Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-454/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “x1-nin Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli, 2-2(103)-1299/2021 saylı qətnaməsindən cavabdehlər- “Azsement Bakı" MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 1 fevra l tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı “x1 alıcı Cavabdeh1 MMC-yə sement məhsulları satmağı, sonuncu isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. 2. 2020-ci il 17 fevral tarixli “x1, "xxxx" MMC və Cavabdeh1 MMC arasında imzalanmış 140356/20/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin ("xxxx" MMC), kreditor (“x1) ilə borclu (Cavabdeh1 MMC) arasında bağlanmış 2020-ci il 1 fevral tarixli, O000708459 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin əlavələri üzrə borclu kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya l azımınca icra etmədikdə, borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürür. Zaminin bu müqavilə üzrə kreditor qarşısında zamin olduğu məbləğin yuxarı həddi 200.000 manat (ƏDV daxil olmaqla) təşkil edir, zamin ödənişi gecikdirdiyi halda 10% həcmində cərimə ödəyir. 3. “x1 tərəfindən verilən maliyyə arayışına görə, 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MMC-yə 711.503,20 manat mal satılmış, həmçinin 120.129,70 manat cərimə hesablanmışdır. 4. “x1 Cavabdeh1 MMC-yə 2020-ci il 28 sentyabr tarixli pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 2020-ci il 7 oktybar tarixinədək ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. 5. “x1 tərəfindən "xxxx" MMC-yə 2020-ci il 7 oktyabr tarixli pret enziya məktubu ünvanlanmış və 2020-ci il 16 oktyabr tarixinədək zamin olduğu 200.000 manat borcun ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “x1 (bundan sonra mətndə “iddiaçı”) Cavabdeh1 MMC və "xxxx" MMC-yə (bundan sonra mətndə birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711.503,20 manat əsas borcun, 120.129,70 manat cərimə borcunun, cəmi 831.632,90 manat və 30 manat dövlət rüsumu kimi ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi, həmçinin 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqısatqı müqaviləsi və 2020-ci il 17 fevral tarixli 140356/20/1 nömrəli zaminlik müqaviləsi üzrə 711.50 3,20 manat məbləğində əsas borcun 200.000 manat hissəsinin, o cümlədən borcu vaxtında ödəmədiyi üçün 20.000 manat məbləğində cərimənin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında 2020-ci il 1 fevral tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı həmin cavabdehə sement məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında Cavabdeh1 MMC-yə sement məhsulları göndərilmiş, lakin cavabdeh göndərilmiş məhsulların dəyərini ödəməmiş, altlıqları qaytarmamışdır. Belə ki, 711.503.2 manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. 8. 2020-ci il 28 sentyabr tarix ində iddiaçı Cavabdeh1 MMC-yə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 2020-ci il 7 oktybar tarixinədək ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin pretenziya Cavabdeh1 MMC-yə 2020-ci il 28 sentyabr tarixində təqdim edilmiş, lakin Cavabdeh1 MMC heç bir ödəniş etməmişdir.
9. Cavabdeh1 MMC ilə 2020-ci il 1 fevral tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirdiyinə görə indiki tarixədək yaranmış cərimə məbləği 120.129,7 təşkil edir.
10. Tərəflər aras ında 2020-ci il 17 fevral tarixində 140356/20/1 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Zamin ("xxxx" MMC), kreditor («Holcim (Azərbaycan» ASC) ilə borclu (Cavabdeh1 MMC) arasında bağlanmış 2020-ci il 1 fevral tarixli, O000708459 saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin əlavələri üzrə borclu kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, borclu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürür. Zaminlik müqaviləsinin 1.2-ci maddəsinə əsasən zaminin bu müqavilə üzrə kreditor qarşısında zamin olduğu məbləğin yuxarı həddi 200.000 manat (ƏDV daxil olmaqla) təşkil edir. Həmin müqavilənin 2.3.2-ci maddəsinə görə alqı-satqı müqavilələri üzrə öhdəlikl ər borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin kreditorun ilk tələbi ilə heç bir etiraz etmədən, borc məbləğlərini, hesablanmış faizləri, cərimələri, habelə kreditorun çəkmiş olduğu hər hansı digər xərc və zərərləri 7 gün ərzində tamamilə kreditora ödəməyi öhdəsinə götürür. Bu barədə cavabdeh "xxxx" MMC-yə 2020-ci il 7 oktyabr tarixində pretenziya məktubu ünvanlamış və 2020-ci il 16 oktyabr tarixinədək zamin olduğu 200.000 manat borcun ödənilməsini xahiş etmişdir. Həmin məktub “Azsement Bakı“ MMC-yə 2020-ci il 7 oktyabr tarixində çatdırılsa da, cavabdeh 200.000 manat borcu ödəməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci maddəsinə görə zamin bu müqavilənin 2.3.2-ci yarımbəndi ilə müəyyən olunan ödənişi gecikdirdiyi halda o, gecikdirilən məbləğin 10%-i həcmində kred itora cərimə ödəyir. Borcu vaxtında ödəmədiyi üçün cavabdeh "xxxx" MMC-yə borcun 10%-i, yəni 20000 manat məbləğində cərimə hesablanmışdır.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1, 442, 443.1, 470.1, 21.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149, 150-ci maddələrinə istinad edilmişdir.
12. Etiraz təqdim edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il tarixli, e-2-2(113)-377/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711.503,20 manat əsas borc, 12.471,23 manat cərimə, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat cəmi 724.000 manat məbləğində pulun və 2020-ci il 17 fevral tari xli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 711.503,20 manat məbləğində əsas borcun 200.000 manat hissəsinin, bununla yanaşı 2000 manat məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim E.Əliyev ).
14. Birinci instansiya məhkəməsi işin §1-5-də göstərilən hallarına istinad etmiş, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyinmahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşya nın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbəpulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasü b müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 462.1, 467, 470.1, 567, 598.1-598.3-cü maddələri).
15. Hazırki işdə iddiaçı ilə Cavabdeh1 MMC arasında qanunvericiliyə uyğun olaraq 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, təhvil aldığı malların dəyəri olan 711503,20 manat məbləğində vəsaiti ödəməmişdir.
16. Həmçinin 2020-ci il 17 fevral tarixli 140356/20/1 nömrəli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin "xxxx" MMC borc lu ilə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliklərini tamamilə icra etməyi öhdəsinə götürmüş, lakin həmin məsuliyyətinin yuxarı həddi 200000 manat məbləğində müəyyən edilmişdir.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına MM-nin 470.1, 567, 598.1, 598.3-cü maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehlərə qarşı əsas borc öhdəlikləri ilə bağlı tələbi əsaslı olduğundan təmin edilməlidir.
18. İddiaçının cərimə məbləğinin tutulması tələbinə gəldikdə, həmin məhkəmə iddia olunan 120.129,70 manat və 20.000 manat məbləğində cərimənin tənasübsüz surətdə yüksək olmasını və MM-nin 467-ci maddəsinin tələblərini əsas götürərək, həmin məbləğləri azaltmış, müvafiq olaraq 12.471,23 manat və 2.000 manat məbləğin tutulması qənaətinə gəlmişdir.
19. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli e-2-2(113)377/2021 saylı qətnaməsinin "xxxx" MMC-yə qarşı olan hissədə ləğv edilməsini, iddianın ona qarşı olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli, 2-2(103)-1299/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)377/2021 saylı 2021-ci il 18 avqust tarixli qətnaməsi dəyişdirilərək, 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə 711.503,20 manat əsas borcun 200.000 manat hi ssəsi və 12.471,23 manat cərimə borcunun 2000 manat hissəsinin, dövlət rüsumu kimi ödənilmiş 25,57 manatın cavabdehlərdən müştərək qaydada, əsas borc və cərimə borcunun qalan hissəsinin isə Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakimlər V.Baxışova (sədrlik edən-məruzəçi), R.Qurbanov, C.Yusifov).
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, qətnamə zamin "xxxx" MMC tərəfindən ona aid hissədə mübahisələndirilir.
22. Apellyasiya şikayətində "xxxx" MMC zaminlik müqaviləsindəki imza və möhürün "xxxx" MMC-yə aid olduğunu mübahisələndirərək məhkəmə tərəfindən bu dəlilin yoxlanılması üçün müvafiq ekspertizalar təyin edilməsini xahiş etmişdir.
23. Həmin məhkəmə MM-nin 337.2-ci maddəsinə istinadla cavabdehin apellyasiya şikayəti ni əsassız hesab edərək iş üzrə ekspertiza təyin edilməsini aşağıdakılara əsasən zəruri hesab etməmişdir.
24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaran an mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə müb ahisəni həll etmək imkanını verir.
25. Hazırkı halda "xxxx" MMC ən azı 2020-ci il 7 oktyabr tarixindən-iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunu aldığı vaxtdan 2020-ci il 17 fevral tarixli zaminlik müqaviləsinin mövcudluğu barədə məlumatlı olduğu halda, həmin əqdin etibarsızlığı barədə qarşı tərəfə iradə ifadəsini bildirməmiş, iddiaya etirazının əsası kimi bu hala istinad etməmiş, zaminlik müqaviləsindəki imzanın və möhürün "xxxx" MMC-yə aid olub-olmadığının araşdırılması üçün ekspertiza təyin edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. 26. "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak etsə də, zaminlik müqaviləsinin etibarsız müqavilə olması ilə bağlı mövqe bildirməmiş, Bakı K ommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi 2020-ci il 26 noyabr tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən 2021-ci il 26 yanvar tarixli məhkəmə iclasında qeyd etmişdir ki, “566.000 manat qarşı tərəfə pul ödəmişik. Qarşı tərəf qeyd etsə də ki, zaminlik müqaviləsinə aid deyil, yalan deyir. Biz 200.000 manatlıq mala zamin durmuşuq.”
27. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 76.1, 372.2-ci maddələrinin tələblərinə əsaslanaraq göstərmişdir ki, prosessual qanunvericiliyə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanılarkən tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara, tələb və etirazlarına düzgün hüquqi qiymət verilib- verilmədiyi yoxlanılır. Ekspert rəy ləri də tərəflərin öz tələb və etirazlarının təsdiq edilməsi üçün sübut növlərindən biridir. Əgər tərəflər birinci instansiya məhkəməsinə hər hansı halın araşdırılması və yoxlanılması ilə bağlı ekspert rəyi alınması barədə vəsatətlə müraciət etməmişlərsə, tərəfin vəsatəti əsasında apellyasiya instansiyası mərhələsində əldə edilmiş ekspert rəyi yeni sübut hesab olunduğu üçün MPM-nin 372.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən qəbul edilə bilməz.
28. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ona aid hissədə ləğv edilməsi üçün əsas ola bilməz. 29. 2020-ci il 17 fevral tarixli zaminlik müqaviləsində "xxxx" MMC-nin Cavabdeh1 MMC ilə 200.000 manat həddində borc məbləği və cəriməyə görə birgə məsuliyyəti nəzə rdə tutulmuşdur. Birinci instansiya məhkəməsi MM-nin 472.1-ci maddəsinin tələbini nəzərə almamış, qətnamədə 711.503,20 manat məbləğində əsas borcun 200.000 manat hissəsinin, bununla yanaşı 2000 manat məbləğində cərimənin borclu və zamindən müştərək qaydada tutulmasını deyil, yalnız "xxxx" MMC-dən tutulmalı olduğuna dair nəticəyə gəlmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, maddi hüquq normasının pozuntusu müəyyən edildiyindən apellyasiya şikayətində bu barədə qeyd olmasa da, MPM-nin 372.6-cı maddəsinin tələblərinə əsasən qətnamə dəyişdirilərək 711.503,20 manat əsas borcun 200.000 manat hissəsi və 12.471,23 manat cərimə borcunun 2000 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
30. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin iddianın cavabdeh "xxxx" MMC-yə aid təmin edilmiş hissədə ləğv edilməsini və həmin hissədə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
31. Cavabdeh1 MMC həmin qətnamədən verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilməsi və təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdeh1 MMC-nin kassasiya şikayətinin dəlilləri
32. MM-in 462.1, 467, 470.1, 567, 598.1, 598.3-cü maddələrinin tələbləri pozulmuşdur-‘‘Holcim’’ (Azərbaycan) ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2020-ci il 1 fevral tarixli “Alqı-satqı” müqaviləsinin birbaşa şərtlərinə görə alınacaq malların dəyəri qabaqcadan ödənilməlidir. ‘‘Holcim’’ (Azərbaycan) ASC ilə Mal alqı-satqısı bu şəkildə olmuşdur. Əvvəlcədən ödəniş edilmişdir, ondan sonra da mal verilmişdir. Bundan başqa həmin müqavilənin 3.3.3-cü bəndinə əsasən Satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonradan ödəmək şərti ilə Mal buraxılışı həyata keçirə bilər. Bu halda Alıcı qəbul etdiyi Malın dəyərinin qaimə-fakturanı və ya elektron qaimə fakturnı qəbul etdiyi tarixdən əvvəl ödəməlidir. Tərəflər fərqli ödəniş müddətini bu müqaviləyə edilən əlavələrdə tənzimləyirlər. Göründüyü kimi kreditlə buraxılan mallara görə də ödənişin qaimə faktura verilməsindən əvvəl həyata keçirilməsi şərtləndirilmişdir. Öhdəliklərin yaranması baxımından, müqavilə tərəflərinin hərəkətləri aralarında olan müqavilənin şərtlərindən irəli gəlir. M əhkəmələr də mübahisəyə baxarkan müqavilə şərtlərini nəzərə almalı idi və maddi normaları tam olaraq buna uyğun tətbiq etməli idilər. Sonradan ödənişlə bağlı tərəflər arasında razılaşma həmin müqavilənin 3.3.3-cü bəndinin ikinci abzasında nəzərdə tutulur və bu şəkildə qeyd edilmişdir: “Sonradan ödəmə şərti ilə Mal buraxılışından yararlanmaq üçün X1 Qarantiya Məktubu və ya digər zəmanət sənədi tələb edə bilər”. Müqavilənin şərtində qeyd edilən Bank qarantiyası təqdim edilməmişdir.
33. Zaminliklə bağlı məsələyə gəlincə tərəflər arasında yalnız bir zaminlik müqaviləsi olmuşdur və həmin müqavilə ‘’Azsement Bakı’’ MMC daxil olmaqla üçtərəfli qaydada bağlanmışdır. Həmin zaminlik müqaviləsinə səbəb də bir il müddətinə ödəmək şərti ilə ‘’Azsement Bakı’’ MMC-yə 20.000 manat məbləğində nisyə Malın v erilməsi ilə bağlı aralarındakı razılaşma olmuşdur. Belə ki, hər dəfə həmin MMC-yə 20.000 manat məbləğində Mal verilmiş, ödəniş tamamlanandan sonra da növbəti mal buraxılmışdır. Yəni ona nisyə verilmiş malın həcmi 20.000 manatla məhdudlaşdırılmışdır. Bu müqavilə iddiaçı ‘‘Holcim’’ ASC tərəfindən də bəyənilmiş və təsdiqlənmişdir. Nəticə etibarı ilə aralarında mövcud qeyd olunan üç müqavilənin birbaşa şərtləri əsasında Alıcı olaraq Cavabdeh1 MMC-yə ümumilikdə 20.000 manat məbləğində Mal nisyə buraxıla bilərdi. Bu baxımdan da iddiaçı tərəfindən qabaqcadan ödəniş etmədən alına bilən və ya cavabdeh tərəfindən buraxılmasına izn verilə bilən Mal maksimum 20.000 manat məbləğində ola bilərdi.
34. MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur- iddiaçı alqı-satqı müqaviləsindən kənara çıxaraq 711.50 3,20 manat məbləği və ona hesablanmış faizləri tələb etmişdir. Məhkəmələr də qeyd olunan müqavilələrin şərtlərini nəzərə almamış, istinad etdikləri maddi hüquq normalarını tərəflərin münasibətinə uyğun düzgün şərh etməmişlər. Məhkəmələrin qəbul etdiyi qətnamə həm faktiki və həm də hüquqi baxımdan əsaslı olmalıdır. Bunun üçün qətnamə qəbul edilərkən, tərəflər arasında mövcud faktiki münasibətlərin hüquqi dəyərləndirilməsi baxımından nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçı 711.503,20 manat ödənilməmiş borcu tələb edir. Bunun əsası kimi istinad etdiyi dəlil ondan ibarətdir ki, həmin məbləğdə mal cavabdehə nisyə verilmişdir. Halbuki, özü tərəfindən bir “0” əlavə edib, təqdim etdiyi zaminlik müqaviləsinin özü belə, nisyə cəmi 200.000 manat məbləğində malın verilməsi üçün hardasa əsas ola bilərdi. Əslində isə zaminliyin özü də aralarında 20.000 manat məbləğində məhdudlaşdırılmışdır.
35. Bundan başqa, cavabdeh olaraq Cavabdeh1 MMC məhkəmə iclasları barəsində lazımi xəbərdarlıq edilmədiyindən iştirak etməmiş, bu da birtərəfli qaydada iddiaçının mövqeyinin qəbul edilməsinə şərait yaratmışdır. Bu hal aşağı instansiya məhkəmələri üçün cavabdehin məhkəmə müdafiə hüququnun məhdudlaşdırılması ilə nəticələnmiş prosessual pozuntu kimi qiymətləndirilməlidir. b) Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin dəlilləri
36. MM-in 472.1, 406.2, 471, 707.2-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə tərəflər arasında 2020-ci il 17 fevral tarixində bağlanmış zaminlik müqaviləsinin mövcudluğu və həmin zaminlik müqaviləsində zaminin 200.000 manat həddində borc məbləği və cəriməyə görə birgə m əsuliyyətinin razılaşdırıldığı baxımından, zamin "xxxx" MMC-yə nisbətdə iddianı həmin məbləğ və ondan irəli gəlmiş hesab etdiyi cərimə məbləğləri həddində təmin etmişdir. Məhkəmənin bu mövqeyi onda əsaslı hesab oluna bilərdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında mövcud adı çəkilən 2020-ci il 17 fevral tarixli zaminlik müqaviləsi MM-in tələblərinə uyğun tərtib edilmiş olsun. Lakin iddianın əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il 17 fevral tarixli zaminlik müqaviləsi MM-nin tələblərinə cavab vermir. Belə ki, cavabdehlərlə iddiaçı arasında 2020-ci il 17 fevral tarixdə bağlanmış zaminlik müqaviləsinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nüsxəsində borcun 200.000 manat, cavabdeh tərəfindən təqdim edilmiş nüsxəsində isə 20.000 manat məbləğ hədd ində borcun zaminliklə təmin edildiyi qeyd olunur.
37. Müqavilənin zaminliyin təmin edildiyi məbləğin qeyd olunduğu vərəq imzalanmamış, möhürlə təsdiqlənməmiş, imzalanıb tərəflərin möhürü ilə təsdiqlənmiş digər vərəqi ilə birgə tikilib, sorquclanıb təsdiqlənməmişdir. Bu da tərəflər arasında mövcud zaminlik müqaviləsi ilə 200.000 manat həddində borcun zaminlikdə təmin edildiyi kimi qəbul edilməsinin yolverilməzliyini göstərir.
38. Məhkəmədə müəyyən edilmiş hallara əsasən məhkəməyə təqdim edilmiş tərəflər arasında zaminlik müqaviləsi, birgə tikilməmiş iki sərbəst vərəqədən ibarətdir. Biri tərəflərin imzası və möhürləri ilə təsdiqlənmişdir. Digər vərəqi isə imzalanmamış və möhürlənməmişdir. Borcun 200.000 manat həcmində zaminliklə təmin edilməsi də məhz bu imzalanmamış və möhürlənməmiş vərəqə də qeyd edilmişdir.
39. Göründüyü kimi qətnamədə iddianın təmin edilməsinin əsası kimi istinad edilmiş tərəflər arasında 2020-ci il 17 fevral tarixli müqavilə yazılı tərtib formasına riayət edilməyən müqavilədir. Bu baxımdan da qeyd olunan maddi normaların tələbinə görə "200.000 manat məbləğin" zaminliyin təmini üçün qəbul edilməsi yolverilməzdir.Cavabdeh tərəf zaminliyin 200.000 manat deyil, 20.000 manat həddində təmin edildiyini və onun imza atdığı müqavilədə məbləğin razılaşdırılmış kimi 20.000 manat qeyd edildiyinə israr edir. Etirazını zaminlik müqaviləsinin digər tərəfləri arasında mövcud əsas müqavilə, eləcə də digər cavabdehlə mal alması barədə razılaşma şərtlərinə istinadən məntiqli izahını verir.
40. Zaminlik müqaviləsində tərəflər olan hazırkı iş üzrə cavabdeh "xxxx" MMC ilə idd iaçı arasında alqı-satqı müqaviləsinə əsasən mal ona ödəniş ediləndən sonra verilir. "xxxx" MMC ilə razılaşmaya əsasən nisyə veriləcək malın maksimum məbləği 20.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə mübahisəni həd edərkən, iş üzrə müəyyən edilən hallara görə qeyd lunan maddi normaları tətbiq etməli olduğu halda etməmiş, nəticədə cavabdeh "xxxx" MMC-nin üzərinə, onun cavab verməli olmadığı əlavə öhdəlik qoyulması kimi düzgün olmayan qətnamə qəbul edilmişdir.
41. MPM-in 88, 217.2, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə işdə olan dəlilləri, təqdim edilmiş zaminlik müqaviləsinin tərtibində mövcud uyğunsuzluğu nəzərə almamış, mübahisənin yarandığı vaxtda qüvvədə olan tətbiq edilməli olan yuxarıdakı bölümdə qeyd olunan maddi hüquq normaları tətbiq etməmişdir.
42. İdd iaçı tərəfindən təqdim edilmiş və üzərində 200.000 manat məbləğində borcun zaminliklə təmin edildiyi qeyd edilən müqavilə vərəqinin yetərincə şübhəli olması, həmçinin həmin halı təkzib edən yetərincə müəyyən edilən dəlillər mövcud olduğu halda, nədənsə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş həmin vərəqi daha üstün sübut kimi qəbul etmiş, lakin onun üstünlüyünün nədən irəli gəldiyini qətnamədə izah etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. İddiaçının cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinə qarşı etirazında göstərilmişdir ki, cavabdeh 2020-ci il 17 fevral tarixli, 140356/20/1 saylı zaminlik müqaviləsinin birinci səhifəsində cavabdehin imza və möhürünün olmadığını, müqavilənin 1-ci səhifəsinin 2-ci səhifəsinə qaytanlanıb bir-birinə tikilmədiyini, cavabdehin əl ində müqavilənin 20.000 manata bağlandığını göstərən 1-ci səhifəsinin olduğunu, zaminlik müqaviləsinin MM-in tələblərinə cavab vermədiyini iddia edir. Cavabdeh bu və buna bənzər iddiaları apellyasiya şikayətində də vermiş, həmin iddialar apelyasiya məhkəməsi tərəfindən araşdırılmış və təsdiqini tapmamışdır.
44. MM-də müqavilənin, o cümlədən zaminlik müqaviləsinin bütün səhifələrinin imzalanması və möhürlənməsi ilə bağlı tələb yoxdur. Hazırkı zaminlik müqaviləsi yazılı qaydada bağlanmış, müqavilədə müqavilənin predmeti, tərəfləri, təminat verilən məbləğin yuxarı həddi, zaminliyin şərtləri, tərəflərin hüquq və vəzifələri qeyd edilmişdir, həmin müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Zaminlik müqaviləsi MM-də qeyd edilmiş formada bağlanmış və müqavilənin mühüm şərtlər i müqavilədə qeyd edilmişdir.
45. Cavabdeh kassasiya şikayətində birinci instansiya məhkəməsində və apelyasiya məhkəməsində irəli sürmədiyi yeni bir iddianı irəli sürür, cavabdeh iddia edir ki, onun əlində olan zaminlik müqaviləsinin birinci səhifəsində zaminliyin həddi 20.000 manat müəyyən edilmişdir. Halbuki, cavabdeh bu iddiasını nə birinci instansiya məhkəməsində, nə apelyasiya məhkəməsində irəli sürməmişdir və bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Hər iki məhkəmə instansiyasında uduzduğunu görən cavabdeh yeni və həm də qanuni məsuliyyət müəyyən edən bir fəndə əl ataraq zaminlik müqaviləsinin birinci səhifəsini dəyişərək ora 20.000 manat daxil edib zaminlik müqaviləsini saxtalaşdırmaqla məhkəməni aldatmağa çalışır.
46. Zaminlik müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ü zrə cavabdehə iddiaçı tərəfindən pretenziya məktubu göndərilmişdir və həmin pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh pretenziya məktubunu qəbul etdikdən sonra bu kassasiya şikayətində qeyd etdiyi argumentləri iddiaçıya bildirməmişdir. Cavabdehin 200.000 manat məbləğində zamin olduğu tam sübuta yetirilir, onun kassasiya şikayətində irəli sürdüyü arqumentlər əsaslı və qanuni deyildir.
47. Bakı Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin bütün halları araşdırılmış, iş üzrə düzgün nəticəyə gəlinmişdir və qanuni qətnamə qəbul edilmişdir. Qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılacaqdır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
51. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər... 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....”
52. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur. Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. [265] 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
55. Cavabdeh1 MMC-nin kassasiya şikayətinin § 32-da qeyd olunan maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri tərəflər arasında bağlanm ış alqı-satqı müqaviləsi üzrə malın dəyərinin əvvəlcədən ödənilməsi ilə bağlıdır.
56. Həmin dəlillərə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini yalnız zamin (cavabdeh) "xxxx" MMC tərəfindən ona aid hissədə mübahisələndirmiş, apellyasiya qaydasında yalnız zaminlik müqaviləsi üzrə tələbə hüquqi verilmişdir. Başqa sözlə, alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi apellyasiya baxışının predmetini təşkil etməmişdir.
57. Məhkəmə aktının apellyasiya baxışının predmetini təşkil etməyən hissəsinin kassasiya qaydasında yoxlanılması MPM-nin 402 və 403-cü maddələrinin tələbləri baxımından mümkün olmadığından, həmin dəlillər üzrə hər hansı qiymətləndirmə aparılmır.
58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin zaminlik müqaviləsi üzrə bor cun tutulması tələbinə aid hissədə cavabdehlərin kassasiya şikayətlərinin dəlillərinə (bax yuxarıda § 33, 36-42) gəldikdə, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə eyni olan dəlillərə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 23-29).
59. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, işə mahiyyəti üzrə baxılarkən, cavabdehlərin hazırki mərhələdə kassasiya şikaytlərində istinad etdikləri, tərəflər arasında 20.000 manat məbləğ həddində borcun zaminliklə təmin edilməsinə dair müqavilə, eləcə də Cavabdeh1 MMC-yə yalnız 20.000 manat məbləğində malın nisyə verilməsinin nəzərdəğ tutulduğu müqavilə təqdim edilməmişdir. Bu baxımdan cavabdehlərin kassasiya şikayətində işə mahiyyəti üzrə baxılarkən sübut kimi qiymətləndirilərək araşdırılmamış müqavilə şərtlərinə istinadı МПМ-нин 407.2-ci maddəsinin tələblərinə əsasən yolverilən deyildir. Həmin maddənin tələbinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 60. “Xüsusilə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsin də sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər ( Azərbaycan Respublikası Konstitusiyta Məhkəməsi Plenumunun R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarı).
61. Məhkəmə kollegiyası kassaiya şikayətlərinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, icraatın elektron qaydada aparıldığı hazırki kommersiya mübahisələri üzrə apellyasiya baxışı zamanı cavabdeh "xxxx" MMC-n in etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 izahatında, həmin cavabdehin «200.000 manatlıq mala zamin durmasını» təsdiq etmişdir.
62. Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-nin 106.2-ci maddəsi).
63. Digər tərəfdən iddiaçı və cavabdehlər arasında bağlanmış 2020-ci il 1 fevral tarixli 1404356/7 saylı «Razılaşma Memorandumu»nun 1-ci bəndinə görə, «Azsement» və Upon» (bundan sonra birlikdə Alıcılar) bəyan və qəbul edirlər ki, onlar müştərək şəkildə fəaliyyəti həyata keçirirlər və alınacaq kisə sement məhsulları Alıcıların ümumi fəaliyyəti üçün istifadə ediləcəkdir.
64. Cavabdeh1 MMC-nin məhkəmə iclasları barəsində lazımi xəbərdarlıq edilməməsinə dair kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə bildirişləri həmin cavabdehin həm vergi orqanında hüquqi qeydiyyatı zamanı təqdim olunan, həm də iddiaçı ilə bağladığı müqavilələrdə göstərilən hüquqi ünvanına göndərilmişdir.
65. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88 və 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanun vericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
67. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikay ətləri təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli, 2-2(103)-1299/2021 saylı qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli