Məhkəmə qərarları › İş №2-2(102)-449/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-449/2019

16.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-449/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxx Gold Kuyumçuluq DİŞ A.Ş” şirkətinə qarşı iş üzrə QƏRAR Açar söz: pulun tutulması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “X2 DİŞ A.Ş” şirkətinə qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 08 avqust 2019-cu il tarixli 2-2(103)-567/2019 qərdaddından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC-nin cavabdeh “X2 DİŞ A.Ş” şirkətinə qarşı 85100 ABŞ dolları və 30 manat məbləğində pulun tutulması barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 23 may 2019-cu il tarixli iş № 2-2(82)-476/2019, (sədrlik edən hakim L.Əliyeva) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə koll egiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08 avqust 2019-cu il tarixli iş № 2-2(103)-567/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və E.Nəbiyev) qərardadı ilə birinci instansiya məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin göstərilən hallara əsaslanmaqla gəldiyi nəticə əsassızdır. Belə ki, “xxxx” MMC-i ilə “X3 Dış Ticaret A.Ş” şirkəti arasında bağlanmış 22 saylı, 04 sentyabr 2012-ci il tarixli tapşırıq müqavi ləsinin 1.1-ci bəndinə əsasən Tapşırıq alan “xxxx” MMC-i tapşırıq verən “xxx Gold” Kuyumçuluk DİŞ Ticaret A.Ş ilə Azərbaycan Respublikasının vətəndaşı X1 arasında mal alış verişinə, həmçinin əlavə borc olaraq nağd qaydada verilmiş pul vəsaitinə dair olan anlaşmanın rəsmiləşdirilməsini (müqavilənin tərtibi), tapşırıq verən “xxx Gold” ilə “borclu” X1 arasında 06 sentyabr 2012-ci il tarixdə bağlanmış 851000 ABŞ dollarını öhdəliyinin etirafı və hissə-hissə ödənilməsinə dair, həmçinin eyni tarixli zaminlik müqaviləsinin Azərbaycan Respublikasının Qanunları əsasında prosessual hərəkətlərin aparılmasını öhdəsinə götürmüşdür. Hazırkı iddianın əsasını isə hazırkı iş üzrə cavabdeh və müqavilə üzrə tapşırıq verən “X3 DİŞ Ticaret A.Ş” şirkətinin müqavilənin icrasından imtina etmə nəticəsində ödəməli o lan pul məbləğinin ödənilməsindən ibarətdir.Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.Göründüyü kimi, iş üzrə icraata xitam verilməsi üçün üç mühüm xüsusatın - yəni qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə olan tərəflərin, predmetin və əsasların eyni olması qanunla şərtləndirilmişdir. Onun mövcud iddia tələbi üzrə tərəflər eyni olsa da, əsaslar qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə olan əsaslarla eynilik təşkil etmir.Hazırkı iş üzrə iddianın əsası tərəfl ər arasında bağlanmış müqavilənin icra edilməsi üçün qanunla verilməsi nəzərdə tutulan vəkalətin verilməsindən və beləliklə də cavabdehin müqavilənin icrasından imtina edilməsi nəticəsində müqaviləyə əsasən ödəməli olduğu, lakin ödəmədiyi pul vəsaitinin ödənilməsindən ibarətdir. Odur ki, onun mövcud iddia tələbi üzrə tərəflər eyni tərəflər arasında qanuni qüvvədə olan məhkəmə qətnamələrində olan tərəflərlə eyni olsa da, əsaslar qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə olan əsaslarla eynilik təşkil etmir. Buna görə də iş üzrə icraata xitam verilməsinə dair qərardad əsassızdır. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərardad ləğv edilərək işə mahiyyəti üzrə baxılması təmin edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolle giyasının 08.08.2019-cu il tarixli, 2-2(103)-567/2019 saylı qərardadın ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası 08.08.2019-cu il tarixli, 2-2(103)-567/2019 saylı qərardadın ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əsgərov da, iddiaçının vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08.08.2019-cu il tarixli, 2-2(103)-567/2019 saylı qərardadın ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilin in izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zərur i hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 08 avqust 2019-cu il tarixli, 2-2(103)-567/2019 saylı qərardadı ilə, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi,birinci instansiya məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən Mülki Məcəlləsinin 261.0.2-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar vardır, buna görə apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 08.08.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2-2(103)-567/2019 saylı qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş materiallarından görünür ki, “xxxx” MMC (tapşırıq alan) ilə “X3 DİŞ Ticaret A.Ş” şirkəti (tapşırıq verən) arasında bağlanmış 04.09.2012-ci il tarixli 22 saylı “Tapşırıq müqaviləsi”xxxx“xxxx” MMC tapşırıq verən “X3 DİŞ Ticaret A.Ş” şirkəti ilə Azərbaycan Respublikasının vətəndaşı X1 arasında mal alış-verişinə, həmçinin əlavə borc olaraq nağd şəkildə verilmiş pul vəsaitinə dair olan anlaşmanın rəsmiləşdirilməsini, “X3 DİŞ Ticaret A.Ş” şirkəti ilə borclu X1 arasında 06.09.2012-ci il tarixdə bağlanmış 85100 ABŞ dolları məbləğində öhdəliyin etirafı və hissə-hissə ödənilməsinə dair, həmçinin eyni tarixli zaminlik müqaviləsinin Azərbaycan Respublikasının Qanunları əsasında prosessual hərəkətlərin aparılmasını, tapşırıq verən “X3 DİŞ Ticaret A.Ş”xxxx“xxxx” MMC-yə hazırkı iş üzrə bütün zəruri prosessual hərəkətlərin aparılmasına, tapşırıq verənin mənafelərini müdafiə etməyə hüquq verməklə bunun müqabilində hissə-hissə alınacaq pulun 10%-ni tapşırıq alanın bank hesabına xidmət haqqı olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tapşırıq verən birtərəfli qaydada tapşırığın icrasının nəticəsi əldə olunana qədər tapşırıqdan imtina edə bilər. Belə olan halda müqavilədə göstərilən şərtlərlə tapşırıq alana ödəniləcək məbləğ tam şəkildə ödənilməlidir. İddiaçı hazırda həmin tapşırıq müqaviləsinin 3.1-ci bəndinə istinad edərək tapşırıq verən, yəni hazırkı iş üzrə cavabdeh “X3 DİŞ Ticaret A.Ş” şirkəti tərəfindən müqavilədən irəli gələn öhdəliyə əsasən hüquqi xidmət haqqının ödənilməli olduğunu iddia edir. Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, tapşırıq verən birtərəfli qaydada tapşırığın icrası nəticəsi əldə olunana qədər tapşırıqdan imtina edə bilər. Belə olan halda müqavilədə göstərilən şərtlərlə tapşırıq alana ödəniləcək məbləğ tam şəkildə ödənilməlidir. Tapşırıq verən tərəfindən tapşırıq alana tapşırığın icrası nəticəsində ödənilməli olan xidmət haqqının faizi müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur. İddianın faktiki əsasını 04.09.2012-ci il ta rixli 22 saylı “Tapşırıq müqaviləsi”, predmetini isə müqavilə üzrə öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququ təşkil edir. İş materiallarından göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın qanuni qüvvədə olan 2-2(103)-61/19 saylı, 31.01.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında eyni əsas üzrə və eyni predmet barəsində mübahisəyə məhkəmələr tərəfindən baxılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə hüquqi qiymət verilmişdir. Qətnamənin məzmunundan görünür ki, həmin iş üzrə də “xxxx” MMC-nin “X3 DİŞ Ticaret A.Ş” şirkətinə qarşı 04.09.2012-ci il tarixli 22 saylı “Tapşırıq müqaviləsi”nə istinad edərək müqavilə üzrə öhdəliyin icra edilməsini-tapşırığın icra edilməsi ilə əlaqədar hüquqi xidmət haqqının ödənilməsini tələb etmişdir. Həmin iş üzrə iddianın pr edmeti, yəni iddianın məbləği 169959 ABŞ dolları olmuş, hazırkı iş üzrə isə iddiaçı cavabdehdən tələb etdiyi məbləği azaldaraq 85100 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi Nümayəndə işə apelyasiya qaydasında baxılan məhkəmə iclasında məhkəmə iclasında göstərmişdir ki, hazırkı iş üzrə iddianın əsası kimi tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin konkret 3.1-ci bəndinə istinad edildiyindən əvvəl qaldırılmış iddianın əsasından fərqlidir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərardadında qeyd etmişdir ki, iddiaçı hazırkı halda müqavilənin konkret bəndinə istinad etməklə və tələb edilən məbləğin həcmini azaltmaqla iddianın əsasını əvvəl baxılmış iddianın əsasından fərqli göstərməyə cəhd etsə də, hazırkı iddia ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)480/2018 saylı 20.09.2018-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş (Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2- 2(103)-61/19 saylı, 31.01.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış) iddianın əsasını tərəflər arasında bağlanmış 04.09.2012-ci il tarixli tapşırıq müqaviləsi təşkil edir. Belə ki, iddiaçının cavabdehdən icra edilməsini tələb etdiyi öhdəliyin müqavilənin yalnız bir bəndinə əsasən deyil, ümumilikdə müqavilə üzrə yarandığı iddia olunur. Yəni tərəflər arasında hüquq münasibətini yaradan müqavilənin hər hansı bir bəndi yox, müqavilə özü təşkil edir. Apelyasiya instansiyası məhkəməsi öz qərardadında həmçinin düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barəsində iddiaya artıq məhkəmə tər əfindən baxılaraq hüquqi qiymət verildiyindən mübahisələndirilən qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olduqda iş üzrə icraata xitam verilir. Bütün yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin08 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-567/19 saylı 08 avqust 2019-cu il tarixli, 2-2(103)-567/2019 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar