Məhkəmə qərarları › İş №2-2(102)-45/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-45/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-45/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-727/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı qismində İddiaçı MMC (əvvəlki adı ilə "xxxx" MMC) ilə alıcı qismində Cavabdeh MMC arasında 2022-ci il 1 oktyabr tarixli, AB/B-36/1022 nömrəli beton alqısatqısı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə görə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir, alıcı isə həmin malı qəbul edərək malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir.

3. Müqavilənin 3.7-ci bəndinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra, alıcı tərəfindən elektron qaimənin ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq mal alıcı tərəfindən qəbul edilmiş sayılır. T ərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər.

4. Müqavilənin 7.3-cü bəndinə əsasən tərəflər arasında hər hansı razılıq əldə edilmədikdə aralarında yaranmış mübahisə üzrə mediasiya sessiyaları Bakı şəhərində yerləşən mediasiya təşkilatı tərəfindən aparılmaqla mübahisələrə tərəflərin müraciətinə əsasən satıcının hüquqi ünvanı üzrə məhkəmədə baxılacaqdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı) 2024-cü il 29 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) 68.924,98 manat (ƏDV daxil) qalıq borc, müqavilə üzrə hesablanmış 6.892,49 manat cərimə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 410 manat və hüquqi yardımın göst ərilməsi üçün ödənilmiş 500 manat olmaqla cəmi 76.727,47 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, o, 2022-ci il 1 oktyabr tarixli beton alqı-satqısı müqaviləsi (bundan sonra – müqavilə) üzrə öhdəliyini yerinə yetirərək öz istehsalı olan müvafiq növdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 68925 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır.

7. Cavabdeh 2024-cü il 12 fevral tarixində məhkəməyə vəsatət təqdim edərək Azərbayan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 35 və 45-ci maddələrinə istinadla bildirmişdir ki, iddia tələbi cavabdehin rəsmi dövlət qeydiyyatının olduğu yerə görə (Ağstafa rayonu,Vurğun ŞTQ,AZ0500) Gəncə Kommersiya Məhkəməsinə ünvanlanmalı idi. Buna görə də cavabdeh işə aidiyyəti üzrə baxılması üçün adı çəkilən məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 mart tarixli e-2-2(113)-1286/2024 nömrəli qərardadı ilə cavabdehin təqdim etdiyi vəsatət təmin olunmamışdır.

9. Məhkəmə vəsatətə münasibətdə vurğulamışdır ki, tərəflər arasında imzalanmış müqavilənin 7.3-cü bəndində tərəflər arasında yaranmış mübahi sələrə onların müraciətinə əsasən satıcının hüquqi ünvanı üzrə məhkəmədə baxılacağı qeyd olunmuşdur. Satıcı olan iddiaçı da ünvan 2 ünvanında yerləşdiyi üçün hazırkı mübahisə ərazi aidiyyəti qaydaları pozulmamaqla icraata qəbul edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 30 aprel tarixli e-2-2(113)-1286/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 68.924,98 manat əsas borc, 3.500 manat cərimə, 410 manat mediasiya xərci, 500 manat hüquqi yardım xərci olmaqla cəmi 73.334,98 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim: Zeynəb Axundova).

11. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra e tmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq iddia tələbini əsaslı hesab etmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 567, 598.1 və 598.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-727/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: R.Qurbanov – sədrlik edən və məruzəçi, V.Baxışova və Z.Şirinov).

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər müstəqil şəkildə saziş üzrə ərazi aidiyyətini müəyyən edə bilərlər. Bunun üçün tərəflər arasında yazılı qaydada gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək saziş bağlana bilər (MPM-in 40.2 və 40.3-cü maddələri). İşin hallarından görünür ki, tərəflər müqavilə bağlayarkən müqaviləyə “Tətbiq edilən qanunvericilik və mübahisələrin həlli” başlığı altında olan 7.3-cü bəndini əlavə etmişlər. Həmin bəndə görə tərəflər arasında hər hansı razılıq əldə edilmədikdə aralarında yaranmış mübahisə üzrə mediasiya sessiyaları Bakı şəhərində yerləşən mediasiya təşkilatı tərəfindən aparılmaqla mübahisələrə tərəflərin müraciətinə əsasən satıcının hüquqi ünvanı üzrə məhkəmədə baxılacaqdır.

16. Göründüyü kimi tərəflər müqavilə üzrə ərazi aidiyyət qaydalarını fərqli müəyyən etmişlər və cavabdeh buna öz razılığını bildirmişdir. Belə olduğu təqdirdə cavabdeh MPMin 35.2-ci maddəsinin “hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir” müddəasına istinad edə bilməz.

17. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının hüquqi ünvanı ünvan 3araq Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası ağır ci nayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu Bakı Kommersiya Məhkəməsinin ərazi vahidinə aid olduğuna görə mübahisəyə həmin məhkəmədə baxılmalıdır.

18. İş üzrə ərazi aidiyyəti məsələsinin ayrıca aktla həll edilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, cavabdehin vəsatətinə birinci instansiya məhkəməsinin 2024cü il 14 mart tarixli qərardadı ilə münasibət bildirilmişdir.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MPM-in 35 və 45-ci maddələri üzrə - məhkəmə işin həqiqi hallarını araşdırmadan, aidiyyət hallarını pozaraq qərəzli qətnamə çıxarmışdır. Belə ki, iddia tələbi cavabdehin rəsmi dövlət qeydiyyatının olduğu yerə görə (Ağstafa rayonu,Vurğun ŞTQ,AZ0500) Gəncə Kommersiya Məhkəməsinə ünvanlanmalı idi. Məhkəməyə vəsatət və ərizə təqdim olunsa da, hakim, ümumiyyətlə, münasibət bildirməmişdir.

22. MPM-in 88-ci maddəsi üzrə - aidiyyətlə bağlı təsdiqedici sənədlər təqdim ed ilməsinə baxmayaraq məhkəmə prosessual hüquq normalarını pozaraq araşdırma aparmadan tələsik qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 7.3-cü bəndində tərəflər arasında yaranmış mübahisələrə onların müraciətinə əsasən satıcının hüquqi ünvanı üzrə məhkəmədə baxılacağı qeyd olunmuşdur. Göründüyü kimi nə iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilərkən, nə də məhkəmə işi icraata götürərkən aidiyyət qaydalarını pozmuşdur. Həmçinin cavabdeh “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” məhkəməyə verilmiş vəsatəti birinci instansiya məhkəməsinin 2024-cü il 14 mart tarixli qərardadı ilə təmin edilməmişdir. Yəni vəsatətə ayrıca məhkəmə ak tı ilə münasibət bildirilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.

27. Azərbaycan Respublik asının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

30. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olu nmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kas sasiya şikayətinə qarşı etirazda göstərilmiş məsələlərə də apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin məsələlər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əs assız olduğundan təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 sentyabr tarixli 2-2(103)-727/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar