Məhkəmə qərarları › İş №2-2(102)-448/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-448/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-448/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı “İddiaçı XXX” MMC-nin cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-448/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il 30.10.2019 Açar sözlər: qazdan istifadə qaydalarına dair mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-2(103)-376/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “İddiaçı XXX” MMC (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müəssisənin sayğacının yarasız olması barədə tərtib edilmiş 17 may 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 9.295,20 manat məbləğində borcun müəssisənin adından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən müəssisənin qaz sayğacının yararsız olması barədə tərtib edilmiş 17 may 2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmı ş 9.295,20 manat məbləğində borcun müəssisənin adından silinməsinə, yeni qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 530 manat məbləğində pulun, borca görə tutulmuş 710,50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-2(82)297/2019 saylı qərardadı ilə (hakim Leyla Əliyeva) cavabdehin 17 may 2018-ci il tarixli, ******* saylı aktının ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-2(82)84/2019 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şika yəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-376/2019 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəiti ilə məşğuldur (şəhadətnamə № (VÖEN):**********). 17 may 2018-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və çıxarılıb lobartor yoxlamadan keçirilərkən onun çıxış borusunda deşik olması təsdiq edilmiş və bu barədə 28 iyun 2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuş və həmin akta əsasən ona təbii qaz itkisinə görə 92295,20 manat məbləğində, yeni quraşdırılmış sayğaca görə 530 manat borc hesablamış və borcun görə 710,50 manat məbləğində pul ondan tutulmuşdur. 17 may 2018-ci il tarixli baxış aktından və laborator yoxlamanın nəticələrinə dair tərtib olunmuş 28 iyun 2018-ci il tarixli aktın işdə olan surətinə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə 17 may 2018-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən çıxarılmış sayğacın plombu saz vəziyyətdə olmuş, ona müdaxilə aşkar edilməmiş, çıxış borusunda deşik, məhz, laborator müayinəsi zamanı plombu qırılıb d axili hissə və mexanizmlərinə baxış keçirilərkən aşkar edilməsi mümkündür. İş materiallarında olan abonent haqqında məlumatın göstəricilərinə əsasən müəyyən olunur ki, sayğac dəyişdirilənə qədər iddiaçının qaz sərfiyyatı son üç ayda 200300 kub.m civarında olmuş və yeni sayğac qoyulduqdan sonrakı üç ay ərzində də iddiaçı həmin sərfiyyat həddini aşmamışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.1.3-cü bəndində məhz nəzərdə tutulur ki, qaz qurğusunun texniki vəziyyətinə ildə 1 dəfədən az olmayaraq texniki baxış keçirmək; 2.1.10-cu bəndinə əsasən öz təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək qaz paylacısının vəzifəsidir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, qaz təchizatı sahəsində təbii qaz inhisarçısı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu, təbii qazdan istifadə qaydalarına riayət olunma vəziyyəti ilə bağlı aparılan yoxlamanı yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, cavabdeh qanunvericiliyin tələblərinə əmək etməmiş, yoxlama Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, yoxlama zamanı iddiaçıya məxsus sayğacın plombu yerində olmuş, ona müdaxilə olunmadığı və tamlığının pozulmadığı aşkar olmuşdur. Bu səbəbdən, sayğacın daxili hissəsindəki hər-hansı bir nasazlığa görə, o cümlədən çıxış borusunda olan dəliyə görə iddiaçının təqsiri olmadığı halda, onun cavabdehə maddi ziyanın vurulmasına dair mülki məsuliyyəti müəyyən oluna bilməzdi. Belə ki, həmin sayğacı quraşdıran və onun üzərinə plombu vuran cavabdeh özü olmuş və sayğaca nəzarət qanunvericiliklə cavabdehin vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh 28 iyun 2018-ci il tarixli, ******* №-li akt əsasında ona əsassız olaraq təbii qazın itkisinə görə 46.476 kub.m əlavə sərfiyyatı hesablayaraq abonent hesabına 9 295,20 manat məbləğində borc məbləği hesablanmış və həmin bora görə ondan 710,50 manat məbləğində pul tutmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normala rı kimi “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1, 2, 3.1, 3.2, 13.1-13.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.9-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində işin halları ilə bağlı bildirmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, 1305AZ******** **23 saylı qaz sayğacına 17 may 2018-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, keçirilmiş baxış nəticəsində sayğacın çıxış membranının deşilməsi aşkar olunmuş və bu barədə iddiaçının nümayəndəsinin də imza etdiyi akt tərtib olunmuşdur. Həmin sayğacın labaratoriyada yoxlanılması zamanı isə, onun çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz sayğacının hesablama mexanizminin xəta ilə işləməsinə səbəb olmuşdur. Bundan başqa bildirilmişdir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən aparılan yoxlamanın Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrində qeydə alınmamasını qanunsuz hesab etmişdir. Halbuki, qanunvericilik yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektlərdə aparılmış yoxlamaların vahid məlumat reystrində qeydə alınmasını nəzərdə tutmuşdur. Halbuki, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə yoxlama aparılmamış, cavabdehin nümayəndələri tərəfindən həmin obyektdən kənarda yerləşən qaz sayğacına baxış həyata keçirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.12, 4.2, 4.8, 4.9, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 220.4-cü maddələrinə istinad etmişdir. Tə r ə f l ə r i n iştirakı və izaha tları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hesablanmış borc məbləği yoxlamanın nəticəsi olmuşdur ki, həmin yoxlamanın aparılması«Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarını pozmuşdur. Cavabdeh bu mövqeyi mübahisələndirərək «Sahibkarlıq sahəsində ap arılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının tətbiq edilməli olmadığını bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirilməsini aparmışdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında qazın alqı-satqısna dair müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”na əsasən bağlanmış və həmin Qaydalara riayət edilməsi paylayıcının və istehlakçının hüquq və vəzifələrində müəyyən olunmuşdur. Cavabdeh İB-nin işçiləri tərəfindən 17 may 2018-ci il tarixdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması iddiaçı hüquqi şəxsdə yoxlanılmış, lakin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdı r. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; - 2.3-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; - 3.2.-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanmış müddəaların mənasından bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamaqla apardığ ı yoxlamalar nəticəsində hətta belə qanun pozuntusu müəyyən edilsə də, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Müddəaların tələblərinin cavabdehin bildirdiyi dəlilə münasibətdə qiymətləndirilməsi onunla bağlıdır ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə münasibətləri yaranmış və həmin müqavilə üzrə tərəf olan cavabdeh qazdan istifadə ilə bağlı inhisarçı mövqe tutan hüquqi şəxs olduğundan, müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı apardığı yoxlamalarla, baxışlarla bağlı istinad edilmiş qanunun müddəalarının tələblərinə riayət etməli idi. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir. Apell yasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçıya məxsus sayğacı cavabdeh quraşdırmış və onun üzərinə plombu cavabdeh vurmuş, yoxlama zamanı isə plombun yerində olduğu və ona müdaxilənin olmadığı aşkar olunmuşdur. Belə olan halda, sayğacın daxili hissəsində olan nasazlığa görə iddiaçı məsuliyyət daşıya bilməz. Cavabdeh məhkəmənin mövqeyini mübahisələndirərək bildirmişdir ki, iddiaçıya məxsus qaz sayğacının labaratoriyada yoxlanılması zamanı onun çıxış plastmas borusunun deşildiyi, bununla da iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və qazdan istifadə qaydalarının tələblərinin kobudcasına pozulması və sayğacın hesablama mexanizminin xəta ilə işləməsi müəyyən olmuşdur. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlili ilə razılaşmayaraq aşağıdakı qaydada qiy mətləndirilmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; - 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; - 4.

8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; “Qaydalar”ın tələblərindən göründüyü kii, qaz sayğacının işlək vəziyyətdə olması onun üzərində plombun olması ilə müəyyən edildiyindən qaz sayğaclarının işlək vəziyyət olmasını təmin etmək üçün hüquqi şəxs olan istehlakçıların vəzifəsi yalnız sayğacın üzərində olan plombun tamlığının saxlanılması məqsədilə onun örtüklə örtülməsindən ibarət olmuşdur. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya məxsus obyektdə 17 may 2018-ci il tarixdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasının cavabdeh tərəfindən yox lanılması zamanı iddiaçıya məxsus sayğacın plombuna müdaxilənin olması aşkar edilməmiş və plomb saz vəziyyətdə olmuşdur. Sayğacın çıxış borusunda, boğaz hissəsində deşiyin olmasının aşkar edilməsi isə yalnız labarator müayinə zamanı plomb qırılaraq onun daxili hissəsinə və mexanizminə baxış keçirildikdən sonra mümkündür. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, sayğacda aşkar edilmiş nasazlıq iddiaçının təqsiri olmadan baş vermişdir. Belə ki, sayğacın daxili hissəsindəki hər-hansı bir nasazlığa, o cümlədən çıxış borusunda olan dəliyə görə iddiaçının təqsiri olmadığı halda, cavabdehə maddi ziyan vurması ilə bağlı mülki məsuliyyəti müəyyən oluna bilməz. Çünki, ən azından sayğacı quraşdıran və onun üzərinə plombu vuran və ona nəzarət edən təşkilat cavabdehin özüdür. Tə rəflər arasında bağlanmış “Qazın alqı-satqısı barədə” Müqaviləyə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlamasından keçirmək (2.1.11) istehlakçını ildə bir dəfədən az olmayaraq “Qaydalar”ın tələblərinə uyğun olaraq təlimatlandırmaq (2.1.3) və təqsirli hərəkətləri (hərəkətsizliyi) və müqavilə üzrə öhdəliklərinin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.10) qaz paylayıcısının vəzifələrinə aid edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, qaz sayğaclarının quraşdırılması, onların texniki baxışının keçirilməsi və dövlət yoxlamasının aparılması qaz paylayıcısının səlahiyyətlərinə aid olduğundan, habelə istehlakçıların qaz say ğacının yararlı olub-olmamasına nəzarət etmək imkanı olmadığından sayğacın istənilən qüsuruna görə və ya yararsız vəziyyətə düşməsinə görə təqsirindən asılı olmayaraq iddiaçının məsuliyyətinin müəyyən edilməsi qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na əsasən: - məişət qaz qurğusu — ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); - sənaye qaz qurğusu — ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların ist ehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); Maddələrin tələblərindən aydın olduğu kimi, Qaydalar qaz qurğularının iki növünü, məişət qaz qurğularını və sənaye qaz qurğularını sərfiyyat həcminə görə fərqləndirmişdir. İddiaçıya məxsus qaz sayğacı maksimal saatlıq qaz sərfi 6,7 m3/saat olmaqla məişət qaz qurğularına aid olmuşdur. “Qaydalar”ın 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayı cısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaydaların tələblərindən göründüyü kimi, qaz sayğaclarının zədələnməsinin yalnız qaz istehlakçısının təqsiri səbəbindən baş veridiyi hallarda, zədələnmiş qaz sayğacı istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Hazırki halda, iddiaçının istifadəsində olmuş qaz sayğacının yararsız olmasının iddiaçının təqsiri ucbatından baş verməsinin öz təsdiqini tapmamasına, habelə sayğacın ümumi sərfiy yatının saatda 10 kub.m-dən az olmasına baxmayaraq, cavabdeh əsassız olaraq yeni sayğaca görə iddiaçıdan 530 manat məbləğində vəsait tutmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-2(103)-376/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar