Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-454/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 iyun tarixli 22(106)-118/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 avqust 2024-cü il tarixdə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsində icraat 1. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 25 dekabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.663,81 manat məbləğində pul, 4.266,38 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi 46.930,19 manat pulun, habelə iddia qaldırmaq üçün ödənilmiş 231 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.505, 39 manat məbləğində pul, 3.650,53 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi 40.155,92 manat pulun, habelə iddia qaldırmaq üçün ödənilmiş 231 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli e-2-2(121)-271/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 36.505,39 manat əsas, 3.650,53 manat gecikdirilmiş icra üçün faiz, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 40.386,92 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E. Abdullayev).
4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olun masını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2024-cü il 24 iyun tarixli 22(106)-118/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən və məruzəçi – P.Əhmədov, hakimlər – S.Mayılov və T.Kərimov).
6. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 231 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı madd əsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Ancaq işdən (İİ cild səh. 76) görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən cəmi 105,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Apellyasiya məhkəməsi qərardadını Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarına; MPM-in 361.3, 363.1.2, 400 və 402.2-ci; Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.2, 8.1.3 və 8.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Cavabdeh həmin qər ardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini, qətnamədən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 9. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü və 8.6-cı maddələri üzrə - məhkəmə qərardad çıxaran zaman iddia tələbi ilə bağlı qanunla müəyyən edilmiş ödənilməli dövlət rüsumunun məbləğini deyil, iddiaçı tərəfindən faktiki ödənilən dövlət rüsumunu nəzərə alaraq qanunsuz qərardad çıxarmışdır. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasını və tələb edilən iddia qiymətini diqqətdən qaçırmışdır. Hazırkı iş üzrə irəli sürülən iddianın qiyməti 40.155,92 manat müəyyən edilərək, birinci instansiya məhkəməsi iddia tələbini həmin məbləğdə olmaqla tam həcmdə təmin etmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, 40.155,92 manat qiymətində iddia tələbi ilə bağlı qanunla müəyyən edilən ödənilməli dövlət rüsumunun məbləği 210,47 manatdır. (40.155,9210.000 (120AZN) = 30.155,92 X 0,3% = 90,47+120 = 210,46). İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzə görə, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə 105,50 dövlət rüsumu ödənilmişdir. Cavabdeh nəinki, dövlət rüsumunu az, hətta 27 qəpik artıq ödəmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi dövlət rüsumu ilə bağlı qanunun tələblərini nəzərə almadan, qanunla ödənilməsi müəyyən edilən dövlət rüsumunun məbləğini deyil, iddiaçının faktiki ödədiyi dövlət rüsumunu nəzərə alaraq qanunsuz qərardad çıxarmışdır. Məhkəmə qərardad çıxaran zamanı mütləq məhkəmənin baxışında olan iddia tələbinin qiymətini və buna görə qanunla müəyyən edilmiş dövlət rüsumunun məbləğini nəzərə almalı idi. Məhkəmənin məntiqi ilə yanaşsaq iddiaçı sonradan iddia tələbinin həcmini artıraraq misal üçün 100.000 manat etsə də, cavabdeh apellyasiya şikayəti verən zamanı onun ilk dəfə ödədiyi 231 manat dövlət rüsumunu nəzərə alamalı idi. Bu isə qanunsuz və məntiqsiz olardı.
10. MPM-in 366.4, 417.1.3 və 418-ci maddələri üzrə - apellyasiya məhkəməsi qanunvericiliyi, iddiaçı tərəfindən irəli sürülən və məhkəmə baxışının predmeti olan iddia tələbinin qiymətini nəzərə almadan qanunsuz və əsasız qərardad çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
12. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
13. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
361. Apellyasiya şikayətinin məzmunu... 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;...” “Maddə
417. Kassasiya instansiyası məhkəməsi nin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər....” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” 15. “Dövlət rüsumu haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə 8.Məhkəmə yə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə... 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də, qərardad ləğv edilməli və iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
17. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qeyri- mümkün hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 231 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə həmin məbləğin 50%-i miqdarında dövlət rüsumu ödənilir. Ancaq cavabdeh tərəfindən cəmi 105,5 manat məbləğdə dövlət rüsumu ödənil mişdir.
18. Kollegiya bu mövqe ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləğini hesablayarkən iddia ərizəsində tələb edilmiş qiyməti əsas götürmüş, lakin sonradan iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasını diqqətdən qaçırmışdır.
19. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilk dəfə cavabdehdən əsas borc və gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi 46.930,19 manat pulun tutulmasını xahiş etmiş, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cəmi 40.155,92 manat pul tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həcminin azaldılması barədə ərizəni qəbul edərək, işə məhz həmin tələb həddində baxmış və iddianı təmin e tmişdir.
20. Belə olan halda, hazırkı iş üzrə iddianın qiyməti 40.155,92 manat olmaqla, dövlət rüsumunun hesablanması zamanı məhz bu məbləğ nəzərə alınmalıdır. 21. Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinin tələblərinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, 8.6-cı maddəsinə görə isə apellyasiya...şikayətinin... verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.
22. Qeyd olunan qaydalara müvafiq olaraq hesablama aparıldıqda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan rüsumun məbləği 105,23 manat təşkil edir. Cavabdeh də məhz həmin məbləğdə (105,5 manat) rüsum ödəmişdir.
23. Göründüyü kimi, apellyasiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə qeyri-mümkün hesab edərkən, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normlarının tələblərini pozmaqla, cavabdehin məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmışdır.
24. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qərardad ləğv edilməli və iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təm in edilsin. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2024-cü il 24 iyun tarixli 22(106)-118/2024 nömrəli qərardadı ləğv olunsun, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.