Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-446/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: alğı-satqı müqaviləsi üzrə borcun tutulması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)-441/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 16 iyul tarixli, 2019/6785-12 saylı alğı-satqı müq aviləsinə əsasən, İddiaçı MMC tərəfindən (bundan sonra MMC) Soya Şrotu satılmasını, Cavabdeh isə (bundan sonra Cavabdeh) dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 2019-cu il 16 iyul tarixli 1 saylı, 2019-cu il 17 avqust tarixli 2 saylı, 2019-cu il 11 sentyabr tarixli 3 saylı və 2019-cu il 8 noyabr tarixli 4 saylı əlavələrinə əsasən ümumi dəyəri 239.835,20 manat olan Soya Şrotu Cavabdeh satılmışdır. 3. 2019-cu il 11 oktyabr tarixli, 2019/6785-22 saylı alğı-satqı müqaviləsinə əsasən MMC buğda satılmasını, Cavabdeh isə dəyərinin ödənilməsini öhdəliklərinə götürmüşdürlər.
4. Həmin müqavilənin 2019-cu il 11 oktyabr tarixli 1 saylı Əlavəsinə əsasən ümumi dəyəri 33.166 manat buğda Cavabdeh satılmışdır. 5. 2019-cu il 15 oktyabr tarixli Seriya EBAB 209401 saylı elektron qaiməyə əs asən, 33.166 manat dəyərində mal Cavabdeh satılmışdır. 6. 2019-cu il 12 noyabr tarixli Seriya EBAC 381685 saylı elektron qaiməyə əsasən, 46.428,20 manat dəyərində mal Cavabdeh satılmışdır. 7. 2020-ci il 12 fevral tarixli 01/2020 saylı, 2020-ci il 25 fevral tarixli 02/2020 saylı və 2020-ci il 15 aprel tarixli 03/2020 saylı eyni növ qarşılıqlı tələblər üzrə əvəzləşməyə dair razılaşmalara əsasən tərəflər arasında bağlanmış 2019-cu il 11 oktyabr tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış ümumilikdə 33.166 manat Cavabdeh öhdəliyindən 10.034,28 manat hissəsi əvəzləşdirilmişdir. Müqavilə üzrə ümumilikdə 33.166 manat dəyərində buğda satılmış, bu müqavilə və onun əlavəsinə əsasən sonuncu tərəfindən MMC-yə 2020ci il 12 fevral tarixli 01/2020 saylı, 2020-ci il 25 fevral tarixli 02/2020 saylı, 2020-c i il 15 aprel tarixli 03/2020 saylı eyni növ qarşılıqlı tələblər üzrə əvəzləşməyə dair Razılaşmaya əsasən 10.034,28 manat vəsait əvəzləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC Cavabdeh qarşı məhkəməyə 2020-ci il 17 avqust tarixdə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2019-cu il 16 iyul tarixli alğı-satqı müqaviləsinə və ona edilmiş 2019-cu il 16 iyul tarixli 1 saylı, 2019-cu il 17 avqust tarixli 2 saylı, 2020-ci il 11 sentyabr tarixli 3 saylı və 2019-cu il 8 noyabr tarixli 4 saylı Əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 46.428,00 manat, penya borcu üzrə 20.976, manat, 2019cu il 11 oktyabr tarixli alğı-satqı müqaviləsivə və həmin tarixli 1 saylı əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 23.1 31,72 manat, penya borcu üzrə 4.140,00 manat, habelə 30,40 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 95.206,32 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasıda bağlanmış 2019-cu il 16 iyul tarixli müqavilə şərtlərinə uyğun olaraq “Ukrayna mənşəli soya şrotunu (230400001 TNVD kodu) alıcı cavabdehə satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin əlavələrinə əsasən ümumi dəyəri 239.835,20 manat olan soya şrotu göndərilmiş, lakin sonuncu tərəfindən həmin məbləğin 193.407,00 manat vəsait ödənilmiş, qalan 46.428,20 manat məbəlğində borc isə tərəflər arasında imzalanmış 2020-ci il 7 fevral tari xində üzləşmə aktına əsasən ödənilməmişdir. Həmin alğı-satqı müqaviləsinə əlavələrinin 3.1-ci bəndlərinə əsasən ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Bundan başqa tərəflər arasında 2019-cu il 11 oktyabr tarixində 2019/6785-22 saylı digər bir alğı-satqı müqaviləsi bağlanmaqla ona 1 saylı əlavə də imzalanmaqla cavabdehə ümumi dəyəri 33.166,00 manat məbləğində mallar göndərilmiş, həmin malların bir qismi 10.034,28 manat məbləğinə olan hissəsi razılaşma əsasında əvəzləşdirilmiş, sonuncunun 23.131,72 manat məbəlğində borcu ödənilməmiş qalmışdır. Halbuki, həmin müqavilənin əlavəsinin 3.1-ci bəndinə görə ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Hər iki alğı-satqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda, birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. 2019-cu il 16 iyul tarixli alğı-satqı müqaviləsi üzrə - 2019-cu il 12 dekabr tarixdən 2020-ci il 30 iyul tarixinədək olan dövr üçün cavabdehə hesablanmış penyanın məbləği 20.976,00 manat; 2019-cu il 11 oktyabr tarixli alğı-satqı müqaviləsi üzrə 2020-ci il 30 aprel tarixindən 2020-ci il 30 iyul tarixinədək olan dövr üzrə hesablanmış penya məbəlği isə 4.140,00 manat təşkil edir. Hüquqi yardım göstərilməsinə dair 2020-ci il 9 iyul tarixli 1396 saylı müqavilə və həmin tarixli 696272/00525 saylı ödəniş tapşırığına əsasən vəkilə 500 manat məbləğində xidmət haqqı ödən ilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli, 2-2(113)-2955/2020 saylı qətnaməsinə ilə iddia qismən – 2019-cu il 16 iyul tarixli alğı-satqı müqaviləsi və 2019cu il 16 iyul tarixli 1 saylı, 2019-cu il 17 avqust tarixli 2 saylı, 2019-cu il 11 sentyabr tarixli 3 saylı, 2019-cu il 8 noyabr tarixli 4 saylı əlavələrinə əsasən yaranmış əsas borc üzrə 46.428,20 manat, 1000 manat penya, 2019-cu il 11 oktyabr tarixli alğı-satqı müqaviləsinə və 2019-cu il 11 oktyabr tarixli 1 saylı əlavəyə əsasən yaranmış borc üzrə 23.131,72 manat, 500 manat penya olmaqla ümumilikdə 71.059,92 manat pul vəsaitlərinin Cavabdeh tutularaq MMC-yə ödənilməsi hissəsində təmin edilmiş, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun əvəzi qismində 23 manat və hüquqi yardıma görə ödənilmiş xidmət ha qqının əvəzi qismində 375 manat məbləğin Cavabdeh tutularaq MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Həmin məhkəmə bildirmişdir ki, 2019-cu il 16 iyul tarixli müqaviləyə 1, 2, 3, və 4 saylı əlavələrin göstərişlərinə əsasən ödəniş malların təqdim edildiyi 30 gün ərzində, 2019cu il 11 oktyabr tarixli müqaviləyə 1 saylı əlavənin göstərişinə əsasən isə ödəniş malların təqdim edildiyi 15 gün ərzində həyata keçirilməli idi. Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma mövcud olmamış, lakin Cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri icra olunmamış, malların dəyəri ödənilməmiş, cavabdehin 2019-cu il 16 iyul tarixli müqavilə üzrə 46.428,20 manat, 2019-cu il 11 oktyabr tarixli müqavilə üzrə isə 23.131,72 manat borcu qalmışdır.
12. Məh kəmə hesab etmişdir ki, müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən ilk dövrlərdən icra olunmamış, lakin iddiaçı tərəfindən məhkəməyə icra müddəti bitdikdən bir neçə ay sonra müraciət olunmaqla bu müddət ərzində zərərin artmasına şərait yaradılmışdır. Bu səbəbdən, məhkəmə 46.428,20 manat əsas borca 20.976 manat və 23.131,72 manat əsas borca 4140 manat cərimə məbləğlərini tənasübsüz surətdə yüksək hesab etməklə müvafiq olaraq 1000 manat və 500 manat həcmində müəyyən etmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.3, 462.1, 463.1, 467-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1, 121.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.3-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun penya hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)-441/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova).
16. Apellyasiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrini n 5.1-ci bəndlərində müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyi halda, birinci gündən etibarən hər gecikdirilən gün üçün və ya ödənilməmiş malın dəyərinin 0,2 faiz miqdarında penyanın ödənilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən ona göndərilmiş malların dəyəri ödənilməmiş, bu səbəbdən onun birinci müqavilə üzrə 2019-cu il 12 dekabr tarixdən 2020-ci il 30 iyul tarixədək olan dövr üçün 20.976 mant, ikinci müqavilə üzrə isə 2020-ci il 30 aprel tarixdən 2020-ci il 30 iyul tarixədək olan dövr üçün 4.140 cərimə məbləği yaranmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin əmlak və digər mənafelərini nəzərə almaqla və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq penya məbləğini azaltmışdır.
17. Apellyasiya instansiya məhkəməsi gəl diyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 20 may tarixdə iddiaçının nümayəndəsinə və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
19. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməklə onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasıə barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində əsas borcu qəbul etsə də, penya məbləğini qəbul etmədiyini bildirmişdir. Belə ki, devalvasiya və pandemiya ilə əlaqədar iş imkanları çətinləşdiyindən borcu ödəmək imkanı olmamışdır. Əsas borcu qəbul etmə si və mübahisəni qərəzli olaraq uzatmaq niyyətinin olmadığını nəzərə alaraq apellyasiya məhkəməsi penya məbləğini tam silməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı
21. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında nümayəndə və ya vəkilin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdirlər.
22. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
23. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəmə sinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çə kinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı s übuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işd ə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alın ması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
29. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, o əsas borcu qəbul etsə də, penya məbləğini qəbul etmir. Belə ki, devalvasiya və pandemiya ilə əlaqədar iş imkanları çətinləşdiyindən borcu ödəmək imkanı olmamışdır.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını b ildirir.
32. İş materiallarından göründüyü kimi, mübahisənin predmetini tərəflər arasında bağlanmış 2019-cu il 16 iyul tarixli və 2019-cu il 11 oktyabr tarixli iki fərqli növdə malların çatdırılmasına dair alğı-satqı müqavilələri təşkil etmişdir.
33. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
34. Həmçinin, Mülki Məcəllənin tələblərinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulm ayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur (Mülki Məcəllənin 598.1, 598.2-ci maddələri).
35. Maddələrin tələblərindən göründüyü kimi, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır.
36. Hazırki halda, tərəflər arasına bağlanmış 2019-cu il 16 iyul tarixli 2019/6785-12 saylı müqavilənin 1, 2, 3 və 4 saylı əlavələrinin 3.1-ci bəndinə əsasən, ödəniş malların təqdim edildiyi vaxtdan 30 gün ərzində, 2019-cu il 11 oktyabr tarixli 2019/6785-22 saylı müq avilənin 1 saylı əlavəsinin 3.1-ci bəndinə əsasən isə ödəniş malların təqdim edildiyi vaxtdan 15 gün müddətində həyata keçirilməli idi. İddiaçı tərəfindən müqavilə predmeti olan mallar cavabdehə təqdim edilsə də, cavabdeh malların dəyərini ödəməmişdir.
37. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərin icra olunmadığı hallar ilə bağlı sanksiyanı nəzərdə tutmuş, cavabdeh isə bununla razılaşmışdır. Mübahisəyə baxılarkən cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi öz təsdiqini tapdığından məhkəmə haqlı və ədalətli olaraq iddiaçı tərəfindən tələb olunan 20.976 manat və 4140 manat penya məbləğlərini müvafiq olaraq 1000 manat və 500 manat həcmində müəyyən etmişdir.
38. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əv əzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
39. Həmin məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Göründüyü kimi, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş və zəruri əsaslandırma aparılmışdır.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin tətbiq etdiyi ma ddi hüquq normalarına münasibətdə hər hansı bir dəlilini və onunla bağlı hüquqi əsaslandırmasını bildirməmişdir.
42. Məsələyə münasibətdə məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, mülki prosessual qanunvericilik məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır.
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu məsələlərinə cavab verilməsi ilə məhdudlaşdırır.
44. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
45. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s.aiddir.
46. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
47. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
48. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)-441/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
49. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)-441/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.