Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-457/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 12.11.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-171/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı şirkətinin xeyrinə ƏDV daxil olmaqla 916 653.04 AZN (doqquz yüz on altı min altı yüz əlli üç manat 04 qəpik) məbləğində icarə haqqı üzrə əsas borcun və gecikdirilmiş borc məbləğlərinə illik 5 % dərəcəsi ilə hesablanmış 45 832.65 AZN (qırx beş min səkkiz yüz otuz iki manat 65 qəpik) məbləğində faiz olmaqla, ümumilikdə 962 485.69 AZN (doqquz yüz altmış iki min dörd yüz səksən beş manat 69 qəpik) pul məbləğinin və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN (otuz manat) dövlət rüsumunun tutularaq İddiaçı şir kətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********), Access Bank QSC Azadlıq Filialı, Kod: 504788, Bankın VÖEN-i **********, H/Hesabı: AZ10NABZ********************, İBAN: AZ37ACAB********************, SWİFT BİK: ACABAZ22 rekvizitli bank hesablaşma hesabına köçürülməsinə, 30 dekabr 2011-ci il tarixli № 093/11/SA saylı icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin istifadəsində olan (cavabdehə icarəyə verilmiş) İddiaçı şirkətinə məxsus olan 40 ədəd qazma şlamı konteyneri və eləcə də, 20 ədəd açıq tullantı konteynerlərinin cavabdehdən götürülərək iddiaçıya geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan avadanlıqların icarəyə verilməsi məqsədi ilə tərəflər arasında 30 dekabr 2011-ci i l tarixində №093/11/SA nömrəli “İcarə müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öz müqavilə öhdəliklərini tam həcmdə yerinə yetirmişdir. Yəni, müqavilələrə edilmiş əlavələrə uyğun olaraq iddiaçı öz mülkiyyətindəki avadanlıqları icarə müddətində cavabdeh “xxxx" MMCnın istifadəsinə vermişdir. Bu fakt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş təhvil-təslim aktlarında və s. öz əksini tapmışdır. Cavabdeh MMC isə öz növbəsində icarəyə verilmiş avadanlıqların icarə haqlarını qeyd edilən müqavilənin 2.1, 2.2 və 2.4-cü bəndlərinin tələblərinə uyğun olaraq ödəməli idi. Lakin bu günə kimi müqavilə tərəfi olaraq Cavabdeh MMC iddiaçı qarşısındakı öhdəliklərini qismən yerinə yetirmişdir. “xxxx” Şirkəti, hazırda isə İddiaçı Şirkəti 30.12.2011 -ci il tarixli 093/1 1/SA saylı müqaviləyə və eləcə də müvafiq Əlavələrə (son Əlavə 12.10.2016-cı il tarixində imzalanmışdır) əsasən Cavabdeh MMC-ni avadanlıqların icarəsi ilə təmin etmişdir. Son üç il ərzində Cavabdeh MMC müqavilənin 2.4 və 4.2-ci bəndlərinin şərtlərini pozmağa davam etmişdir. Baxmayaraq ki, cavabdehlə olan çox sayda görüşlər və məktublaşmalar zamanı cavabdeh əmin etmişdir ki, ödənişlər nizamlanacaq və yeni ödəniş cədvəli tərtib edilərək iddiaçıya təqdim ediləcəkdir, lakin bu günədək vəziyyət aşağıdakı kimi qalmaqdadır: "Cavabdeh” MMC tərəfindən müvafiq müqavilə üzrə 15.04.2015-ci il tarixdəki edilmiş son ödəniş yalnız icarə dövrünün 2014-ci ilin iyun ayınadək olan hissəsi üzrə icarə ödənişlərini əhatə etmişdir. Cavabdeh-nin icarə üzrə şirkətə olan cari borcu 2014-cü ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər müddəti əhatə edərək, ƏDV də daxil olmaqla ümumi borc 916 653.04 (doqquz yüz on altı min altı yüz əlli üç manat 04 qəpik) manata çatmışdır və icarə üzrə yaranmış borcun ödənilməsinə dair bu günədək cavabdeh tərəfindən heç ödəniş planı da təqdim edilməmişdir. Bunlarla yanaşı, avadanlıqların 3-cü tərəf olan digər bir kənar şirkət vasitəsilə yoxlanması və testdən keçirilməsi üçün təhvil verilməsi barədə cavabdehə müraciətlər də, eyni zamanda cavabsız qalmışdır. Cavabdeh hal-hazırda da İddiaçı Şirkətinə məxsus olan 40 ədəd qazma şlamı konteyneri və eləcə də 20 ədəd açıq tullantı konteynerlərini hər iki tərəfdən imzalanaraq təsdiqlənmiş aktlara əsasən istifadə etməyə davam etməkdədir. Bu isə öz növbəsində Cavabdeh-nin İddiaçı Şirkətinə olan borcunu durmadan artırır. Cav abdehin inspeksiya və sınaqla məşğul olan 3-cü şirkət tərəfindən mütəmadi olaraq müvafiq sınaqlardan keçməmiş avadanlıqlardan istifadəyə davam etməsi çox ciddi texniki təhlükəsizlik öhdəliklərini təhlükəyə məruz qoyur. Bu səbəbdən də şirkət tərəfindən cavabdehə ünvanlanmış 25 iyul 2017-ci il tarixli və 03 oktyabr 2017-ci il tarixli Pretenziyalarda (İDDİA, CLAİM) icarə haqları üzrə yaranmış borcun ödənilməsi tələbi ilə yanaşı, İddiaçı şirkəti həmçinin cavabdehə cari müqavilə üzrə göstərdiyi xidməti dərhal dayadırdığını bəyan etməklə, cavabdehdə olan iddiaçıya aid olan bütün avadanlıqların dərhal şirkətin əməliyyat bazasına qaytarılması tələbini də irəli sürmüşdür. Beləliklə, iddiaçı tərəfindən icarəyə verilmiş avadanlıqların icarə haqları ümumilikdə ƏDV daxil 1 968 697,44 (bir milyon doqquz yüz altmış səkkiz min altı yüz doxsan yeddi manat qırx dörd qəpik) təşkil etdiyi halda, cavabdeh tərəfindən nümayəndəliyin hesablaşma hesabına cəmi ƏDV daxil olmaqla 1.052.044,40 (bir milyon əlli iki min qırx dörd manat qırx qəpik) ödənilmişdir. Beləliklə də, cavabdeh “xxxx” MMC-nin bu günə əsas borc üzrə 916.653,04 (doqquz yüz on altı min altı yüz əlli üç manat dörd qəpik) həcmində icra edilməmiş öhdəliyi mövcuddur. AR MM-nin 445.7-ci maddəsinin imperativ olaraq tələbləri qaydasında gecikdirilmiş borc məbləğlərinə illik 5% dərəcəsi ilə hesablanmış 45 832.65 (qırx beş min səkkiz yüz otuz iki manat 65 qəpik) manat məbləğində faiz nəzərə alındıqda isə ümumilikdə 962 485.69 AZN (doqquz yüz altmış iki min dörd yüz səksən beş manat 69 qəpik) həcmində icra edilməmiş pul öhdəliyi mövcuddur. Eyni zamanda müqavilənin və qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh hələ də istifadəsində qalan və iddiaçıya məxsus olan avadanlıqların, yəni 40 ədəd qazma şlamı konteyneri və eləcə də 20 ədəd açıq tullantı konteynerini şirkətin əməliyyat bazasına geri qaytarması üzrə də öhdəliyini icra etməmişdir. 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(81)-164/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi (hakim – A.Ə.Hüseyn) ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı şirkətinin xeyrinə ƏDV daxil olmaqla 627 184,16 (altı yüz iyirmi yeddi min yüz səksən dörd manat on altı qəpik) AZN məbləğində icarə haqqı üzrə əsas borc və gecikdirilmiş borc məbləğlərinə illik 5 % dərəcəsi ilə hesablanmış 31 359,2 (otuz bir min üç yüz əlli doqquz manat iyirmi qəpik) AZN məbləğində faiz borcu və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) AZN dövlət rüsumu tutularaq, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********), Access Bank QSC Azadlıq Filialı, Kod: 504788,BankınVÖEN**********,HHesabı:AZ10NABZ**********000005644,İBAN:AZ37ACAB****** **************, SWİFT BİK: ACABAZ22 rekvizitli bank hesablaşma hesabına köçürülməsi, 30 dekabr 2011-ci il tarixli № 093/11/SA saylı icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin istifadəsində olan (cavabdehə icarəyə verilmiş) İddiaçı şirkətinə məxsus olan 40 ədəd qazma şlamı konteyneri və eləcə də 20 ədəd açıq tullantı konteynerlərinin cavabdehdən götürülərək iddiaçıya geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-401/2018 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-164/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)517/18 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-401/2018 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-171/19 saylı, 08 may 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-2(81)-164/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi “30 dekabr 2011-ci il tarixli N9 093/11/SA saylı icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin istifadəsində olan (cavabdehə icarəyə verilmiş) İddiaçı şirkətinə məxsus olan 40 ədəd qazma şlamı konteyneri və eləcə də 20 ədəd açıq tullantı konteynerlərinin cavabdehdən götürülərək iddiaçıya geri qaytarılması” hissəsində ləğv edilmiş, həmin iddia tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2-2(103)-171/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2 (81)164/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi “Cavabdeh MMC-dən İddiaçı şirkətinin xeyrinə ƏDV daxil olmaqla 627.184,16 (altı yüz iyirmi yeddi min yüz səksən dörd manat on altı qəpik) AZN məbləğində icarə haqqı üzrə əsas borc və gecikdirilmiş borc məbləğlərinə illik 5 % dərəcəsi ilə hesablanmış 31.359,2 (otuz bir min üç yüz əlli doqquz manat iyirmi qəpik) AZN məbləğində faiz borcu və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) AZN dövlət rüsumu tutularaq, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********), Access Bank Q SC Azadlıq Filialı, Kod: 504788, Bankın VÖEN **********, H/Hesabı: AZ10NABZ********************, İBAN: AZ37ACAB********************, SWİFT BİK: ACABAZ22 rekvizitli bank hesablaşma hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissələrində dəyişdirilmədən saxlanılmış, İddiaçı şirkətinin və Cavabdeh MMC-nin apellyasiya şikayətləri həmin tələblərə münasibətdə təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin qismən, yəni “Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 627.184,16 (altı yüz iyirmi yeddi min yüz səksən dörd manat on altı qəpik) AZN əsas borc, illik 5 % dərəcəsi ilə hesablanmış 31.359,2 (otuz bir min üç yüz əlli doqquz manat iyirmi qəpik) AZN, 20 (iyirmi) AZN ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi” hissəsində ləğv e dilməsinə, iddia tələbinin həmin hissədə qismən təmin edilməsinə, 2014-cü il üzrə iyul, avqust və sentyabr ayları üzrə yaranmış ƏDV daxil 78163 AZN məbləğində borc hissəsində rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı tələbini əsaslandırarkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh olaraq "Cavabdeh" MMC-nin 2014-cü ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər olan dövr üçün ƏDV daxil olmaqla 916 653,04 AZN məbləğində borcu mövcuddur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə qeyd olunan dövr üzrə borc məbləği 916 653,04 AZN təşkil e tmir. İş materiallarına əlavə edilmiş hər ay üçün görülən işlər üzrə işlərin görülməsi haqqında aktları yuxarıda qeyd oluna dövr üzrə hesabladıqda borc məbləği tələb olunan məbləğdən xeyli az bir miqdar təşkil etməkdədir. Eyni zamanda, qeyd olunan iddia tələbi üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmiş və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi tələb edilmişdir. Lakin, həmin ərizəyə məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı qeyd edir ki, iddia tələb üzrə borc 2014-cü ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. İddiaçı isə məhkəməyə 2017-ci ilin oktyabr ayında müraciət etmişdir. Beləliklə, iddiaçı iddia müddəti nəzərə alınmaqla 2014-cü il üzrə iyul, avqust və sentyabr ayları üzrə yaran mış ƏDV daxil 78163 AZN məbləğində borc üzrə tələb etmə hüququnu iddia müddətinin ötürülməsi əsası ilə itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinin tələbinə görə isə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflərin izahatları İddiaçının vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edər ək şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (İcarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında imzalanmış 30 dekabr 2011 -ci il tarixli 093/11/SA saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin məzmunundan görünür ki, icarəyə verən mülkiyyətində olan avadanlıqları bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələr əsasında icarəçiyə icarəyə verməyi, icarəçi isə əlavələrdə nəzərdə tutulmuş icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verən bu müqaviləyə əsasən avadanlıqları tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən avadanlıqlar icarəçinin icarəsinə verilmiş hesab edilir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvəsinə xitam verilməsindən yaxud müddətinin başa çatmasından sonra icarəçi bu müqavilə əsasında icarəyə götürdüyü avadanlıqları təbii köhnəlmə nəzərə alınmaqla saz vəziyyətdə İcarəyə verənə təhvil-təslim aktı əsasında qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1 -ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilmiş avadanlıqlar müqabilində İcarəçi icarəyə verənə tərəflərlə imzalanan Əlavələrə müvafiq olaraq icarə haqqı ödəyir. Həmin müqav ilənin 2.2-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq aylıq icarə haqqı üçün hesab-fakturanı həmin ay başa çatdıqdan sonra 5 (beş) gün ərzində təqdim edir. Hər hesab-faktura tərəflərlə imzalanan təhvil- təslim aktı ilə müşayiət olunur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi icarəyə verənin hesab- fakturalarının tam məbləğini, yaxud onun mübahisə edilməyən hissəsini, onların təqdim edildiyi tarixdən 30 (otuz) təqvim günündən gec olmayaraq ödəməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bütün ödənişlər Azərbaycan manatı ilə icarəyə verənin bu müqavilədə və ya hesab-fakturada göstərilmiş bank hesabına köçürülür, icarəçinin bankının komissiyaları icarəçi tərəfindən, icarəyə verənin bankının komissiyaları icarəyə verən tərəfindən ödənilir. İş materia llarına əlavə olunmuş 30 dekabr 2011 -ci il tarixli 093/11/SA nömrəli icarə müqaviləsinə 30 dekabr 2011-ci il tarixli 1 nömrəli Əlavənin təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən aşağıdakı siyahıda göstərilən 22 ədəd açıq tullantı konteynerini və 100 ədəd qazma şlamı konteynerini icarəçiyə icarəyə verir, icarəçi isə aşağıda göstərilən gündəlik icarə haqqını ödəyir. Gündəlik icarə haqqının ümumi məbləği ƏDV daxil olmaqla 1151.68 manat təşkil edir. Müqaviləyə 10 iyul 2012-ci il tarixli 2 saylı Əlavənin təsdiq olunmuş surətindən görünür ki, aşağıdakı siyahıda göstərilmiş 20 ədəd qazma şlamı konteynerini icarəçiyə verir, icarəçi isə aşağıda göstərilən gündəlik icarə haqqını ödəyir. Bu Əlavə üzrə gündəlik icarə haqqının ümumi məbləği ƏDV daxil olmaqla 188.80 manat (bir yüz səksən səkk iz manat səksən qəpik) təşkil edir. “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adı dəyişdirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi kimi qeydiyyata alınmışdır. 30 dekabr 2011-ci il tarixli 093/11/SA nömrəli icarə müqaviləsinə 12 oktyabr 2016-cı il tarixli 06 nömrəli Əlavə Razılaşmada “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (İcarəyə verən) və Cavabdeh MMC (İcarəçi) müqavilədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 sentyabr 2016-cı il tarixli **********730000 saylı Dövlət Reyestrindən Çıxarışına əsasən “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nin adı dəyişdirildiyindən müqavilə üzrə “xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi” ifadəsi İddiaçı Şirkətinin Azərbaycan Respublika sındakı Nümayəndəliyi” ifadəsi ilə əvəz edilməsi qərarına gəlmişlər. 07 yanvar 2013-cü il tarixli 01 nömrəli Əlavə Razılaşma ilə isə müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixinədək artırılmış və müqavilənin 12.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “12.1 Bu müqavilə 01 yanvar 2012-ci il tarixindən qüvvəyə minir və 31 dekabr 2014-cü il tarixinədək qüvvədə qalır”. İş materiallarının İ cildinə əlavə edilmiş mal-materiallar və avadanlıqların yük daşıma qaimələrinin təsdiq olunmuş surətləri ilə müəyyən olunur ki, 40 ədəd qazma şlam konteyneri və 20 ədəd açıq tullantı konteynerləri “xxxx” MMC-yə təhvil verilmişdir. Avadanlıqların cavabdeh “xxxx” MMC-nin icarəsinə verilməsi iş materiallarının İ cildinə əlavə edilmiş görülən işlər haqqında aktların təsdiq olunmuş surətlərində əks olu nmuşdur. Bundan başqa, iş materiallarının İ cildinə əlavə edilmiş invoyslardan iddiaçı tərəfindən icarəyə verilmiş avdanlıqların dəyəri ilə bağlı cavabdehdən tələb olunması üçün hesabfakturaların tərtib etdiyi müəyyən olunur. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışından görünür ki, 01.07.2014-cü il tarixdən 30.06.2017-ci il tarixə qədər Cavabdeh MMC tərəfindən ödənilməmiş icarə haqqı borcu 531512 manat, ödənilməmiş ƏDV borcu isə 95.672,16 manat, cəmi ödənilməmiş borc 627.184,16 manat təşkil edir. Bundan başqa, məhkəmə 30 dekabr 2011-ci il tarixli № 093/11/SA saylı icarə müqaviləsinə əsasən cavabdeh “Cavabdeh" MMC-nin istifadəsində olan (cavabdehə icarəyə verilmiş) İddiaçı şirkətinə məxsus olan 40 ədəd qazma şlamı konteyneri və eləcə də 20 ə dəd açıq tullantı konteynerlərinin cavabdehdən götürülərək iddiaçıya geri qaytarılması tələbi ilə bağlı qeyd etmişdir ki, 28.11.2017-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Bayramov 40 ədəd qazma şlamı konteynerindən 39 ədədinin qaytarıldığını 1 ədədinin qaldığını, 20 ədəd açıq tullantı konteynerindən isə 9 ədədinin qaytarıldığını, 11 ədədinin qaldığını bildirsə də, bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin ic rasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma v ə ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçının tələbinin hüquqi əsasını tərəflər arasında bağlanmış və 31 dekabr 2014-cü il tarixədək qüvvədə olan 30 dekabr 2011-ci il tarixli № 093/11/SA saylı icarə müqaviləsi təşki l edir. İş materiallarında olan mal-materiallar və avadanlıqların yük daşıma qaimələri və görülən işlər haqqında aktlar icarə verən İddiaçı şirkəti tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini təsdiq edir. Müqavilə üzrə icarəçi Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş nəticədə, avadanlıqların icarəsi ilə bağlı razılaşdırılmış pul iddiaçı tərəfə ödənilməmişdir. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin protokollarının məzmunundan görünür ki, cavabdeh tərəfin nümayəndələri borcun mövcudluğunu inkar etməmiş, 28 iyun 2017-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, cavabdehin nümayəndəsi X2 izahatında müqavilə üzrə borcun əsas hissəsinin ödənildiyini, maliyyə vəziyyətində yaranmış çətinliklə əlaqədar ödəniş edilmədiy ini, borcu birdəfəlik ödəyə bilmədilərini, dəbbə pulu çıxmaq şərtilə borcu hissələrlə ödəyə biləcəklərini bildirmişdir. Təkrar apellyasiya baxışı zamanı da cavabdeh tərəfin nümayəndəsinin izahatında tələb edilən borcun məbləğini mübahisələndirmədiyini, əsasən iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq işdə olan hesabfakturalarla cavabdehin müqavilə üzrə borcunun yarandığını, hazırkı halda da cavabdeh tərəfin iddia tələbində göstərilən borcun məbləğini mübahisələndirmədiyini, bununla bağlı hər hansı təkzibedici sübutlarla çıxış etmədiyini nəzərə alaraq müqavilə üzrə borcun xüsusi bilik tətbiq etməklə hesablanmasına zərurət görməmişdir. Apellyasiya məhkəməsi tərəfindən gəlinmiş iddi a müddətinin ötürülmədiyinə dair nəticə də əsaslı olmuşdur. Belə ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək icarə müqaviləsinin 2011-ci il tarixdə bağlanıldığını və iddiaçının iş üzrə təqdim etdiyi maliyyə arayışı üzrə də borc tələbinin 2010-cu ildən 2017-ci ilə qədər olan dövr üzrə hesablanıldığını, lakin iddiaçının 5 ildən də çox müddət ötürüldükdən sonra məhkəməyə müraciət etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehin icarəsinə verilmiş əmlakın icarə haqqının ödənilməsi 30.12.2011-ci il tarixli 093/11/SA saylı icarə müqaviləsinə əsasən aylar üzrə, həmin icarə müqaviləsinə edilmiş 1 və 2 saylı əlavələr üzrə işə hətta gündəlik icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda bu cür vaxtaşırı ödəni şlər olmaqla iddia müddəti baxımından onlara vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.3.-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İşdən görünür ki, iddia tələbi 01.07.2014-30.06.2017-ci il tarixlərə aid icarə haqqı üzrə qalıq borcudur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 23.10.2017-ci il tarixdə müraciət etmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdeh tərəfindən 15.04.2015-ci il tarixdə müqavilə üzrə 4500 manat ƏDV məbləği ödənilmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcə llənin 380.2-ci maddəsinə görə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə, apellyasiya məhkəməsi haqdı olaraq qeyd etmişdir ki, 01.07.2014-cü ildən hesablanan 3 illik müddət 01.07.2017-ci il tarixdə bitmiş olsa da, cavabdeh tərəf 15.04.2015-ci il tarixdə ödəniş etməklə borcun etirafı yönündə hərəkət etmiş, bununla da, iddia müddəti axımı kəsilmiş və iddia müddəti yenidən hesablanmağa başlanmışdır. İddiaçı tərəf tələb edilən borca münasibətdə iddia müddətini ötürməmişdir, buna görə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin olunmaması əsaslı olmuşdur. Digər tərəfdən, işin hallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin təsviri hissəsində Cavabdeh-nin icarə üzrə şirkətə olan cari borcunun 201 4-cü ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər müddəti əhatə etdiyini qeyd etmiş, lakin ərizəsinin “xahiş etdi” hissəsində 916.653,04 AZN (doqquz yüz on altı min altı yüz əlli üç manat 04 qəpik) məbləğində icarə haqqı üzrə əsas borcun və gecikdirilmiş borc məbləğlərinə illik 5 % dərəcəsi ilə hesablanmış 45.832,65 AZN (qırx beş min səkkiz yüz otuz iki manat 65 qəpik) məbləğində faiz olmaqla, ümumilikdə 962 485.69 AZN (doqquz yüz altmış iki min dörd yüz səksən beş manat 69 qəpik) pul məbləğinin tutulmasını xahiş etmişdir. İddia ərizəsinin məzmununda iddiaçı borcun 2013-cü ilin avqust ayından yarandığını qeyd etməmiş, bundan başqa, “xahiş etdi” hissəsində 2013-cü ilin avqust ayından yaranmış 916.653,04 AZN məbləğində icarə haqqı üzrə əsas borcu və gecikdirilmiş borc məbləğlərinə illik 5 % dərəcəsi ilə hesablanmış 45.832,65 AZN məbləğində faiz borcunu tələb etməmişdir, iddiaçı tərəf borcun 2014-cü ilin iyul ayından 2017-ci ilin iyuna kimi müddəti əhatə etməsi barədə göstərilənlərin texniki yanlışlıq olduğunu göstərsə də, məhkəməyə bu yanlışlığın düzəldilməsi, həmçinin iddia tələbinə dəqiqləşdirmə ilə bağlı heç bir ərizə, vəsatət təqdim etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, məhkəmələr borcun 2014-cü ilin iyul ayından 2017-ci ilin iyun ayına qədər hissəsinin 627.184,16 manat (01.07.2014-cü il tarixdən 30.06.2017-ci il tarixə qədər Cavabdeh MMC tərəfindən ödənilməmiş icarə haqqı borcu 531.512 manat, ödənilməmiş ƏDV borcu isə 95.672,16 manat) təşkil etdiyini müəyyən etməklə mübahisəyə iddia tələbi həddində baxmaqda haqlı olmuşlar. Belə ki, Mülki Prosessual Məcəllə nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. HəminMəcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə.şübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq7 edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-171/2019 saylı iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-457/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-457/2019
12.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver