Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-459/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), 12.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 mart tarixli 2-2(104)-34/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2020-ci il 19 may tarixli üzləşmə aktında Cavabdeh öhdəliyində 300 L - 26 ədəd, 314 L - 12 ədəd, 400 L - 31 ədəd və 600 L - 5 ədəd olmaqla, cəmi 74 ədəd soyuducunun olması, həmçinin həmin şəxsin "xxxx" MMC-yə 2020-ci il 19 may tarixinə 41.186,66 manat borcunun mövcudluğu öz əksini tapmışdır. 2. 2022-ci il 10 dekabr tarixli üzləşmə aktına əsasən Cavabdeh öhdəliyində 300 L 22 ədəd, 314 L- 12 ədəd, 400 L - 27 ədəd və 600 L - 5 ədəd olmaqla, cəmi 66 ədəd soyuducu vardır. Cavabdeh "xxxx" MMC-yə 40.000 manat borcu vardır. 5.400 manat borc mübahisəlidir.
3. Cavabdeh 2022-ci il 10 dekabr tarixində hər il İddiaçınə olan borcundan aprel, may, iyun, iyul və avqust ayları ərzində 5.000 manat ödəyəcəyini bildirmişdir. 4. 2014-cü il tarixindən 2021-ci il tarixinədək Cavabdeh tərəfindən "xxxx" MMC-dən g ötürülmüş dondurma məhsullarının hesabatı aparılmaqla, 2021-ci ilin əvvəlinə 48.100,25 manat qalıq borc yaranmış, 2021-ci il ərzində isə Cavabdeh tərəfindən 6.100 manat, 2022ci il tarixində isə 1.000 manat ödənilməklə qalıq borc məbləği 41.000,25 manat təşkil etmiş, göstərilənlərin əks olunduğu analitik uçot kitabının hər səhifəsi illər üzrə 2022-ci il 10 dekabr tarixində Cavabdeh tərəfindən imzalanmaqla təsdiqlənmişdir. 5. 2023-cü il 16 avqust tarixli aktda 300 L-20 ədəd, 314 L-6 ədəd, 400 L-11 ədəd, 600 L-2 ədəd olmaqla, ümumilikdə 39 ədəd soyuducunun "xxxx" MMC-nin nümayəndələrinə təhvil verildiyi və bunun tərəflərin imzaları ilə təsdiq edildiyi göstərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra-«iddiaçı») Cavabdeh (bundan so nra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.000,25 manat borc, 4.000 manat faiz məbləği və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L - 26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L-12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 30.250 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən ona zəruri şərait yaradılmışdır. Belə ki, Gənc ə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən cavabdehə bir ədədinin dəyəri 350 manat olan 300 L-26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L-12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducu müvəqqəti istifadə üçün verilmişdir. Cavabdehlə müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir dayandırılmışdır. Göstərilən müddətdə cavabdehlə üzləşmə aparılmış və sonuncunun müəssisəyə alqı-satqı əməliyyatlarından 40.000,25 manat borcunun olması, eləcə də yuxarıda adıçəkilən əmlakların qanunsuz olaraq cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Cavabdehdən dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və həmin əmlakların geri qaytarılması tələb olunsa da, s onuncu borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır.
8. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya qaytarılmalı olan 66 soyuducudan 39 ədədi iddiaçının nümayəndələrinə təhvil verilmiş, 17 soyuducu hazırda, qalan 10 soyuducu isə ayrı-ayrı yerlərdə olduğundan onlar da yaxın vaxtlarda təhvil veriləcəyini, iddiaçıya olan pul borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin 40.000 manat borcdan 5.400 manat ödənilmişdir.
9. Cavabdehin vəkili məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında yazılı müqavilə olmadığından cavabdehin heç bir öhdəliyi mövcud deyil, borcun yaranmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli e-2-2(115)940/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 34.600 manat borc və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L-2 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L-6 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-16 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-3 ədəd soyuducunun geri qaytarılması və bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 11.800 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 229,2 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim-K.Vəliyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında yazılı müqavilə olmasa da alqı-satqı münasibətlərindən yaranan şifahi razılaşmalar mövcud olmuş, cavabdeh iddiaçıdan almış olduğu malların satışını həyata keçirmişdir. Alınan mallar tez xarab olma xüsusiyyətinə malik olduğundan, iddiaçı cavabdehin istifadəsinə soyuducular vermişdir. Borcun 1.186 manat hissəsi ödənilmiş, həmçinin işə məhkəmədə baxılan müddət ərzində 39 ədəd soyuducu cavabdeh tərəfindən qaytarılmış, digər 17 ədəd soyuducunun qətnamə çıxarılan gündə təhvil veriləcəyi bildirilmişdir. Tərəflərin təsdiq etdiyi 2020-ci il 19 may tarixli üzləşmədə cəmi 74 ədəd soyuducu, həmçinin həmin tarixə 41.186,66 manat borcun olması göstərilmişdir. 2022-ci il 10 dekabr tarixli üzləşmə aktında isə cəmi 66 ədəd soyuducu və 40.000 manat borcun olması göstərilmişdir. 5.400 manat borc isə mübahisəli olmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, tarix baxımından 2022-ci il 10 dekabr tarixli ü zləşmə aktı mübahisənin daha sonrakı vəziyyətini əks etdirmiş, mübahisəli 5.400 manat 2020-ci il 19 may tarixli aktda göstərilməmişdir. Eyni zamanda borcun 1.186 manat hissəsinin ödənilməsi faktını iddiaçı qəbul etmiş, tərəflərin təsdiq etdiyi 2016-cı il 25 aprel tarixli aktda 5.400 manat borc isə mübahisəli olduğuna görə bu məsələnin tam araşdırılmalı olması göstərilmişdir. İddiaçı soyuduculara münasibətdə 2020-ci il 19 may tarixli akta, pul tələbində isə 2022-ci il 10 dekabr tarixli akta istinad etmişdir. 2016-cı il 25 aprel tarixli aktda 5.400 manat borcun daha əvvəl yarandığı və həmin vaxt cavabdehin iddiaçıya 11.856 manat borcunun olması müəyyən edilmiş, iddiaçı 5.400 manat borcun 2020-ci il 19 may tarixli üzləşmə aktında göstərilən 41.186,66 manatın tərkib hissəsi olmamasını təsdiq e dən sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
13. Malların qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmadığından, həmçinin əşyaların bir qismi qaytarıldığından, qalan hissəsinin isə qaytarılması barədə razılıq olduğundan, işin bu kimi hallarına əsasən onların dəyəri barədə əlavə qiymətləndirilmə aparılmamışdır.
14. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 34.600 manat borc iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- “MM”) 21.1, 21.2, 152.1, 152.5, 157.2, 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 567 və 598.3-cü maddələri nə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin iddianın təmin edilməyən hissədə ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin 34.600 manat borc tələbi hissəsində ləğv olunması və iddianın həmin hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 mart tarixli 2-2(104)-34/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4.000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin olunmuş, cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə 250 manat faiz məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, apellyasiya şikayəti qalan hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər İ.Həsənov və Ş.Rzaquliyev).
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən 34.600 manat borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı laşmış və həmin hissədən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, işin materiallarında olan analitik uçot kitabı adlı sənəddən görünür ki, 2014-cü il tarixindən 2021-ci il tarixinədək cavabdeh tərəfindən iddiaçıdan götürülmüş dondurma məhsullarının hesabatı aparılmaqla, qalıq borc məbləği 41.000,25 manat təşkil etmişdir. Tərəflər arasında 2022-ci il 10 dekabr tarixində üzləşmə aktı tərtib edilərək, cavabdehin iddiaçıya 40.000 manat borcunun olması, lakin həmin borcun 5.400 manat məbləğinin mübahisəli olması təsdiq edilmişdir. Lakin cavabdeh borcu birdəfəlik ödəyə bilmədiyini nəzərə alaraq, 2022-ci il 10 dekabr tarixli yazılı izahatla iddiaçıya olan borcundan aprel, may, iyun, iyul və avqust ayları ərzində hər il 5.000 manat ödəyəcəyini öh dəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh üzləşmə aktı olan sənədə boş ikən imza etməsi ilə bağlı izahatı isə iş üzrə dindirilmiş şahid ifadəsi ilə inkar olunmuşdur. Digər tərəfdən, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də iddiaçı qarşısında olan pul öhdəliyini qəbul etmişdir.
20. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı hesab edərək göstərmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında tərəflərindən müvafiq dəqiqləşmə aparıldığını, buna görə də 2022-ci il 10 dekabr tarixli üzləşmə aktını və soyuducuların həqiqətən də 66 ədəd olmasını qəbul etdiklərini bildirmişdir. Bununla da mübahisəli hissə - birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin öhdəliyin icrasının gecikdirilməsinə görə 4.000 manat məbləğin cavabdehdən tutulmasının rədd edilməsi hissəsi olmuş, birinci instansiya məhkəməsi isə iddia tələbinə həmin hissədə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Lakin məhkəmə həmin hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında müvafiq üzləşmə keçirilmiş və 2022-ci il 10 dekabr tarixli üzləşmə aktına əsasən, cavabdeh pul öhdəliyinin olmasını və həmin tarixdən etibarən hər il 5.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı da həmin tarixdən etibarən cavabdeh tərəfindən 5.000 manat ödəməsinə razı olmuşdur. Cavabdeh həmin öhdəliyini razılaşmaya müvafiq olaraq icra etmədiyindən, iddiaçı 6 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da pul öhdəliyinin icrasının gecikdirilməsi həmin müddət daxilində və 5.000 manat məbləğinə münasibətdə əsaslı olmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, MM-in 445.7-ci maddəsinin tələbi baxımından həmin hissədə iddia qismən əsaslı hesab edilməli və öhdəliyin icrasının gecikdirilməsinə görə 250 manat faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.7, 448.1, 567 və 600.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-nin 6.1.1 və 373-375-ci maddələri üzrə - apellyasiya məhkəməsi iştirakçıl ar arasında bərabərlik prinsipini pozaraq iddianı təmin etmiş, cavabdehin pozulmuş hüquqlarını təkrarən pozmuşdur. Məhkəmə iddiaçıya münasibətdə üstün hüquq tanımış, cavabdehin sübutlarına hüquqi qiymət verməmiş və hüquqlarını pozmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş bütün sübut və imzalar saxtadır. İddiaçı cavabdehdən pul və əmlak almaq məqsədi ilə qaimələri və qaimələrdəki imzaları saxtalaşdırmış, məhkəmə isə qeyd edilənləri nəzərə almamışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2014-cü ildən başlamış və 2019-cu ildə bitmiş, iddiaçı isə iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı 2017-ci ilədək iddia ərizəsi ilə müraciət edə bilərdi.
24. MPM-nin 77-88, 357.1 və 372.1-ci maddələr i üzrə- cavabdeh iş üzrə əmək münasibətlərini tənzimləyən müqavilə və maddi məsuliyyət barədə müqavilə olmadığını məhkəməyə bildirsə də, məhkəmə buna əhəmiyyət və hüquqi qiymət verməmişdir. Məhkəmə qarşı tərəfin də təqdim etdiyi sübutlar arasındakı ziddiyyətə əhəmiyyət vermədən, sübutları sadalamaqla kifayətlənmiş və cavabdehin hüquqlarını məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
26. MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edildiyi hissələrdə yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdird ikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir)....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-sat qı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında mövcud olmuş alqı-satqı əməliyyatlarına əsasən, cavabdehin iddiaçıya 40000 manat pul öhdəliyinin olması, 5400 manat borcun mübahisəli olduğundan araşdırılmasının zəruri olması, həmin tərəflərin imza və möhürlə təsdiq etdikləri 2022-ci il 10 dekabr tarixli qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
33. Cavabdeh kassasiya şikayətində iddiaçının xeyrinə pulun tutulması hissəsində qətnaməni mübahisələndirərək, mübahisə ilə bağlı işdə olan bütün sübut və imzaların saxta olmasına istinad etmişdir.
34. Məhkəmə kollegiyası, iddia olunan borcla bağlı yuxarıda qeyd edilən 2022-ci il 10 dekabr tarixli qarşılıqlı üzləş mə aktının cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılarkən mübahisələndirilməməsini, həmin aktın mötəbərliyini şübhə altına alan zəruri sübutların təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin işdə olan sənədlərin saxtalaşdırılmasına dair dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 01 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən «… borc həmçinin 23 dekabr 1999-cu il tarixində tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir».
36. Həmçinin, işin materiallarında olan cavabdeh tərəfindən imzalanmış, «İzahat»da (i.v. 92) iddiaçıya olan borcun aprel, may, iyun, iyul, avqust ayları ərzində hər il 5000 manat ödənilməsi öhdəliyi götürülmüş, həmin izahatla iddiaçıya borcunun olduğu etiraf edilmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (MM-nin 375.2-ci maddəsi).
38. Qeyd edilməlidir ki, işə bir inci instansiya qaydasında baxılarkən, cavabdeh məhkəmə araşdırmasında iştirak etsə də, mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmiş, daha sonra apellyasiya şikayətində iddia müddətinin ötürülməsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı iştirak etmiş cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmədiyindən, məhkəmənin tələb üzrə iddia müddətinin keçib-keçmədiyini araşdırmaq vəzifəsi olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini də əsassız hesab edir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin lə ğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 mart tarixli 2-2(104)-34/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər