Məhkəmə qərarları › İş №2-2(102)-46/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-46/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-46/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Cavabdeh qarşıiş üzrə QƏRARDAD Açar sözlər: səyyar vergi yoxlaması aparılması üçün sənədlərin götürülməsi giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 nümayəndəsi X9, vəkili X6, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (bundan sonra iddiaçı) Cavabdeh (bunda n sonra cavabdeh) qarşı sənədlərin götürülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının e-2-2(103)640/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********171330 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: fevral 2016- oktyabr 2018) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********171891 nömrəli xx.xx.2018-ci il tarixli Tələbnamə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********174473 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019-cu il tarixdə “Sənədlərin təqdim edilməsindən imtina barədə” akt tərtib edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh zəruri sənədləri iddiaçıya təqdim etmədiyindən iddiaçı mülki məhkəmə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət edərək cavabdehin fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının keçir ilməsi üçün zəruri olan sənədlərin-xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, yerinə yetirilmiş işlərin qəbul (təhvil) aktları, vergi hesab-fakturaları, ödəniş sənədləri, bank çıxarışları, xəzinə sənədləri, əmək müqavilələri, gəlir və xərclərlə bağlı digər sənədlər, mühasibat registrlərini özündə əks etdirən elektron daşıyıcıların götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(82)-463/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X10 və X5, e-2-2(103)-640/2019 saylı iş) x xxxxxxx 2019 tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə qətnaməni alıb xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəs ində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Vergi orqanının bəhs edilən normalar əsasında mülki məhkəmə icraatı qaydasında iddia qaldırması Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Məhkəmələr işə baxarkən məhkəmə aidiyyəti qaydalarına əməl etməmişdir. Hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan qətnamə ləğv edilərək icraata xitam verilməlidir. Şikayə tin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 31.1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarına istinad edilmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında iddiaçının kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi İddiaçı cavabdehin fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin - xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə aid ilkin mühasibat sənədlərinin, müqavilələrin, yerinə yetirilmiş işlərin qəbul (təhvil) aktlarının, vergi hesab-fakturalarının, ödəniş sənədlərinin, bank çıxarışlarının, xəzinə sənədlərinin, əmək müqavilələrinin, gəlir və xərclərlə bağlı digər sənədlərin, mühasibat registrlərini özündə əks etdirən elektron daşıyıcıların ona təqdim edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh həmin sənədləri iddiaçıya təqdim etməmiş, iddiaçı sənədlərin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda bəhs edilən qərarlar qəbul edilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri v ə ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İşdə olan sənədlərdən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı vergi ödəyicisi olan iddiaçının 2016-cı ilin fevral ayından 2018-ci ilin oktyabr ayı üzrə olan dövrə aid fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Bundan sonra iddiaçı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2018-ci il tarixli tələbnamə təqdim edilmiş, xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2019-cu il tarixdə “Sənədlərin təqdim edilməsindən imtina barədə” akt tərtib edilərək cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı yoxlama üçün zər uri sənədləri təqdim etmədiyindən iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh hesab edir ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab edir. İddiaçı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh barəsində səyyar vergi yoxlaması həyata keçirilməsini qərara almışdır. İddiaçıya görə cavabdeh yoxlama ilə bağlı zəruri sənədləri təqdim etməkdən imtina etmişdir. Tərəflər arasında iddiaçının inzibati orqan kimi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olma qla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. İddiaçının qəbul etdiyi aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Bununla belə, qanunvericiliyə əsasən, bəzi hallarda inzibati orqan (iddiaçı) mübahisə ilə əlaqədar yekun qərar qəbul etmək hüququna malik olmur. Məsələn, hazırkı halda Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə iddiaçı sənədlərin götürülməsi barədə özü qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda mübahisə məhkəmə icraatı qaydasında həllini tapa bilər. Odur ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bil ər. İddiaçı yoxlama aparılması ilə bağlı cavabdehdən sənədlərin təqdim edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən bu öhdəliyin icrası haqqında iddia növüdür. Öhdəliyin icrası haqqında iddia özü-özlüyündə müəyyən hərəkətin edilməsinin tələb olunması ilə bağlıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 417.1.5-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq i ş üzrə icraata xitam verə bilər. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan qərarın, hərəkətin (hərəkətsizliyin), rəyin, aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırıl masına aid olduqda. Beləliklə, hazırkı halda mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün işin icraatına xitam verilməlidir. İddiaçıya izah edilir ki, hazırkı tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əvvəllər Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının icraatında səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin vergi ödəyicisindən məhkəmə qərarı əsasında götürülməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında iqtisadi iş kimi baxılsa da, yuxarıda şərh edilənlərə əsasən belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələ rin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədi ilə formalaşdırır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının...qərarları...vasitəsilə formalaşdırır... Ali Məhkəmənin məhkəmə kollegiyasının qərarı vahid məhkəmə təcrübəsinin əsaslarından biridir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıdakı səbəblərə görə bəhs edilən mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək və fərqli yanaşma hallarına son qoymaq məqsədilə hüquq normalarının oxşar işlər üzrə indiki qaydada tətbiq edilməsi zəruridir. Beləliklə, məhkəmə kolleg iyası hesab edir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək icraata xitam verilməli, kassasiya şikayəti təmin edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının e-2-2(103)-640/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar