Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-46/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbində dair iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam verilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(104)-214/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin 201 8-ci il 10 avqust tarixli 2(076)-2795/2018 saylı qətnaməsi ilə X1 iddiası təmin edilmiş, cavabdehlər İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X1”dəkı 100 faiz payın satılmasına dair 2014-ci il 22 oktyabr tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş 2014-cü il 21 oktyabr tarixli, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh verilmiş 2014-cü il 22 oktyabr tarixli, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2(1 04)-4017/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2018-ci il 10 avqust tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı2-nin cavabdehlər İddiaçı, Cavabdeh, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş “X1”dəki 100 faiz payın satılmasına dair 2014-cü il 22 oktyabr tarixli alqı-satqı müqaviləsinin (bundan sonra – alqısatqı müqaviləsi) etibarsız hesab edilməsi və 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdehə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, “X1” 100 faiz pay ilə ona məxsus olmuşdur. Onunla cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən “X1 ”dəki 100 faiz payı ******* manata satılmışdır. Lakin müqavilə bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul cavabdeh tərəfindən ona ödənilməmişdir. Bununla da, müqavilənin mühüm şərti pozulmuşdur. Tərəfindən əmlak alıcıya təhvil verilsə də, alıcı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməm işdir. Bununla da o, əvəzsiz olaraq mülkiyyətindən məhrum olmuşdur. Bundan əvvəl Şəmkir Rayon Məhkəməsində mübahisəli əmlakla bağlı işə baxılsa da, hazırkı mülki işdə həm iddianın əsası, həm də tərəflər dəyişmişdir. Belə ki, hazırkı işdə artıq cavabdeh alğı-satqı müqaviləsinin nəticəsində ona heç bir pul məbləği ödəmədiyini öz ərizəsində etiraf edir. Hətta bununla əlaqədar olaraq 2019-cu il 2 dekabr tarixində ərizə vermişdir. Ona görə də bağlanmış alğı-satqı müqaviləsi etibarsız edilməlidir.
5. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 21 avqust tarixli 2-2(115)-1321/2024 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair kommersiya işinin icraatına xitam verilmişdir (hakim: R.Qələndərzadə).
6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)-2795/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X1”dəkı 100 faiz payın satılmasına dair 22 oktyabr 2014-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli, ********** kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli, ********** saylı kommersiya hüquqi şəxslərinin dö vlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qeyd edilən qətnamə ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)- 2795/2018 saylı qətnaməsinin təmamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X1 cavabdehlər İddiaçı, Cavabdeh, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab o lunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
8. Qətnamədə qeyd olunur ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi Cavabdeh xx.xx.2014-cü il tarixdə “X1”in nizamnamə kapitalındakı 100 faiz payı alqısatqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçisi olan İddiaçı ******* manata almış, payın dəyərini tam ödəmiş və təsisçilərin dəyişməsi ilə bağlı klubun nizamnaməsinə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Cavabdeh “X1”in nizamnamə kapitalındakı 100 faizi payı almamışdan əvvəl nə İddiaçı, nə də Turqay Aslanovu tanımamış, “X1”in nizamnamə kapitalındakı paya dair münasibətdə üçüncü şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişdir və bilədə b ilməzdi.
9. Belə ki, 26 dekabr 2018-ci il tarixli 2(104)-4017/2018 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə hazırki məhkəmə mübahisəsinin predmeti olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı müəyyən edilmişdir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. İddiaçı Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Halbuki sözügedən qətnamə ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə “X1”in nizamnamə kapitalındakı 100 faiz payı alqı-satqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçisi olan İddiaçı ******* manata aldığı, payın dəyərini tam ödədiyi mü əyyən olunur. Belə olan halda işin mahiyyəti ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir.
10. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 82.3 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı şikayət verərək onun ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 1 oktyabr tarixli, 2-2(115)1321/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim: G.Quliyeva). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(104)-214/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı və nəticə hissələri razılaşaraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(104)-4017/2018 nömrəli qətnaməsindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Lakin mübahisələndirilən müqavilənin etibarlılığı məhkəmə qatnaməsi ilə müəyyən edildiyindən və qətnamə qanuni qüvvəyə minməsinə baxmayaraq iddiaçı həmin müqaviləni ye nidən mübahisələndirmiş, həmin tələb üzrə buna görə də birinci instansiya məhkəməsi hazırki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 82.3 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. MPM-nin 82.3-cü maddəsində qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilə bilməməsi qeyd edilmişdir. Yəni həmin işdə iştirak edən tərəflərin tərkibi ilə hazırkı işdə olan tərəflərin tərkibi fərqlidir. Beləliklə, tərəflər fərqli olduğuna görə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2(104)-4017/2018 nömrəli qətnaməsi hazırkı işdə preyudisial əhəmiyyətli hal kimi qəbul edilə bilməz. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3.Bi r mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 22(104)-214/2024 nömrəli qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün həmin Məhkəməyə qaytarılmalıdır.
22. Belə ki, mülki məhkəmə icraatı qaydasında baxılan işin MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi üçün tələb olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı mövcud olsun.
23. Həmin maddənin dispozisiya şərtlərinə görə iddianın elementlərinə aid hər üç komponent, yəni həm tərəflər, həm iddianın predmeti, həm də iddianın əsası eyni olmalıdır və yalnız onların hamısı mövcud olduğu halda M PM-in 261.0.2-ci maddəsində göstərilən əsasa görə iş üzrə icraata xitam verilə bilər.
24. MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
25. İddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb, yəni tərəflər arasında olan mübahisəli hüquq münasibətindən irəli gələn iddiaçının cavabdehə yönəltdiyi konkret tələb təşkil edir.
26. İddianın əsasını isə iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki hallar, yəni tərəflər arasındakı maddi hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olduğu faktlar (hüquqi faktlar) təşkil edir.
27. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında belə hüq uqi mövqe ifadə edilmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir.
28. Bu baxımdan kollegiya qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsi ilə həll olunmuş mülki işin (bundan sonra - əvvəlki iş) tərəfləri, iddianın predmeti və əsası ilə hazırkı işin tərəflərinin, iddianın əsasının və predmetinin eyni olub-olmamasına qiytmət verilməlidir.
29. Əvvəlki işdə iddiaçı1-in iddiası onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 sentyabr 2008-ci il tarixli payın alqı-satqı müqaviləsinə əsasən İddiaçı “X1”dəkı ona məxsus olan 100 faiz payı X3 ******* manata satmışdır. Müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən “X1”ə aid bütün hüquq müəyyənedici sənədlər iddiaçıya təhvil verilmişdir. İddiaçı 2018-ci ilin iyun ayında yerli vergi orqanına “X1”ə dair reyestrdən çıxarış almaq üçün müraciət edərkən məlum olmuşdur ki, cavabde h İddiaçı 22 oktyabr 2014-cü il tarixdə yenidən “X1”dəkı ona məxsus olan 100 faiz payı digər Cavabdeh ******* manata satmışdır. “X1”dəkı ona məxsus olan 100 faiz payın dəyərini tam ödəməklə aldıqdan sonra iddiaçı paya mülkiyyət hüququnu əldə etmiş, həmin pay üzərində qanuni əsaslarla əmlak hüquqlarına malik olmuşdur. Cavabdeh İddiaçı ilə iddiaçı arasında öhdəlik münasibətləri daha əvvəl, yəni 27 sentyabr 2008-ci il tarixdən, Cavabdeh ilə isə sonradan, yəni 22 oktyabr 2014-cü il tarixdən yaranmışdır. Ona görə də, pay öhdəliyin daha əvvəl əmələ gəldiyi kreditora, yəni iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur. Cavabdeh İddiaçı artıq özünə məxsus olmayan payı yenidən satmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Göründüyü kimi cavabdehlər arasında bağlanmış müqavilə əhəmiyyətsizdir. Belə k i, İddiaçı buna heç bir hüququ olmadan iddiaçının mülkiyyətində olan paya dair sərəncam vermişdir.
30. Hazırkı iş üzrə iddia isə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əmlak cavabdehə təhvil verilsə də, sonuncu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir.
31. Qeyd olunanlardan müəyyən olunur ki, əvvəlki işin tərəfləri ilə hazırkı işin tərəfləri eynidir. Çünki hazırkı iş üzrə tərəflər əvvəlki işdə birgə cavabdehlər kimi çıxış etmişlər.
32. İddiaların predmetinə dair qeyd edilir ki, əvvəlki işdə iddiaçı və cavabdehlər arasında olan mübahisəli hüquq münasibətləri ilə hazırkı işin tərəfləri arasında olan mübahisəli hüquq münasibətləri tamamilə fərqli olsa da, hər iki iddia ərizəsində eyni tələb (müqavilənin etibarsız hesab edilməsi) irəli s ürüldüyünə görə, iddiaların predmetinin də eyni olması qəbul edilə bilər.
33. İddiaların əsası isə fərqlidir. Çünki əvvəlki işdə iddiaçı1 mülkiyyətində olan paya səlahiyyətsiz şəxsin, yəni cavabdeh İddiaçı tərəfindən buna hüququ olmadan sərəncam verilməsinə istinad etmişdir. Hazırki işdə isə iddiaçı cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə istinad edir.
34. Göründüyü kimi mübahisənin tərəfləri və iddianın predmeti eyni olsa da, iddianın əsası fərqlidir.
35. Bundan əlavə, kollegiya qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı iddianın fərqli əsaslarla irəli sürülməsinə yol verilir. Lakin burada nəzərə alınmalıdır ki, iddianın əsasının fərqli olması dedikdə, iddiaçının istinad etdiyi faktlara əsasən güman etdiyi fərqli hüquqi nəticə deyil, istinad edilən faktların özlərinin fər qli olması başa düşülür. Yəni eyni faktlara istinad edilərək əqdin etibarsız hesab edilməsi barədə təkrar iddianın irəli sürülməsinə yol verilmir (məsələn: birinci dəfə əqdin aldadılmaqla bağlanması əsası ilə mübahisələndirilməsi, ikinci dəfə isə eyni faktları göstərməklə əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması əsası ilə mübahisələndirilməsi).
36. Əqdin etibarsız hesab edilməsi barədə təkrar iddianın irəli sürülməsinə yalnız o halda yol verilir ki, iddianın əsasını təşkil edən faktlar birinci iddiada göstərilən faktlardan tamamilə və ya əsas faktoloji hissədə fərqlidir.
37. Digər istisna, yəni əqdin etibarsızlığı ilə bağlı iddianın irəli sürülməsini qeyri- mümkün edən hal tərəflər arasında həmin əqdə əsaslanan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud luğudur.
38. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə,...hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqlənd irilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir....Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
39. Həmin qərardadda Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi qərara almışdır ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şə xslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
40. Hazırki işdə isə belə hal mövcud deyildir. Belə ki, hazırkı iddiadan əvvəl mübahisələndirilən əqdə əsaslanan iddia irəli sürülməmiş və ona görə də, həmin əqdin tələbdən və etibarsızlığın növündən asılı olmadan etibarlı olub-olmamasına qiymət verilməmişdir.
41. Əvvəlki işdə irəli sürülmüş iddia əqdin etibarsız hesab edilməsi ilə bağlı təsbitetmə iddiası olmuşdur. Belə növ iddiaya baxıldıqda isə məhkəmənin iddianın əsasından kənara çıxmaq səlahiyyəti yoxdur.
42. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak e dən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Həmin maddədə qeyd edilən “tələblər”ə isə həm iddianın predmeti, həm də əsası aiddir.
44. Beləliklə, nə əvvəlki iddia ilə hazırkı iddianın əsasını təşkil edən faktların eyni olması, nə də mübahisələndirilən əqdə əsaslanan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması müəyyən edilmir.
45. Belə olan halda MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuş bütün dispozisiya şərtləri mövcud deyildir.
46. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq MPMin 261.0.2-ci maddəsini düzgün tətbiq etməmişdir.
47. Məhkəmə tərəfindən MPM-in 82.3-cü maddəsinə istinad edilməsi isə tam əsassız olmuşdur.
48. Belə ki, iş üzrə icraata xitam verilmə əsasları MPM-in 261-ci maddəsində göstərilmiş və onların geniş t əfsirinə yol verilmir.
49. MPM-in 82.3-cü maddəsi isə sübut etməkdən azad olmaq üçün əsasları müəyyən etməklə yalnız işə mahiyyəti üzrə baxıldığı vaxt sübutetmə predmetinin müəyyən edilməsi üçün tətbiq oluna bilər.
50. Qeyd olunanları və MPM-in 417.1.3-cü maddəsi ilə müəyyən edilən səlahiyyətlərini nəzərə alaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin Məhkəməyə göndərilməlidir.
51. İşə yenidən baxılarkən MPM-in 261.0.2-ci maddəsinin tətbiq edilməsi ilə bağlı hazırkı qərarda şərh olunanlar nəzərə alınmalıdır.
52. Kollegiya yuxarıda göstərilənləri nəzərə alaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(104)-214/2024 nömrəli qərardadı tam ləğv edilərək iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.