Məhkəmə qərarları › İş №2-2(102)-454/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-454/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-454/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi; avadanlığın təhvil verilməməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi Cavid Ağayevin, onun vəkili Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(107)-44/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasın da baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – ASC) ilə Cavabdeh (bundan sonra Cavabdeh) arasında bağlanmış 2016-cı il 25 fevral tarixli 01-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 107.680 manat olan məhsuldarlığı 10.000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığı 7 il müddətinə lizinqə götürmüş, həmin məbləği müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür.

2. ASC-yə məxsus olan qarışıq yem istehsalı zavodunun “lizinqalan”a təhvil-təslimi barədə” 2016-cı il 27 fevral tarixdə Şəki rayonunda tərtib edilmiş Aktdan görünür ki, ASCnin əməkdaşları tərəfindən sözügedən yem istehsal edən zavodun Aktda göstərilən avadanlıqları lizinq müqaviləsinə uyğun olaraq Cavabdeh təhvil verilmişdir.

3. Maliyyə arayışına əsasən, Bakı şəhəri Müşviqabad qəsə bəsi ev 8 mənzil 70-də yaşayan Cavabdeh ilə ASC arasında bağlanmış 2016-cı il 25 fevral tarixli 01-LA/16 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 107.680 (yüz yeddi min altı yüz səksən) manat olan cəmi 1 ədəd texnoloji avadanlıq (qarışıq yem istehsal edən avadanlıq) lizinqə götürülmüşdür. Həmin avadanlıqlara görə Cəmiyyətin hesabına 10.768 (on min yeddi yüz altmış səkkiz) manat ilkin ödəniş etmiş, qalan 96.912 (doxsan altı min doqquz yüz on iki) manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Ödəniş qrafikinə əsasən 39.440 (otuz doqquz min dörd yüz qırx) manat ödənilməli olduğu halda, Cavabdeh tərəfindən 11.752 (on bir min yeddi yüz əlli iki) manat ödəniş edilmişdir. Hal-hazırda 2019-cu il 13 fevral tarixinə olan gecikdirilmiş borcu 27.688 (iyirmi yeddi min altı yüz səksən səkkiz) manat və lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cəriməsi 9.912 (doqquz min doqquz yüz on iki) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə 2019-cu il 24 dekabr tarixdə məhkəməyə müraciət edərək, 27.688 manat əsas borc, 9.912 manat cərimənin, 1.430 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 39.060,0 manat pul vəsaitinin Cavabdeh tutularaq ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 107.680 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 10.768 manat ilkin ödəniş olunmuş, qalan 96.912 manat məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödəniş qrafiki üzrə 39.440 manat ödəməli olduğu halda, 11.752 manat ödəniş etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 12 iyun tarixli qətnaməsi ilə iddia qismən – Cavabdeh 27.688 manat əsas borc, 300 manat cərimə borcu və 21,51 manat dövlət rüsumunun tutulması, tərəflər arasında bağlanmış 2016-cı il 25 f evral tarixli 01LA/16 saylı müqavilənin ləğv edilməsi və müqavilənin predmeti olan, məhsuldarlığı 10.000 kv/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığın saz vəziyyətdə Cavabdeh alınaraq ASC-yə qaytarılması hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim R.Məcidov).

7. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, müqavilənin tələblərinə uyğun olaraq iddiaçı onun ləğvini tələb etməkdə haqlı olmuşdur. Müqavilə ləğv olunduğu təqdirdə isə lizinq predmeti də iddiaçıya qaytarılmalıdır. Cavabdeh tərəfindən isə ilkin olaraq 10.768 manat, daha sonra isə ödəniş qrafikinə uyğun olaraq müxtəlif vaxtlarda 11.752 manat ödənişin edilməsi isə lizinq predmetinin ona təhvil verilməməsini istisna etmişdir.

8. Məhkə mə həmçinin qeyd etmişdir ki, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı məhkəməyə vaxtında müraciət etməmiş, bu isə cərimənin artmasına şərait yaratmışdır. Bu səbəbdən, məhkəmə tələb olunan 9912 manat cərimənin tənasübsüz dərəcədə yüksək olması qənaətinə gələrək cərimə məbləğini 300 manat müəyyən etmişdir. İddiaçı tərəfindən lizinq obyektinə məxsus 9 ədəd elektrik mühərrikinin, 500 litr tutumu olan kompressorun və 1 ədəd ölçü cihazının aşkar edilməməsi və onların dəyərinin 1430 manat olması barədə sübutlar təqdim olunmadığından məhkəmə iddia tələbini maddi zərərin əvəzinin tutulması hissəsində əsaslı hesab etməmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 427.3, 442, 462.1, 462.3, 467, 747.1, 748-1.12, 748-2.1, 748-2.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli, 2-2(107)-32/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən A.Eyvazov, hakimlər R.Əliyev və İ.Şükürov).

12. Apellyasiya məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etməklə onun gəldiyi nəticə ilə razılaşmışdır.

13. Apellyasiya instansiya məhkəməsi gəldiy i nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməklə onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 16 fevral tarixli, 2-2(102)58/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən B.Məmmədli, hakimlər A.Hüseynov və S.Hüseynova).

16. Məhkəmə kollegiyası bildirmişdir ki, lizinq müqaviləsinin predmeti olan avadanlığın 2016-ci il 27 fevral tarixli akta əsasən Cavabdeh faktiki təhvil verilməsi iş materialları ilə təsdiq olunmamış, əksinə ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla bilavasitə təkzib olunmuşdur. ASC-nin nümayəndəsi məhkəmə iclasında həmin avadanlığın hazırda əvvəlki lizinq götürənin təsərrüfatında olmasını bildirmiş, apellyasiya məhkəməsi isə faktı araşdırmamış, Cavabdeh nümayəndəsi və vəkilinin ASCnin nümayəndəsinin şahid kimi dindirilməsinə dair şifahi vəsatətini rədd etmişdir. Aşağı instnasiya məhkəmələrinin lizinq predmetinin lizinq götürənin istəyi əsasında istənilən ərazidə quraşdırıla bilməsi və buna dair tərəflər arasın da bağlanmış müqavilədə əks göstərişin mövcud olmamasına dair qənaəti də əsaslı olmamışdır. Belə ki, Cavabdeh lizinq obyektinin əvvəlki lizinq götürənin təsərrüfatında quraşdırılmasına və ya saxlanılmasına razılıq verməsi işin materialları ilə təsdiq olunmur. Belə vəziyyətdə Cavabdeh yeni lizinq götürən kimi eyni avadanlıqdan öz məqsədləri üçün istifadə etməsi praktiki olaraq mümkün olmadığından avadanlıqdan faktiki istifadə imkanına malik olmayan Cavabdeh lizinq ödənişlərinin tələb edilməsi tamamilə ədalətsiz və əsassızdır.

17. Ali məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 747.1, 748-1.1, 748-10.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(107)-44/2021 s aylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia təmin edilməmişdir (sədrlik edən G.Abbasov, hakimlər E.Hüseynov və M.Əsədli).

19. Apellyasiya məhkəməsi bildirmişdir ki, lizinq predmeti olan avadanlığın Cavabdeh faktiki təhvil verilməsi, və ya Cavabdeh lizinq avadanlığının əvvəlki lizinq götürənin təsərrüfatında quraşdırılması və saxlanılmasına razılıq verməsi işin halları ilə təsdiq olunmamış, habelə iddiaçı lizinq avadanlığının əvvəlki lizinq alanda qalması və Cavabdeh tərəfindən avadanlıqdan orada istifadə edilməsinə dair onunla razılaşdığına dair məhkəməyə hər hansı sübutları təqdim etməmişdir. Cavabdeh lizinq avadanlığından istifadə etmək məqsədilə özünə aid olan təsərrüfat sahəsində bina (anbar) inşa etdi yi 9 ay ərzində lizinq ödənişlərini həyata keçirmiş, tikinti başa çatdıqdan sonra isə iddiaçı tərəfindən lizinq avadanlığı ona təhvil verilmədiyindən ödənişləri dayandırmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən fakt iddiaçının dəlilləri ilə qeyd olunan halları təkzib etmişdir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2005-ci il 25 yanvar tarixli qərarına, Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarına, Mülki Məcəllənin 748-10.1, 747.1, 748-1.1-ci, MPM-in 14.2, 77.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 7 iyun tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

22. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏ MƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin müqavilə bağlanıldıqdan xeyli sonra Göyçay rayonunda quşçuluq təsərrüfatı tikməsi işin mahiyyəti üzrə heç bir əhəmiyyət kəsb etmir. Faktiki olaraq lizinq avadanlığı cavabdehin iştirakı ilə ona təhvil verilmiş və cavabdeh lizinq avadanlığının əvvəlki lizinq götürən İlqar Əliyevin təsərrüfatında quraşdırıldığından məlumatlı olmuşdur. Cavabdeh əvvəlki lizinq alanla şifahi razılaşma əldə edərək onun təsərrüfatından istifadə etmişdir. Artıq əvvəlki lizinq verənlə cavabdeh arasında hansı formada münasibətlərin tənzimlənməsi, yəni cavabdehin əvvəlki lizinq verənin təsərrüfatından əvəzli və ya əvəzsiz qaydada istifadə etməsi iddiaçının marağında deyil. Lakin, əvvəlki lizinq götürən cavabdehə öz təssərrüfatın dan istifadə etməyə razılıq vermişdir. Belə bir razılıq olmasaydı lizinq götürən cavabdeh ilkin ödəniş və üstəlik ilk üç rüb üçün ödənişləri etməzdi. Cavabdehin apellyasiya instansiyası məhkəməsində onunla əvvəlki lizinq götürən arasında heç bir razılığının olmamasına dair dəlilləri ağlabatan və qəbul edilən deyil. Belə ki, ilkin ödənişin, qrafik üzrə üç rüb üzrə ödənişlərin edilməsi, əvvəlki lizinq götürən İlqar Əliyevin cavabdehə lizinq avadanlığından istifadə etməyə imkan yaratmaması barədə cavabdehin iddiaçıya heç bir pretenziya bildirməməsi və ya məlumat verməməsi onlar arasında razılığın olduğunu göstərir. İlqar Əliyevin məhkəmə iclasına şahid qismində dəvət edilməməsi isə apellyasiya instansiya məhkəməsinin işi hərtərəfli araşdırmadığını göstərir.

24. Bundan başqa, lizinq obyektinin əvvəlki lizinq götürənin təsərrüfatında olması lizinq obyektinin təhvil verilməməsi demək deyil və bu iddiaçını öz öhdəliklərinin yerinə yetirməkdən azad edə bilməz. Belə ki, cavabdeh özü də öz izahatında öz vəsaiti hesabına həmin avadanlığı Göyçayda təsərrüfat üçün anbar tikdirdikdən sonra daşıyacağı barədə iddiaçı ilə razılaşdığını etiraf etmişdir. Digər tərəfdən cavabheh əvvəlki lizinq götürənlə razılaşma əsasında lizinq obyektindən istifadə edib. Bu səbəbdən, məhkəmənin cavabdehin lizinq obyektindən faktiki istifadə etməməsi əsası ilə ondan lizinq üzrə ödənişlərin tələb oluna bilməməsinə dair gəldiyi nəticə əsaslı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

25. Məhkəmə kollegiyası iclasın da iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, məhkəmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirlər.

26. Məhkəmə kollegiyası iclasında cavabdeh vəkilsiz təmsil olunduğu üçün MPM-in tələbləri baxımından onun izahatı dinlənilməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başq a şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün ə saslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri alm aq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülk iyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

32. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, faktiki olaraq lizinq avadanlığı cavabdehin iştirakı ilə ona təhvil verilmiş və cavabdeh lizinq avadanlığının əvvəlki lizinq götürən İlqar Əliyevin təsərrüfatında quraşdırıldığından məlumatlı olmuş, və avadanlıqdan sonuncunun təsərrüfatında istifadə etmişdir. Əgər belə olmasaydı cavabdeh ilkin və sonrakı üç rüblük ödənişləri həyata keçirməzdi. Həmçinin, lizinq obyektinin əvvəlki lizinq götürənin təsərrüfatında olması lizinq obyektinin təhvil verilməməsi demək deyil və bu iddiaçını öz öhdəliklərinin yerinə yetirməkdən azad edə bilməz.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirir.

35. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında qarışıq yem istehsal edən texnoloji avadanlığının lizinqə verilməsinə dair müqavilə bağlanmışdır (bax §1).

36. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir (həmin Məcəllənin 748-1.1-ci maddəsi).

37. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, Müqavilədə göstərilən avada nlığın tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsi lizinq verənin öhdəliyi kimi müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, lizinq predmeti olan avadanlığın cavabdehə faktiki təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı kassasiya şikayətində lizinq avadanlığının əvvəlki lizinqə götürənin təsərrüfatında olduğunu və cavabdehin lizinq avadanlığının əvvəlki lizinq götürənin təsərrüfatında qalmasına razılıq verdiyini bildirmişdir. Cavabdeh isə, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən avadanlığın əvvəlki lizinq götürənin sahibliyindən alınaraq onun istifadəsinə və sahibliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etidiyini bildirmişdir (bax iş.v18, cild 2)

39. Göründüyü kimi, iddiaçı müqavilə əsasında lizinq obyekti olan texniki avadanlığın cavabdehə təhvil verilməsi öhdəliyini daşısa da, avadanlıq cavabdehə təhvil verilməmiş və faktiki olaraq əvvəlki lizinq götürənin təsərrüfatında qalmışdır. Əvvəlki lizinq götürənin isə öz təsərrüfatında qalmış avadanlıqdan istifadəyə davam etməsi istisna olunmur ki, bu da cavabdehin həmin avadanlıqdan öz məqsədləri üçün istifadəsini mümkünsüz edir. Belə olan halda, lizinq obyekti olan avadanlıqdan faktiki olan istifadə etmək imkanından məhrum olan cavabdehdən lizinq ödənişlərinin tələb edilməsi hüquqi əsasa söykənməyən hal kimi qiymətləndirilməlidir.

40. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə g örə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

41. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

42. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər hallar ın mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s.aiddir.

43. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

44. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini m üəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

45. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

46. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı lizinq obyekti olan avadanlığın müqavilənin tələblərinə uyğun olaraq cavabdehə təhvil verildiyinə və ya avadanlığın əvvəlki lizinq götürənin təsərrüfatında qalmasında cavabdehin razılıq verməsinə dair dəlilləri ilə bağlı məhkəmələrə hər hansı mötəbər sübutlarını təqd im edə bilməmişdir.

47. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

48. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(107)-44/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

49. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayə ti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 22(107)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar