh qarşı 118456,90 manat əsas borc, 126497,97 manat cərimə borcu və 31 manat dövlət rüsumu olmaqla ümumilikdə 244985,87 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin 118456,90 manat əsas borc, 22613,50 manat cərimə faizi və 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 141101,40 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması şəklində qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya mə hkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-2(82)-1044/2016 saylı, (sədrlik edən hakim H.Babayeva) qətnaməsi iləiddia tələbinin qismən təmin edilməsi, 118456,90 manat əsas borc, 2500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, ümumilikdə 120981,90 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12 aprel 2017-ci il tarixli, 2-2(103)-169/2017 saylı ( hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, H.Həmidov vəE.Nağıyeva) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 02 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh kasasiya şikayəti verərək onun ləğv ediməsini və işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasınıməhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli, 2-2(102)-364/2017 saylı (hakimlər N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, İ.Hüseynov vəİ.Dadaşov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 12 aprel 2017-ci il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2-2(103)-755/2017 saylı (hakimlər S.Seyidova- sədrlik edən və məruzəçi, S.Hüseynov və V.Məmmədov) qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02 dekabr 2018ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh kasasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 2-2(102)-215/18 saylı(hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, R.Nəbizadə və X. Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2-2(103)-491/18 saylı (hakimlər M.Tağızadə- sədrlik edən və məruzəçi, hakimlər Ü.Mayılov və K. Abiyeva) qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia 141101,40 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul ediməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-2(102)-156/19 saylı (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, V.İbayev və K.Bədəlov) qərarı ilə iddiaçının kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2-2(103)-429/19 saylı (hakimlər A.Nuriyeva- sədrlik edən və məruzəçi, hakimlər V.Ağayev və C.Yusifov) qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qət naməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilmə, iddianın rədd edilməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Ali Məhkəmənin 24 aprel 2019-cu il tarixli, 2-2(102)-156/19 saylı sonuncu qərarında Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası üçün aşağıda qeyd edilən məcburi göstərişlər öz əksini tapmışdır: tərəflər arasında yaranan münasibətlər alqı-satqı müqaviləsindən irəli gələn münasibət olduğuna görə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə münasibətlərini tənzimləyən qaydalarını və maddələrini tətbiq etməklə qərar qəbul etməlidir; məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 570, 598, 433, 882-ci maddələri nə və qaimə-fakturaların hüquqi əsaslarını müəyyən edən sahəvi normativ hüquqi aktlara istinad edilməlidir. Bununla yanaşı cavabdeh tərəfindən təqdim edilmiş 09 yanvar 2017-ci il tarixli apelyasiya şikayətinin dəlillərinə əsasən qaimə fakturaların bir hissəsi onun tanımadığı şəxslər tərəfindən imzalanmışdır. Onun iddiaçıya olan borcu məhkəmə qətnaməsindən göstərilən məbləğdən azdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş və kasasiya instansiyasının məcburi göstərişlərinə əməl etməmiş və kasasiya qaydasında ləğv edilmiş Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2-2(103)-491/2018 saylı qətnaməsini köçürməklə kifayətlənmişdir. Kasasiya instansiyasını n məcburi göstərişlərinə və cavabdehin apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq qeyd edək ki, işin mübahisələndirilməyən halı tərəflər arasında imzalanmış 30 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin olmasıdır. İş materiallarının 2-ci cildinin 8–12-ci səhifələrinə əlavə edilmiş 30 sentyabr 2015-ci il tarixli Alqı satqı müqaviləsi Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbi baxımından tərəflər arasında öhdəliyin yaranmasını təsdiq edir. Bəhs edilən müqavilənin 6.4-cü bəndinə əsasən müqaviləyə ediləcək əlavə və dəyişikliklərin yalnız hər iki tərəfin imzası ilə tərtib olunması satıcı və alıcı arasında razılaşdırılmışdır. Həmin bəndə uyğun olaraq tərəflər arasında 30 sentyabr 2015-ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. Əlavə iki vərəqədən ibarət olmaqla sonda hər iki tərə fin imzası ilə təsdiqlənmişdir. Əlavədə müqavilə üzrə şərtlərin icra edilməsi üçün Alıcı adından malların təhvil alınması, qaimə-fakturada malın təhvilini sübut edən imzanın atılması və tərəflər arasında borcu əks etdirən üzləşmə aktını təsdiqləmə səlahiyyəti cavabdehin rəsmi işçiləri olmuş X3, X4 və digərlərinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 28228 saylı ekspert rəyinə əsasən iş materiallarına əlavə edilmiş 30 sentyabr 2015-ci il tarixli 1 saylı Əlavədə olan imzanın cavabdehə məxsus olduğu təkzibolunmaz surətdə təsdiq edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, bəhs edilən müqavilə və onun Əlavəsi məhz cavabdeh tərəfindən tərtib olunmuş və iddiaçıya təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş qaimə -fakturalar forması Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blanklarıdır və onlarda nəzərdə tutulan məlumatlar tam şəkildə öz əksini tapmışdır. Qaimə-fakturalara imza atan şəxsə münasibətdə qeyd edək ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin DƏM-nin 27 aprel 2018ci il tarixli, 98 nömrəli və 21 yanvar 2019-cu il tarixli **********6. nömrəli məlumatlarına əsasən X7 cavabdehin rəsmi işçisi olmuşdu. Qeyd edilənlərə əsasən iddiaçı alqı-satqı müqaviləsində irəli gələn malları cavabdehin rəsmi işçisi və müqaviləyə 1 nömrəli Əlavə ilə səlahiyyət verdiyi, eyni zamanda cavabdehin adından daimi olaraq malları qəbul etmiş X5 təhvil verməklə öz öhdəliyini icra etmişdir. Qaimə-fakturalar əsasında göndərilmiş elektron vergi hesab fakturaların cavabdeh tərəfin dən təsdiqlənməsi və malların bir qisminin dəyərinin bank hesabı vasitəsilə iddiaçıya ödənilməsi onun işçisi tərəfindən qəbul edilmiş mallardan fayda götürdüyünü və malların onun məlumatı əsasında qəbul edildiyini tam təsdiq etmiş olur. Aydın olduğu kimi cavabdeh həmin qaimə-fakturaların seriyasını (o cümlədən malların miqdarını və məbləğini ) əks etdirən və bu qaimələrə istinad edən elektron vergi hesab fakturalarını təsdiqləməklə və bu fakturalar əsasında iddiaçının X12 üzrə depozit hesabına və bank hesabına nağdsız ödənişlər etməklə malları qəbul etdiyini və özünün apelyasiya şikayətinin əsassız olduğunu bir daha təsdiq etmişdir. Bununla yanaşı qeyd edək ki, müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən ümumilikdə 7 qaimə-faktura üzrə 180181,21 manat məbləğində mallar göndərilmişdir. Tərəf lər arasında imzalanmış və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 28228 saylı ekspert rəyi ilə cavabdehin imzasının təsdiq edildiyi 14 yanvar 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktı tərəflər arasında borc öhdəliyini təsdiq edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2-2(103)-429/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bun un nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Qurbanov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kolle giyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasə n apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 10 iyul 2019-cu il tarixli, 22(103)-429/2019 saylı qətnamə ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-2(82)-1044/16 qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 567, 570.1, 598.1, 882.1, 882.2, 882.4-cü maddələrinə, “Mühasibat uçotu haqqında” Qanunun 10-cu maddəsinin 6-cı bəndinə, Mülki Prosessual Məcəllənin 76.2, 77.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, məhkəmə iclasında iddia tələbi üzrə iddiaçı öz tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiya iş üzrə qəbul etdiyi 10 iyul 2019-cu il tarixli, 2-2(103)-429/2019 saylı qətnaməsi ilə və həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahis əyə bundan əvvəl tərəflərin kasasiya şikayətləri üzrə artıq 3 dəfə kasasiya instansiyası məhkəməsində baxılaraq qərarlar qəbul edilmiş, yəni, apelyasiya instansiyası məhkəməsinin əvvəlki qətnamələri ləğv edilməklə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə ki, hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası sayca 3-cü qərarı 24 aprel 2019-cu il tarixdə qəbul edilərək, iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sözügedən qərarının “Hüquqi məsələlər” adlanan hissəsində göstərilmişdir ki, “Apelyasiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə yalnız “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qa nununun 10.6-cı maddəsinə və prosessual qanunvericiliyin tələblərinə əsaslanmışdır. Halbuki, işin hallarından göründüyü kimi, apelyasiya məhkəməsi tərəflər arasında mülki qanunvericiliyin alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yarandığını müəyyən etmiş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin müqavilə münasibətlərini tənzimləyən qaydalarını və müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı maddələrini tətbiq etməmiş, gəldiyi nəticəni maddi hüquq normalara uyğun olaraq əsaslandırmamışdır”. Həmçinin Ali Məhkəmənin həmin qərarında deyilir ki, “Tərəflər arasında alqı-satqı müqaviləsi münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı həmin Məcəllənin 570, alınmış əşyanın ödəni lməsi qaydaları Məcəllənin 598, tələbin ixtiyarlı şəxsə icra edilməsi qaydaları Məcəllənin 443, borcun etiraf edilməsinə dair qaydalar Məcəllənin 882-ci maddələri ilə tənzimlənmişdir. Bundan başqa, sübutlar kimi təqdim edilmiş “qaimə-fakturaların” hüquqi əsasları müxtəlif sahəvi normativ-hüquqi aktlarla tənzimlənmişdir. Göstərilənlər iddianın qanuni əsasını təşkil edir ki, həmin qanunvericiliyin müddəaları işin müəyyən edilmiş hallarına tətbiq edilməklə məhkəməyə nəticə gəlməlidir”. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi K ollegiyası dördüncü dəfə hazırkı mübahisəyə baxarkən Ali Məhkəmənin 24 aprel 2019-cu il tarixli qərarında şərh edilən yuxarıda yazılmış məcburi xarakter daşıyan göstərişləri nəzərə almaqla, sözügedən göstərişləri tam yerinə yetirmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, satıcı - “İddiaçı” MMC ilə alıcı Cavabdeh arasında 30 sentyabr 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı müqavilənin 2-ci maddəsində göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə-fakturaya əsasən müəyyən olunmuşdur. Satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri 14 gün m üddətindən gec olmamaqla nisyə satış şəklində nəzərdə tutula bilər. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əsas borc və cərimə borcu ilə bağlı əsaslandığı və birinci instansiya məhkəməsinin həmin hissələrdə iddia tələbini qismən təmin edərkən istinad etdiyi sənədlər aşağıdakılardan ibarət olmuşdur: 30 sentyabr 2015-ci il 7 qaimə-faktura; 30 sentyabr 2015-ci il tarixli 1 nömrəli Əlavə; 14 yanvar 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktı. Bu arada apelyasiya instansiyası məhkəməsi doğru olaraq Mülki Məcəllənin 567, 570.1, 598.1ci maddələrini tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məb ləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılm ır. Həmin Məcəllənin 598.1-ci maddəsinə müvafiq olaraq əgər alq ı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ədliyyə Nazirliyində 143 nömrə ilə 05 fevral 1999-cu ildə qeydə alınmış “Ciddi hesabat blanklarının (Mədaxil qəbzi F. № 1MQ, kassa mədaxil orderi F. № KO-1, vəkalətnamə F. № M-2, qaimə-faktura F. № 2Q) forma və rekvizitləri və onların istifadə Qaydaları”nın 18-ci bəndində “Qaimə-faktura forma № 2Q”xxxx“Müəssisənin adı, VÖİN-i və digər lazımı göstəriciləri”, rekvizitində müəssisənin, idarənin, təşkilatın adı, bank rekvizitləri, ünvanı, telefon nömrəsi və digər laz ımi göstəricilər əks etdirilir. “Kimdən” rekvizitində maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəricilər əks etdirilir. “Kimə” rekvizitində vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəricilər əks etdirilir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan 30 sentyabr 2005-ci il tarixli 7 ədəd qaimə fakturalarda: “Kimdən” rekvizitində “xxxx” MMC göstərilmiş, MMC-nin maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilmişdir; “Kimə” rekvizitində isə “Cavabdeh” göstərilmiş, vəkalətnamə və ya müv afiq sərəncamla qiymətliləri alan maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 30 sentyabr 2015-ci il tarixli 7 ədəd qaimə fakturalar xxx adlı şəxs tərəfindən imzalansa da, həmin şəxsin cavabdehin vəkalətnamə (etibarnamə) üzrə məsul şəxs (səlahiyyətli) nümayəndəsi olduğu öz əksini tapmamışdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 30 sentyabr 2015-ci il tarixli 1 saylı Əlavə 2 vərəqdən ibarətdir. 1-ci vərəqində Cavabdeh tərəfindən Rasim Nəbiyevə, xxxa, Murad Məmmədova və Samir Astarxanova müqavilədən irəli gələn şərtlərin icra edilməsi üçün alıcı adından malların təhvil alınması, qaimə fakturada malın təhvilini sübut edən imzanın atılmas ı və tərəflər arasında borcu əks etdirən üzləşmə aktını təsdiqləmə səlahiyyəti verildiyi qeyd edilmişdir. Həmin vərəqdə səlahiyyət verilən şəxslərdən yalnız X2 imzası mövcuddur. Əlavənin ikinci vərəqində isə yalnız tərəflərin rekvizitləri və imzaları bölməsi yer almışdır ki, həmin bölmədə alıcı qrafasında Cavabdeh imzası qeyd edilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, sözügedən Əlavədə C.Sultanovun müvafiq qaimə-fakturalar üzrə malları təhvil almaq səlahiyyətini təsdiq edən imzası, eyni zamanda bu sənəddə sözügedən səlahiyyəti vermiş cavabdehin imzası olmamışdır. Səlahiyyət verən şəxs olaraq Cavabdeh imzası isə ikinci vərəqdə “rekvizitlər” bölməsindədir və həmin vərəq yalnız tərəflərin rekvizitlərini ifadə etdiyindən məhz 1 saylı Əlavəni n tərkib hissəsi olduğu müəyyən edilmir. Cavabdeh tərəf də izahatında həmin vərəqin sözügedən Əlavəyə iddiaçı tərəfindən sonradan əlavə edildiyini bildirmiş, iddiaçı tərəf isə bunu təkzib edən sübutla çıxış etməmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hətta bu sənədi imzalamış satıcı qismində çıxış edən şəxs - iddiaçı MMC deyil, “xxxx” MMC olmuşdur, hansı ki, bu şəxslərin biri-biri ilə əlaqəli olması hazırkı iş üzrə müəyyən edilmir. Eləcə də həmin Əlavədə “Əlavənin tarixi”, “alıcı” qrafasındakı “cavabdehin adı və müqavilənin tarixi” hissələrində olan yazıların öncədən və sonradan pozulmuş yazıların üzərində yazıldığı vizual olaraq görünür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etm işdir ki, nə R.X1 adından malları təhvil almaq səlahiyyətini verən 30 sentyabr 2015-ci il tarixli 1 nömrəli Əlavəni, nə də həmin Əlavədən irəli gələn səlahiyyət əsasında xxx tərəfindən imzalanmış qaimə-fakturaları borcun yaranmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, adı çəkilən 7 qaimə-faktura üzrə cavabdeh tərəfindən 30 sentyabr 2015-ci il tarixli AEO 093989 nömrəli və 30 sentyabr 2015-ci il tarixli AEO 093988 nömrəli qaimə-fakturalar üzrə borc məbləğinin tam ödənilməsinə gəlincə cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında (cild İİİ, i.v. 138) verdiyi izahatında bunun səbəbi kimi hansı qaimə-fakturalarla ödəniş həyata keçiribsə, həmin malları qəbul etdiyini, ödəniş həyata keçirmədiyi qaimə-fakturalar üzrə isə malları təhvil almadığı kimi izah etmişdir. İddia tələbin in əsaslandığı üçüncü sübutla əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan Cavabdeh və səlahiyyətli nümayəndəsi X8, həmçinin “İddiaçı” MMC-nin baş mühasibi E.Ramazanov və MMC-nin kredit nəzarətçisi C.Bayramov tərəfindən imzalanmış 14 yanvar 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh 14 yanvar 2016-cı il tarixədək iddiaçıya 138456,90 AZN borcu olduğunu etiraf etmişdir. Daha sonra apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində yazır ki, “Kasasiya instansiyası məhkəməsi yuxarıda adı çəkilən sonuncu qərarında apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, işə əvvəl baxmış kasasiya instansiyası məhkəməsinin qərarında cavabdeh tərəfindən aktın imzalanması mübahisələndirildiyindən, bu aktda olan imzanın cavabdehə məxsus olub-olmaması halı müvafiq prosessual tədbirlər görülməklə (məsələn, müvafiq ekspertiza keçirilməklə) yoxlanılmalı idi, lakin apelyasiya instansiyası məhkəməsi bu göstərişə əməl etməmiş və məsələ açıq qalmışdır ki, bu da iş üzrə yekun qərar çıxarmaq üçün ciddi maneənin yaranmasına səbəb olmuşdur”. “Kasasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli, 28228 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 2-2(103)-491/18 saylı iqtisad işinin 1-ci cildinin 88-ci vərəqəsində olan 14 yanvar 2016-cı tarixli qarşılıqlı üzləşmə a ktında “Cavabdeh” yazıları qarşısındakı imza, 2-ci cildinin 11–12-ci vərəqələrində olan 30 sentyabr 2015-ci il tarixli 1 nömrəli Əlavədə “alıcı tərəfdən” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur”. “İşdə olan üzləşmə aktının cavabdeh tərəfindən imzalanması müəyyən olunsa da, məhkəmə kollegiyası həmin sübutun iddia tələbinin təmin olunması üçün yetərli sənəd hesab etmir”. Məhkəmə kollegiyası hesab edir ki, işin həmin halının qiymətləndirilməsi ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi doğru olaraq Mülki Məcəllənin 882-ci maddəsinə istinad etmişdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnı z o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqavil əyə) müvafiq surətdə tətbiq edilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanun müəyyən edir ki, ilk növbədə borcun etirafı barədə müqavilə bağlamalıdır. Müqavilə borcun etiraf edilməsini öhdəliyə əsas verən şəkildə nəzərdə tutur. Müqavilədə iki tərəf iştirak edir - borclu və kreditor. Mövcud borcun etirafı haqqında müqaviləyə görə borclu kreditorun ondan borcun ödənilməsinin tələb etmək hüququnu tanımağı öhdəsinə götürür. Bundan əlavə 24 mart 1995-ci il tarixli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 6-cı maddəsinə müvafiq olaraq baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisənin rəhbəri ilə birlikdə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sə nədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərinə imza edir. Göstərilən sənədlər baş mühasibin imzası olmadıqda etibarsız sayılır və icra üçün qəbul edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “üzləşmə aktı” formasına görə, qüsurlu sənəddir və mötəbər sübut növü kimi qiymətləndirilə bilməz, ona görə ki, iddiaçı MMC tərəfindən həmin sənəddə əks olunmalı olan “xxxx” MMC-nin rəhbərinin və digər tərəfdən, cavabdehin baş mühasibinin imzaları bu sənəddə əks olunmamışdır, həmçinin qarşılıqlı üzləşmə aktında 14 yanvar 2016-cı il tarixinə olan borcun məbləği göstərilsə də, borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürməmişdir. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2-2(103)429/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-446/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-446/2019
16.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver