Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-452/2023 17.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli, 2-2(103)-134/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə Ba kı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 312.514,63 (üç yüz on iki min beş yüz on dörd manat altmış üç qəpik) manat məbləğində borcun, 20.000 (iyirmi min) manat məbləğində cərimə, ümumilikdə 332.514,63 (üç yüz otuz iki min beş yüz on dörd manat altmış üç qəpik) manat, 400 (dörd yüz) manat mediyasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 205 (iki yüz büş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli e-2-2(113)-3486/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 312.514 (üç yüz on iki min beş yüz on dörd) manat 63 (altmış üç) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, mediasiya xərcini n əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 (iki yüz dörd) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir ( hakim K.Hüseynov). Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-2(103)-134/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli, e-2- 2(113)-3486/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəs ində dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 18 may tarixli 2-2(102)307/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli, 22(103)-134/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilmiş və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və B.Məmmədli). Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 02 iyun tarixli 2-2(103)-134/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-2(103)134/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiy a şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-2(103)134/2023 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli, 2-2(103)-134/2023 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-134/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova). Qərardaddan cavabdeh tərəfindən 2023-cü il 24 iyun tarixində kassasiya şikayəti verilməklə, Bakı Apellyasiya Məhkəməsinin 2023-c ü il 13 iyun tarixli qərardadının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli 2- 2(103)-134/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin mümkünlüyünə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda cavabdeh kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız MPM-nin 133.1-ci maddəsinin mətni qeyd olunmuş, həmin normanın pozuntusunun nədən ibarət olması, prosessual müddətin bərpasına əsas verən hansı halların və sübutların həmin maddənin tələbləri baxımından qiymətləndirilməməsinə dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli, 2-2(103)-134/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şi kayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: Ə.A.Əhmədov K.N.Abiyeva İ.A.Dadaşov
Məhkəmə qərarları › İş №2-2(102)-452/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-452/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver