Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-449/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehə qarşı “borcun, cərimənin, çəkilmiş xərclərin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-56/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 25 may tarixli 038/2015 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı (iddiaçı) bu müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun Almaniya və Fransada yerləşən Vallourec GmbH şirkətinə məxsus zavodların istehsalı olan avadanlığı (malları) “İnkoterms-2010”-a əsasən DDP Bakı, Azərbaycan şərti ilə Bakı Yük Stansiyasına çatdırır, alıcı (cavabdeh) isə bu müqavilə əsasında malların dəyərini ödəyir.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 25 may tarixli 038/2015 saylı alqı-satqı müqaviləsinin 1 saylı qoşmasından görünür ki, tərəflər yekun ƏDV ilə 2.216.727,08 (malların dəyəri 1.878.582,27, ƏDV 338.144,08) ABŞ dolları dəyərində olan 73.02x7,82 mm Q-125 (APİ Spec 5CT) ma rkalı VAM TOP 322 ton miqdarında nasos kompressor borusu, 114.3x9,65 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 299 ton miqdarında nasos kompressor borusunun alqı-satqısı barədə razılığa gəlmişlər. 3. 2016-cı il 7 oktyabr tarixli aktdan görünür ki, 73.02x7,82 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 340.013 ton miqdarında 114.3x9,65 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 315.754 ton miqdarında nasos kompressor borusu satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən qəbul edilmiş, komissiya təsdiqləyənədək saxlanca qoyulmuşdur. Qeyd olunan hal cavabdehin vəkalətnamə əsasında nümayəndəsi olan mühəndis X1 tərəfindən təsdiq edilmişdir.
4. ÇZZ 623788 saylı qaimə fakturanın kötüyündən görünür ki, 2016-cı il 7 oktyabr tarixində 114.3x9,65 mm Q-125 (APİ Spec 5CT) markalı VAM TOP 315,754 ton miqdar ında nasos kompressor borusu cavabdehin vəkalətnamə əsasında nümayəndəsi olan mühəndis X1 tərəfindən qəbul edilərək, qəbul edilmiş malların dəyəri ƏDV-siz 1.466.554,19 manat, ƏDV ilə birgə 1.730.533,94 manat müəyyən edilmişdir.
5. HM560926 saylı elektron vergi hesab-fakturasından görünür ki, 2016-cı il 2 dekabr tarixində 038/2015 saylı müqavilə üzrə ÇZZ 623787 saylı qaimə fakturaya əsaslanmaqla ƏDV-siz 1.757.438,79 manat, ƏDV ilə birgə 2.073.777,77 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə verilmişdir.
6. HM560938 saylı elektron vergi hesab-fakturasından görünür ki, 2016-cı il 2 dekabr tarixində 038/2015 saylı müqavilə üzrə ÇZZ 623788 saylı qaimə fakturaya əsaslanmaqla ƏDV-siz 1.466.554,19 manat, ƏDV ilə birgə 1.730.533,94 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə verilmişd ir. 7. "xxxx" ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2017-ci il 24 yanvar tarixində 169.491,53 manat, 17 fevral tarixində 200.000 manat, 29 mart tarixində 100.000 manat, 21 aprel tarixində 400.000 manat, 3 oktyabr tarixdə 1.000.000 manat, 29 dekabr tarixdə 766.526,66 manat, 2018-ci il 15 fevral tarixində 137.974,80 manat olmaqla, yeddi dəfə ödəniş edilmişdir. 8. “X4” ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2017-ci il 8 dekabr tarixində 450.000 manat olmaqla bir dəfə ödəniş edilmişdir.
9. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 19 yanvar tarixli 02 saylı pretenziya məktubu göndərilərək, 99.278,57 ABŞ dolları və 12.931,78 manat borcun ödənilməsi tələb edilmiş, əks hald a məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı 2021-ci il 12 fevral tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 297.653,67 ABŞ dolları və 12.931,78 manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 25 may tarixli 038/2015 saylı “Malların alqı-satqı müqaviləsi”nin 4.3-cü bəndi ilə, təchiz edilmiş malların dəyərinin ödəniş gününə olan məzənnə ilə manatla ödənilməsi müəyyən edilmişdir. Müqavilə üzrə ümumilikdə, cavabdehin sifarişinə əsasən 1.983.751,03 ABŞ dolları dəyərində mal təchiz edilmişdir. Lakin cavabd eh tərəfindən malların dəyəri müqavilədə göstərilən qaydada tam ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən alınmış mallara görə ümumilikdə səkkiz dəfə, o cümlədən sonuncu ödəniş tarixi 2018-ci il 15 fevral olmaqla, cəmi 3.223.992,98 manat və ya ödəniş günlərinə olan məzənnə ilə 1.884.472,45 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, təchiz edilmiş mallara görə cavabdeh tərəfindən 99.278,57 ABŞ dolları az pul ödənilmişdir. Bundan başqa, müqavilənin 1.3-cü bəndinə uyğun olaraq dəmir yol xərcləri də cavabdeh tərəfindən ödənilməmişdir ki, bu ödənişlərə görə ümumi borc ƏDV daxil olmaqla 12.931,78 manat təşkil edir. Dəfələrlə yazılı şəkildə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd edilən borc ödənilməmiş qalmaqdadır.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi A zərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 442, 443.1, 448.1 və 465.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 aprel tarixli e-2-2(113)-1427/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12.931 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı qoşmada göstərilmiş malların təhvil-təslim zamanı ümumi dəyəri 3.223.992,99 manat məbləğində müəyyən edilməklə, cavabdeh tərəfindən qəbul edilmiş və qaimə fakturalar verilmişdir. Belə olan halda verilmiş malların ümumi dəyərinin 3.223.992,99 manat olduğunu və cavabdeh tərəfindən ödənilmiş pulların ümumi məbləğinin 3.223.992,99 manat olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia 99.278,57 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin edilmə bilməz. Belə ki, alıcı tərəfindən bütün öhdəliklər icra edilmişdir.
16. Müqavilə üzrə əsas borcun tutulması hissəsində iddia təmin edilmədiyindən, cərimə borcunun tutulması hissəsində də iddia tələbi təmin edilə bilməz.
17. Məhkəmə iddianın digər hissəsi olan Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə 12.931,78 manat pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 129, 131, 132, 139, 140 hesab nömrəsi ilə qeyd edilmiş “forma 859”lara əsasən, iddiaçı tərəfindən Bakı Yük Stansiyasında 2 2.617 manat pulun ödənilməsi qeyd edilsə də, iddiaçı məhkəmə iclasında tərəflər arasında şifahi razılığa əsasən qeyd olunan məbləğdən 12.931,78 manat hissəsini tələb edir. Nəqliyyat xərclərinin tutulması hissəsində iddiaçının dəlili əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 038/2015 saylı 2015-ci il 25 may tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə çəkilən xərclərin ödənişi cavabdehin X2 İdarəsi tərəfindən həyata keçirilməlidir.
18. Məhkəmə bu qənaətini MM-in 439.1, 439.2, 567, 600.1, 601.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı 2021-ci il 17 iyul tarixində qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh 2021-ci il 2 avqust tarixində qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli 2-2(103)-1064/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək, ekspertiza qarşısında qoyulmuş sual belə olmuşdur: “İşdəki sənədlərə əsasən cavabdeh tərəfindən iddiaçıya 2015-ci il 25 may tarixli alqı-satqı müqaviləsi üzrə həyata keçir ilmiş ödənişlərin gecikdirilməsinə görə hansı məbləğdə cərimə borcu yaranmışdır?”.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 21 yanvar tarixli ekspert rəyinə əsasən, ödənişlər hissə-hissə həyata keçirilməklə vaxtında edilməmişdir. 2015-ci il 25 may tarixli müqavilənin 10-cu bəndində göstərilənlər nəzərə alınmaqla hesablanma aparıldıqda, cavabdeh tərəfindən ödənilməli olan cərimə məbləğinin həmin müqavilənin 10.3-cü bəndində cərimə ilə bağlı göstərilən cərimə faizindən artıq olması müəyyən olunur. Bu səbəbdən də cərimə məbləği müqavilənin 10.3-cü bəndi əsas götürülməklə müqavilənin ümumi dəyərinin (1.878.582,27 malın dəyəri ƏDV-siz, 338.144,81 malın ƏDV-si) 10 % məbləğində müəyyən olunur.
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-56/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 99.187,55 ABŞ dolları cərimə borcunun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, 200 manat ekspertiza xərcinin cavabdehdən Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 1-ci cildinin 69-cu vərəqinə əlavə edilmiş 2018-ci il 23 fevral tarixli hesab fakturadan (invoice) görünür ki, satılan malların ümumi dəyəri 1.983.751,03 ABŞ dolları olmuş, həmin məbləğ manata konvertasiya edilərək 3.223.992,98 manat təşkil etmiş və cavabdehə qeyd edilən məbləğdə borcun ödənilməsinə dair hesab-fakturalar göndərilmiş, tələb edilən məbləğ tam ödənilmiş, əsas borc qalığı qalmamış, iddiaçı tərəfindən cavabdehə müqavilənin 4.3-cü bəndinə əsasən ödəniş həyata keçirildiyi vaxt xarici valyutanın manata nisbətdə məzənnə fərqinin artması ilə bağlı yeni vergi hesab fakturası göndərilməmişdir. Göstərilənlərə əsasən iddiaçının əsas borcun tam ödənilmədiyinə dair mülahizəsi əsassızdır.
25. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə alıcının dəbbə pulu ödəməli olduğu tərəflər arasında b ağlanmış müqavilədə nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən dəbbə pulu tutulmasını tələb etməyə haqlıdır. İşin halları və məhkəmə təcrübəsi nəzərə alınaraq, cavabdehdən iddiaçının xeyrinə tələb edilən cərimə məbləğinin 5%-i qədər – 99.187,55 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır.
26. İş materiallarına əlavə edilmiş Bakı Yük Stansiyası tərəfindən təqdim edilmiş hesablara əsasən iddiaçı tərəfindən Bakı Yük Stansiyasında malın təchizatı ilə əlaqədar 22.617 manat xərc çəkildiyi müəyyən olunur. İddiaçı həmin məbləğdən 12.931,78 manatın ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış 038/2015 saylı 2015-ci il 25 may tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə çəkilən xərclərin ödənişi cavabdehin X2 İdarəsi tərəfindən həyata keçirilməlidir. Cavabdeh apellyasiya şikayətində çəkilmiş dəmir yol xərclərinin məbləğini mübahisələndirməmiş, həmin xərclərin ödənilməsinin müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən həyata keçirilməli olduğunu göstərsə də, qarşı tərəfin bununla bağlı qaimə faktura göndərmədiyini, rəsmiləşdirmə həyata keçirmədiyini qeyd etmişdir. Cavabdehin bu dəlili əsassız hesab edilmişdir. Belə ki, iş materiallarınn 120-ci vərəqinə əlavə edilmiş HM seriyalı, 792090 saylı 2016-cı il 30 dekabr tarixli vergi hesab fakturasından görünür ki, çəkilmiş dəmir yol xərclərinin ödənilməsi üçün cavabdehə hesab faktura təqdim edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 439.7, 463.1, 465.2, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Apellyasiya məhkəməsinin qə tnaməsi 2022-ci il 18 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
29. İddiaçı 2022-ci il 13 aprel tarixində qətnamədən kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh 2022-ci il 12 may tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
31. MM-in 439.2, 465, 467-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddəl ərinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli qərarı üzrə - Tərəflər xarici ölkələrdən mal təchizatı ilə bağlı olan müqavilə üzrə ödəniş öhdəliyini xarici valyutada ifadə etməkdə haqlı olmuşlar və qanunvericiliyin tələblərinə uyğun olaraq xarici valyutada ifadə edilmiş öhdəlik ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla, lakin öhdəliyin həcminə tam müvafiq olmaqla icra edilməli idi. 2016-cı il 2 dekabr tarixində ÇZZ 623787 saylı Qaimə fakturaya əsaslanmaqla ƏDV xaric 1.757.438,79 manat və 207.377,77 manat məbləğində cavabdehə təqdim edilmiş elektron qaimə fakturalar üzrə ödənişlər gecikdirilmişdir. Cavabdeh tərəfindən alınmış mallara görə ümumilikdə səkkiz dəfə, o cümlədən sonuncu ödəniş tarixi 2018-ci il 15 fevral olmaqla, cəmi 3.223.992,98 manat (ƏDV xaric) və ya ödəniş günlərinə olan məzənnə ilə 1.884.472,45 ABŞ dolları ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mallara görə müqavilə tələblərinə uyğun vaxtında ödəniş edilməmiş, yəni ödəniş öhdəlikləri gecikdirilmiş, eyni zamanda, ödənişlər tam edilməmiş, 99.278,57 ABŞ dolları az ödənilmiş, yəni cavabdehin bu məbləğdə borcu qalmışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi istinad olunan hüquq normalarını və müqavilə müddəalarını düzgün tətbiq etməmişdir. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilən “iddiaçı tərəfindən cavabdehə müqavilənin 4.3-cü bəndinə əsasən ödəniş həyata keçirildiyi vaxt xarici valyutanın manat nisbətdə məzənnə fərqinin artması ilə bağlı yeni vergi hesab fakturası göndərilməmişdir” fikirləri əsaslı hesab edilə bilməz. Belə ki: 1) Hesab faktura yuxarıda da qeyd edildiyi kimi, 2016-cı il 2 dekabr tarixində cavabdehə təqdim edilmiş və xarici valyutada olan öhdəlik həmin tarixdə olan məzənnə ilə Azərbaycan manatına konvertasiya edilmiş, lakin cavabdeh tərəfindən ödənişin iki ilə yaxın gecikdirilməsi nəticəsində məzənnə fərləri yaranmışdır. 2) Cavabdehə məzənnə fərqi ilə bağlı öhdəliyin icra edilməmiş hissəsi ilə bağlı dəfələrlə məktublar, həmçinin 2018ci il 23 fevral tarixli 6 saylı (sonuncu ödənişin tarixindən 10 gün sonra) invoys göndərilmişdir.
32. Tərəflər arasında bağlanmış müqavilənin 10.2 və 10.3-cu bəndləri, MM-in 465 və 467-ci maddələri üzrə - Cavabdehin öz ödəniş öhdəliyinin icrasını kifayət qədər uzun müddətlərdə gecikdirdiyindən hesablanmış cərimə məbləği kifayət qədər böyük məbləğlərdir. Buna görə də cavabdehdən öz öhdəliklərini gecikdirdiyinə görə hesablanmış bütün cərimələrin deyil, tərəflər arasında bağlanmış müqavilənin dəyərinin 10%-i miqdarında cərimənin tutulması müqavilənin tələblərinə daha uyğun olacaqdır. Hesab edirik ki, öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin bu qaydada hesablanması həmçinin MM-in 467-ci maddəsində nəzərdə tutulan tənasüblülük prinsipinə uyğun olmuşdur. Belə ki, xarici ölkələrin təcrübəsi də göstərir ki, cərimə və ya dəbbə pulu o halda tənasübsüz hesab edilir ki: 1) o, əsas öhdəliklə müqayisədə kifayət qədər böyük məbləğdə olur (əsas öhdəliyin özünə bərabər və ya hətta ondan yuxarı olur və s.); 2) bu cərimənin və ya dəbbə pulunun hesabla nması mülki məsuliyyətə məruz qalan (cərimə və ya dəbbə hesablanan) tərəfin vəziyyətini əhəmiyyətli və ya bərpa edilməyəcək dərəcədə pisləşdirir. Burada isə əksinə, öhdəliyin cavabdeh tərəfindən icrasının gecikdirilməsi iddiaçının kommersiya fəaliyyətinə ziyan vurmuş, onun biznes fəaliyyətini məhdudlaşdırmaqla, vəziyyətini pisləşdirmişdir. Hesab edirik ki, müqavilə üzrə cərimənin hesablanmasına artıq məhdudiyyət qoyulduğu, öhdəliyin icrasının həddən artıq uzun müddət gecikdirildiyi nəzərə alınaraq yalnız məhkəmə təcrübəsi əsas götürülməklə, cərimənin gecikdirilmiş öhdəliyin 5%-i miqdarında məhdudlaşdırılması əsaslı deyildir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
33. MM-in 465.2-ci maddəsi üzrə - İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, satılmış mal lar 2016-cı ilin oktyabr ayında alıcıya təhvil verilmiş, malların dəyəri 2017-ci il 24 yanvar tarixindən 2018-ci il 15 fevral tarixinədək 8 dəfə ödəniş həyata keçirilməklə tam ödənilmişdir. Buna görə də, hesab edirik ki, alıcı tərəfindən bütün öhdəliklər icra edilmişdir. Müqavilə üzrə əsas borcun tutulması hissəsində iddia təmin edilmədiyindən, cərimə borcunun tutulması hissəsində də iddia tələbi təmin edilə bilməz.
34. MPM-in 14.2, 77.1, 88, 97-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliyin tamamilə yerinə yetirilməməsini və borc öhdəliyinin olmama sını nəzərə almamışdır. Üstəlik, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyində heç bir araşdırma aparılmadan, yalnız iddia ərizəsində aparılmış hesablamaya istinad edilməsinə qiymət verməmiş, gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddia tələbinin rədd edildiyi hissədə, cavabdeh tərəfindən isə bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəl ləsinin “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... müvafiq müddəalarında 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidi r. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir....” “Maddə
439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.... 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqaviləd ə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tə ləb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən ol unmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasınd a işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....”
41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci 14 may il tarixli qərarında qeyd edilmişdir ki: “Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağ an edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi veril ir və mülkiyyət kimi geri qaytarılır.... Beləliklə, borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi anlamına gətirilməsini düzgün hesab etmək olmaz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdir ə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəl iyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası kassasiya şikayətilərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-56/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə
43. İddiaçının dəlillərind ən biri onunla əlaqədardır ki, cavabdehin 99.278,57 ABŞ dollar borcunun qalsa da, iddiaçının tələbinin həmin hissədə əsassız rədd edilməsi ilə bağlıdır (bax yuxarıda § 31).
44. Bununla əlaqədar kassatorun istinad etdiyi MM-in 439.2-ci maddəsi məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı mübahisənin həllində tətbiq edilə bilməzdi, odur ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələ ilə bağlı nəticə etibarilə düzgün qənaətə gəlmişdir.
45. Belə ki, MM-in 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
46. Yenə də kassatorun istinad etdiyi Azərba ycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci 14 may il tarixli qərarında (bax yuxarıda § 41) ifadə olunmuş hüquqi mövqelərdən aydın olur ki, MM-in 439.2-ci maddəsi kredit müqavilələrindən irəli gələn pul öhdəliklərinə şamil olunur.
47. Hazırkı mübahisə isə alqı-satqı müqaviləsindən irəli gələn pul öhdəliklərindən yarandığından apellyasiya instansiyası məhkəməsi sözügedən maddəni tətbiq etməməklə Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq hərəkət etmişdir.
48. O da qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun i stinad edilmiş qərarında ifadə olunmuş digər hüquqi mövqeyə görə, kredit müqavilələrindən fərqli olaraq, alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələrdən irəli gələn pul öhdəliklərinin xarici valyutada ifadə edilməsi imkanı öz əksini MM-in 439.1-ci maddəsində tapmışdır.
49. Buna baxmayaraq hazırkı mübahisəyə MM-in 439.1-ci maddəsini də tətbiq etmək qeyri-mümkündür.
50. Belə ki, həmin maddənin (bax yuxarıda § 39) tələbinə görə, əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini xarici valyutada da müəyyənləşdirə bilərlər.
51. Göründüyü kimi, MM-in 439.1-ci maddəsinin zəruri dispozisiya şərti tərəflərdən ən azı birinin xarici fiziki və ya hüquqi şəxs olmasıdır.
52. Hazırkı halda isə iş materiallarından məlum olur ki, istər iddiaçı, istərsə də cavabde h Azərbaycan Respublikasının hüquqi şəxslərdir.
53. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun həmin hüquqi mövqeyini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh bağladıqları alqı-satqı müqaviləsində pul öhdəliyini xarici valyutada ifadə etməklə MM-in 439.1-ci maddəsinin tələblərini pozmuşlar.
54. Eyni zamanda, MM-in 6.2, 390.1 və 390.2-ci maddələrinin (bax yuxarıda § 39) məzmunundan aydın olur ki, mülki hüquqi müqaviləyə qanunvericiliyə zidd olan hər hansı müqavilə şərti daxilə edilə bilməz. MM-ə zidd olan, habelə qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməyən müqavilələrin bağlanması yolverilməzdir.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının rədd edilmiş 99.278,57 ABŞ əsas borc tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət nəticə etibarilə tamamilə qanuni və əsaslı olmuşdur.
56. İddiaçının kassasiya şikayətinin digər dəlili (bax yuxarıda § 32) isə tələb olunan cərimə məbləğinin məhkəmə tərəfindən əsassız məhdudlaşdırlması ilə bağlıdır.
57. Bu məsələ ilə əlaqədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin həmin dəlili üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı MM-in 467-ci maddəsini (bax yuxarıda § 39) tətbiq edərkən hər hansı hüquq pozuntusuna yol verməmiş, qanuna və formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun nəticəyə gəlmişdir. Cavab dehin kassasiya şikayətinin dəlilləri üzrə
58. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri cərimə borcunun məhkəmə tərəfindən əsassız təmin edilməsi ilə bağlıdır (bax yuxarıda § 33).
59. MM-in 462.1, 463.1 və 465.2-ci maddələrinin (bax yuxarıda § 39) ümumi məzmunundan aydın olur ki, cərimə müqavilə ilə yazılı formada müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
60. Beləliklə, həmin normaların tələblərinə əsasən, öhdəlik borclu tərəfindən lazımınca icra edilmədikdə, o cümlədən gecikdirilməklə icra edildikdə, hətta yekunda icra tam şəkildə başa çatdırılmışdırsa belə, kreditor yazılı şəkildə bağlanmış müqaviləyə uyğun olaraq, gecikdirilmiş icraya görə borcludan cərimə məbləğini tələb etməyə haqlıdır.
61. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə əsasən, alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün ilk dörd həftə gecikdirilim ödənişin 0,5%-i, daha sonrakı müddətdə gecikdirilmiş ödənişin 1,5 %-i miqdarında satıcıya cərimə ödəməlidir.
62. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından o da məlum olur ki, hazırda mübahisə predmeti olan müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən hissə-hissə həyata keçirilməkl ə vaxtında edilməmişdir.
63. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi həmin hallar və cəriməyə dair iddia tələbi ilə bağlı gəldiyi nəticə tutarlı dəlillərlə təkzib edilməmişdir.
64. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi cavabdehdən cərimə tutulmalı olmasına dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
65. Cavabdehin kassasiya şikayətinin digər dəlili isə məhkəmənin müqavilə üzrə cavabdehin borc öhdəliyinin olmamasının nəzərə almaması ilə bağlıdır (bax yuxarıda § 34).
66. Cavabdehin cərimə borcu üzrə məhkəmə kollegiyasının mövqeyi artıq yuxarıda ifadə edilmişdir. 67. 12.931,78 manat dəmir yol xərclərinin cavabdehdən tutulmasına gəldikdə isə, qeyd olunmalıdır ki, bu məsələ ilə əla qədar məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin həmin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndini tətbiq edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
68. Üstəlik, kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsinin dəmir yol xərcləri ilə bağlı gəldiyi nəticə tutarlı dəlillərlə təkzib olunmamışdır.
69. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 40) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 40) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
70. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-56/2022 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.