Məhkəmə qərarları › İş №2-2(102)-458/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-458/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-458/2019 30.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “xxxx” MMC-ə qarşı iş üzrə (Açar söz: borcun tutulması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “xxxx” MMC-ə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (gömrük brokeri) “xxxx” MMC ilə cavabdeh (sifarişçi) “xxxx” MMC arasında bağlanmış 02.03.2011-ci il tarixli 40/11 nömrəli “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən, gömrük brokeri tərəfindən öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, bəyannamə, gömrük rəsmiləşdirilməsi, malların və nəqliyyat vasitələrinin saxlancı, emalı üzrə əməliyyat-ların həyata keçirilməsi, həmçinin öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, hazırkı müqavilə üzrə tapşırıqların yerinə yetirilməsi üçün lazım olan gömrük ödənişlərinin, vergilərin və yığımların tamamilə və ya qismən yerinə yetirilməsi müqavilənin predmetini təşkil edir (1.1-ci bənd). Gömrük rəsmiləşdirilməsi tələb olunan mal ların və nəqliyyat vasitələrinin adı və sayı tərəflər arasında yazılı şəkildə razılaşdırılır (1.2-ci bənd); Gömrük brokeri öhdəsinə götürür: lazımi şəkildə tərtib edilmiş gömrük bəyannaməsini, əlavə vərəqələri və gömrük idarəsinin tələblərinə əsasən lazım olan digər sənədləri tərtib etmək və sifarişçinin mallarını dövlət gömrük nəzarətinə qəbul edən gömrük orqanına təqdim etmək. (2.1.1-ci bənd); Sifarişçini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti mexanizmi barədə məlumatlandırmaq, gömrük prosedurundan keçmək üçün lazım olan sənədlərin siyahısı barədə sifarişçiyə məlumat vermək (2.1.2-ci bənd); Bəyan edilən malları və nəqliyat vasitə-lərini gömrük orqanına təqdim etmək (2.1.3-cü bənd); Sifarişçinin sənədlərini təhlil etmək və “YGB doldurulması üçün sənədlərin qəbulu qaydaları barədə Əsa snaməyə” uyğun olaraq qəbul aktı üzrə icra olunmağa qəbul etmək (2.1.4-cü bənd) və sair; Sifarişçi öhdəsinə götürür: Gömrük brokerinə həm birbaşa gömrük rəsmiləşdirilməsi üzrə, həm də 3 günlük müddətdə, tariflərə uyğun olaraq, onun gömrük brokeri statusu ilə bağlı digər xidmətlərini ödəmək (2.2.1-ci bənd); bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri malların və nəqliyyat vasitələrinin nəqliyyat, malı müşa-yiət edən və digər kommersiya sənədlərini (qaiməni, xarici ticarət müqavilələrini, spesifi-ka-siyaları, hesab-fakturaları), həmçinin, Azərbaycan qanunvericiliyində nəzərdə tutul-muş hallarda, icazələri, lisenziyaları, sertifikatları və gömrük məqsədləri üçün lazım olan digər sənədləri Gömrük brokerinə təqdim etmək. gömrük sənədlərinin tərtib olunması im kanlarını təmin edən bütün lazımi rekvizitlərə malik olmayan təqdim edilmiş məlumatların və ya sənədlər Gömrük brokerinə təqdim edilməmiş hesab edilir, bu barədə sonuncu dərhal Sifarişçini məlumatlandırır (2.2.2-ci bənd); Tərəflər hazırki müqavilə üzrə mübahisələrin həll edilməsi ilə bağlı bütün lazımi tədbirləri danışıqlar yolu ilə həyata keçirəcəklər. Əgər tərəflər razılığa gəlməzlərsə, mübahisələrə Azərbaycan Respublikasınını İqtisad məhkəməsində baxılmalıdır (5.1-ci bənd). Tərəflər arasında bağlanmış 02.03.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə 02.03.2011-ci il tarixli 1 nömrəli əlavəyə görə, tərəflər aşağıda göstərilən xidmətlərin qiymətlərin razılaşdırılması protokolunu imzaladılar:

1. Bir nəqliyyat qaiməsi üçün broker xidmətləri - 40 manat + ƏDV;

2. YGB-nin hər vərəqinə görə - 150 manat + ƏDV. Tərəflər arasında bağlanmış 02.03.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə 01.08.2013-cü il tarixli 2 nömrəli əlavəyə əsasən, tərəflər aşağıda göstərilən xidmətlərin qiymətlərin razılaşdırılması protokolunu imzaladılar:

1. Bir nəqliyyat qaiməsi üçün broker xidmətləri-40 manat + ƏDV;

2. YGB-nin hər vərəqinə görə - 220 manat + ƏDV. Tərəflər arasında bağ-lan-mış 02.03.2011-ci il tarixli 40/11 nömrəli müqavilə-yə dəyişikliklər və əlavələr edilməsi barədə 30.12.2012-ci il tarixli sazişə görə, tərəflər 02.03.2011-ci il tarixli müqavilənin 6.1-ci bəndinə “Hazırki müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2014-cü ilə qədər qüvvədə qalır. Hazırki müqavilənin ləğv edilməsi barədə yazılı bildiriş nəzərdə tutulan ləğv edilmə müddətinə 2 ay qalmışa qə dər göndərilməlidir. Əgər müqavilənin müddəti başa çatmışdırsa və tərəflərdən heç biri onun dayandırılması barədə istəyini bildirməmişdirsə, müqavilə avtomatik olaraq eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir” məzmunda dəyişiklik edilməsi barədə qərara gəlmişlər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 05.06.2017-ci il tarixli 48/2017 nömrəli pretenziya məktubuna əsasən, iddiaçı 02.03.2011-ci il tarixli 40/11 saylı müqavilə üzrə sifarişçinin icraçı tərəfindən 2014-2016-cı illər ərzində göstərilmiş xidmətlərə görə 34.515,25 manat məbləğdə borcunun yaranması, 24.02.2014-cü ildən 30.12.2016-cı ilədək sifarişçiyə təqdim edilmiş hesab-fakturalar (cəmi 73 ədəd) üzrə heç bir ödəniş olunmaması barədə məlumat vermiş, qeyd olunan 34.515,25 manat borcun 5 iş günü müddətdə ödənilməsi ni tələb etmiş, əks təqdirdə borcun məcburi qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.06.2017-ci il tarixli 159 nömrəli cavab məktubuna görə, tərəflər arasında 02.03.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə əsasən gömrük broker xidmətlərinin göstərilməsi, müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin 31.12.2012-ci ilədək qüvvədə olması və müddətə dair əlavə heç bir razılaşma olmamasını nəzərə alaraq, yalnız broker xidmətini ödəmək üçün xidmətin dəyəri barədə danışıqlar aparılmasının mümkündür. İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti cavabdeh “xxxx” MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34.515,25 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış 02.03.2011-ci il tarixli gömrük brokeri xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən icraçı 2011-2016-cı illər ərzində sifarişçiyə gömrük brokeri xidmətləri göstərmişdir. Müqavilənin həmin tarixli 1 nömrəli əlavəsinə əsasən xidmət haqqı bir nəqliyyat qaiməsi üçün broker xidmətləri 40 manat + ƏDV, YGB-nın hər vərəqinə görə 150 manat + ƏDV olaraq müəyyən edilmişdir. Sonradan tərəflər arasında 30.12.2012-ci il tarixli Saziş imzalanmış və müqavilənin müddəti 31.12.2014-cü il tarixə qədər uzadılmış və bu tarixdən sonra müqavilə müddətinin avtomatik olaraq uzanması tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 02.03.2011-ci il tarixli müqaviləy ə 01.08.2013-cü il tarixli 2 nömrəli əlavə ilə qiymətlər bir nəqliyyat qaiməsi üçün broker xidmətləri 40 manat + ƏDV, YGB-nin hər vərəqinə görə 220 manat + ƏDV olaraq razılaşdırılmışdır. İcraçı sifarişçiyə bütün xidmətləri lazımi müddətdə və keyfiyyətlə göstərsə də, sifarişçi özünün müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə xidmət haqqını vaxtıvaxtında ödəməmişdir. Bu səbəbdən də sifarişçinin icraçı tərəfindən 2014-2016-cı illər ərzində göstərilmiş xidmətlərə görə 34.515,25 manat məbləğdə borcu yaranmışdır. 24.02.2014-cü ildən 30.12.2016-cı ilədək sifarişçiyə təqdim edilmiş hesab-fakturalar (cəmi 73 ədəd hesab-faktura) üzrə heç bir ödəniş edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçir ilməmişdir. İddiaçı 02.03.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə istinadən 73 ədəd fakturaya əsasən 30.714,62 manat əsas və 3.800,63 manat ƏDV olmaqla, cəmi 34.515,25 manat borcun ödənilməsini tələb edir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.12.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.380 manat əsas borc, 1.969,20 manat ƏDV borcu və ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın rədd olunan hissədə ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-2(103)-352/2018 nömrəli iş üzrə 30.08.2018ci il tarixli qətnaməsi il ə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-49/2019 nömrəli iş üzrə 12.02.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın 30.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin ƏDV üzrə ödənişlərinin dövlət büdcəsinə aid olduğuna görə həmin ödənişlərin cavabdehin iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirməyin mümkün olmadığı ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə düzgün deyildir. Cavabdehin ƏDV üzrə ödə nişlərinin dövlət büdcəsinə aid olduğuna görə həmin ödənişlərin cavabdehin iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirməyin mümkün olmadığı ilə bağlı gəlinmiş nəticə qeyd edilən mülki hüquqi prinsiplərlə ziddiyyət yaradaraq kreditoru əlverişsiz vəziyyətdə qoymaqla onun qanuni mənafelərinin müdafiəsini əsassız olaraq ortadan qaldırmış olar, beləliklə də, əsas ümumi prinsipin ziddinə olaraq mülki münasibətlərin iştirakçılarını vicdanlılığın tələb etdiyi tərzdə davranmamağa sövq etmiş olardı. Bundan əlavə, məhkəmə xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi məsələsinə sadəcə mövcud sənədlərə münasibətdə formal tələblərdən çıxış edərək deyil, göstərilmiş xidmətlərin real olaraq cavabdeh tərəfindən qəbul edilib-edilməməsi halından çıxış etməklə qiymət verməlidir. Bunun üçün isə göstərilmiş xidmətlərin konkret hansı xidmətlər olduğu, onların göstərilməsinin nə ilə təsdiq olunduğu (birbaşa və dolayı sübutlar nəzərə alınmaqla), eləcə də xidmətin harada göstərildiyi və nəhayət, tərəflər arasında yerləşmiş və həmin fəaliyyət sahəsində ümumiyyətlə mövcud olan işgüzar adətlər də nəzərə alınmaqla xidmətlərə görə ödənişlərin (gecikmələr də daxil) hansı qaydada edildiyi müəyyənləşdirilməlidir. Həmçinin, qanunvericiliyin normaları, eləcə də tərəflərin müqavilə bağlayarkən iradə ifadələrinin həqiqi mənası, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilədə göstərilməli xidmətlərin dairəsinin ne cə müəyyənləşdirildiyinə qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamənin nəticə hissəsində “10380” rəqəmi “18460” rəqəmi ilə, “1969.20” rəqəmi “3376.80” rəqəmi ilə əvəz edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hesab-fakturalara əsasən hesablanmış 8.080 manat və həmin məbləğin cəmi ƏDV-si (46,80 + 93,60 + 86,40 + 93,60 + 93,60 + 46,80 + 93,60 + 46,80 + 46,80 + 93,60 + 86,40 + 46,80 + 46,80 + 86,40 + 46,80 + 46,80 + 212,40 + 46,80 + 46,80) 1.407,60 manat üzrə iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə ilə razı laşmamışdır. Belə ki, MM-in 380.1-ci maddəsində təsbit edildiyi kimi, borclu tərəfindən edilmiş borcu etiraf etməsini göstərən hərəkətlər iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Lakin elə hərəkətlər iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər kimi qəbul edilə bilər ki, onlar borcun etirafına yönəlmiş real hərəkətlər kimi qiymətləndirilsinlər. Bu mənada, borcla bağlı ƏDV ödənişlərinin dövlət büdcəsinə ödənilməsi borcun etirafına yönəlmiş real hərəkətdir. Çünki, cavabdeh tərəfindən ödəniş edilməklə borc qəbul olunaraq onun mövcudluğunun təsdiqinə yönəlmiş real hərəkətlər həyata keçirilmişdir. Eyni zamanda, borcla bağlı ödənişin kreditorun özünə deyil, dövlət büdcəsinə ödənilməsi də vəziyyəti dəyişmir (MM - 5.3, 16.1, 425.1 və 425.2). Qanunvericiliyin qeyd edilən müd dəalarına görə, mülki münasibətlərin iştirakçıları vicdanlılığın tələb etdiyi tərzdə davranmalı, hüquqlardan başqasına ziyan vurmaq məqsədilə və ya digər formada sui-istifadə etməməli, eləcə də öhdəliyin şərtlərinə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməklə öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu mənada, cavabdeh tərəfindən ödənilən borcun ƏDV-sinin 2014-cü ildə ödənilməsi, ƏDV üzrə ödənişlər dövlət büdcəsinə aid olsa da, həmin ödənişlər cavabdehin iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir. İddia 8.080 manat məbləğdə borcun tələb edilməsi hissədə əsaslı olduğundan, həmin məbləğə görə ödənilməli olan cəmi 1.407,60 manat ƏDV hissədə də təmin edilmə li və birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan məbləğlərdə dəyişdirilməli, qətnamənin nəticə hissəsində 10.380 rəqəmi 18.460 rəqəmi (10.380+8.080=18.460), 1.969,20 rəqəmi 3.376,80 rəqəmi (1.969,20+1.407,60=3.376,80) ilə əvəz edilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş 40/11 nömrəli müqavilə üzrə tərtib edilən bəzi təhvil-təslim aktları cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmədiyinə (imzasız), MMC-nin möhürü ilə təsdiq edilmədiyinə görə, həmçinin, hesab-fakturanın verilməsinə əsas olan təhvil-təslim aktları olmadığına görə, sözügedən hesab-fakturalar üzrə tələb olunan borcun tutulması hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaətini isə əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iş materiallarında olan hesab-fakturalar cavabdehə 2014-cü il tarixdə təqdim edilmiş, cavabdeh qeyd olunan hesab fakturalara və göstərilmiş xidmətlərə dair hər hansı irad bildirməmiş, yəni bu xidmətləri qəbul etmiş və hesab-fakturaları tanımışdır. Bundan əlavə, cavabdeh pretenziya məktubunu cavablandırarkən iddia məbləğini mübahisələndirməmiş, yalnız müqavilənin 31.12.2012-ci il tarixində bitdiyini bildirərək, həmin müqavilənin müddətinə dair heç bir razılaşma olmadığını bildirmişdir. Cavabdeh aktların səlahiyyətli şəxslər tərəfindən imzalanmadığını və YGB-nin doldurulması zamanı informasiya verilməsi müqabilində ödəni şin nəzərdə tutulmadığını dəlil kimi gətirərək iddianı qəbul etməmişdir. Halbuki, broker xidməti müqavilə üzrə ödəniş nəzərdə tutulmayan bütün xidmətləri özündə ehtiva edir. Həmin xidmətlər broker xidmətlərinin tərkib hissəsidir və bunun üçün müqavilədə ayrıca ödənişin göstərilməsinə ehtiyac yoxdur. İmza səlahiyyətlərinin olmamasına dair cavabdehin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi “V.M.”nin imza səlahiyyətlərinin olmamasını qeyd etmiş, V.M. iddiaçının vəsatəti ilə məhkəmə iclasında çağrılmış, lakin iclasa gəlməmişdir. Apellyasiya instansiya mərhələsində bununla bağlı Bakı Baş Gömrük İdarəsinə vəkil sorğusu edilmiş, “xxxx” MMC tərəfindən “V.M.”-ə etibarnamə verilib-verilməməsi dəqiqləşdirilmiş, “xxxx” MMC tərəfindən “V.M.”-ə etibarnamə verilməsi müəyyən edilmişdir. Sözügedən etibarnamə iş materiallarına əlavə edilmişdir. Kassator MPM-nin 9.3, 88, 402-407, 417.1.2, 417.0.3, 418.1, 420-ci maddələrinə, MM-nin 425.1, 425.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti ver diyindən məhkəmə kollegiyası iddia tələbinin təmin edilməmiş hissəsinə qiymət verir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı (gömrük brokeri) “xxxx” MMC ilə cavabdeh (sifarişçi) “xxxx” MMC arasında 02.03.2011-ci il tarixli 40/11 nömrəli “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmışdır. İddiaçı iddia tələbində 02.03.2011-ci il tarixli 40/11 nömrəli müqaviləyə istinadən 73 ədəd fakturaya əsasən 30.714,62 manat əsas və 3.800,63 manat ƏDV olmaqla, cəmi 34.515,25 manat borcun ödənilməsini tələb etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini qismən rədd edərkən mötəbər hesab etmədiyi hesab fakturalarla bağlı qeyd etmişdir ki, təqdim edilən təhviltəslim aktları cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmədiyinə (imzasız), MMC-nin möhürü ilə təsdiq edilmədiyinə görə, həmçinin, hesab-fakturanın verilməsinə əsas olan təhvil-təslim aktları olmadığına görə, həmçinin tərəflər arasında bağlanmış müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmadığından sözügedən hesab-fakturalar üzrə borc tələb edilə bilməz. İşə baxan apellyasiya instansiya məhkəməsi qeyri mötəbər hesab etdiyi hesab fakturalar bunlardır: 25.08.2014-cü il tarixli 0806/14 saylı hesab faktura (təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir), 30.08.2014-cü il tarixli 0864/14 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMCnin nümayə ndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza və MMC-nin möhürü yoxdur), 11.09.2014-cü il tarixli 0877/14 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 6 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 30.09.2014-cü il tarixli 0960/14 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 29.11.2014-cü il tarixli 1157/14 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 8 ədəd YGB və 3 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 30.12.2014-cü il tarixli 1 283/14 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 5 ədəd YGB və 3 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 30.01.2015-ci il tarixli 0052/15 saylı hesab faktura (həmin aktda R.N.A.tərəfindən təhvil verilmiş 4 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 31.03.2015-ci il tarixli 0309/15 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza olsa da, MMC-nin möhürü yoxdur), 29.05.2015-ci il tarixli 0615/15 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 3 ədəd YGB və 1 ədəd nəq liyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 30.06.2015-ci il tarixli 0775/15 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 28.07.2015-ci il tarixli 0816/15 saylı hesab faktura (təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir), 31.07.2015-ci il tarixli 0937/15 saylı hesab faktura (həmin aktda R.N.A.tərəfindən təhvil verilmiş 5 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMCnin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 31.08.2015-ci il tarixli 1097/15 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası və MMC-nin möhürü yoxdur), 22.12.2015-ci il tarixli 1678/15 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.İ.tərəfindən qəbul edilməsi barədə imzası olsa da, onun imzası digər aktlarda olan imzalardan tamamilə fərqli olmaqla, aktda MMC-nin möhürü yoxdur), 07.01.2016-cı il tarixli 0020/16 saylı hesab faktura (40/11 saylı müqavilədəYGB-nin əsas vərəqlərinin 1 ədədinin 144,07 manat muzd müqabilində doldurulması xidmətinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 07.01.2016-cı il tarixli 0020/A/16 saylı hesab faktura (40/11 saylı müqavilədə gömrük bəyannaməsinindoldurulması zamanı inf ormasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 28.01.2016-cı il tarixli 0021/A/16 saylı hesab faktura (40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 28.01.2016-cı il tarixli 0021/16 saylı hesab faktura (40/11 saylı müqavilədə YGB-nin əsas vərəqlərinin 1 ədədinin 144,07 manat muzd müqabilində doldurulması xidmətinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 26.04.2016-cı il tarixli 0454/16 saylı hesab faktura (40/11 saylı müqavilədə YGB-nin əsas və əlavə vərəqlərinin hər birinin 50 manat muzd müqabilində doldurulması xidmətinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulm amışdır), 26.04.2016-cı il tarixli 0454/A/16 saylı hesab faktura (40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 30.04.2016-cı il tarixli 0586/A/16 saylı hesab faktura (40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır),30.04.2016-cı il tarixli 0586/16 saylı hesab faktura (40/11 saylı müqavilədə YGB üzrə elektron gömrük bəyannaməsinin doldurulması və gömrük orqanına ötürülməsi xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 30.04.2016-cı il tarixli 0542/16 saylı və 0542/A/16 saylı hesab fakturalar (aktda R.N.A.tərəfin dən təhvil verilmiş 4 ədəd YGB və 5 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi N.P. tərəfindən qəbul edilməsi barədə imzası olsa da, onun cavabdehin adından imza etmək səlahiyyətinin olması barədə sübut yoxdur və aktda MMC-nin möhürü yoxdur; 40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 15.09.2016-cı il tarixli 1235/16 saylı hesab faktura (aktda R.N.A.tərəfindən təhvil verilmiş 1 ədəd YGB-nin “xxxx” MMC-nin nümayəndəsi V.İ.tərəfindən qəbul edilməsi barədə imzası olsa da, onun imzası digər aktlarda olan imzalardan tamamilə fərqli olmaqla, aktda MMC-nin möhürü yoxdur; 40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətl ərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır), 15.12.2016-cı il tarixli 1676/16 saylı hesab faktura (40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin və bəyannamənin gömrük orqanına ötürülməsi xidmətlərnin göstərilməsi, bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır; təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir), 30.12.2016-cı il tarixli 1738/16 saylı hesab faktura (40/11 saylı müqavilədə gömrük bəyannaməsinin doldurulması zamanı informasiya məsləhət xidmətlərinin və bəyannamənin gömrük orqanına ötürülməsi xidmətlərnin göstərilməsi, bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmamışdır; təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir). Məhkəmə kollegiyası təhvil-təslim aktı məhkəməyə təqdim edilməmiş, aktda xidmətlərin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza və MMC-nin möhürü olmayan, aktda “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza olsa da, MMC-nin möhürü olmayan hesab fakturalarla bağlı qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi sözügedən hesab-fakturaları qeyd olunan səbəblərdən qeyri-mötəbər hesab etsə də, iddia tələbinin təmin edilmiş hissəsində istinad etdiyi və mötəbər hesab etdiyi hesab-fakturaların bəziləri qeyd olunan nöqsanlara malikdir. Belə ki, 31.03.2014-cü ildə verilmiş 0232/14 saylı hesab faktura və 31.03.2014-cü ildə verilmiş 0233/14 saylı hesab faktura ilə bağlı təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. 18.04.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktında R.N.A.tərəfindən t əhvil verilmiş 2 ədəd YGB və 2 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMCnin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası yoxdur və akt cavabdehin möhürü ilə təsdiq edilməmişdir. 21.05.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktında R.N.A. tərəfindən təhvil verilmiş 2 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza və MMC-nin möhürü yoxdur. 18.06.2014-cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, S.R.M.tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imzası digər aktlardakı imzalardan tamamilə fərqli olmaqla, MMC-nin möhürü ilə təsdiq edilməmişdir. 01.07.2014-cü il ta rixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, S.R.M.tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza və MMC-nin möhürü yoxdur. 01.07.2014cü il tarixli Göstərilmiş xidmətlərin təhvil-təslim aktının təsdiq edilmiş surətindən müəyyən olunur ki, S.R.M.tərəfindən təhvil verilmiş 1 ədəd YGB və 1 ədəd nəqliyyat qaiməsinin “xxxx” MMC-nin nümayəndəsi V.M.tərəfindən qəbul edilməsi barədə imza və MMC-nin möhürü yoxdur. MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün ə həmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi eyni tipli sübutlara fərqli hüquqi qiymət vermişdir. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin müqavilədəYGB-nin əsas vərəqlərininmuzd müqabilində doldurulması xidmətinin göstəri lməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmaması, müqavilədə gömrük bəyannaməsinindoldurulması zamanı informasiya məsləhət xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsi nəzərdə tutulmaması, müqavilədə YGB üzrə elektron gömrük bəyannaməsinin doldurulması və gömrük orqanına ötürülməsi xidmətlərinin göstərilməsi və bununla bağlı ödəniş edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanmış 02 mart 2011-ci il tarixli, 40/11 saylı “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” müqavilənin 1.1-ci bəndinə əsasən gömrük brokeri tərəfindən öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, bəyannamə, gömrük rəsmiləşdirilməsi, malların və nəqliyyat vasitələrinin saxlancı, emalı üzrə əməliyyatl arın həyata keçirilməsi, həmçinin öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, hazırki müqavilə üzrə tapşırıqların yerinə yetirilməsi üçün lazım olan gömrük ödənişlərinin, vergilərin və yığımların tamamilə və ya qismən yerinə yetirilməsi müqavilənin predmeti sayılır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələyə sadəcə müqavilənin hərfi mənasından çıxış etməklə qiymət verməkdə apellyasiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrində təsbit edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün mü vafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qanunvericiliyin qeyd edilən normaları, eləcə də tərəflərin müqavilə bağlayarkən iradə ifadələrinin həqiqi mənası, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilədə göstərilməli xidmətlərin dairəsinin necə müəyyənləşdirildiyinə qiymət verilməlidir. Həmçinin sözügedən xidmətlərə dair təhvil-təslim aktları cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan əlavə, iş materiallarında iddiaçı tərəfi ndən göstərilən xidmətlərə görə cavabdehə verilmiş e-VHF-lar mövcuddur. Həmin elektron VHF-lar əsasında cavabdeh tərəfindən ƏDV ödənişlərinin dövlət büdcəsinə ödənilməsi məsələsi də araşdırılmalı və qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üz rə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını araşdırarkən yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.3., 418-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-268/2019 saylı 13 iyun 2019-cu il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar