Məhkəmə qərarları › İş №2-2(102)-451/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-451/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-451/2019 ALİ MƏHKƏMƏ İddiaçının «xxxx» QSC-yə qarşı iş üzrə QƏRAR (Açar söz: məhkəmə aiddiyatı) GİRİŞ HİSSƏ 23.10.2019 Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı cavabdeh «xxxx» QSC-ə qarşı borcun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-550/19 saylı 18 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı x şirkəti «xxxx» QSC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinə müraciət edərək cavabdehdən 522.600 avro məbləğində əsas borcun, 1.000.000 avro məbləğində cərimənin, 1.000.000 avro məbləğində əldən çıxmış faydanın, ümumilikdə 2.522.600 avro məbləğində borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə icraatı zamanı cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02.03.2015-ci il tarixli 355 saylı müqavilədə onun icrası ilə bağlı mübahisə yarandığı təqdirdə işə Latviya məhkəmələrində baxılacağının nəzərdə tutulduğunu mübahisələndirərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhk əmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2019-cu il tarixli qərardadı ilə iddiaçı «İddiaçı cavabdeh «xxxx» QSC-yə qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmış və tərəflərə izah edilmişdir ki, mübahisənin həlli üçün X1 Məhkəməsinə müraciət edə bilər. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-550/19 saylı 18 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2- 2(81)-369/2019 saylı 04.06.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, iş artıq işə mahiyyəti üzrə baxılması çərçivəsində olduğundan, mübahisəli məsələnin qanuni əsası kimi məhkəmə tərəfindən tətbiq edilməli prosessual hüquq norması MPM-in 261.1.2-ci maddəsi təşkil etməli idi. Belə ki, MPM-in 260.0 və 261.0.1-ci maddələrinə əsasən görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Tərəflər arasında bağlanmış müqavilənin də məhz 9.4-cü bəndində nəzərdə tutulur ki, müqavilə öhdəliklərindən irəli gələn bütün mübahisələrə Latviya Ticarət-Sənaye Palatası yanında X1 Məhkəməsində baxılmalıdır. Belə olan halda, MPM-in 398.0, 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-550/19 saylı 18 iyul 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə hazırkı mübahisə məhkəmədə baxılmalı olan mübahisədir və tərəflər arasındakı müqavilənin 9.4-cü bəndində əks edilən müddəalar olmasa idi məhkəmə ərazi aidiyyatı qaydalarına uyğun olaraq işəı mahiyyəti üzrə baxacaq idi. Hazırkı mübahisə məhkəmədə baxılmalı deyilsə, məhkəmə mübahisənin hansı orqanda baxılmalı olmasını göstərməlidir. Belə ki, MPM-nin 262.4-cü maddəsinə əsasən məhkəmə mübahisələndirilən qərardadı qəbul etməklə, yəni iş üzrə icraata xitam verməklə idd iaçı tərəfi cavabdehə qarşı eyni predmet və eyni əsasla iddia qaldırılması hüququndan məhrum edir ki, gələcəkdə iddiaçı münsiflər məhkəməsinə müraciət etdiyi təqdirdə belə cavabdeh hazırkı qərardadı təqdim etməklə münsiflər məhkəməsində işə xitam verilməsini tələb edə bilər. Qanunvericiliyə əsasən məhkəmə iş üzrə icraata xitam verə bilməz, yalnız iddia ərizəsini baxılmamış saxlaya bilərdi ki, ərizənin baxılmamış saxlanılması üçün də cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl etirazını bildirməli idi. Kassator MPM-nin 29, 259.0.5, 261.0.1, 261.0.6, 262.4, 417.1.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)550/19 saylı 18 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkə məsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-550/19 saylı 18 iyul 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə tərəflər arasında 02.03.2015-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə tərəflərin münasibətlərinə malların beynəlxalq alqı-satqı müqavilələri barədə BMT Konvensiyasının müddəaları tətbiq edilir. Tətbiq edilən arbitraj hüququ Latviya və Azərbaycanın hüquqlarıdır. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən əgər tərəflər hazırkı müqavilə üzrə meydana çıxan mübahisələrin həllində danışıqlar yolu ilə qarşılıqlı anlaşmaya gələ bilməzlərsə, hazırkı müqavilədən irəli gələn, onunla əlaqəli olan, o, cümlədən onun icrası, pozulması, xitam verilməsi və ya etibarsızlığı ilə bağlı bütün mübahisələr, tələblər və ya fikir ayrılıqları Təchizatçının Ticarət-Sənaye Palatasının yanında X1 məhkəməsinin reqlamentinə müvafiq olaraq həmin məhkəmədə həll ediləcək. Həmin Müqavilənin 9.5-ci bəndinə əsasən hazırkı müqavilə üzrə tərəflərin münasibətləri iddiaçının qüvvədə olan qanunvericiliyinə və İnkoterms 2010 qaydalarına müvafiq olar aq tənzimlənir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən tərəflər arasında mübahisələr Təchizatçının Ticarət-Sənaye Palatasının yanında X1 məhkəməsinin reqlamentinə müvafiq olaraq həmin məhkəmədə həll edilməlidir. Hazırkı mübahisə üzrə Təchizatçı iddiaçı olan «İddiaçıdir və və tərəflər arasındakı müqavilənin 9.4-cü bəndinin tələblərinə əsasən tətbiq olunan qanunvericilik Latviya hüququ və İnkoterms 2010 qaydalarıdır. Hazırkı iş üzrə iddiaçı isə mübahisə ilə bağlı 1 saylı bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda sadalanan normaların hazırkı işə tətbiqi o mənaya gəlir ki, hazırkı iddia tələbi ilə bağlı mübahisəyə tərəflər arasındakı müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan məhkəmələrində baxılmalı deyil. Başqa sözlə, hazırkı mübahisənin ümumiyyəltə məhkəmədə baxılmalı olmaması nəticəsinə gəlmək olmaz. Sadəcə olaraq tərəflər arasındakı razılaşdırılmış müqavilə şərtlərinə uyğun olaraq mübahisəyə hazırkı vəziyyətdə Azərbaycan məhkəmələrində baxılması yolverilməzdir. Lakin mübahisə müqavilənin 9.4-cü bəndinə uyğun olaraq Təchizatçının Ticarət-Sənaye Palatasının yanında X1 məhkəməsinin reqlamentinə müvafiq olaraq həmin məhkəmədə həll edilə bilər. Beləliklə ki, tərəflər qarşılıqlı razılıq əsasında mübahisələrin Latviya TicarətSənaye Palatasının yanında X1 məhkəməsinin reqlamentinə müvafiq olaraq həmin məhkəmədə həll edilməli olmasını razılaşdıqlarından MPM-nin 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Hazırkı iş üzrə icraata xitam verilməsi isə iddiaçıya iddia ərizəsi ilə Latviya TicarətSənaye Palatasının yanında X1 məhkəməsinə müraciət etmək hüququnu məhdudlaşdırmır. MPM-nin 262.4-cü maddəsinin hazırkı işə tətbiqi o mənaya gəlir ki, işin icraatına xitam verildiyindən eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində Azərbaycan məhkəmələrinə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərli yi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməklə əsaslı nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-550/19 saylı 18 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar