Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-459/2022 29.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 22(103)-1175/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 19 fev ral tarixli beton alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı – İddiaçı MMC malı alıcı – Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
2. Həmin müqavilənin 2.2-ci bəndinə görə müqaviləyə əsasən satılan malın adı və miqdarı müqavilənin ayrılmaz hissəsi sayılan hesab-faktura ilə müəyyən edilir. Hesabfaktura müqavilənin ayrılmaz tərkib hissəsidir. 3.1-ci bəndə əsasən satıcı müvafiq hesabfakturanın imzalandığı tarixdən 3 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli malı alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir. 4.2-ci bəndə əsasən alıcı malın satış qiymə tini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir. 5.1-ci bəndə əsasən müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla, satdığı malı qaimə-faktura əsasında alıcıya təhvil verir. 6.2-ci bəndə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini köçürmə yolu ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən tarixdə, lakin malı təhvil aldığı tarixdən 30 təqvim günü gec olmayaraq satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə, satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. 8.2-ci bəndə əsasən alıcı malın satış qiymətinin ödənilməsini 30 gündən artıq gecikdirdiyinə görə, gecik dirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 %-i məbləğində dəbbə pulu ödəyir.
3. Qiymət razılaşma protokolundan görünür ki, B-25/M-350 markalı mala (beton) görə 1 m3 üçün 85 manat və B-30/M-400 markalı mala (beton) görə 1 m3 üçün 90 manat müəyyən edilmişdir.
4. Təhvil-təslim sənədlərinin surətlərindən görünür ki, 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə ümumi miqdarı təqribən 570 m3 olan B-25/M-350 markalı beton məhsulları (malları) imzalayan şəxslərin adı, soyadı və vəzifəsi qeyd edilmədən, həmçinin möhür vurulmadan təhvil-təslim edilmişdir.
5. İddiaçı MMC tərəfindən verilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğində malı alıcı Cavabdeh MMC-yə satmışdır.
6. İddiaçı MMC tərəfindən təq dim edilmiş 2021-ci il 22 iyun tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, bağlanmış müqaviləyə əsasən (2018-ci il 19 fevral tarixli beton alqı-satqısı haqqında müqavilə) Cavabdeh MMC-nin İddiaçınə 48.585,50 manat ödənilməmiş borcu qalmışdır. Aktın doğruluğunu sərbəst auditor (Ş.M.Bəşirov) və İddiaçı MMC-nin hüquqşünası (Nümayəndə) öz imzaları ilə təsdiq etmişlər.
7. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 4 mart tarixli pretenziya məktubu göndərilərək, 48.592,50 manat əsas borc, 2575 manat cərimə olmaqla, cəmi 51.167,50 manat borcun 2021-ci il 15 mart tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonr a – “iddiaçı”) cavabdeh “X2” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 48.592,50 manat əsas borc, 2575 manat cərimə olmaqla, cəmi 51.167,50 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 19 fevral tarixdə beton alğı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə imzalandığı tarixdən bu günədək cəmi 818.592,50 manat dəyərində mal sifarişi verilmiş, həmin sifarişlər qaimələrlə təsdiqlənmiş və satıcıya 770.000 manat məbləğ ödənilmişdir və əsas borc olan 48.592,50 manat məbləğ cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ödənilməmişdir.
10. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı satış qi ymətinin ödənilməsini otuz gündən artıq gecikdirdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,01% faizi miqdarında cərimə ödəməlidir. Malların sonuncu təhvil tarixi 2019-ci il 21 avqust tarixdən 2021-ci il 1 fevral tarixinədək cərimə məbləği 2575 manat təşkil edir. 11. 2021-ci il 2 fevral tarixdə cavabdehə borcun ödənilməsi tələbi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən məktub qəbul edilməmişdir. 2021-ci il 3 fevral tarixinə cavabdehin iddiaçı qarşısında ümumi borcu 51.167,50 manat təşkil edir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 448.1, 449.1, 597.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi 48.592,50 manat əsas borc, 2575 manat cərimə olmaqla, cəmi 51.167,50 manat borcun olması həqiqətə uyğun deyil. Belə ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, alıcı tərəfindən edilmiş mal sifarişləri qaimələrə təsdiq edilmiş, alıcı tərəfindən 818.592,50 manat dəyərində mal sifariş edilmiş, satıcıya 770.000 manat pul ödənilmiş, 48.592,50 manat cavabdehin iddiaçıya borcu qalmışdır. İddiaçı cavabdehin borcu olmasına dair hər hansı bir rəsmi sənəd, cavabdeh tərəfindən təsdiq edilmiş qaimə-faktura təqdim edə bilməmişdir. Əgər iddiaçı tərəfindən cavabdehə mal təhvil verilibsə, müqaviləyə əsasən bu qaimə-fakturada əksini tapmalıdır. Əgər iddiaçı tərəfindən qaimə-faktura təqdim edilməmişdirsə, cavabdehin hər hansı borcundan söhbət gedə bilməz. İddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri iddiaçıya tam ödənilmişdir və cavabdehin iddiaçıya heç bir borcu yoxdur.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli e-2-2(113)-1823/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – E.Əliyev).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-7) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı müqaviləyə əsasən B-25/M-350 və B-30/M-400 markalı malları (beton) cavabdehə satmış, cavabdeh isə öz növbəsində müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, aldığı malların ödənişlərini yerinə yetirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 818.592,50 manat dəyərində malın sifarişi verildiyini, həmin sifa rişlərin qaimələrlə təsdiqləndiyini qeyd etsə də, məhkəməyə təqdim edilən elektron qaimələrə əsasən iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğində malın cavabdehə satıldığı müəyyən edilmiş, cavabdeh tərəfindən satılan mallara görə 770.000 manat (iddiaçı iddia ərizəsində qeyd etmişdir) məbləğində pul vəsaiti ödənilmişdir. Bu isə onu göstərir ki, cavabdeh elektron qaimələrdə göstərilən məbləğdən artıq vəsait ödəməklə 2018-ci il 19 fevral tarixli beton alqı-satqısı haqqında müqaviləyə görə borcu yoxdur.
16. İddiaçı 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə ümumi miqdarı təqribən 570 m3 olan B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim etməsi barədə sənədləri məhkəməyə təqdim etsə də, həmin sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə şirkət tərəfindən etibarnamə verilməmiş və imzaların üzərinə cavabdehin möhürü vurulmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözügedən təhviltəslim sənədləri mötəbər sübut kimi qəbul edilə bilməz.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin 48.585,50 manat borcunun qaldığını təsdiq edən 2021-ci il 22 iyun tarixli audit prosedurlarının aparılmasına dair akt təqdim etsə də, məhkəmə həmin sübutu da mötəbər hesab etmir. Belə ki, sözügedən auditin aparılması yalnız maraqlı tərəf olan iddiaçının təqdim etdiyi sənədlər və nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir.
18. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443.1, 462.1, 467, 567, 598.1598.3-cü maddələrinə istinad etməklə ə saslandırmışdır.
19. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1175/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – A.Tanrıverdiyev və V.Baxışova).
21. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, cavabdehin alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə b ağlı öhdəliyini pozması və müqavilə üzrə iddiaçıya hər hansı borcunun olması iş materialları ilə təsdiqini tapmır. Belə ki, iddiaçının alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 48.585,50 manat dəyərdə beton məhsulunu cavabdehin mülkiyyətinə verməsi sübuta yetmir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 818.592,50 manat dəyərdə malın sifariş verildiyini, həmin sifarişlərin qaimələrlə təsdiqləndiyini qeyd etsə də, məhkəməyə təqdim edilən elektron qaimələrə əsasən iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğdə malın cavabdehə satıldığı müəyyən edilmiş, satılan mallara görə isə cavabdeh tərəfindən 770.000 manat məbləğdə pul vəsaiti ödənilmişdir. Bu isə o deməkdir ki, elektron qaimələrdə göstərilən məbləğdən artıq vəsait ödəməklə cavabdehin 2018-ci il 19 fevral tarixli be ton alqı-satqısı haqqında müqaviləyə görə borcu qalmamışdır.
22. Həmçinin, iddiaçı 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim etməsi barədə sənədləri məhkəməyə təqdim etsə də, sözügedən materiallarda betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə etibarnamə verilməmiş və cavabdehin möhürü vurulmamışdır. Odur ki, iddiaçının təhviltəslim sənədləri adı ilə təqdim etdiyi materiallar mötəbər sübut kimi qəbul edilə bilməz.
23. İddianın əsas borcun ödənilməsinə dair ilk tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan cərimənin ödənilməsi barədə ikinci tələb də artıq müzakirə edilmədən rədd edilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, satılmış betonu qəbul etmiş şəxslərin cavabdehə münasibətdə kimliyinin və satılmış malların qəbul edilməsində səlahiyyətli olmasının sübut edilməsi məhkəmənin vəzifəsi deyil. Çünki mülki icraata hakim olan dispozitivlik prinsipinə görə hakim (məhkəmə) arbitr olaraq prosesə müdaxilə etmir, o cümlədən tərəflərin yerinə keçərək, onların əvəzinə sübutların toplanmasında iştirak etmir. 24. 2021-ci il 22 iyun tarixli audit aktına gəldikdə isə həmin akt audit rəyi deyil. Auditor yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmiş, həmçinin auditorun konkret hansı sənədlərə istinad etdiyi, həmin sənədlərin rekvizit və məzmunu aktda göstərilməmişdir, baxmayaraq ki, həmin sənədlərdən bəzilə rini iddiaçı iddia ərizəsinə əlavə etmişdir və mötəbər olmadığı məlum olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 442, 567 və 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 25 yanvar tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.
27. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş 2022-ci il 5 mart tarixli kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 mart tarixli 2-2(103)-1175/2021 saylı qərardadı ilə geri qaytarılmışdır.
28. İddiaçı tərəfindən 2022-ci il 11 aprel tarixində kassasiya şikayəti və ötürülmüş müddətin bərpasına dair ərizə verilərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi b arədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 10.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə qətnaməsində göstərilmişdir ki, 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə B-25/M350 markalı beton məhsulları (malları) imzalayan şəxslərin adı, soyadı və vəzifəsi qeyd edilmədən, möhür vurulmadan təhvil-təslim edilmişdir. Bu əsaslandırma ilə bağlı iddiaçı qeyd etməyi zəruri hesab edir ki, dəyəri ödənilməmiş və cavabdehə təhvil verilməmiş malların qəbul edilməsində iştirak etmiş şəxs, eyni zamanda dəyəri ödənilmiş hissəyə münasibətdə cavabdehə təhvil verilmiş malların təhvil alınmasında da iştirak etmişdir. Həmçinin, mübahisəsiz və mübahisəli hissələr üzrə təhvil-təslim sənədlərinin tərtibatı (imzalanması və möhür vurulması) da eyni formada olmuşdur. Bu əsasla da ƏDV daxil 48.585,50 manat dəyərdə beton məhsulunun cavabdehin mülkiyyətinə verilməsi sübuta yetirilir. Bununla əlaqədar, MM-in 10.1-ci maddəsi mövcud mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli, kağız daşıyıcı formasında olan təhvil-təslim aktları malların təhvil-təsliminin rəsmiləşdirilməsinə əsas verən sənədlər kimi qəbul edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 220.4-cü maddəsinin tələbi pozulmuşdur. 2021-ci il 22 iyun tarixdə auditin aparılmasının maraqlı tərəf olan iddiaçının təqdim etdiyi sənədlər və nümayəndəsinin iştirakı ilə həyata keçirilməsi səbəbindən məhkəmə tərəfindən auditor hesabatı mötəbər sübut kimi qəbul edilməsə də, bu nunla bağlı məhkəmə öz qətnaməsində heç bir hüquqi əsaslandırma aparmamışdır.
31. Məhkəmə kollegiyasının cavabdehin elektron qaimələrdə göstərilən məbləğdən artıq - 770.000 manat vəsait ödəməklə 2018-ci il 19 fevral tarixli beton alqı-satqısı haqqında müqaviləyə görə borcunun qalmaması barədə mövqeyinə dair isə qeyd edilməlidir ki, elektron qaimə-fakturalar əsasında təhvil-təslimi təsdiq edən ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğdə malın dəyərindən artıq vəsaitin ödənilməsi də o nəticəyə gəlməyə əsas verir ki, həqiqətən də cavabdehə təhvil verilmiş malların ümumi məbləği elektron qaimə-fakturalar əsasında təhvil-təslimi təsdiq edilən hissədən artıq təşkil etmişdir. Beləliklə, məhkəmə kollegiyası gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
32. Bundan başqa, mübahisəsiz (770.000 manat) və mübahisəli (48.585,50 manat) hissələr üzrə təhvil-təslim sənədlərinin eyni şəxs tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəa liyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır....” “Maddə
404. Müqavilənin təfsiri. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedik də onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməy i, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1175/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim etməsi barədə sənədləri məhkəməyə təqdim etsə də, sözügedən materiallarda betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə etibarnamə verilməmiş və cavabdehin möhürü vurul mamışdır. Odur ki, iddiaçının təhvil-təslim sənədləri adı ilə təqdim etdiyi materiallar mötəbər sübut kimi qəbul edilə bilməz.
41. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, dəyəri ödənilməmiş və cavabdehə təhvil verilməmiş malların qəbul edilməsində iştirak etmiş şəxs, eyni zamanda dəyəri ödənilmiş hissəyə münasibətdə cavabdehə təhvil verilmiş malların təhvil alınmasında da iştirak etmişdir. Həmçinin, mübahisəsiz və mübahisəli hissələr üzrə təhvil-təslim sənədlərinin tərtibatı (imzalanması və möhür vurulması) da eyni formada olmuşdur. Bu əsasla da ƏDV daxil 48.585,50 manat dəyərdə beton məhsulunun cavabdehin mülkiyyətinə verilməsi sübuta yetirilir.
42. Qeyd edilən dəlil iddiaçının həm də apellyasiya şikayətinin dəli lini təşkil etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinin düzgün qiymətləndirilməsi aparılmamış, bu dəlillərə müfəssəl, düzgün hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin mübahisəli hüquq münasibətlərinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edən bu hala müfəssəl hüquqi qiymət verməməklə, eləcə də qeyd edilən məsələni tərəflər arasında mübahisə doğurmayan hissədə təhvil-təslimin hansı qaydada həyata keçirilməsi ilə müqayisəli şəkildə araşdırıb qiymətləndirməməklə işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsi nin tələblərini pozmuşdur.
44. Belə ki, MM-in “müqavilənin təfsiri”ndən bəhs edən 404-cü maddəsinin tələbinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim edilməsi barədə s ənədlərin mülki prosessual qanunvericiliklə yazılı sübutlar üçün müəyyənləşdirilmiş qaydada təqdim edilmədiyini, həmin sənədlərin MPM-in 89.3-cü maddəsinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamışlar.
46. Bundan başqa, işə baxan məhkəmələr malların təhvil-təslim edilməsi barədə sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələrinin göstərilmədiyini qeyd etməklə kifayətlənmiş, təhvil-təslim aktlarındakı imza sahiblərinin kimliyini, həmin imzaların həqiqiliyini müəyyənləşdirmək və bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün, bu sənədlərdəki imzaların cavabdehin qəbul edib dəyərini ödədiyi digər sənədlərdəki imzaları icra etmiş şəxslərin imzaları ilə eyni olub olmadığını dəqiq müəyyən etməmiş, bu məqsədlə zəruri p rosessual tədbirləri görməmiş, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Həmin Qərarın 17-ci bəndində əsasən, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda ver ilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Məhkəmə kollegiyası hesab edir ki, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
50. Apelyasiya Məhkəməsi tərəfindən həmçinin cavabdehin, ƏDV daxil 757.225,76 manat məbləğində beton məhsulu təqdim edildiyi halda 770.000 manat ödəniş aparılması, cavabdeh tərəfindən 818.592,50 manat dəyərində beton məhsulu sifariş verilməsi halı da düzgün qiymətləndirilməmiş, sonuncu tərəfindən “faktiki təqdim olunan”dan 13.000 manat artıq ödəniş aparılması səbəbləri araşdırılmamış, düzgün qiymətl əndirilməmişdir.
51. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 52. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məh kəməsi Plenunmunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
53. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmaqla, onların müfəssəl hüquqi qiymətləndirilməsi təmin edilməli, malların təhvil-tə slim aktlarındakı imza sahiblərinin kimliyi, həmin imzaların həqiqiliyi müəyyənləşdirilməli, bu sənədlərdəki imzaların, cavabdehin qəbul edib dəyərini ödədiyi digər sənədlərdəki imzaları icra etmiş şəxslərin imzaları ilə eyni olub-olmadığı dəqiq müəyyən edilməli, bu məqsədlə zəruri prosessual tədbirlər görülməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
54. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 22(103)-1175/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya m əhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
56. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1175/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin edilsin.