Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-45/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR (açar sözlər:alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-288/2019 saylı qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən yaranan 20.455 manat miqdarında qalıq borcun xx.xx.2018-ci il tarixədək hər gününə hesablanmış 1.5%-i miqdarında yəni 37.309 manat cərimə borcunun müəyyən edilməsi, hüquqi xidmət üçün ödənilmiş 500 manatın və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 37839 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şəxsi istehsalat və Kommersiya Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci i l tarixli “Alqı-satqı müqaviləsi”nə əsasən, "İddiaçı" Şəxsi istehsalat və Kommersiya Şirkəti "Cavabdeh" MMCnin sifarişinə uyğun olaraq ümumi məbləği 25.555 manat dəyərində olan ticarət avadanlıqlarını satmış, lakin 5100 manatlıq mal geri qaytarılmış, qalıq borc 20.455 manat təşkil etmiş, cavabdeh malın ümumi dəyəri olan 20.455 manat məbləğini 45 gün müddətində tam ödəyəcəyini öhdəsinə götürsə də, müqavilənin şərtlərini pozaraq, ödənişi malların tam təhvil verilib təhvil-təslim aktlarına qol çəkildiyi andan sonra ödəyəcəyini bildirmiş, iddiaçı münasibətlərin korlanmaması üçün humanistlik göstərərək bütün malları noyabr ayında təhvil verərək noyabr ayına kimi gözləyib bütün ödənişləri almalı idi. Lakin cavabdeh ödənişləri etməmiş, bu halda ödənilməyən hər gün üçün malın dəyərinin 1,5 % məblə ğində iddiaçı tərəfindən cərimə hesablanır və cavabdeh malın dəyərinin qalan hissəsini hesablanmış faizlərlə birlikdə iddiaçıya ödəməlidir. Cavabdeh müqavilənin tələblərini pozmuş və ödənişləri vaxtlı-vaxtında həyata keçirməmiş, nəticədə ödənişlərin ödənilməsi müddəti xx.xx.2018-ci tarixədək uzanmışdır. Qeyd olunan tarixdən sonra heç bir ödəniş edilməmiş və nəticədə cavabdehin iddiaçıya 20.455 manat məbləğində borcu yaranmışdır. Keçən müddət ərzində cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli "Alqı-satqı müqaviləsinin" şərtlərini kobud şəkildə pozmuş və nəticədə şirkətə külli miqdarda ziyan vurmuşdur. Hal-hazırki dövrdə xx.xx.2017-cı il tarixdən xx.xx.2018-ci il tarixədək "Alqısatqı müqaviləsi”nin 3.2-ci bəndinə əsasən faiz borcu ilə birlikdə şirkətə dəymiş ziyan 37.309 manat miqdarında müəyyə n edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 22(81)785/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 20.455 manat miqdarında əsas borc, 2.045 manat cərimə tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir (hakim – M.H.Əkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-288/2019 saylı qətnaməsi ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 11955 manat alqı-satqı müqaviləsi üzrə əsas borc tutulmuş, qətnamə qalan hissədə (cavabdehdən 2.045 manat cərimə və 20 manat dövlət rüsumu tutulması hissəsində) dəyişdirilmədən saxlanılmış, ekspertiza xərci olan 126 manat iddiaçı və cavabdehdən bərabər qaydada dövlət büdcəsinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, hal-hazırda iddiaçı tərəfə 11.955 manat yox, 5.000 manat borcun olması bildirilmiş, bu hal məhkəmə iclası zamanı sübuta yetirilmiş, 2.045 manat cərimə olaraq saxlanılması müqavilədə öz əksini tapmamış, həmçinin iş materiallarındakı məxaric qəbzlərinə görə cavabdeh tərəfindən iddiaçıya dəfələrlə pul göndərilmiş, pullar iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmiş, lakin iddiaçı cavabdehdən bu pulları almadığını bildirsə də, iddiaçının nümayəndəsi tərəfindən alınması məhkəmə tərəfindən sübuta yetirilmiş, işə baxılarkən Mülki Məcəllənin 467-ci, Mülki Prosessual Məcəllənin 217, 220-ci maddələrinin tələblərinə riayət edilməmişdir. İddiaçı və Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-288/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında hər iki tərəfin təsdiq etdiyi sifariş blanklarına uyğun olaraq malların alqı-satqısı barədə razılaşma əldə edilmiş, cavabdeh ona təhvil verilmiş malların dəyərini mal təhvil verildikdən sonra 45 gün ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüş, 8965/17 nömrəli xx.xx.2017-ci il tarixli sifarişə əsasən 3.000 ABŞ dolları avans ödənilməklə 21.240 manat dəyərində (şüşəli dondurucu və “Kola” su şkafı), 8965 nömrəli xx.xx.2017-ci il tarixli sifarişə əsasən 3.885 manat, 9001/17 nömrəli xx.xx.2017-ci il tarixli sifarişə əsasən 487,5 manat, 9001 nömrəli xx.xx.2017-ci il tarix li sifarişə əsasən 3.042,5 manat məbləğində mal cavabdeh tərəfindən iddiaçıya sifariş edilmiş, xx.xx.2017-ci il tarixli sifariş blankında malın 20 gün ərzində, xx.xx.2017-ci il tarixli sifariş blanklarında 5 gün müddətində, xx.xx.2017-ci il tarixli sifariş blankında 10 gün müddətində çatdırılması razılaşdırılmış, xx.xx.2018-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehdən aldığı malların pulunu 10 gün müddətində ödəməyi tələb etmiş, borc tam ödənilmədiyindən, xx.xx.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, alqı-satqı müqaviləsinə əsasən cavabdehə 25.555 manat dəyərində ticarət avadanlığı satılmış, iddiaçı müqavilə üzrə cavabdehin əsas borcunun 20.455 manat olduğunu id dia etmiş, cavabdeh isə apellyasiya şikayətində iddiaçıya 20.555 manat ödənildiyini, 5.000 manat qalıq borcu qaldığını göstərmiş, xx.xx.2018-ci il tarixli (ödəniş məbləği 3000), xx.xx.2017-ci il tarixli (ödəniş məbləği 5000), xx.xx.2017-ci il tarixli (ödəniş məbləği 2000) qəbzlərin əsilləri məhkəməyə təqdim edilmədiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən həmin sənədlərin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil, xx.xx.2019-cu il tarixli ekspert rəyinə görə X2 adına olan xx xxxx 2018-ci il tarixli kassa məxaric orderində “Получил” və “Подписъ” qrafalarında imzalar- X4 tərəfindən icra olunmuş, X6 adına olan xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderində “Подписъ” qrafasındakı imza və X6 adına olan x xxxxx 2018-ci il tarixli kassa məxaric orderində “Подписъ” qrafasında kı imza X10 tərəfindən icra olunmuş, İddiaçı işçisi olmuş X1 və eksperimental xətt və imza nümunələrinin ekspertizaya təqdim edilməsi iddiaçı tərəfindən təmin edilmədiyindən, ekspert tərəfindən cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş qəbzdəki imzanın həmin şəxsə aid olub-olmaması ilə bağlı sual ekspert tərəfindən cavablandırılmamış, iddiaçı ekspertiza tədqiqatı üçün zəruri olan X7 adlı işçisinin sərbəst və ya eksperimental imza nümunələrini məhkəməyə təqdim etməkdən yayındığından, cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2018-ci il tarixli X7 adlı şəxsə 2000 manat verilməsi barədə qəbzdəki imzanın X7 tərəfindən icra edilməsi faktı təsdiq edilmiş fakt kimi qəbul edilməlidir, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə digər qəbzlərdəki imzaların iddiaçını n işçilərinə aid olduğu müəyyən edildiyindən, iddiaçının tələb etdiyi 20.455 manat borcdan 8.500 manat hissəsinin cavabdeh tərəfindən ödənildiyi müəyyən edilərək, cavabdehdən iddiaçının xeyrinə 11.955 manat əsas borc tutulmalıdır, cavabdeh tərəfindən təqdim edilmiş qəbzi malı təhvil verdiyini təsdiq etmək məqsədi ilə imzaladığına dair şahidin ifadəsi inandırıcı deyildir, malın təhvil-təslimi ilə bağlı Kassa məxaric orderi deyil, təhvil-təslim aktı tərtib edilməli idi, eləcə də tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 3.3-cü bəndlərinə əsasən malı təhvil aldığı gündən 45 gün ərzində cavabdeh tərəfindən ödəniş edilmədiyi halda, gecikdirilən hər günə borcun 1,5 faizi həcmində cərimə hesablanması razılaşdırılmış, iddiaçı tərəfindən satılmış mallar 2017-ci ilin noyabr ayınadək tam cavabde hə təhvil verildiyi halda cavabdeh tərəfindən alınmış malların dəyərinin bir hissəsi hal-hazıradək ödənilməmiş, 8.500 manat məbləğ isə gecikdirilməklə ödənilmiş, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdehdən ödənişin gecikdirilməsinə görə 37.309 manat cərimə tutulmasını xahiş etmiş, qalıq borc məbləğinin 11.955 manat olduğu nəzərə alınarsa, həmin borcun ödənişinin gecikdirilməsinə görə bir gün üçün ödənilməli olan cərimənin məbləği 179,3 manat, 30 gün üçün 5.379 manat təşkil edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etm əlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı m üqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məcəllənin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə Cavabdeh MMC-dən İddiaçı xeyrinə 11.955 manat alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli (ödəniş məbləği 3.000), xx.xx.2017-ci il tarixli (ödəniş məbləği 5.000), xx.xx.2017-ci il tarixli (ödəniş məbləği 2.000) «Расходный кассовый ордер» adlı qəbzlərin əsilləri məhkəməyə təqdim edilmədiyindən, prosessual qanunvericiliyin tələbinə əsasən həmin sənədlərin mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmadığı nı, xx.xx.2019-cu il tarixli məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə digər qəbzlərdəki imzaların iddiaçının işçilərinə aid olduğunu, iddiaçının tələb etdiyi 20.455 manat borcdan 8.500 manat hissəsinin cavabdeh tərəfindən ödənildiyini, malın təhvil-təslimi ilə bağlı Kassa məxaric orderi deyil, təhvil-təslim aktı tərtib edilməli olduğunu, eləcə də tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 3.3cü bəndlərinə əsasən malı təhvil aldığı gündən 45 gün ərzində cavabdeh tərəfindən ödəniş edilmədiyi halda, gecikdirilən hər günə borcun 1,5 faizi həcmində cərimə hesablanmasının razılaşdırıldığını, iddiaçı tərəfindən satılmış mallar 2017-ci ilin noyabr ayınadək tam cavabdehə təhvil verildiyi halda, cavabdeh tərəfindən alınmış malların dəyərinin bir hissəsinin hal-hazıradək ödənilmədiyini, ödəni lmiş 8.500 manat məbləğin isə gecikdirilməklə ödənildiyini, 2.045 manat məbləğində cərimənin tutulması müqavilə şərtlərinə, Mülki Məcəllənin 467-ci maddəsinə, həmçinin kreditor və borclunun mənafelərinə uyğun olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kass asiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)288/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-288/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-45/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-45/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver