Məhkəmə qərarları › İş №2-2(102)-45/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-45/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-45/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "İddiaçı" ATSC-nin cavabdeh "xxxx” ASC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi M.Həsənovanın, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil oğlunun iştirakları ilə, cavabdeh “xxxx” ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2-2(103)-415/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ATSC (bundan sonra – “iddiaçı”) ilə cavabdeh “xxxx” ASC (bundan sonra – “cavabdeh”) arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş və xx xxxxxx 2019-cu il tarixli 006886 nömrəli akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya məxsus daş karxanasında sayğacın tablosu üzərinə xüsusi xətlə işarələr düşdüyü və üst qapağı üzərində cızıq izlərinin olduğu müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən sayğac xx.xx.2019-cu il tarixli aktla yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmişdir. 2. "Sayğacların və cərəyan transformatorlarının yoxlanışı üzrə" xx.xx.2019-cu il tarixli, 164138 saylı p rotokola əsasən sayğaca müdaxilə olunması (kommutasiya naqilinin daxili damarlarının üzərində iynə aşkar edilməsi, sayğaca müxtəlif vaxtlarda maqnit vasitəsilə təsir göstərilməsi) barədə rəy verilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin akt komissiyasının xx.xx.2019-cu il tarixli icra vərəqinə əsasən istehlakçı ilə 177 gün müddətinə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisinə görə 345.848 kvts əlavə sərfiyyat hesablanmış və itirilmiş elektrik enerjisinin dəyərini təşkil edən 36.755,24 manat iddiaçıdan tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 006886 nömrəli aktın və həmin akt əs asında hesablanmış 36.755,24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya “məxsus elektrik sayğacında nöqsanların olmasına dair xx xxxxxx 2019-cu il tarixli, 006886 nömrəli AKT tərtib edilmişdir. Həmin aktda iddiaçıya (abonentə) məxsus sayğaca baxış keçirilən zaman guya məlum olmuşdur ki, sayğac tablosu üzərinə xüsusi xətlə işarələr düşmüş və sayğacın üst qapağı üzərində cızıq işarələri vardır. Dövrədən axan yük cavabdeh tərəfindən ölçülmüşdür (P=410 kvt). Sayğacın kompyuter vasitəsi ilə yaddaşı oxunaraq protokollaşdırılması və sayğacın bütün parametrləri daxil olmaqla mikrosxemasına laboratoriya şəraitində rəy verilməsi qeyd edilmişdir. Tərtib olunmuş akt üzrə təsbit edil miş nöqsanlara görə iddiaçıya 36.755,24 manat borc hesablanmışdır.

5. Cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış, habelə yoxlama Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmaqla aparılmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli, e-2-2(113)-297/2020 qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 006886 nömrəli akt əsasında iddiaçıya hesablanmış 36.755,24 manat borcun silinməsi qət edilmişdir (hakim – A.Əliyeva).

7. Cavabdeh həmin qə tnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 04 avqust tarixli, 2-2(103)-415/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının sayğaca müdaxilə etdiyini, itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd etsə də, cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkar lıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz.

10. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının vəkili XXX ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, məhkəmə qətnaməsi ilə silinməsi qət edilmiş 36.755.24 manat borcun 31.126,32 qəpik hissəsi akt üzrə, qalan 5628.92 manat hissəsi isə istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borcdan ibarət olduğunu, yoxlamaya aidiyyətı olmayan 5.628.92 manat elektrik enerjisi borcu iddiaçı tərəfindən tam şəkildə ödənildiyini və həmin borc hissəsinin artıq mübahisə predmeti olmadığını göstərərək, iddia tələbinin 5.628.92 manat hissəsindən imtinanın qəbul edilməsini, Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 04 avqust tarixli qətnaməsinin həmin hissədə ləğv edilərək, iş üzrə icraata xitam verilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. İddiaçının vəkili və nümayəndəsi həmçinin Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin mətninin iddiaçıya aydın olduğunu, iddiaçının iddiadan imtina etməsi ilə bağlı nəticələr haqqında xəbərdar edildiyini bildirmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

13. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddiadan qismən imtina olunması barədə iddiaçının ərizəsinin təmin olunmasını xahiş etdi.

14. İddiaçının vəkili X4 məhkəmə iclasında iddiaçının iddiadan imtina etməsi ilə bağlı ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır”. “Maddə

74. Nümayəndənin səlahiyyəti 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir”. “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini tə sdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir”. İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası kassasiya instansiyasında icraata xitam verilməsi barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbinin 5.628.92 manat hissəsi üzrə iddiadan imtinası qəbul edilməli, Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 04 avqust tarixli, 2-2(103)-415/2020 saylı qətnaməsi həmin hissədə ləğv edilməli, iddiaçı "İddiaçı" ATSC-nin cavabdeh "xxxx” ASC-yə qarşı 5.628.92 manat məbləğində borcun silinməsi hissəsində kommersiya işi üzrə icraata xitam verilməlidir.

18. İddiaçının ərizəsindən göründüyü kimi, ASC-də aparılmış yoxlama zam anı elektrik enerjisinin itkisi müəyyən edilmiş və bu əsasdan ASC-yə əlavə elektrik enerjisi sərfiyyatına görə 31.126.32 manat borc hesablanmışdır. Məhkəmə qətnaməsi ilə silinməsi qət edilmiş 36.755.24 manat borcun 31.126,32 qəpik hissəsi akt üzrə, qalan 5.628.92 manat hissəsi isə istifadə edilmiş elektrik enerjisinə görə hessablanmış borcdan ibarətdir. Yoxlamaya aidiyyəti olmayan 5.628.92 manat elektrik enerjisi borcu iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və həmin borc hissəsi artıq mübahisə predmeti deyildir.

19. İddiaçı "İddiaçı" ATSC-nin sədri Qanuni nümayəndə tərəfindən bir il müddətinə nümayəndə və vəkil X3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədə XXXun digər hüquqlarla yanaşı, həmçinin iddiadan imtina etmə, barışıq sazişi bağlamaq səlahiyyəti olduğu xüsusi olaraq qeyd edilm işdir.

20. Məhkəmə tərəfindən iddiaçının vəkilinə bir daha mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiadan imtinanın prosessual hüquqi nəticələri izah edilmişdir.

21. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə icraata qismən xitam verilməsi işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd olmadığına görə iddiaçının, iddia tələbinin 5.628.92 manat hissəsi üzrə iddiadan imtinası qəbul edilməli, Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 04 avqust tarixli, 2-2(103)415/2020 saylı qətnaməsi həmin hissədə ləğv edilməli, iddiaçı "İddiaçı" ATSC-nin cavabdeh "xxxx” ASC-yə qarşı 5.628.92 manat məbləğində borcun silinməsi hissəsində kommersiya işi üzrə icraata xitam verilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-ni n 191.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

23. Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 04 avqust tarixli, 2-2(103)-415/2020 saylı qətnaməsi qismən - iddia tələbinin 5.628.92 manat hissəsində ləğv edilsin. İddiaçının iddia tələbinin 5.628.92 manat hissəsi üzrə iddiadan imtinası qəbul edilsin. İddiaçı "İddiaçı" ATSC-nin cavabdeh "xxxx” ASC-yə qarşı 5.628.92 manat məbləğində borcun silinməsi hissəsində kommersiya işi üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar