Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-460/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı “” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta hadisəsi, sığorta haqqı 05.11.2019 giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “” MMC-ninvəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin vəkili X9 iştirakı ilə, İddiaçı “” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə sığorta ödənişinin verilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-246/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: İddiaçı 22 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə əsasən təsisçisi X11 olmuşdur. İddiaçının təsisçisi X11 tərəfindən imzalanmış 16 sentyabr 2015-ci il tarixli Qərardan görünür ki, X6 həmin tarixdən MMC-nin direktoru təyin edilmiş və ona müəssisənin fəaliyyətini inkişaf etdirmək üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq səlahiyyəti verilmişdir. İddiaçının direktoru X6 ilə cavabdeh arasında 22 iyul 2017-ci il tarixdə “Daşınmaz əmlakın icbari sığo rta” müqaviləsi bağlanmış və X3 Seriya BA ******* saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsinin bağlanması faktı təsdiq edilmişdir. Həmin müqavilə ilə Lənkəran-Lerik yolunun 36-cı km-də istifadə olunan iddiaçı turizm istirahət mərkəzinin istismar olunan bütün tikililərinə sığorta təminatı verilmiş, sığorta məbləği 120428 manat, sığorta haqqı 400 manat, azadolma məbləği 1205 manat, sığorta müqaviləsinin qüvvədə olma müddəti 22.07.2017-21.07.2018-ci il olaraq müəyyən edilmişdir. 4 oktyabr 2017-ci il tarixdə birinci sığorta hadisəsi (sel), 14 oktyabr 2017-ci il tarixdə isə ikinci sığorta hadisəsi (binanın tikililərində yanğın) baş vermişdir. Hər iki hadisə barədə sığortaçının vaxtında məlumatlandırılması cavabdeh tərəfindən işin mübahisələnd irilməyən halıdır. Cavabdeh 14.10.2017-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş zərəri 100.240 manat qiymətləndirərək ödəmiş, lakin 04.10.2017-ci il tarixdə baş vermiş sel hadisəsi ilə bağlı 15 may 2018-ci il tarixli OU53 saylı imtina məktubu ünvanlayaraq sığorta məbləğini ödəməkdən imtina etmişdir. İmtinanın əsası kimi “İcbarı sığorta haqqında” Qanunun 35.4-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının 19.02.2016-cı il tarixli izah məktubu əsas götürülək qeyd edilmişdir ki, qeyri-yaşayış sahələrinin icbari sığortası-onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. İddiaçıya məxsus Lənkəran-Lerik yolunun 36-cı kilometrliyində yerləşən və yuxarıda sadalanan predmetlərinə sel hadisəsi nəticəsində hər hansı bir zərər dəymədiyindən sığorta ödənişinin verilməsi mümkün deyildir. Baş vermiş sığorta hadisələri nəticəsində dəymiş ziyanı müəyyən etmək üçün sığorta hadisəsindən 9 gün sonra 13.10.2017-ci il tarixdə “xxxx” MMC-nin müstəqil eksperti X13 baxış keçirərək 03.11.2017-ci il tarixdə bu barədə əmlakın qiymətləndirilməsinə dair rəy vermişdir. Həmin rəydə daşınmaz əmlakın bərpası üzrə çəkilən xərclər ayrı-ayrılıqda göstərilməklə obyektə dəyən zərərin ümumi miqdarı 36.985 manat qiymətləndirilmişdir. Cavabdehin özünün təşkil etdiyi müstəqi l ekspertin verdiyi 11.05.2018-ci il tarixli rəydə 04.10.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı qeyd olunur ki, iddiaçının istirahət mərkəzinin tikintinin daxilində yerləşən tikililərin, döşəməsində, divar və tavanlarında, qapı və pəncərə konstruksiyalarında, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borularda, daxili mala və suvaq işlərində, bəzək elementlərində güclü leysan və daşqınlara xas olan sel sularının izləri kimi hər hansı bir qüsur müşahidə olunmadı. Qeyd edilən rəyin nəticə hissəsində həmçinin qeyd edilmişdir ki, baxış zamanı sığortalı və nümayəndəsi tərəfindən bildirilmişdir ki, evlərin döşəmələrində daşqınlar və sel suları nəticəsində ziyan dəymiş və sonradan həmin qüsurlar təmir və təmizlik işləri aparılmaqla aradan qaldırılmış, 2 ə dəd taxta materiallarından quraşdırılmış açıq tipli çardaqlar (besedka) isə baş vermiş hadisə nəticəsində yararsız vəziyyətə düşdüyü üçün həmin çardaqlar və onların daxilində olan avadanlıqlarla birlikdə sökülmüşdür. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4 oktyabr 2017-ci il tarixdə sel nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta haqqı olaraq 20.000 manat, dəbbə pulu olaraq 31.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının direktoru X6 22 iyul 2017-ci il tarixdə cavabdehlə “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi bağlamış, müqavilə 20 iyul 2018-ci ilə qədər qüvvədə olmuşdur. Sığorta müqaviləsi ilə iddiaçı turizm istirahət mərkəzinin istismar olunan bütün tikililərə sığorta təminatı verilmişdir. Qanunla və sığorta müqaviləsi üzrə nəzərdə tutulmuş sığorta hadisələri 4 oktyabr 2017-ci il və 14 oktyabr 2017-ci il tarixlərdə baş vermişdir. Bu barədə sığortaçı vaxtında məlumatlandırılmışdır. 04.10.2017-ci il tarixdə baş vermiş sel nəticəsində dəymiş ziyanı müəyyən etmək üçün “xxxx” MMC-ni müstəqil eksperti X13 baxış keçirərək obyektə dəyən zərərin miqdarını 36,985 manat qiymətləndirmişdir. Cavabdeh 14.10.2017-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş zərəri 100,240 manat qiymətləndirərək ödəmişdir. Cavabdeh sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği həddində yəni 120,428 manat həddində ödəniş etməlidir. Yanğın hadisəsi üçün 100,240 manat ödədiyi üçün azadolma məbləği 1205 manat çıxıldıq dan sonra qalan məbləğ ödənilməlidir. Lakin “xxxx" ASC öz öhdəliklərini yerinə yetirməyərək 15 may 2018-ci il tarixli OU53 saylı məktubu ilə sığorta məbləğini ödəməkdən imtina etmişdir, lakin sığorta müqaviləsində istirahət mərkəzinin bütün tikililərinə sığorta təminatı verilmişdir. Cavabdeh ödəməli olduğu sığorta məbləğini sığorta hadisəsi baş verən gündən iddia ərizəsi tərtib olunan günədək, yəni 258 gün müddətində gecikdirdiyi üçün 258 gündə hər gün üçün 120 manat olmaqla, cəmi 31000 manat dəbbə pulunu da ödəməlidir. Cavabdeh birinci hadisə üçün 120,428 manat sığorta məbləğindən 100,240 manat ödənildiyi üçün qalan sığorta məbləği həddində, yəni (120,428-100,240=20,000) 20,000 manat həddində sığorta məbləği ödəməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-2(81)-252/20 19 saylı iş) 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X10məruzəçi, X8 və X4, 2-2(103)-246/2019saylı iş) 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 31 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehdən 4 oktyabr 2017-ci il tarixdə sel nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta haqqı olaraq 20000 manat tutularaq İddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Müstəqil ekspert tərəfindən sığorta hadisəsindən 8 ay sonra baxış keçirilsə də, həmin baxış zamanı sığorta obyektinə (predmetinə) sığortalının və onun nümayəndəsinin iştirakı ilə keçirilmiş, onların göstərdiyi hallar nəzərə alınaraq rəy tərtib edilmişdir. Apellyasiya məhkəməsi hər iki rəyə qiymət verərkən rəydə sığorta obyektinə (predmetinə) sığorta hadisəsi zamanı ziyanın vurulub-vurulmamasına diqqət yetirməli idi. “xxxx” MMC-nin müstəqil eksperti tərəfindən verilmiş 13.11.2017-ci il tarixli rəydə iddiaçının istirahət zonasına ümumi dəymiş zərərdən söhbət gedir. Misal üçün sel daşqınları zamanı selin gətirdiyi zibildən ərazinin təmizlənməsi, zonanın hasarlanmasında dirəklərin qazılaraq basdırılması və s. kimi sığorta obyektinə daxil olmayan sairə işlərin görülməsindən söhbət gedir. Əksinə müstəqil ekspert Akif Bağırov tərəfindən verilmiş 11.05.2018-ci il tarixli ekspert rəyində yalnız sığorta predmeti olan obyektlərə diqqət yetirilmişdir. Rəydə qeyd olunur ki, baxış zamanı obyektdə taxta materiallardan inşa edilmiş 2 mərtəbəli gəmi fiqurlu tikilinin daxilində yerləşən tikililərin döşəməsində, divar və tavanlarında, qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borularda, rabitə elektrik və digər naqillərində, daxil mal və suvaq işləməsində, bəzək elementlərində, daxil mala güclü leysan və daşqınlara xas olan sel sularının izləri kimi hər hansı bir qüsurlar müşahidə olunmadı. Yalnız 7 ədəd 1 mər təbəli taxta materiallardan inşa olunmuş evlərin açıq eyvanlarında qar, yağış və sel suları nəticəsində yaranmasına xas olan qüsurlar, yəni döşəməyə vurulmuş taxtalar üzərinə çəkilmiş lakların öz təravətini itirməsi və aşınmaya uğraması kimi qüsurlar müşahidə olundu. Baxış zamanı sığortalı və nümayəndəsi tərəfindən bildirildi ki, evlərin döşəmələrinə daşqınlar və sel suları nəticəsində ziyan dəymiş və sonradan həmin qüsurlar təmir və təmizlik işləri aparılmaqla aradan qaldırılmış, 2 ədəd taxta materiallardan quraşdırılmış aşıq tipli çardaqlar (besedka) isə baş vermiş hadisə nəticəsində yararsız hala düşdüyü üçün həmin çardaqlar və onların daxilində olan avadanlıqlarla birlikdə sökülmüşdür. Həmçinin iddiaçının nümayəndəsi X3 15.05.2018-ci il tarixdə verilmiş məktubda da, 04.10.2017-ci il ta rixdə baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərin sığorta müqaviləsi üzrə təminat verilməyən zərərlərlə bağlı olması səbəbindən sığorta ödənişindən imtina olunması bildirilmişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı X2 razılığı ilə tərtib olunmuş 1733/CFİ054/2017-2018 saylı sığorta aktına əsasən ona verilən məbləğlə (100240 manat) razılaşmış və öz imzası ilə təsdiq etmişdir. Həmin aktın 4.2-ci bəndində qeyd olunmuşdur ki, sığorta aktı ilə müəyyən olunmuş sığorta ödənişi dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir və sığortaçının qeyd olunan zərərə dair heç bir borcu və öhdəliyi qalmır. Məhkəmə bu halı da nəzərə almamışdır. Sual ortaya çıxır ki, iki ədəd taxtadan düzəldilmiş besedkanın yenidən bərpası və digər tikililərdə kosmetik işlərin görülməsi təmin olunan iddianın məbləği dəyərində yəni 20000 manat dəyərində ola bilməz. Buna Apellyasiya məhkəməsi diqqət yetirməmişdir. İddiaçı tərəfindən 04.10.2017-ci il tarixdə baş vermiş sel zamanı ona məxsus əmlaka sığorta müqaviləsi ilə təminat vermiş zərərin dəyməsi barədə nə iddia ərizəsində, nə də məhkəməyəqədər mərhələdə heç bir əsaslı dəlil təqdim olunmamışdır. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişdir. əsaslandırıcı hissə: İşin mübahisə olunmayan hallarına görə tərəflər arasında 22 iyul 2017-ci il tarixdə “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi bağla nmış, iddiaçıya məxsus LənkəranLerik yolunun 36-cı km-də istifadə olunan “” MMC turizm istirahət mərkəzinin istismar olunan bütün tikililərinə sığorta təminatı verilmiş, sığorta məbləği 120428 manat müəyyən edilmişdir. 4 oktyabr 2017-ci il tarixdə istirahət mərkəzini sel basmış, 14 oktyabr 2017-ci il tarixdə mərkəzin tikililərində yanğın baş vermişdir. Hər iki hadisə barədə sığortaçı vaxtında məlumatlandırılmışdır. Cavabdeh 14.10.2017-ci il tarixdə baş vermiş yanğını sığorta hadisəsi kimi qəbul edərək yanğın zamanı dəymiş zərəri 100.240 manat qiymətləndirərək ödəmişdir. Cavabdeh 04.10.2017-ci il tarixdə baş vermiş sel hadisəsini sığorta hadisəsi kimi qəbul etməmiş, imtinanın əsası kimi “İcbarı sığorta haqqında” Qanunun 35.4-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının 19.02.2016-c ı il tarixli DX-04/03-456 saylı izah məktubu əsas götürülək qeyd edilmişdir ki, qeyri-yaşayış sahələrinin icbari sığortasıonların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. “” MMC-yə məxsus Lənkəran-Lerik yolunun 36-cı kilometrliyində yerləşən və yuxarıda sadalanan predmetlərinə sel hadisəsi nəticəsində hər hansı bir zərər dəymədiyindən sığorta ödənişin verilməsi mümkün deyildir. Cavabdeh imtinasının faktiki əsası kimi 11 may 2018-ci il tarixli müstəqil ekspert rəyinə is tinad etmişdir. 11 may 2018-ci il tarixli rəydə 4 oktyabr 2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı qeyd olunur ki, iddiaçıya məxsus tikintinin daxilində yerləşən tikililərin, döşəməsində, divar və tavanlarında, qapı və pəncərə konstruksiyalarında, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borularda, daxili mala və suvaq işlərində, bəzək elementlərində güclü leysan və daşqınlara xas olan sel sularının izləri kimi hər hansı bir qüsur müşahidə olunmadı. Həmçinin qeyd edilmişdir ki, baxış zamanı sığortalı və nümayəndəsi tərəfindən bildirilmişdir ki, evlərin döşəmələrində daşqınlar və sel suları nəticəsində ziyan dəymiş və sonradan həmin qüsurlar təmir və təmizlik işləri aparılmaqla aradan qaldırılmış, 2 ədəd taxta materiallarından quraşdırılmış açıq tipl i çardaqlar (besedka) isə baş vermiş hadisə nəticəsində yararsız vəziyyətə düşdüyü üçün həmin çardaqlar və onların daxilində olan avadanlıqlarla birlikdə sökülmüşdür. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (922.1-ci maddə). Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (923.1-ci maddə). Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir (925.1-ci maddə). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsi ndən aşağıdakı hallarda imtina edir: 1. bu Məcəllənin 923.1 -ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 2. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi (935.1-ci maddə). “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığ ortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. 4 oktyabr 2017-ci il tarixdə iddiaçıya məxsus istirahət mərkəzində sel basması, bu barədə cavabdehin dərhal məlumatlandırılması mübahisə doğurmur. 4 oktyabr 2017-ci il tarixdə sel basma ilə bağlı cavabdehin sifarişi əsasında 3 noyabr 2017-ci il tarixdə əmlakın qiymətləndirilməsinə dair rəy tərtib edilmişdir. Cavabdeh bu rəylə də bağlı mübahisə açmamışdır. Rəydə qeyd edilir ki, qiymətləndirmənin sifarişçisi iddiaçıdır, istirahət mərkəzini sel basmışdır. Qiymətləndirmə 13 oktyabr 2017-ci il tarixdə həyata keçirilmişdir. 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli kotteclərin zirzəmi hissələrinə, diskoteka və gəmi olan əraziyə, körpüyə ziyan dəymişdir. Söküntü və tikinti işlərinin görülməli olması, onların, habelə ayrı-ayrı yerl ərə dəyən ziyanın məbləği rəydə əksini tapmışdır. Cavabdehin sifarişi əsasında tərtib edilmiş rəydə iddiaçıya məxsus istirahət mərkəzində kotteclərin konstruktiv elementlərinə ziyan dəydiyi qeyd edilmişdir. Rəydə ümumi ziyanın məbləği 36.985 manat müəyyən edilmişdir. 11 may 2018-ci il tarixli rəy cavabdeh tərəfindən cəlb edilmiş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin baş verməsindən 7 ay sonra tərtib edilmişdir. Bu rəy tərtib edilərkən 4 oktyabr 2017-ci il tarixdən sonra istirahət mərkəzində yanğın hadisəsi baş vermişdir. Sel və yanğın hadisələrindən 5 ay sonra 11 may 2018-ci il tarixli rəydə yazılanların inandırıcı olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı hesab edir. Rəydə iddiaçının nümayəndəsinin fikirlərinə yer ayrılsa d a, rəy iddiaçının nümayəndəsi tərəfindən imzalanmamış, iddiaçının nümayəndəsinin yazılı izahatı, həmin fikirləri təsdiq edəcək sübut təqdim edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq 11 may 2018-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Mülki Məcəllənin 935.1-ci maddəsində sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtinanın halları göstərilmişdir. Cavabdeh həmin halların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. Cavabdehin sifarişi əsasında alınan 3 noyabr 2017-ci il tarixli rəydə daşınmaz əmlakın bərpası, söküntü və tikinti işlərinin zəruriliyi ilə bağlı görüləcək işlərdən, onların dəyərindən bəhs olunduğundan və bu “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsində əksini tapdığından, 4 oktyabr 2017-ci il tarixdə baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirməkdə məhkəmə haqlı olmuşdur. MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-in 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. MPM-in 386-cı maddəsində qeyd edilir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzg ün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-246/2019 saylı, 29 may 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-460/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-460/2019
05.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver