Məhkəmə qərarları › İş №2-2(102)-46/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-46/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-46/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı «xxxx» ASC-nin cavabdeh X3 məxsus X4 şirkətinəqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-46/2019) Bakı şəhəri xxx 2019-cu il Giriş hissə Hakimlər: Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, iddiaçı «xxxx» ASC-nin cavabdeh X3 məxsus X4 şirkətinə qarşı «məhv olmuş əmlakın qalıqların qaytarılması tələbinə dair» iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018- ci il tarixli, 2-2(103)-459/18 saylı qətnaməsindən iddiaçı «xxxx» ASC və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işəaçıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı «xxxx» ASC cavabdeh X3 məxsus X4 şirkətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şirkət tərəfindən «X1 MS 522» avadanlığının və 33 adda əmlakın qalıqlarının qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xxx 2015-ci il tarixdə cavabdehə məxsus binanın zirzəmisində ümumi istifadədə olan su borusunun partlaması nəticəsində cavabdehə məxsus əşya və avadanlıqlara, o cümlədən, «X1 MS 522» markalı tam avtomatlaşdırılmış jalüz kəsən dəzgaha zərər dəymiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-499/2016 saylı, xxx 2016-cı il tarixli qətnaməsi ilə həmin zərərin həcmi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə istinadən 47041 manat məbləğində müəyyən edilmişdir (Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxx 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır). «xxxx» ASC tərəfindən ekspert rəyi ilə müəyyən edilən 47.041 manat sığorta ödənişi cavabdehə ödənilmişdir. Müqavilə şərtlərinə əsasən tərəflər arasında yaranan münasibətlərin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş «xxxx» ASC-nin xxx 2014-cü il tarixli «Əmlakın yanğın və digər əlavə risklərin sığortasınının əsas Qaydaları»na əsasən tənzimləndiyi göstərilmiş, həmin Qaydaların da tələblərinə, Mülki Məcəllənin 896.2-ci maddəsinə əsasən sığortaçı tərəfindən zərərçəkənə tam məhv olma ilə əlaqədar dəymiş zərərə müvafiq olaraq sığorta ödənişi verildikdən sonra sığorta predmetinin qalıqları zərərçəkmiş şəxs tərəfindən sığortaçıya qaytarılmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-597/2018 saylı, xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim - İ.Əhmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-459/18 saylı qətnaməsi ilə (C.Yusifov-sədrlik edən, hakimlər V.Ağayev və A.Nuriyeva) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, «Horakhsh» Co LTD» şirkətinin apellyasiya şikayəti təmin edilmiş, iddiaçı «xxxx» ASC-nin iddia t ələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» ASC və onun vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, apellyasiya məhkəməsi “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” haqqında müqaviləyə istinad edərək, həmin müqavilədə avadanlığın 40.000 manat göstərilməsi, lakin həmin avadanlığa görə “xxxx” ASC tərəfindən 25.728 manat ödənilməsini, yəni qismən ödənilməsini, müqavilədə avadanlığın qeyd olunan dəyərinin tam ödənilməməsini əsas gətirərək 1ci instansiya m əhkəməsinin düzgün nəticəyə gəlmədiyi üçün həmin qərarı ləğv edib, “xxxx” ASC-nin iddiasını rədd etmişdir. Apellyasiya Məhkəməsinin gəldiyi bu nəticə tamamilə əsassızdır, AR MPM-nin 82-ci maddəsinin tələblərinə zidddir, iddiaçı X4 şirkəti cavabdeh “xxxx” ASC-yə qarşı “ sığorta məbləğinin, dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən keçirilmiş ekspertizanın xxx 2016-cı il tarixli, 10179 nömrəli ekspert rəyində qeyd edilir ki, aparılmış tədqiqat nəticəsində Respublika ərazisində pərakəndə olmayan, Mərkəzə təqdim edilmiş əlavə sənədlərdə və iş materiallarında olan qiymətlərə və MEM-in ekspert praktikasında toplam məlumata əsasən, xxx 2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində su basma və zirzəmi-emalatxanada olan 33 adda əmlakın yararsız vəziyyətdə düşməsi nəticəsində zərərçəkmişə dəymiş maddi ziyanın məbləği 21 313.00 manat müəyyən edilir. Həmin əmlak ayrı-ayrılqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilən yararsız hala düşmüş 2009-cü il buraxılışlı, “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgahın mühərrik və elektron sistemi tam yararsızı düşdüyündən və həmin yüksək dəqiqlikdə elektronik cihazlarına malik olan dəzgahın qeyri mümkün olduğundan, onun xxx 2015-ci il tarixə, 6 il istismar müddətini nəzərə alaraq qalıq dəyəri hesablama yolu ilə şərti olaraq təxminən 25.728 manat müəyyən edilir. Qeyd edilməlidir ki, iddiaçı X4 şirkəti “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgahın subasma nəticəsində tam sıradan çıxdığını iddi a edərək, tərəflər arasında bağlanmış xxx 2014-cü il tarixli, AZ/PİC/1400 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” haqqında müqaviləyə istinad edərək həmin müqavilədə avadanlığın göstərilmiş dəyərinin (40 000 manat) dəyərinin tam ödənilməsini tələb etmişdir. Keçirilmiş ekspertiza nəticəsində “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgah 25.728 manat məbləğində dəyərləndiyinə görə məhkəmə iddiaçı X4 tələbini qismən təmin edib, tam sıradan çıxmış həmin avadanlığa görə 25.728 manat və dəyəri 23 343 manat olan digər 33 adda olan avadanlığın dəyərini Azığorta” ASC-dən tutularaq X4 verilməsini qət etmişdir. xxx 2017-ci il tarixli, 10268 nömrəli ödəniş tapşırığına əsasən “xxxx” AS tərəfindən Yasamal rayon İcra Şöbəsinin hesabına 47.071.00 manat pul köçürülməüşdür. 2009-ci il buraxılışlı “X2 MS 522 avtomatlaşdırılmış jalüz kəsən dəzgahın aşınma nəzərə alınmaqla qalıq dəyəri 25.728 manat olmuşsa, “xxxx” ASC həm həmin avadanlığın, həm də sığortalanmış digər 33 adda əmlak dəyərini tam ödəmişdir. AR Mülki Məcəlləsinin 896.2-ci maddəsinə əsasən X4 şirkəti tərəfindən “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgahın və 33 adda (jalüz növləri avadanlıqlar xxxx ASC-yə qaytarılmalıdır. Cavabdeh tərəfindən subasma nəticəsində qeyd olunan sığorta olunan avadanlıqların “xxxx ASC-yə qaytarılmaması bu nəticəyə gətirib çıxarır ki, su basma nəticəsində həmin avadanlıqlar sıradan çıxmamış, yararlı vəziyyətdə olmuş, təkrarən istifadə olmuş, sığorta ödənişi isə əbəs yerə olmuş, bu da cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasını n iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayətin dəlilləri ilə razılaşmayaraq, onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-459/18 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiy a şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC ilə X4 şirkəti arasında 23.10.2014-cü il tarixli əmlakın yanğın və digər əlavə risklərdən sığortası müqaviləsi bağlanmış, bu barədə cavabdehə verilmiş AZ/PİC/14/0071 saylı sığorta şəhadətnaməsinə əsasən cavabdehə məxsus M.Qaşqay 63A/2 ünvanında yerləşən sığortalanmış daşınar əmlak 23.450,00 manat dəyərində ticarət malları və 40.000,00 manat dəyərində jalüz kəsən dəzgah («X1 MS 522» markalı) təşkil etməklə, ümumi sığorta məbləği 63.540 manat müəyyən edilmiş, xxx 2015-ci il tarixdə sığorta hadisəsi (su borusunun partlaması nəticəsində ona məxsus anbarda olan mal-material və tam avtomatlaşdırılmış horizontal aparatın («Holis» dəzgahının) sıradan çıxması) baş vermiş və dəymiş ziyana görə 63. 540,00 manat məbləğində tam sığortalanmış əmlakın əvəzi olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-2(81)-499/2016 saylı xxx 2016-cı il tarixli qətnaməsinə əsasən 47.041 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia tələbini rədd edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, cavabdehə qismən, 47.041 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, sığortaçı (iddiaçı) tərəfindən cavabdehə (sığortalıya) məxsus əşya və avadanlıqlar tam olaraq 63.540,00 manat məbləğində sığortalandığı halda, sonuncuya həmin sığorta məbləği bütünlüklə ödənilməmiş, həmin məbləğin yalnız 47.041 manat hissəsi ödənilməklə qismən sığorta ödənişi həyata keçirilmiş, cavabdehə məxsus M.Qaşqay 63A/2 ünvanında yerləşən əmlak iddiaçı tərəfindən qismən deyil, tam (63 540 manat məbləğində) sığortalanmış, digər tərəfdən sığorta ödənişi də bütünlüklə deyil, qismən (47041 manat) ödənilmiş, beləliklə, sığorta predmetinin qalıqlarına olan hüququn sığortaçıya (iddiaçıya) keçməsi üçün Mülki Məcəllənin 896.2-ci maddəsi ilə müəyyən edilən üç şərtin ikisinin mövcudluğu öz təsdiqini tapmır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması, sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli, 2-2( 102)-337/2017 saylı qərarı ilə iddiaçı X4 şirkətinin cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta məbləğinin, dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-123/2017 saylı xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı X4 şirkətinin kassasiya şikayəti təmin edilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən keçirilmiş ekspertizanın xxx 2016-cı il tarixli, 10179 nömrəli ekspert rəyinə əsasən, aparılmış tədqiqat nəticəsində Respublika ərazisində pərakəndə olmayan, Mərkəzə təqdim edilmiş əlavə sənədlərdə və iş materiallarında olan qiymətlərə və MEM-in ekspert praktikasında toplam məlumata əsasən, xxx 2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində su basma və zirzəmi-emalatxanada olan 33 adda əmlakın yararsız vəziyyətdə düşməsi nəticəsində zərərçəkmişə dəymiş maddi ziyanın məbləği 21.313.00 manat müəyyən edilir. Həmin əmlak ayrı-ayrılqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilən yararsız hala düşmüş 2009-cü il buraxılışlı, “X2 MS 522” avtomatlaşdırı lmış jalüz kəsən dəzgahın mühərrik və elektron sistemi tam yararsız hala düşdüyündən və həmin yüksək dəqiqlikdə elektronik cihazlarına malik olan dəzgahın bərpası qeyri- mümkün olduğundan onun xxx 2015-ci il tarixə, 6 il istismar müddəti nəzərə alınaraq qalıq dəyəri hesablama yolu ilə şərti olaraq təxminən 25.728 manatmüəyyən edilir. İş materiallarına əsasən iddiaçı X4 şirkəti “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgahın subasma nəticəsində tam sıradan çıxdığına və tərəflər arasında bağlanmış xxx 2014-cü il tarixli, AZ/PİC/1400 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” haqqında müqaviləyə istinad edərək, həmin müqavilədə avadanlığın göstərilmiş dəyərinin (40.000 manat) tam ödənilməsini tələb etmiş, ekspertiza nəticəsində “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgah 25.728 manat məbıləğində dəyərləndiyinə görə məhkəmə, iddiaçı X4 tələbini qismən təmin edib, tam sıradan çıxmış həmin avadanlığa görə 25.728 manat və dəyəri 23.343 manat olan digər 33 adda olan avadanlığın dəyərinin cavabdeh Azığorta” ASC-dən tutularaq, iddiaçı X4 verilməsini qət etmiş, xxx 2017-ci il tarixli, 10268 nömrəli ödəniş tapşırığına əsasən “xxxx” AS tərəfindən Yasamal rayon İcra Şöbəsinin hesabına 47.071,00 manat məbləğində pul köçürülməklə, “xxxx” ASC həm 2009-ci il buraxılışlı “X2 MS 522 avtomatlaşdırılmış jalüz kəsən dəzgahın aşınma nəzərə alınmaqla qalıq dəyəri olan 25.728 manatı, həm də sığortalanmış digər 33 adda əmlak dəyərini tam ödəmişdir. AR Mülki Məcəlləsinin 896.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olma haq qında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qətnaməsi istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya məhkəməsi “xxxx” ASC tərəfindən “X2 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgahın qalıq dəyərinin və 33 adda avadanlığın qiymətinin tam ödənildiyini düzgün qiymətləndirməmiş, ekspert rəyinə əsasən tam sıradan çıxmış, beləliklə, istismara tam yararsız olan və buna görə də dəyəri qarşı tərəfdən tutulmuş dəzgah və avadanlıqları cavabdehin özündə hansı səbəblərdən saxlamaqda israrlı olduğunu, bu avadanlıqlardan və dəzgahdan faktiki istifadə edilib-edilmədiyini, dəyəri ödəni lmiş avadanlıqları qaytarmaqdan imtinanın bununla əlaqədar olubolmadığını aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-459/18 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-459/18 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar