Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-448/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun ödənilməsi 12.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 2-2(103)-497/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan bir tərəfdən alıcı qismində Cavabdeh MMC (bundan sonra – “Cavabdeh”) ilə digər tərəfdən satıcı qismində İddiaçı MMC (bundan sonra – "İddiaçı") arasında bağlanmış 2019-cu il 27 may tarixli 3555/20 nömrəli müqaviləyə (bundan sonra – “Alğı-satqı müqaviləsi”) əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Qiymət Razılaşma Protokol(lar)unda adı, təsnifatı, çeşidi, markası, ölçü vahidi və digər xüsusiyyətləri qeyd olunmuş mal-materialı alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiymət (haqq) ödəyir.
2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. Alıcı hər partiya üzrə satıcıdan almaq istədiyi mala dair sifari ş verir. Satıcı isə alınacaq malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan təchizat müddəti və digər xüsiyyətləri barədə sifariş formasında razılığa gəlir. Alıcı tərəfindən sifariş vərəqəsinin göndərilməsi, elektron poçt, telefon, fax və digər rabitə vasitələri ilə həyata keçirilə bilər (1.2-ci bənd). 2.2. Satıcı alıcıdan müvafiq qaimə-faktura əsasında alınmış malın qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək hüququna malikdir (2.1.2ci bənd). 2.3. Bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymət razılaşma protokolları ilə müəyyən edilir (3.1-ci bənd). 2.4. Ödəniş alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır (3.2-ci bənd).
3. İş materiallarında olan Alqı-satqı müqaviləsinə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər ümumi dəyəri 1.073,22 manat təşkil edən 1.731 ədəd Napitok Bizon 0,25 lt (1x24), ümumi dəyəri 655,96 manat təşkil edən 1.058 ədəd Napitok Red Bizon 0,25 lt (1x24), ümumi dəyəri 79.650 manat təşkil edən 31.860 ədəd Amstel 0,45 lt (1x24) və ümumi dəyəri 4.851 manat təşkil edən Heineken 0,33 lt(1x24) manat olmaqla cəmi 86.230,18 manat dəyərində malların alqı-satqısı barədə razılığa gəlmişlər.
4. Həmin Əlavənin şərtlərinə görə: 4.1. ƏDV daxil olmaqla 15.000 AZN 2020-ci il 15 fevral tarixinədək, ƏDV daxil olmaqla, 25.000 AZN 2020-ci il 30 aprel tarixinədək, ƏDV daxil olmaqla yerdə qalan 46.230,18 manat 2020-ci il 30 iyul tarixinədək ödənilməlidi (müvafiq olaraq 2.1, 2.2 və 2.3-cü bəndlər). 4.2. Qeyd edilən məbləğlər ƏDV daxil hesablanmışdır və ümumi məbləği ƏDV daxil olmaqla 86.230,18 AZN-dən çox olan hər hansı bir ödəniş alıcıdan tələb edilə bilməz (3-cü bənd). 4.3. Alıcı tərəfindən 86.230,18 manat məbləğinin ödənilməsi ilə alıcının satıcının qarşısındakı bütün öhdəliklərinə xitam verilir (4-cü bənd). 4.4. Əlavə imzalandığı andan hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsidir (6-cı bənd).
5. İş materiallarında olan EBAG seriyalı 357011 nömrəli 2020-ci il 13 fevral tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdehə satılan malların miqdarı 15.000,11 manat təşkil etmişdir.
6. İş materiallarında olan EBAG seriyalı 357016 nömrəli 2020-ci il 13 fevral tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən Cavabdehə satı lan malların miqdarı 25.000 manat təşkil etmişdir.
7. İş materiallarında olan EBAG seriyalı 357013 nömrəli 2020-ci il 13 fevral tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdehə satılan miqdarı 46.230 manat təşkil etmişdir.
8. İş materiallarında olan İddiaçı tərəfindən 2020-ci il 29 aprel tarixində Cavabdehə ünvanlanmış pretenziya məktubundda Alqı-satqı müqaviləsi çərçivəsində tərəflər arasında bağlanmış 01 nömrəli əlavəyə görə Cavabdehə ümumi dəyəri 86.230,18 manat dəyərində mallar verilməsinə baxmayaraq, malların dəyərinin ödənilmədiyi bildirilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
9. İş materiallarında olan iddiaçının baş mühasibi X1 (bundan sonra – “X1”) ilə AS-nin direktoru X2 (bundan sonra – “X2” ) iştirakı ilə 2020-ci il 3 iyun tarixində tərtib edilmiş Alğısatqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktından görünür ki, cari adı BOS olan Cavabdehin həmin tarixə ödənilməmiş borc məbləği 86.230,18 manat təşkil edir. Tərəflər razılaşmışlar ki, qeyd edilən məbləğ yekundur və bu məbləğə hər hansı bir yolla cərimə faizlərinin tətbiq edilməsi yolverilməzdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 2020-ci il 10 sentyabr tarixində AS-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçıya məxsus 86.230,18 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 86.260,18 manat olan pul məbləğinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 86.230,18 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçıdan alaraq onların dəyərini ödəməmişdir. Alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə tərtib edilmiş 2019-cu il 27 may tarixli “qiymətlərin razılaşdırılması protokolu”na əsasən Cavabdeh borclu olduğu pul məbləğinin 15.000 manat hissəsini 15.02.2020-ci il 15 fevral, 25.000 manat hissəsini 30 aprel tarixinədək, qalan 46.230,18 manat hissəsini isə 30 iyul tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh nə müqavilə, nə də protokol üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmiş, bu günədək heç bir ödəniş həyata keçirməmişdir. Cavabdehə dəfələrlə yazılı müraciət olunsa da, Cavabd eh İddiaçıya olan borcunu qaytarmaq niyyətində deyil.
12. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 390.1, 430.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 567, 598.1, 598.2, 598.3, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2-2(113)-215/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehdən 86.230,18 manat borc məbləği və 30 manat dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi qət edilmişdir (hakim – İ.Əhmədov).
14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəl iyi Alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya Alğısatqı müqaviləsi və MM-nin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Aqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı tərəfindən Cavabdehə ümumi dəyəri 86.230,18 manat təşkil edən mallar satılmışdır. İddiaçı öhdəliyini icra edərək malları Cavabdehə təhvil verməsinə baxmayaraq, Cavabdeh tərəfindən ümumiyyətlə heç bir ödəniş həyata keçirilməmişdir. Belə ki, İddiaçının baş mühasibi ilə Cavabdehin direktorunun iştirakı ilə 2020-ci il 3 iyun tarixdə tərtib edilmiş Alğı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktına əsasən hər iki tərəfin nümayəndəsi Cavabdehin ödənilməmiş bo rc məbləğinin 86.230,18 manat təşkil etməsi faktını təsdiqləmişdir.
15. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 398.1, 399.1, 567, 598.1, 598.2, 600.1, 600.4-cü, MPM-in 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən 2021-ci il 1 aprel tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ödənilməli olan bocların yenidən hesablanması və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 22(103)-497/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 mart tarixli e-2-2(113)-215/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yus ifov, hakimlər – R.Qurbanov və V.Baxışova).
18. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 18.1. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən görünür ki, Alqı-satqı müqaviləsinə həmin müqaviləyə 1 saylı Əlavə üzrə “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən İddiaçı tərəfindən 2020-ci il 13 fevral tarixli EBAG seriyalı, 357011 saylı e-qaimə üzrə 15.000,11 manat; 357016 saylı e-qaimə üzrə 25.000 manat; ******* saylı e-qaimə üzrə 46.230 manat - cəmi 86.230,18 manat dəyərində mallar göndərildiyi və onları qəbul etdiyi mübahisələndirilmir. 18.2. İş materiallarına əsasən isə Cavabdehin həmin müqavilə öhdəliyinə əməl etdiyi müəyyən olunmur. Onun apellyasiya şikayətindən isə göründüyü kimi, dolayısı ilə, futbol üzrə Avropa çempionatı görüşlər inin keçirilməsində yaranmış problemlər, habelə, pandemiya ilə əlaqədar əmələ gəlmiş maliyyə problemlər üzündən, həmin malların dəyərinin ödənilmədiyi etiraf olunur. 18.3. Lakin “Qiymətlərin razılaşdırılması protokolu”nun qeyd olunan şərtlərindən göründüyü kimi, Cavabdeh üç hissədə İddiaçı-ya olan cəmi 86.230,18 manat məbləğində borcunu 2020-ci il 30 iyul tarixinədək ödəyib başa çatdırılmalı olduğu halda, bu öhdəliyini yeinə yetirməmişdir. 18.4. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh, birincisi, İddiaçı tərəfindən mallara dair ona gödərilmiş e-qaimələrə hər hansı bir etirazını da bildirməmiş, ikinci bir tərəfdən, qarşılıqlı üzləşmə aktı ilə İddiaçı-ya 86.230,18 manat məbləğində kreditor borcu olduğunu qəbul etmişdir. 18.5. Cavabdeh İddiaçıya olan 86.230,18 manat borcu barədə 2020-ci il 3 iyun tarixində imzalayıb təsdiq etdiyi qarşılıqlı üzləşmə aktını aktı onun özünün sərbəst iradə ifadəsidir. 18.6. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin işin birinci instansiya məhkəməsi tərəfindən işin ətraflı araşıdırılmadığını mübahisələndirən, habelə bank hesabına həbs qoyulması və borcun ƏDV daxil hesablanması, pandemiya ilə əlaqədar məhkəməyə gələ bilmədiyini vurğulayan dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, onun həmin dəlilləri, faktlar nöqteyi nəzərindlən mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 351.3, 441, 567, 600.1, 882.1, 882.5-ci, MPM-in 385.2-ci maddəl ərinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən 2021-ci il 27 iyul tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh 2021-ci il 19 fevral tarixinə təyin edilmiş məhkəmə iclasında səhhətində yaranmış problemə görə iştirak edə bilməmiş və bu barədə məhkəməyə müvafiq bildiriş göndərmişdir. Məhkəmə isə, növbəti iclası yalnız 11 gün sonraya yəni, 2021-ci il 2 mart tarixinə təxirə salmışdır. Bu fakt ilə əlaqədar bildiririk ki, cavabdehin səhhətində yaranmış problemdə Covid-19 virusunun əlamətləri olmasına görə ən azı 14 gün müddətində evdən çı xmamış və ev şəraitində müalicə almışdır. Buna görə də 2021-ci il 2 mart tarixində olan məhkəmə iclasında iştirak edə bilməmişdir. Cavabdehin işlə bağlı açıqlamaları və ya ən azından yazılı izahatı məhkəmənin işinin ədalətli həlli üçün vacibdir. Tərəflər arasında müxtəlif danışıq və razılaşmalar olmasına baxmayaraq İddiaçı yalnız özünün xeyrinə olan açıqlamalar verərək, məhkəmənin məsələni ətraflı araşdırmasına mane olmuşdur.
22. Qeyd olunmalı əsas məsələlərdən biri borcun məbləği ilə əlaqədardır. Belə ki, borc məbləği, 86,230.18 manat kimi qeyd edilmiş və bu məbləğdə cavabdehin bank hesabına həbs qoyulmuşdur. Halbuki iddia olunan məbləğin 18% hissəsi ƏDV ödənişidir və bu məbləğin ödənişi Cavabdehin bank hesabından tutula bilməz. İddia təmin olunduğu təqdirdə bu məbləğ, Cavabdehin ƏDV depo zit hesabından ödənilməlidir.
23. İşin ədalətli həlli üçün vacib və mütləq araşdırılmalı olan məsələ isə, tərəflər arasındakı çəkişmənin hansı səbəbdən yaranması və məhkəməyə müraciət olunmasıdır. Tərəflər bundan əvvəl qarşılıqlı şəkildə uzunmüddətli biznes əlaqələrində olmuşlar. 2019-cu ildə Bakı şəhərində keçirilmiş Avropa Liqasının final görüşündə (Çelsi-Arsenal komandaları arasında baş tutmuşdur) müxtəlif qida vasitələrinin satışı üçün tərəflər arasında 200.000 manat məbləğində məhsulların alınması üçün razılaşma əldə olunmuş və həmin məhsullar Cavabdehə təqdim olunmuşdur. Lakin məhsulların bir çoxu müxtəlif səbəblərdən (qüsur, uyğunsuzluq və s.) satılmamış, təhvil-təslim aktlarında ciddi problemlər olmuş, ödəniş sənədləri düzgün tərtib olunmamış, qaimələr vaxtında göndərilməmişdir. Məhkəmə sənədlərindən də göründüyü kimi, 2019-cu ilin may ayında keçirilmiş qarşılaşma və satılmış mallar üçün 2020-ci ilin fevral ayında qaimələr göndərilmişdir. Bunun səbəbi isə İddiaçı-nın iş proseduruna məsuliyyətsiz yanaşması və qiymətləri əsassız qaldırması olmuşdur. Məsələnin həlli üçün tərəflər uzunmüddətli danışıqlar aparmış və məhsulların bir çoxu geri qaytarılmışdır. Tərəflər Azərbaycanda 2020-ci ildə keçirilməsi planlanan Futbol üzrə Avropa Çempionatının görüşlərində də birgə iştirak edəcəkləri üçün, aralarında olan maliyyə problemlərinin həmin dövrdə qarşılıqlı şəkildə həllinə ümid etmişdirlər. Lakin pandemiya səbəbindən bu görüşlər təxirə salınmış və İddiaçı qaimələri yalnız 2020-ci il 13 fevral tarixində (bütün qaimələri eyni vaxtda) göndərmiş, sonra məhkəməyə müraciət etmiş dir. Bundan əlavə, İddiaçı məhkəmədə düzgün və işə aid olmayan məlumatlar vermişdir. Misal üçün Cavabdehin cari adı BOS kimi qeyd olunmuşdur. Bildiririk ki, bu yanaşma düzgün deyildir, çünki əvvəllər də İddiaçı dəfələrlə BOS-a göndərdiyi məhsulları Cavabdehin adına qeyd etmiş, lakin qarşılıqlı danışıqlar nəticəsində bu məsələlər həll olmuşdur. Təhvil verilmiş malların dəqiq siyahısının olmaması faktı da bir daha caha ətraflı araşdırılmasını vacib edir.
24. Kassasiya şikayəti MPM-nin 386, 405, 417.1.3, 418.1, 418.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili kassasiya şikayət ini qəbul etmədiklərini, şikayətin əsassız olduğunu bildirdilər. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
27. Cavabdeh tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.3. Əgər əqdi onun barəsində müba hisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin ic rasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun m üəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.... 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğ un çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 21-23) işin materialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir. 3
4. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində işə baxılarkən iştirakının təmin olunmamasına gəldikdə, qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində məlumat lazımi qaydada Cavabdehə çatdırılması işin materiallarından görünür.
35. Lakin apellyasiya instansiya məhkəməsinin iclasının protokolundan o da görünür ki, Cavabdehin nümayəndəsi həmin məhkəmə iclsına gəlməmiş və bununla bağlı üzrlü səbəblər barədə məhkəməyə heç bir məlumat verməmişdir.
36. Əgər Cavabdeh həqiqətən də məhkəmə iclasında iştirakını vacib hesab edirdisə, onun ən azından, apellyasiya instansiyası məhkəməsinin iclasında iştirakı mütləq təmin olunmalı idi.
37. Bundan başqa, Cavabdeh məhkəmə icraatının bütün mərhələlərində öz mövqeyini əsaslandırmaq üçün məhkəməyə ümumiyyətl ə hər hansı tutarlı sənəd təqdim etməmişdir. Halbuki bunun üçün Cavabdehin kifayət qədər vaxtı və imkanları olmuşdur.
38. Belə ki, Cavabdeh zəruri hesab etdiyi sənədləri məhkəməyə poçtla göndərə bilərdi. Buna baxmayaraq belə sənədlər işin materialları ilə müəyyən olunmur.
39. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, Cavabdehin məhkəmə tərəfindən işin ətraflı araşıdırılmadığını mübahisələndirən, habelə bank hesabına həbs qoyulması və borcun ƏDV daxil hesablanması, pandemiya ilə əlaqədar məhkəməyə gələ bilmədiyini vurğulayan dəlilləri formal xarakterli dəlillər kimi qiymətləndirilməlidir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini tamamilə haqlı və ədalətli hesab edir.
41. Belə ki, kassatorun bütün dəlilləri eynilə apellyasiya şikayətində də bildirilmiş, lakin yuxarıda qeyd olunduğu kimi, Cavabdeh öz mövqeyinin əsaslı olduğunu təsdiq edən heç bir tutarlı sənədi, dəlili işə baxan məhkəmələrə təqdim etməmişdir.
42. Həmçinin kassasiya şikayətində də əvvəl deyilənlərdən fərqli olan hər hansı tutarlı dəlil gətirilməmişdir.
43. Halbuki MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 32) uyğun olaraq, Cavabdehin öz mövqeyinin əsaslılığını sübutetmə vəzifəsi elə AS-nin üzərinə düşürdü. Cavabdeh isə bu vəzifəni yerinə yetirə bilməmişdir.
44. Bundan fərqli olaraq İddiaçı öz iddiasının əsaslı olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Bu tələblərin əsaslılığını təkzib edən hallar isə işə baxan məhkəmələr tərəfindən müəyyən olunmamışdır, eləcə də işin materiallarından da görünmür.
45. Qeyd edilənləri ü mumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassatorun gətirdiyi dəlillər yalnız formal xarakterlidir, ümumi sözlərlə ifadə olunmuşdur, İddiaçı-nın məhkəməyə təqdim etdiyi mötəbər sənədlərlə təkzib edilir, buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 22(103)-497/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.