Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-452/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yəqarşı iş üzrə QƏRAR Açar sözlər: mənzil mülkiyyətçilərinin generator tələbi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndəsi X4, vəkili Vəkil, cavabdeh “xxxx” MMC-nin vəkili X3 iştirakı ilə, İddiaçı “xxxx” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (bundan sonra iddiaçı) cavabdeh “xxx x” MMC-yə (bundan sonra cavabdeh) qarşı “ünvan 1 saylı binanın həyətində mövcud olan və sahə mülkiyyətçilərinə məxsus generatorun cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-282/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: İddiaçının iş materiallarında olan nizamnaməsinə əsasən müəyyən olunur ki, bir cəmiyyət olaraq 1 may 2017-ci ildə dövlət qeydiyyatına alınmış və həmin vaxtdan da hüquqi şəxs statuslu şəxs kimi fəaliyyətə başlamışdır. İddiaçı Bakı şəhəri Z.Xəlilov küçəsi, 26 saylı binanın həyətində mövcud olan generatorun əvvəllər binanın sahə mülkiyyətçilərinə məxsus olduğ unu mübahisələndirərək generatorun cavabdehdən alınıb ona təhvil verilməsini tələb edir. İddiaçı 10 il bundan əvvəl, binaya generator alınması məqsədilə cavabdeh tərəfindən xidmət haqqını 30 qəpikdən 40 qəpiyə qaldırılaraq pul yığıldığını bildirərək generatorun artıq tam dəyərinin onlar tərəfindən ödənildiyini və artıq onların mülkiyyətinə keçdiyini bəyan edir. “xxxx” MMC-nin vəkil sorğusuna ünvanlanmış 12 fevral 2019-cu il tarixli məktubunda qeyd olunur ki, mübahisələndirilən 1 ədəd TJ180DW5A generator 2010-cu ildə vətəndaş X1 əsasında gətirilmiş və Elmlər Akademiyası yaxınlığında dövrəyə alınmışdır və bu zaman “xxxx” MMC ilə heç bir əlaqə olmamışdır. Mənzil sakinləri ilə cavabdeh arasında bağlanmış mənzil alqı-satqısı müqavilələrindən, binanın istismara qəbulu haqqında aktdan və cavabdeh in yazışmalarından görünür ki, həmin sənədlər X10 tərəfindən cavabdeh qurumun etibarnaməsi əsasında və nümayəndə kimi onun adından çıxış edərək imzalanmışdır. İşə əlavə edilmiş mənzilin alqı-satqı müqavilələrinin şərtlərində binada generator quraşdırılacağı barədə cavabdehin hər hansı bir öhdəliyi nəzərdə tutulmamışdır. Generatorun bina sakinlərinə məxsus olması barədə 43 nəfər bina sakinləri tərəfindən imzalanmış 17 iyul 2018-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı binanın həyətində mövcud olan və sahə mülkiyyətçilərinə məxsus olan generatorun cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə 10 il bundan əvvəl ünvan 1 ünvanında binanı tikən “İ nşaatçı” (hazırda-“xxxx”) MMC-nin nümayəndəsi tərəfindən sakinlərə generator almaq məqsədi ilə xidmət haqqının mənzilin 1 kv.m üçün 30 qəpikdən 40 qəpiyə qaldırılması bildirilmiş və həmin vaxtdan sakinlər hər 1 kv.metr sahə üçün 10 qəpik artıq pul ödəmiş və bu illər ərzində generator sakinlərə xidmət etmişdir. Binada 180 mənzil var. Onların ümumi sahəsi 26.700 kv. metrdir. Yığılan 10 qəpiklər hesabına hər il yığılan pul 32.000 manat təşkil edir. Deməli generatorun dəyəri 10 il ərzində 10 dəfə ödənilib. Sakinlər cavabdehin idarəçiliyindən və xidmətinin aşağı səviyyəsindən narazılıq edərək özləri iddiaçı cəmiyyəti yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmişlər. Cavabdeh isə cəmiyyətin fəaliyyətinə son qoymaq üçün məhkəmələrə müraciət etmiş, lakin Yasamal rayon məhkəməsi, Bakı Apelly asiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən MMMC-nin xeyrinə qərar qəbul edilmişdir. Generator binaya məxsusdur və sakinlərin vəsaiti hesabına alınıb. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bina sakinlərinin mülkiyyəti hesab olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(82)-116/2019 saylı iş) 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X9 və X8, 2-2(103)-282/2019 saylı iş) 23 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsində qətnamə qəbul edilərkən sözügedən generatorun fiziki şəxs tərəfindən 2010-cu ildə alınması, lakin “xxxx” MMMC-nin həmin vaxtda mövcud olmaması, yəni generatorun Cəmiyyətin yaranmasından 7 il əvvəl alınmasıqeyd edilərək generatorun cəmiyyətə məxsus olması qeyri-mümkün sayılmışdır. Mənzil Məcəlləsinin 35ci maddəsində aşkar göstərilir ki, binada alqı-satqı müqaviləsindən sonra belə alınmış bütün texniki qurğular və s. avadanlıqlar əgər 2-dən artıq sahə mülkiyyətçisinə xidmət göstərirsə, demək binanın bütün sahə mülkiyyətçilərinə məxsusdur. Sözügedən generator 10 il ərzində 180 sahə mülkiyyətçisinə xidmət göstərmişdir. Lakin onun fiziki şəx sə məxsus olduğunu əsas gətirirlər, belə olan halda sakinlərlə heç bir müqavilə olmadan 10 il ərzində nə üçün xidmət göstərmişdir. Fiziki şəxsə məxsus olan avadanlıq ona xidmət göstərməlidir və ya onun mənzilində olmalıdır. Qeyd edilən fiziki şəxs X10 Bakı şəhəri, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanı inşa etmişdir, “xxxx” MMC-nin rəhbəridir. Şikayətin maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişdir. əsaslandırıcı hissə: İddiaçı bir ədəd generatorun cava bdehdən alınıb ona verilməsini xahiş edir. İddiaçı bildirir ki, 10 il əvvəl ünvan 1 ünvanında binanı tikən cavabdeh tərəfindən binanın sakinlərinə generator almaq məqsədi ilə xidmət haqqının mənzilin 1 kv.m üçün 30 qəpikdən 40 qəpiyə qaldırılması bildirilmiş və həmin vaxtdan sakinlər hər 1 kv.m sahə üçün 10 qəpik artıq pul ödəmiş, nəticədə generator alınmış və bu illər ərzində generator sakinlərə xidmət etmişdir. Binada 180 mənzil var. Onların ümumi sahəsi 26.700 kv. metrdir. Yığılan 10 qəpiklər hesabına hər il yığılan pul 32.000 manat təşkil edir. Generatorun dəyəri artıqlaması ilə ödənilib. Sakinlər cavabdehin idarəçiliyindən və xidmətinin aşağı səviyyəsindən narazılıq edərək özləri MMMC yaradaraq qeydiyyatdan keçmişlər. Generator da MMMC-nin idarəçiliyinə verilməlidir. Cavabdehin bildir məsinə görə mübahisə predmeti olan generator ona məxsus deyil. Generatorun cavabdehin balansında, o cümlədən iddiaçıya məxsus olması hər hansı sənədlə təsdiq olunmur. Bakı şəhəri Z.Xəlilov küçəsi, 26 saylı binanın həyətində mövcud olan generatorun əvvəllər binanın sahə mülkiyyətçilərinə məxsus olduğunu mübahisələndirərək iddiaçı generatorun cavabdehdən alınıb ona təhvil verilməsini tələb edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisə predmeti olan generatorun iddiaçının mülkiyyətində olması işdə olan sənədlərlə sübuta yetmir. Belə olan halda iddiaçının generatorun mülkiyyətçisi olması istisna edilir. O da qeyd edilməlidir ki, iddiaçı 1 may 2017-ci ildə dövlət qeydiyyatına alınmış və həmin vaxtdan hü quqi şəxs statuslu şəxs kimi fəaliyyətə başlamışdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır... İddiaçı 1 may 2017-ci il tarixdən mülki hüquqlara malik olduğundan bir ədəd generatorun onun mülkiyyətində olması mümkünsüzdür. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə ço xmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Qanunverici birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlığın yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasını və ondan istifadə edilməsini istisna etməmişdir. Lakin hazırkı halda mübahisə iddiaçının tələb etdiyi konkret elektrik avadanlığı-generatorla bağlıdır və iddiaçı tərəf həmin generatorun onların paylı mülkiyyətində olmasına dair məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişlər. Həm də generator ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə o vaxt məxsus ola bilər ki, onların ümumi vəsaiti hes abına alınıb quraşdırılmış olsun. Lakin apellyasiya məhkəməsi tərəfindən işin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, mübahisəli generatorun nə iddiaçı qurum, nə də ki mənzil mülkiyyətçilərinin məhz vəsaiti hesabına cavabdeh qurum tərəfindən alınıb quraşdırıldığını təsdiq edə bilən mötəbər sübutlarla təsdiq olunmur. İddia predmeti olan generatorun cavabdeh hüquqi şəxsə məxsus olması da apellyasiya instansiyası məhkəməsinin araşdırması nəticəsində təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tə ləbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Mübahisə predmeti olan bir ədəd generatorun iddiaçının mülkiyyətində olmasını iddiaçı məhkəmə icraatı qaydasında sübut edə bilməmişdir. İddiaçının şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. MPM-in 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-282/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m
Məhkəmə qərarları › İş №2-2(102)-452/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-452/2019
29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver