Məhkəmə qərarları › İş №2-2(102)-46/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-46/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-46/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1nin Cavabdeh qarşı “borc tələbi”nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 22(103)-684/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. Tərəflər arasında "xxxx" ASC-yə məx sus damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə 2012-ci il 10 iyul tarixli 32- LA/12 nömrəli müqavilə bağlanmışdır. 2. 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli müqavilənin 1.1-ci bəndinə görə, lizinq verən (iddiaçı) ümumi məbləği 641.500 manat olan, bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş (2 nömrəli əlavə) qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir; 1.2-ci bəndinə əsasən, lizinq alan avadanlığın dəyərindən 64.150 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür; 4.1-ci bəndinə görə, lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə No 2) uyğun olaraq ödənişləri həyata keçirir; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir; 4.3-cü bəndinə görə, hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 3. 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli müqavilənin 2 nömrəli əlavəsində əvvəlcədən ödənilmiş 64.150 manat nəzərə alınmaqla, tərtib edilmiş ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən ödə nilməli olan məbləğlər əks etdirilmişdir. 4. "xxxx" ASC-yə məxsus, Quba rayonu ərazisində 200 ha sahədə quraşdırılmış damcılı suvarma sistemi avadanlığının lizinq alana təhvil verilməsi barədə 2012-ci il 10 iyul tarixli akta əsasən, avadanlıq cavabdehə istifadəyə tam hazır işlək vəziyyətdə təhvil verilmiş, cavabdeh aktı imzası ilə təsdiq etmişdir. 5. 2021-ci il 9 iyun tarixli maliyyə arayışına görə, 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli müqavilə üzrə Cavabdeh оьлунун gecikdirilmiş əsas borcu 200.800 manat, cərimə borcu 127.318 manat təşkil edir. Qrafiklər üzrə И.Дямиров tərəfindən 121.500 manat ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı X1 (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli müqavilə üzrə 200.800 manat gecikdirilmiş əsas borc və hesablanmış 127.318 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 328.468 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış 2012-ci il tarixli 32-LA/12 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə suvarma sistemi avadanlıqları cavabdeh tərəfindən lizinqə götürülmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdeh in maliyyə arayışının tərtib edildiyi 2021-ci il 9 iyun tarixə 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli müqavilə üzrə 200.800 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədənkənar həlli üçün daha əvvəl mediatora müraciət edilsə də, mediasiya proseduru çərçivəsində də razılıq əldə edilə bilməmişdir.

8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 427.3, 445.2.1, 748-1.12.4, 465.2-ci maddələrinə istinadла əsaslandırılmışdır.

9. İddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 may tarixli e-2-2(113)-331/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2012-ci il 10 iyul tarixli, 32-LA/12 saylı lizinq müqaviləsi üzrə əsas borc üzrə 200.800 manat, cərimə borcu üzrə 10.400 manat olmaqla cəmi 211.200 manat məbləğində pulun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 350 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).

11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İşin materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdehin 2021-ci il 9 iyun tarixinə müqavilə üzrə 200.800 manat gecikdirilmiş borcu mövcuddur və belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

12. Məhkəmə hesab etmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Hazırkı işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 200.800 manat məbləğində əsas borcuna münasibətdə 10.400 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Xırdalan şəhər vəkil bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Göstərilmiş hüquqi yardıma görə 350 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır.

14. Məhkəmə gəldiyi nəticəni MM-in 462.1, 467, 747.1, 748-1.12, 748-1.12.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, tətbiq olunmuş cərimənin ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-684/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan-cərimə borcu üzrə 10.400 manat məblə ğdə pulun ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdə olan mötəbər sübutların məcmusu (lizinq müqaviləsi, təhvil-təslim aktları, maliyyə arayışı) və cavabdehin sözügedən halları mübahisə etməməsi ilə təsdiq olunur ki, iddiaçı tərəfindən lizinq müqaviləsinə əsasən avadanlıqlar cavabdehə təhvil verilmiş, lakin sonuncu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya müqavilə üzrə əsas və dəbbə borcu yaranmışdır.

18. Bu kontekstdə, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifad əyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu, o cümlədən dəbbə pulu borcunu ödəməlidir.

19. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilinə qiymət verərək göstərmişdir ki, qətnamədə lizinq müqaviləsinin müvafiq bəndinə istinad edilməməsi mübahisəni mahiyyəti üzrə düzgün həll edən qətnamənin ləğvinə yaxud dəyişdirilməsinə əsas təşkil etmir. İşdə olan 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli lizinq müqaviləsindən göründüyü kimi, həmin müqavilənin 4.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 386.1, 399.1, 427.3, 442, 448.1, 448.2, 462.1, 467, 747.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

21. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 462.1 və 467-ci maddələrinin tələbləri pozulmuşdur-birinci instansiya məhkəməsi öz qərarında qeyd edilən maddəyə istinadla göstərmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən maddəni rəhbər tutan məhkəmə, işin hallarını nəzərə alaraq əsas borca münasibətdə 10.400 manat məbləğində dəbbə pulu tətbiq edilməsini ağlabatan və ədalətli hesab etmişdir. Lakin məhkəmə hazırkı münasibətlərdə cərimənin tətbiqinə əsas yaradan hüquqi əsasa istinad etməmişdir. Belə ki, yuxarıda qeyd edilən maddəyə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməlidir. Lakin nə məhkəmənin qərarında, nə də iddia ərizəsində cəriməyə əsas yaradan müqavilə normasına istinad edilməmişdir. Digər tərəfdən, məhkəmə öz qətnaməsində iddiaçının konkret olaraq hansı əmlak və digər mənafelərinin nəzərə alındığını qeyd etməmiş və həmin mənafelərin pozuntusunun hansı səbəbdən məhz 10.400 manat məbləğində qiymətləndirildiyini əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində qanunun bu mühüm tələbinə heç bir məhəl qoymadan Bakı Kommersiya Məhkəməsinin qətnaməsini olduğu kimi dəyişdirmədən qüvvəsində saxlamışdır.

23. MPM-in 77.1 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur- həmin normanın tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəf cərimənin tətbiqinə əsas yaradan hallara istinad etməmişdir. Qeyd edilən normaya əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmənin qərarında cərimənin tətbiqinə əsas yaradan müqavilə normasına istinad edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelly asiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsində haqlı olaraq qeyd edilmişdir ki, qətnamədə lizinq müqaviləsinin müvafiq bəndinə istinad edilməməsi mübahisəni mahiyyəti üzrə düzgün həll edən qətnamənin ləğvinə yaxud dəyişdirilməsinə əsas təşkil etmir (səh 6). Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddia ərizəsindən də göründüyü kimi, tələb edilən cərimə məbəği 127318 (bir yüz iyirmi yeddi min üç yüz on səkkiz) manat təşkil etmişdir. Məhkəmə tərəfindən tələbin cərimə məbləğinə dair təmin edilmiş hissəsi formalaşmış məhkəmə təcrübəsində bir çox hallarda tətbiq edilən ümumi cərimə məbləğinə münasibətdə tələbin 10 faizi məbləğinə qədər də deyil, daha az, yəni 10400 (on min dörd yüz) manat məbləğə kimi azaldılmışdır. İddiaçı (Agentlik) humanist yanaşma sərgiləyərək cərimə məbləğinə dair iddianın təmin edilməyən hissəsi ilə razılaşmış, məhkəmə aktından şikayət verməmişdir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etmək dir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

26. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cərimə borcunun tutulması hissəsində yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəf indən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbl əğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizin q alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin cərimənin müqaviləyə əsasən tətbiq edilməsi, məhkəmənin qərarında isə müqavilənin müvafiq bəndinə istinad edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, baxılan iş üzrə tərəflər müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin ödənilməsinə dair razılığa gəlmişlər. Belə ki, 2012-ci il 10 iyul tarixli 32-LA/12 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

33. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən cərimə məbləğinin tutulması tələbinə və apellyasiya şikayətinin eyni məzmunlu dəlilinə qiymət verərkən tərəflər arasında bağlanmış müqavilənin həmin bəndinə qətnaməsində istinad etmişdir (bax yuxarıda § 14).

34. İşə baxan məhkəmələr əsas borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır (bax yuxarıda § 23).

35. Kollegiya kassasiya şikayətinin dəlilinə qiymət verərkə n həmçinin nəzərə alır ki, cavabdeh şikayətində dəbbə pulunun məbləği ilə razılaşmasa da, dəbbə pulunun əslində hansı həddədək yaxud nə miqdarda azaldılmalı olduğuna dair konkret hər hansı dəlilə istinad etməmiş, heç bir hesablama, dəqiqləşdirmə və əsaslandırma aparmamışdır.

36. Məhkəmə kollegiyası qeyd edilənləri və Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, yoxlanılan hissədə gəlinən nəticə Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətlər i pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Məhkəmə kollegiya sı MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-684/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar