Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-447/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişləri, lizinq alanın məsuliyyəti, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və zərərin tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-221/2024 nömrəli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə lizinq alan X1 arasında 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi bağlanaraq 13.700 manat dəyəri olan “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil lizinqə verilmiş, 2019-cu il 27 noyabr tarixli müqavilə əsasında bu lizinq müqaviləsi üzrə öhdəliklər X3, 2020-ci il 17 fevral tarixli MAS-1146 nömrəli “Öhdəliklərin ötürülməsi haqqında müqavilə” əsasında isə Cavabdeh ötürülmüşdür. 2. “Daxili lizinq” müqaviləsinin: - 5.1 və 5.2-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməs i, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. - 5.3-cü maddəsinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra 1 il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan servis mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti müddəti keçmiş etibarnamə ilə idarə edildikdə b) lizinq obyekti alkoqollu içki və ya psixatrop maddələrin təsiri altında idarə edilərsə c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə ç) lizinq alan avtomobilin bərpa edilməsi üçün 800 manat ödəməzsə d) daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçərsə e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, li zinq ödənişlərində gecikmə olduqda. Lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. - 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
3. İddiaçıya lizinqə verilmiş avtomobilin dəyəri olaraq 13.700 və 5.275 manat mükafat ödənilməli idi. Aylıq ödənişin məbləği 395,31 manat olmuşdur (əsas:ödəniş cədvəli). 4. “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil 2020-ci il 17 fevral tarixdə X4 tərəfindən Cavabdeh təhvil verilmişdir (əsas:təhvil-təslim aktı).
5. Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin 01 iyul 2021-ci il tarixli Yanğın haqqında Aktına əsasən, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan Cavabdeh idarə etdiyi İddiaçı MMC-yə məxsus “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində xx.xx.2021-ci il tarixdə yanğının baş verməsinə səbəb avtomobilin mühərrik hissəsində yaranan nasazlıq olmuşdur. Məhkəmə Yanğın və texnoloji partlayışlarının tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4550 saylı rəyindən görünür ki, “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğının mənşəyi avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədə olmuşdur. Yanğın, mənbə zonasında olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışq an təbiətli konstruksiya və ya materialın alışması nəticəsində baş vermişdir. Beləliklə toplanmış materialdan görünür ki, Cavabdeh idarə etdiyi Azərmaş MMC-yə məxsus “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğının baş verməsinə səbəb kənar müdaxilə nəticəsində yaranmadığı üçün toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir (“Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 2021ci il 15 noyabr tarixli Qərar). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2021-ci il 13 noyabr tarixinə 1.395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,56 manat dəbbə pulu, 9.575 manat dəymiş zərər, ümumilikdə 11.827,39 manat borc və ödənilmiş 125,89 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X1 (bundan sonra – “O.Allahverdiyev”) arasında bağlanmış 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən O.Allahverdiyevin sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil 13.700 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış v ə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən O.Allahverdiyev illik 17% hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18.975 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18.975 manatın 13.700 manatı əsas məbləğ təşkil edir. 2019cu il 27 noyabr tarixində O.Allahverdiyev, X4 (bundan sonra – “Ş.Əhmədov”) və iddiaçı arasında MAS1146 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə Ş.Əhmədov bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 2020-ci il 17 fevral tarixində Ş.Əhmədov, cavabdeh və iddiaçı arasında MAS-1146 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci il 13 noyabr tarixində şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 9.575 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 2021-ci il 3 iyun tarixində 396 manat məbləğində olmuşdur.
8. Cavabdeh iddia tələbinə etiraz edərək avtomobilin “kasko” sığorta olunmadığını, cavabdehin avtomobilin mühərrik hissəsində qəfildən baş vermiş yanğında təqsirinin olmadığını, yanğının avtomobildə olan nasazlıq nəticəsində baş verdiyini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 2 avqust tarixli 9/4119 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iddiaçının tərtib etdiyi 2021-ci il 2 dekabr tarixli qüsur aktındakı məlumatlara görə, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar Peugeot” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.988 manat müəyyən edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 oktyabr tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq ” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2021-ci il 13 noyabr tarixinə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 38,17 manat dəbbə pulu və 8.988 manat dəymiş zərər ümumilikdə 11.000 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
11. Məhkəmə qeyd etmişdir ki, müqavilə 2020-ci il 17 fevral tarixində imzalanmış, yanğın hadisəsi isə 1 il 4 ay 8 gün keçəndən sonra, yəni 2021-ci il 26 iyun tarixində baş verdiyinə görə iddiaçı müqavilənin 5.3-cü bəndinə əsasən 1 illik müddət keçdiyinə görə heç bir maddi məsuliyyət daşımır, avtomobilə yanğın zamanı dəymiş zərərlə bağlı məsuliyyət müqavilənin 5.1 və 6.1-ci bəndlərinə əsasən cavabdehin üzərinə düşür. Odur ki, idd iaçının avtomobilə yanğın nəticəsində dəymiş zərər tələbi əsaslı olsa da, dəymiş zərərin həcmi ilə bağlı iddia qismən ekspert rəyində müəyyən edilmiş həcmdə, yəni 8.988 manat məbləğində təmin edilmədir.
12. Məhkəmə həmçinin iddia tələbinin 1395,87 manat əsas borc və 577,96 manat gecikdirilmiş mükafat hissəsində əsaslı olması qənaətinə gəlmişdir.
13. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimənin azaldılaraq 38,17 manat məbləğində müəyyən etmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 467, 747.1, 1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnam ənin ləğv, iş üzrə əsl cavabdeh müəyyən edilməklə iş üzrə yeni qanuni və əsaslı qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-221/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv, iddia tələbi həmin hissələrdə də rədd edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
17. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən borcun hansı dövr üçün tələb edildiyini, lizinqə verilmiş nəqliyyat vasitəsinin hansı tarixdən iddiaçının sahibliyindən çıxdığını araşdırmamış, qətnamədə borcun tutulması barədə nəticəyə gəlsə də, iddianı bu hissədə hansı əsasla təmin etdiyini göstərməmişdir. Hazırkı halda tərəflərin izahatlarından lizinq obyektinin yanğın hadisəsindən sonra lizinqalanın sahibliyindən alındığı müəyyən edilmiş, yanğın hadisəsi baş verdikdən sonra lizinq obyekti cavabdehin istifadəsində və sahibliyində olmadığından məhkəmə kollegiyası lizinqalanın həmin dövr üçün borcun ödənilməsinə dair tələbinin əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, lizinq alan ondan asılı olmayan səbəblərə görə lizinq obyektindən istifadə etmək imkanından məhrum olmuşsa həmin dövr üçün lizinqalandan lizinq ödənişlərinin tutulması ədalətli və qanuni hesab edilə bilməz.
18. Məhkəmə kollegiyası eyni zamanda iddia tələbinin lizinq obyektinə yanğın hadisəsi nəticəsində dəymiş zərərin tutulması hissəsində də əsassız olduğunu bildirmişdir. Belə ki, cavabdehə qarşı irəli sürülmüş zərərin tutulması iddiasının əsaslı hesab olunması üçün zərərin cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş verməsi və ya həmin hadisənin baş verməsinə görə cavabdehin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıması müəyyən edilməli idi. Qanunvericilik lizinq alanın üzərinə lizinq obyektinin hər cür risklərdən və təhlükələrdən “qorumaq” öhdəliyi qoyulur. Yəni lizinq alan baş verə biləcək riskləri və təhlükələri əvvəlcədən görmək və ya ehtimal etmək imkanına malik olmalıdır ki, lizinq obyektini qorumaq imkanına malik olsun. Hazırkı halda yanğın hadisəsi əvvəlcədən görülə və ehtimal edilə bilməyən hadisə (avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında ola n sahədədə elektrik naqillərində yaranmış qəza nəticəsində naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, və ya materialın alışması) nəticəsində baş vermiş, iddiaçı tərəfindən isə məhkəməyə hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, qanuna və müqavilə şərtlərinə əsasən lizinqalanın iddiaçı qarşısında mülki məsuliyyəti yaranmadığından iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.
19. Məhkəmə öz mövqeyini MM-in 385.1, 747.1, 748-7.1, 748-10.1, 750, 751-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək onun ləğv olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 748-1.8, 748-1.9, 748-7.1, 748.9-cu maddələri üzrə - Lizinq verən qarşısında götürülmüş öhdəliklər vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçı tərəfindən 2021-ci il 25 oktyabr tarixli “xəbərdarlıq-pretenziya” məktubu ilə lizinq alana müraciət olunmuş, 2021-ci il 18 oktyabr tarixə 1763.88 manat gecikmə borcunun yarandığı, lizinq obyektinin etibarnamə olmadan idarə etdiyi, yaranmış borcu dərhal ödəməklə lizinq obyektinə istifadə hüququ verən etibarnamənin alınması tələb edilmişdir. Bu müraciətdən sonra lizinq obyekti olan avtomobil 2021-ci il 13 noyabr tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq verənin müvə qqəti duracağına yerləşdirilmişdir. Qeyd edilənlərlə bağlı 2021-ci il 13 dekabr tarixində təkrar “xəbərdarlıq-pretenziya” məktubu ilə Cavabdeh müraciət olunmuş, lizinq obyekti təhvil verilən tarixə yaranmış borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələb edilmişdir. Xəbərdarlıq məktublarından sonra lizinq alan 2022-ci il 10 yanvar tarixli pretenziya məktubu ünvanlayaraq bildirmişdir ki, lizinq obyekti 2021-ci il 26 iyun tarixində hərəkətdə olduğu zaman yanğın baş vermiş və nəqliyyat vasitəsi həmin tarixdə də lizinq verənin müvəqqəti duracağına yerləşdirilmişdir. Halbuki, lizinq obyekti olan avtomobil 2021-ci il 13 noyabr tarixində lizinq verənin müvəqqəti duracağına yerləşdirilmiş və həmin tarixədək avtomobilin harada saxlanılması barədə iddiaçıda heç bir məlumat olmamışdır. Ə gər lizinq alanın qeyd etdiyi kimi olsaydı 2021-ci il 25 oktyabr tarixli “xəbərdarlıq-pretenziya” məktubunun məzmununda avtomobilin duracağa yerləşdirilmə tarixi, vurulmuş zərər öz əksini tapmış olardı. Bu səbəbdən, lizinq obyektinin duracağa yerləşdirildiyi anadək hesablanmış borcun tutulmaması əsaslı olmamışdır.
22. Bundan başqa, yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – “FHN”) “materialın aidiyyəti üzrə göndərilməsi” haqqında 2021-ci il 23 iyul tarixli qərarında cavabdehin izahatı öz əksini tapmışdır. O, izahatında bildirmişdir ki, avtomobil ona lizinqə verildiyi vaxtdan yanğın hadisəsi baş verən tarixədək avtomobildə heç bir təmir işləri aparmamışdır. Yəni 2020-ci il 17 fevral tarixindən 2021-ci il 26 iyun tarixinədək ötən 16 ay ərz ində avtomobilə heç bir servis xidməti göstərməmişdir. Bu səbəbdən də FHN yanğın hadisəsinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, yol hərəkəti və nəqliyyat vastələrinin istismarı qaydalarını pozma nəticəsində baş verdiyini müəyyən etmiş və iş Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. Nizami RPİ-ni TŞ-nin 2021-ci il 15 noyabr tarixli “cianyət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında isə yanğın hadisəsi kənar müdaxilə nəticəsində yaranmadığından yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının pozulması kimi qiymətləndirilməmiş və cinayət işinin başlanılması rədd edilmişdir. Halbuki, avtomobilə vaxtında və lazımı qaydada qulluq edilməməsi məhz yol hərək əti və nəqliyyat vasitələrinin istismarının pozulmasından başqa bir şey deyildir. 23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarı üzrə - Qətnamə konkret sübutları əsas götürməklə deyil, işə baxılması üçün hüquqi əhəmiyyəti olmayan hallar, ehtimal və fərziyyələrlə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır....” “Maddə 74 8-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verəni n xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə
750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.” “Maddə
751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.”
47. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: bu Məcəllənin Prosessual 747-750-ci Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv təd qiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Madd ə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
49. Kassasiya instansiyası məhkəmə si tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, baş vermiş yanğın hadisəsi əvvəlcədən görülə və ehtimal edilə bilməyən hadisə nəticəsində baş verdiyindən, iddiaçı tərəfindən məhkəməyə hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən, qanuna və müqavilə şərt lərinə əsasən lizinqalanın iddiaçı qarşısında mülki məsuliyyəti yaranmamışdır.
51. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 52. 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsinin şərtlərinə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət lizinq alanın üzərinə düşür. Belə q ayda MM-in lizinq münasibətlərini tənzimləyən normalarında da nəzərdə tutulur (bax bu qərar §46). Eyni zamanda müqavilə şərtlərinə əsasən lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “Daxili lizinq” müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilənin müddəti başa çatanadək sığortalamalıdır. Daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçdikdən sonra lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, lizinq obyekti olan avtomobilin zədələnməsi, oğurlanması, tam məhv olması ilə bağlı lizinq alan lizinq obyektini öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır.
53. Bundan başqa, 2020-ci il 17 fevral tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən öhdəlikləri qəbul edən tərəf (cavabdeh) 2019-cu il 6 avqust tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərin müqavilədə göstərilən müddətdə, şərtlərlə və qaydada iddiaçının qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüş və 2020-ci il 17 fevral tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti cavabdehə təhvil verilmişdir.
54. Göründüyü kimi, hazırkı cavabdehlə müqavilə 2019-cu il 6 avqust tarixli daxili lizinq müqaviləsinin şərtləri əsasında bağlanmış, daxili lizinq müqaviləsinin şərtinə əsasən lizinq alan lizinq obyektinin zərərin bütün növlərindən qorunması ilə bağlı məsuliyyət daşımaqla, lizinq obyektini zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilə müddəti başa çatanadək sığortalamalı olsa da, müqavilə ilə üzərinə götürdüyü bu öhdəlikləri icra etməmişd ir.
55. Belə olan halda apellyasiya instansiyası məhkəməsi yaranmış mübahisəni tərəflər arasında bağlanmış müqavilə şərtləri çərçivəsində həll etməmiş, məhkəmənin istinad etdiyi hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən sübutların təqdim edilməməsi isə lizinq alanın mülki məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. 56. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən tərəflər hüquq və öhdəl iklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
57. Bundan başqa, iddia tələbindən göründüyü kimi, iddiaçı lizinq obyektinin 2021-ci il 13 noyabr tarixində lizinq verənin duracağına yerləşdirilməsinə istinad edərək, həmin tarixə yaranmış borcun tutulmasını tələb etmiş, bu hal iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında da bildirilmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə heç bir araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunve riciliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmiş, yalnız iddiaçı tərəfindən tələb edilən borcun hansı dövrü əhatə etməsi, lizinqə verilmiş nəqliyyat vasitəsinin hansı tarixdən iddiaçının sahibliyindən çıxmasının birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığına, yanğın hadisəsi baş verdikdən sonra lizinq obyektinin cavabdehin istifadəsində və sahibliyində olmadığına istinad etməklə kifayətlənmişdir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyə n edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin həlli üçü n kifayət qədər əhəmiyyət kəsb etdiyindən apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən MPM-də nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsiplərinin təmini məqsədilə qeyd olunan halları araşdırıb, onları qiymətləndirməklə işi mahiyyəti üzrə həll etməlidir.
62. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
63. Kassasiya şikayətindəki tələb MPM-in 407.1.4-cü maddəsi baxımından apellyasiya instansiya məhkəməsinin yuxarıda göstərilən qətnaməsinin ləğv olunması, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini əhatələyir.
64. Bununla ba ğlı məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiya məhkəməsinin işə baxarkən malik olduğu səlahiyyətlərinin dairəsi MPM-in 417-ci maddəsində sadalanmışdır. Həmin səlahiyyətlərdən kənar prosessual qərarların çıxarılması isə məhkəmə aktları barəsində müəyyənləşdirilmiş qanunilik və əsaslılıq prinsipinin pozulması ilə nəticələnərdi.
65. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
66. Yuxarıda göstərilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-221 /2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 22(103)-221/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.